Nəsibbəy Yusifbəyli və azərbaycançılıq ideyası

 

Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri Nəsib bəy Yusifbəyli azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı və xadimlərimizdən biridir. Tədqiqatçı Mövsüm Əliyev Nəsib bəy Yusifbəylinin ömür yolu haqqında belə yazır: “Orta təhsilini Gəncə klassik gimnaziyasında başa çatdırdıqdan sonra Nəsib bəy Yusifbəyli 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuş, birinci rus inqilabı ərəfəsində siyasi fəaliyyətə başlamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri Nəsib bəy Yusifbəyli azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı və xadimlərimizdən biridir. Tədqiqatçı Mövsüm Əliyev Nəsib bəy Yusifbəylinin ömür yolu haqqında belə yazır: “Orta təhsilini Gəncə klassik gimnaziyasında başa çatdırdıqdan sonra Nəsib bəy Yusifbəyli 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuş, birinci rus inqilabı ərəfəsində siyasi fəaliyyətə başlamışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri Nəsib bəy Yusifbəyli azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı və xadimlərimizdən biridir. Tədqiqatçı Mövsüm Əliyev Nəsib bəy Yusifbəylinin ömür yolu haqqında belə yazır: “Orta təhsilini Gəncə klassik gimnaziyasında başa çatdırdıqdan sonra Nəsib bəy Yusifbəyli 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuş, birinci rus inqilabı ərəfəsində siyasi fəaliyyətə başlamışdır. O, universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılan Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından biri idi. Bu təşkilatın rəhbərlərinin 1904-cü ildə çəkilmiş fotoşəklində biz Nəriman Nərimanov, Xosrovbəy Sultanov, Şahmalıyev qardaşları və başqa şəxslərlə yanaşı, Nəsib bəy Yusifbəylini də görürük.

Tələbələrin inqilabi mübarizəsindən qorxuya düşən çar hökuməti 1907-ci ildə Odessa Universitetini müvəqqəti bağladıqdan sonra Nəsib bəy Yusifbəyli Krımın Bağçasaray şəhərinə köçmüşorada görkəmli siyasiictimai xadim İsmayılbəy Qaspıralının redaktor olduğu “Tərcüman” qəzetində məqalələrlə çıxış etməyə başlamışdır. O, İsmayılbəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı ilə ailə həyatı qurmuşbir müddət bu şəhərdə yaşamışdır. Nəsib bəy Yusifbəyli həmin illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoymuş, özü də əsas rollarda çıxış etmişdir. “Tərcüman” qəzetinin 13 yanvar 1907-ci il tarixli nömrəsində Bağçasaray şəhər teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsinin tamaşaya qoyulduğu Nəcəfbəy rolunu Nəsibbəyin oynadığı xəbər verilir. Həmin qəzetdə verilən məlumatlardan aydın olur ki, N.Yusifbəyli o illərdə görkəmli Azərbaycan ədəbiyyatşünası F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” və Hüseyn Əfəndi Qayıbovun “Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir” adlı əsərlərin Bağçasaray şəhərində çap olunması üçün çox çalışmışdır. Lakin naməlum səbəblər üzündən bu məsələ baş tutmamışdır. Ümumiyyətlə, Nəsib bəy XX əsr Azərbaycan-Krım ədəbi-mədəni əlaqələrinin əsasını qoyanlardan biridir”.

Aybəniz Kəngərli Nəsib bəy Yusifbəylinin İsmayıl bəy Qaspıralı ilə əlaqəsindən bəhs edərək yazır: “Güman etmək olar ki, Nəsib bəyi də İsmayıl bəy Qaspıralı ailəsi ilə Nəriman Nərimanov tanış etmişdir. Universitetdəki siyasi fəallıq hökuməti qorxuya salmış, bir müddət hökumət Odessa Universtitetini müvəqqəti bağlamalı olmuşdur. Sonra Nəsib bəy təhsilini Xarkov Universtitetinin hüquq fakültəsində davam etdirmək istəsə də, universtiteti yarımçıq atmalı olmuşdur.

1907-ci ilin sonlarına doğru Bağçasaraya gəlmiş, “Tərcüman” qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Bu tarixdən etibarən Nəsib bəy Yusifbəylinin adını tez-tez “Tərcüman” qəzeti səhifələrində görürük. Burada Nəsib bəy Yusifbəyli İsmayıl bəy Qaspıralının böyük qızı Şəfiqə xanımla evlənmiş, bu nikahdan iki uşaqları olmuşdur. Qızı Zöhrə xanım İsmayıl bəy Qaspıralının dünyadan vaxtsız keçmiş sevimli xanımının adını daşıyırdı və bu günə qədər İstanbulda “Zöhrə Göygöl” adı ilə yaşamaqdadır. Çox güman ki, o, atasının xatirəsinə bu soyadı qullanmışdır. Nəsib bəy Yusifbəylinin evlilik həyatı da İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik!” çalışmaları kimi talesiz bir sonluğa düçar olmuşdu, 1909-cu ildə o, Şəfiqə xanımdan ayrılmış, sonralar başqa bir qadınla evlənmişsə də, ömrünün sonuna qədər uşaqlarına qayğı göstərmiş, hətta bu ayrılma belə onun İsmayıl bəylə münasibəllərinin pozulmasına səbəb ola bilməmişdi. İsmayıl bəy Qaspıralı 1914-cü ildə dünyasını dəyişdikdə, onun məzarı başında çəkilmiş tarixi bir foto dediklərimizin canlı, əyani təsdiqidir. Yenicə torpağa tapşırılmış İsmayıl bəy Qaspıralının məzarı başında iki nəfər dizi üstə dayanıb: onlardan biri İsmayıl bəy Qaspıralının oğlu, bir müddət “Tərcüman” qəzetini redaktə etmiş Rifət bəy, ikincisi isə Nəsib bəy Yusifbəylidir. Təkcə bu şəkil, hətta qızı ilə ayrıldıqdan sonra da Nəsib bəy Yusifbəylinin İsmayıl bəyə münasibətinin, ehtiramının dərəcəsini anlamağa imkan verir. İsmayıl bəy Qaspıralının yaxın silahdaşı Həsən Səbri Ayvazov İsmayıl bəyin son saatlarında onun yatağı yanında bulunan doğmalar sırasında Nəsib bəy Yusifbəylinin də olduğunu, İsmayıl bəy Qaspıralının vəsiyyətlərini həm də ona xitabən söylədiyini bildirir. Bu kitabda həmin material - “İsmayıl bəyin vəsiyyəti” bütöv şəkildə “İqbal” qəzetindən transliterasiya edilərək, sizə təqdim edilir.

Nəsib bəy Yusifbəyli bir müddət İstanbula siyasi mühacirət etmiş, oradaTürk dərnəyi” adlı türkçü cəmiyyətin qurucularından olmuşdur. Sonra 1909-cu ildə Gəncəyə qayıdıb orada ruhani mərdəsəsində müəllimlik etmişdir.

Nəsib bəy Yusifbəyli sonralar Azərbaycan türklərinin tanınmış liderlərindən biri kimi məşhurlaşmış, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olmuşdur. Fətəli xan Xoyskinin başçılıq etdiyi ilk üç kabinədə maarif naziri, daha sonrakı iki kabinədə isə baş nazir, eyni zamanda, daxili işlər naziri olmuşdur. Bundan əvvəl 1917-ci ildə Azərbaycanın muxtariyyatı uğrunda mübarizə aparanTürk ədəmi mərkəziyyət Partiyasını yaratmışdır. Bu faktı təsdiq edən Mövsüm Əliyev daha sonra yazmışdır: Yoxsulluq üzündən N.Yusifbəyli ali məktəbi dördüncü kursdan atmışdır. Çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün 1908-ci ildə bir müddət İstanbulda yaşayan Nəsibbəy “Türk dərnəyi” adlı cəmiyyətin banilərindən biri olmuşdur. Lakin sultan istibdadının rus çarizmi qədər qəddar olduğunu görən N.Yusifbəyli 1909-cu ildə Türkiyədən Gəncəyə qayıtmışdır.

1911-ci ildə Azərbaycan ziyalıları M.F.Axundovun anadan olmasının 100 illiyini geniş qeyd etmək üçün təşəbbüs göstərdilər. Nəsibbəy Yusifbəyli də onların arasında idi. Onun 1911-ci il mayın 20-də “Tərcüman” qəzetində çap etdirdiyi məqalə bu yubileyə həsr olunmuşdu. “Molla Nəsrəddin” satirik jurnalını o illərdə müdafiə edən ziyalılardan biri də Nəsibbəy Yusifbəyli idi. Onun 1909-cu il sentyabrın 4-də “Tərcüman” (¹36) qəzetində dərc edilmiş “Mətbuat” adlı məqaləsində Rusiyada çıxan müsəlman satirik jurnallarından bəhs olunur və “Molla Nəsrəddin”ə xususi qiymət verilirdi. Həmin qəzetin 40-cı nömrəsində çıxmış məqaləsində isə tatar jurnalı “Yulduzun redaktoru ilə polemika aparan müəllif “Molla Nəsrəddin”ə hücumların haqsız olduğunu bildirirdi. O illərdə Gəncədə mövcud olan “Müsəlman xeyriyyə cəmiyyətinin”, “Müsəlmanlar içində maarifi yayan cəmiyyət”in və “Aktyorlar cəmiyyəti”nin fəaliyyətində Nəsibbəy Yusifbəyli yaxından iştirak etmişdir. O, “Azərbaycan ədəbiyyatı tarixi” əsərini də həmin dövrdə yazıb başa çatdırmışdır. Əlyazmanın sonrakı taleyi bilinmir. Bu əlyazmanın araşdırılıb üzə çıxarılması ədəbiyyatşünasların borcudur.

1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verdi. Həmin ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında yaradılmışTürk ədəmi-mərkəziyyət partiyasıGəncədə fəaliyyətə başladı. Bu partiya Rusiyanı federativ şəkildə qurmaq onun tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda  mübarizə aparırdı. Yeni partiya xalqı öz proqramı ilə tanış etmək üçün şəhərin Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil etmişdi. Bu mitinqYaşasın demokratik respublika!”, “Yaşasın Azərbaycan muxtariyyəti!”Yaşasın türk ədəmi-mərkəziyyət partiyası!” şüarları altında  keçirilmişdi.   (“Baku”, qəzeti, 12 aprel 1917, ¹ 80). Həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayındakı çıxışında Nəsibbəy Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb etmişdir. May ayında isə o, Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayının iştirakçısı olmuş, “Müsəlman demokratik müsavat partiyasıilə M.Yusifbəylinin başçılıq etdiyiTürk ədəmi-mərkəziyyət partiyasıbirləşmişdir.  Partiyanın Gəncə şöbəsinə Nəsibbəy Yusifbəyli rəhbərlik edirdi. Həmin il oktyabrın 26-dan 31-dək Bakıda davam edən birinci partiya qurultayında M.Yusifbəyli yaxından iştirak etmişdir. Bu qurultaydan sonraAzərbaycana muxtariyyətşüarı altında hərəkat başlanmışdır.

Nəsib bəy Yusifbəyli Zaqafqaziya seyminin üzvü, 1918-ci il aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin maarif naziri idi.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. M.Yusifbəyli bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) baş nazir olduğu birinci kabinədə xalq maarifi naziri vəzifəsini icra etmişdir. O, Xoyskinin başçılıq etdiyi ikinci üçüncü kabinələrdə həmin vəzifədə işləmişdir.

1919-cu il aprelin 14-də Azərbaycan Respublikası Nazirlər Şurasının sədri təyin olunan Nəsib bəy Yusifbəyli bu vəzifəni 1920-ci il aprelin 1-nə kimi icra etmişdir. Həmin illərdə sinfi ziddiyyətlərin  qalmasına baxmayaraq, N.Yusifbəylinin baş nazir olduğu vaxt həyata keçirilmiş bir sıra tədbirlər müsbət xarakter daşıyırdı.

Öz dövrünün görkəmli siyasi-ictimai xadimi olmuş, mürəkkəb ziddiyyətli bir həyat yolu keçmiş Nəsib bəy Yusifbəyli 1920-ci il mayın əvvəllərində Azərbaycanın Kürdəmir qəzasında Yevlaxın Qorxunlu kəndindən olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirilmişdir.

Ulu Öndər  Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin Azərbaycançı fəaliyyətindən öyrənməyi tövsiyə edirdi: “Biz bütün keçmişdən ibrət götürməliyik. Keçmişin yaxşı cəhətlərindən, bu gün üçün xeyirli, yararlı tərəflərindən istifadə etməli, amma keçmişin zərərli tərəflərinin yenidən meydana gəlməsinə yol verməməliyik.

Təəssüflər olsun ki, ötən altı il müddətində Azərbaycanın müstəqil yaşaması təxminən 1918-1920-ci illərdə baş vermiş hadisələrə bənzər hadisələrlə müşayiət olunubdur. Ancaq bunlar bizim üçün qədər çətinliklər yaratmış olsa da, Azərbaycanın dövlət müstəqilliyi yolu ilə uğurla getməsinin qarşısını ala, buna mane ola bilməyib ola da bilməyəcəkdir. Amma bunlara baxmayaraq, bu gün , gələcəkdə həm Azərbaycanın Milli Məclisində, həm bütün hakimiyyət orqanlarında, həm bizim cəmiyyətimizdə, xalqımızda sağlam prinsiplər əsasında, insan azadlıqlarının təmin edilməsi prinsipləri əsasında, fikir müxtəlifliyinin, siyasi plüralizmin tamamilə bərqərar olması əsasında vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq birliyi, həmrəyliyi olmalıdır. Biz bu yolda çalışırıq çalışacağıq. Sizi əmin edirəm ki, Azərbaycanın Prezidenti kimi mən bu vəzifəni özümün əsas vəzifəm hesab edirəm güman edirəm ki, biz bu sahədə çox şeylərə nail olmuşuq. Ancaq hələ görüləsi işlər çoxdur aradan qaldırılası nöqsanlar da var. Ümidvaram ki, bizim müştərək işimizin nəticəsində, indiyə qədər mövcud olmuş sağlam əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsi vasitəsilə Azərbaycanda həm cəmiyyətdə, həm hakimiyyət orqanlarında daha da sağlam mühit, sağlam əhval-ruhiyyə yaradacağıq daha da çox birliyə, həmrəyliyə nail olacağıq”.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 25 may.- S.14.