XIX əsrin ikinci yarısında Azərbaycanda mədəniyyət və milli-mədəni dəyərlər

 

XIX  əsrin ikinci yarısında Azərbaycanda mədəniyyət daha da inkişaf etməyə başladı. "Azərbaycan tarixi" kitabında göstərilir ki, Azərbaycanın sosial-iqtisadisiyasi həyatındakı dəyişikliklər Azərbaycan xalqının mədəniyyətində də öz əksini tapırdı. Bu dövrdə iri sənaye şəhəri olan Bakı, həm də Azərbaycan mədəniyyətinin mərkəzinə çevrilmişdi.

XIX əsrin ikinci yarısında Azərbaycanda maarif inkişaf edirdi. Əsas tədris ocaqları məktəblər və mədrəsələr idi. Azərbaycanda onların sayı 500-700-ə çatırdı. Əsasən, məscid, yaxud kiçik binalarda yerləşən məktəblərin hər birində ondan yüzə qədər uşaq təhsil alırdı, tədris pullu idi. Dərsləri, əsasən, mollalar aparır və uşaqlara əlifbanı (ərəb hürufatını) və  Quranı  bir neçə ilə öyrədirdilər. Məktəblərdə uşaqlara kitab oxumağı və fars dilini öyrədir, bəzilərində tarix fənnini də tədris edirdilər. Bakı, Şamaxı, Şuşa, Nuxas. məktəblərdə ədəbi dərnəklər, məclislər təşkil olunurdu. Bu məclislər uşaqlarda doğma ana dilinə məhəbbətin artmasında gələcək şairlər nəslinin yetişməsində mühüm rol oynayırdı. Bu məclislərin iştirakçıları olan bəzi cavanlar gözəl, mənalı şeirlər də yazırdılar.

Xüsusi ruhani məktəbləri - mədrəsələr də var idi. Onlar ancaq məscidlərin nəzdində təşkil olunurdu. Buraya farsana dillərini bilən 16 yaşdan yuxarı uşaqlar qəbul olunurdular. Mədrəsələrdə təhsil pulsuz idi. Burada ərəb dili, şəriət, ədəbiyyat, fəlsəfə, məntiq, psixologiya, xüsusilə də, islam dininin tarixini öyrənirdilər. Təhsil müddəti 6-8 ildən 10-15 ilə qədər olan mədrəsələr ibtidaiali mədrəsələrə bölünürdülər. XIX yüzilliyin sonlarında təhsildə bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində S.Ə.Şirvaninin xidməti böyük idi. Onun açdığı məktəbdə rus dili də tədris olunurdu. Görkəmli satirik M.Ə.Sabir bu məktəbdə təhsil almışdı.

Azərbaycanda maarifçiliyin geniş inkişaf tapmasında S.Ə.Şirvani ilə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, xüsusən, Həsən bəy Zərdabi, N.B.Vəzirov, S.M.Qənizadə misilsiz xidmət göstərmişlər.

Azərbaycan üçün müəllim kadrlarının hazırlanmasında 1876-cı ildə açılmış Qori seminariyasının böyük rolu olmuşdur. 1879-cu ildə bu seminariyanın Azərbaycan şöbəsi fəaliyyətə başladı. Şöbənin müdiri A.O.Çernyayevski azərbaycanlı uşaqların təhsilə cəlb edilməsi və oxuması sahəsində çox mühüm işlər görmüşdü. Azərbaycanın görkəmli maarifçiləri C.Məmədquluzadə, N.Nərimanov, R.Əfəndiyev, H.Mahmudbəyov, F.Köçərli bu seminariyadaTiflisin Aleksandrovski Müəllimlər İnstitutunda təhsil almışdılar. Azərbaycan dili üzrə dərsliklərin yaranması da onların adı ilə bağlıdır.

XIX yüzilliyin ikinci yarısında rus məktəbləri şəbəkəsi də genişlənirdi. Ruslaşdırma siyasəti yürüdən çar hökuməti ibtidai məktəblərdə təhsili uzun müddət yalnız rus dilində həyata keçirirdi. Bununla belə, həmin məktəblərin də şəbəkəsi geniş deyildi. Bakı da daxil olmaqla, Azərbaycanda 1860-cı ildə dördillik cəmi beş qəza məktəbi və üç ibtidai məktəb var idi. Sonrakı illərdə bu məktəblərin şəbəkəsi bir qədər genişləndi. Çünki belə məktəblər təkcə şəhərlərdə deyil, bəzi kəndlərdə də açılırdı. Şəhərlərdə xüsusi məktəblər - Bakı texniki məktəbi, Gəncə sənət məktəbi və s. kimi məktəblər də fəaliyyətə başlayırdı. Bakının neft rayonlarının bəzisində ibtidai məktəblər açılmışdı. Bakı və Gəncədə realnı məktəblər fəaliyyət göstərirdi. 1896-cı ildə Bakıda H.Z.Tağıyevin açdığı qızlar məktəbini xüsusi qeyd etmək lazımdır. Sayca çox gözəçarpan, əslində isə, Azərbaycan əhalisinin sayına görə çox az olan həmin məktəblərin çoxuna fəhlə və kəndli balaları nadir hallarda qəbul olunurdular.

XIX əsrin ikinci yarısında Azərbaycanda ilk kütləvi kitabxana və qiraətxana açıldı. Belə kitabxana və qiraətxanalardan birini 1894-cü ildə Bakıda Nərimanov açmışdı.

Azərbaycanda səhiyyə işiçox aşağı səviyyədə idi. XIX yüzilliyin son rübündə Şimali Azərbaycanda cəmi 101 həkim işləyirdi. Həkimlərin, demək olar ki, hamısı şəhərlərdə cəmləşmişdi. İlk azərbaycanlı həkimlər - M.R.Vəkilov və A.M.Mehmandarov poliklinika yaratmışdılar. Azərbaycanda ilk apteklərin də açılması bu dövrə təsadüf edir. Onların ümumi sayı 10-u ötüb keçirdi.

Azərbaycanın ictimai həyatının ən mühüm amillərindən biri mətbuatın meydana çıxması oldu. Azərbaycan mətbuatının banisi xalqımızın görkəmli oğlu, ictimai xadim, alim, maarifpərvər Həsən bəy Məlikov Zərdabi olmuşdur (1842-1807). O, çar üsuli-idarəsi şəraitində müstəmləkə ucqarında ana dilində "Əkinçi" qəzetini nəşr etmək üçün xeyli əzab çəkməli, mübarizə aparmalı olmuşdu. 1875-ci il iyunun 22-də bu qəzetin birinci nömrəsinin çapdan çıxması bütün Qafqazda əks-səda doğurdu. Qəzetin bütün işlərini görən H.B.Zərdabi həm naşir, həm redaktor, həm də korrektor və mürəttib idi. 1875-1877-ci illərdə qəzetin cəmi 56 nömrəsi çıxdı. H.B.Zərdabi qəzetə S.Ə.Şirvani, K.Mehmandarov, A.Adıgözəlov, Gorani və dövrünün başqa görkəmli ziyalılarını cəlb edə bilmişdi. "Əkinçi" qəzetində maarifçidemokratik ideyalar təbliğ olunur, fanatizmmövhumat amansız tənqid atəşinə tutulurdu.

1879-cu ildə Tiflisdə "Ziya" qəzeti işıq üzü gördü. 1880-ci ildən "Ziyayi-Qafqaziyyə" adı altında nəşr olunmağa başladı. Cəmi 104 nömrəsi çıxdı və 1884-cü il iyulun 2-də bağlandı. 1880-ci ildə Tiflisdə "Kəşkül" qəzeti dərc edildi. Hər iki qəzetin ideya istiqaməti "Əkinçi" qəzeti ilə uyğun gəlirdi. Həftəlik qəzet olan "Kəşkül" 1891-ci ilə kimi nəşr olundu.

80-90-cı illərdə Bakıda "Kaspi", "Bakinskiye izvestiya", "Baku" və başqa rusdilli qəzetlər çıxmağa başladı. Bu qəzetlərin burjua ideya istiqamətli olmasına baxmayaraq, onlarda Azərbaycanın sosial-iqtisadi və mədəni həyatının bəzi məsələlərinə qabaqcıl nöqteyi-nəzərlə yanaşan məqalələr də nəşr olunurdu.

Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı elmin də inkişafına müəyyən təkan verirdi. Elmin ayrı-ayrı sahələrinin  inkişafı, xüsusilə, təbiət elmlərinin inkişafı, əsasən, Azərbaycanda olan təbii sərvətlərin yataqları, bu yataqların kəşfi və istifadə olunması ilə bilavasitə bağlı idi. Qafqaz dağ-mədən idarəsinin bu işə müdaxiləsi, həmin idarədə çalışan geoloqların Azərbaycanın dağ-mədən sərvətlərini tədqiq etmələri, burada geologiya elminin inkişafına əsaslı şərait yaradırdı. Bu işlə məşğul olanlar, əsasən, rus alim-geoloqları idilər. Azərbaycanda neftlə bağlı olan elm sahələri daha sürətlə inkişaf etdi. Hələ 60-cı illərdə Bakıya gəlmiş böyük rus alimi M.İ.Mendeleyev neft işini əsaslı surətdə həm nəzəri, həm də praktiki cəhətdən tədqiq etmiş, sənayenin inkişafı üçün bir sıra təkliflər irəli sürmüşdü. M.İ.Mendeleyevdən başqa, onlarla rus alimi neft işi ilə məşğul olmuşdur. Onların arasında yeganə azərbaycanlı alim kimyaçı Möhsün bəy Xanlarov idi. Almaniyada təhsil alıb, oradaca elmlər doktoru dərəcəsinə yiyələnmiş M.Xanlarov 1884-cü ildə Bakıya gələrək öz elmi-tədqiqat işlərini davam etdirirdi.

Azərbaycanda biologiya, kənd təsərrüfatı elmləri sahəsində də müəyyən nailiyyətlər əldə olunmuşdu. H.B.Zərdabi, N.B.Vəzirov və b. təbiət elmləri üzrə qazandıqları bilikləri geniş yaymağa səy göstərirdilər.

XIX yüzilliyin ikinci yarısında Azərbaycanda tarix elmi sahəsində də müəyyən addımlar atılmışdı. Mirzə Yusif Nersesov Qarabaği, Mir Mehdi Xəzani, Rzaqulu bəy Mirzə Camal oğlu, Əhməd bəy Cavanşir kimi görkəmli tarixşünasların qələmindən bir sıra əsərlər çıxmış, onların çoxu isə Qarabağın tarixinə həsr olunmuşdu. Azərbaycan tarixinin bəzi məsələləri M.F.Axundov, N.Nərimanov, H.B.Zərdabi, S.M.Qənizadə, H.Mahmudbəyov, F.Köçərli və S.Ə.Şirvaninin əsərlərində də öz əksini tapmışdır. Bu dövrdə Azərbaycan tarixinin bir sıra məsələlərinə dair rus müəlliflərinin də əsərləri çap olunmuşdu. Bu əsərlərdə çarizmin müstəmləkəçi siyasətinə bəraət qazandırılmasına baxmayaraq, onlarda xalqımızın sosial-iqqisadisiyasi tarixinə dair verilmiş materiallar, söylənilmiş mülahizələr qiymətlidir.

Azərbaycanın sosial-iqtisadisiyasi həyatında baş vermiş dəyişikliklər, ədəbiyyatda da öz əksini tapmışdı. Artıq ədəbiyyatda aparıcı cərəyan realizm idi ki, bu da demokratikmaarifçilik ideyalarının təbliğini, ədəbiyyatda sosial həyatla bağlı mövzulara yer verilməsi uğrunda mübarizəni, xəlqilik ideyalarının müdafiəsini qarşısına məqsəd qoymuşdu. Azərbaycan ədəbiyyatında əsası M.F.Axundov tərəfindən qoyulmuş demokratik ideyaları S.Ə.Şirvani, C.Məmmədquluzadə, N.Vəzirov, N.Nərimanov və b. daha da inkişaf etdirdilər. Bu dövrün ədəbiyyatında Azərbaycanda özünə yenicə yol açmış kapitalist cəmiyyətinin, burjua ideologiyasının və sosial bərabərsizliyin tənqidinə geniş yer verilirdi. Yazıçılar öz əsərlərində burjuaziya sinfi nümayəndələrinin tipini yaradaraq, onun həm müsbət, həm də mənfi, xalqa zidd cəhətlərini göstərirdilər.

Azərbaycan ədəbiyyatında realist cərəyanla yanaşı romantik, dini-mistiks. cərəyanlar da var idi. Bu istiqamətin nümayəndələri qəzəl yaradıcılığına geniş yer verir, qeyri-realist xarakterli, dini sxolastikaya üstünlük verilən əsərlər də yazırdılar.

Realist ədəbiyyatın nümayəndələri ana dilinə, onun saflığına xususi əhəmiyyət verirdilər. Milli-müstəmləkə əsarəti şəraitində doğma ana dilinin inkişaf yolu üzərində müxtəlif maneələrin yaradılmasına baxmayaraq, təşəkkül tapmaqda olan milli ədəbi dil xalqın qəlbinə geniş yol tapırdı. Xalqımızın görkəmli oğlu Firudin bəy Köçərli dilimiz barəsində yazırdı: "Millətini sevən, onun mənəvi dirçəlişinə çalışan, tərəqqisi yolunda əmək sərf edən ədiblərimizdən və şairlərimizdən, çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilimizdən uzaq düşməsinlər, başqalarını təqlid etməsinlər, fikirlərini açıq və sadə dildə yazsınlar təki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın".

Realist-ədəbiyyatı təmsil edən bədii nəsr bu dövrdə xeyli inkişaf etdi. Nəsr sahəsində müəyyən irs qoymuş satirik - şair S.Ə.Şirvani bir sıra hekayələr yazmış, kiçik yaşlı uşaqlar üçün müntəxəbat tərtib etmişdi.

H.B.Zərdabi, S.M.Qənizadə Azərbaycan nəsrinin inkişafında müəyyən rol oynamışlar. C.Məmmədquluzadə öz yaradıcılığında M.F.Axundovun realist ənənələrini davam etdirirdi.

Azərbaycan ədəbiyyatında ilk realist romanı ("Bahadır və Sona") N.Nərimanov yaratmışdır.

XIX əsrin ikinci yarısında Azərbaycan dramaturgiyası da inkişaf etdi. M.F.Axundovun yolu ilə gedərək, milli həyatdan alınmış əsərləri ilə N.B.Vəzirov, Ə.B.Haqverdiyev, N.Nərimanov Azərbaycan dramaturgiyasının formalaşmasında böyük xidmət göstərdilər.

Dövrün görkəmli şairlərindən birixalq arasında "Xan qızı" adı ilə şöhrət tapmış Xurşudbanu Natəvan idi. Natəvan irsindən bizə gəlib çatan, əsasən, onun qəzəlləridir.

S.Ə.Şirvani, X.Natəvanla yanaşı, bu dövrdə M.R.Fəna, Şirvani, M.Cürmib. şairlər yaşayıb yaratmışlar. Dövrün başlıca xüsusiyyətlərindən biri də ədəbiyyatda aşıq poeziyasının böyük yer tutması, Aşıq Ələsgər, Aşıq Nəcəfqulu, Hüseyn Bozalqanlı kimi qüdrətli aşıqların yetişməsi idi.

Azərbaycan milli teatrının yaranması XIX yüzilliyin son 30 ilində incəsənətimizin tarixində ən böyük hadisədir. 1873-cü il martın 22-də Novruz bayramı günü Bakı realnı məktəbi həvəskarlar truppasının M.F.Axundovun "Hacı Qara" komediyasının tamaşaya qoyulmasında H.B.Zərdabi mühüm rol oynamışdır. On il sonra xalqımızın maariflənməsində öz kapitalı ilə mühüm rol oynamış H.Z.Tağıyev teatr binası tikdirdi. Bu hadisə Bakıda teatr sənətinin inkişafına təkan verdi və tezliklə dramaturqlar və artistlər nəslinin yetişməsinə səbəb oldu. Artistlər arasında Cahangir Zeynalov xususilə fərqlənirdi. Bakı teatrının repertuarına M.F.Axundov, N.B.Vəzirov, Ə.Haqverdiyev və N.Nərimanovun pyesləri daxil idi. Az sonra Qubada, Nuxada, Şuşada, Naxçıvanda, Gəncədə və başqa şəhərlərdə teatr tamaşaları qoyuldu. Bu istiqamətdə Şuşa şəhəri daha böyük nailiyyətlər qazandı. Azərbaycan teatrları yeni dramturqlarla yanaşı, rus və Qərbi Avropa müəlliflərinin pyeslərini də öz repertuarlarına daxil edirdilər.

XIX yüzilliyin ikinci yarısında Azərbaycan musiqisi öz inkişafında daha böyük müvəffəqiyyətlərə nail oldu. Bu dövrdə Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Keçəçi Məmməd kimi Azərbaycan hüdudlarından çox-çox uzaqlarda məşhur olan bütöv xanəndələr nəsli, tarzən Sadıqcan kimi ustadlar yetişmişdi.

Kapitalizmin inkişafı ilə Bakı şəhərinin görünüşü ildən-ilə dəyişir, Azərbaycanın digər şəhərlərində də tikinti işləri artır, memarlıq sahəsində nailiyyətlər əldə edilirdi. Bu dövrdə tikilmiş ictimai binalar, neft sənayeçilərinin inşa etdirdikləri yaşayış evləri memarlıq üslubu ilə fərqlənirdi. Azərbaycanda öz işinin mahir biliciləri olan nəqqaşlar, ustalar yetişmişdi. Memarlıq abidələrinin bərpası sahəsində də müəyyən işlər görülürdü. Nuxa xan sarayı bu dövrdə bərpa olunmuşdu.

Rəssamlıq sənəti sahəsində qazanılmış nailiyyətlərin bir çoxu bu dövrün istedadlı rəssamı olan Mir Möhsün Nəvvabın adı ilə bağlıdır. Azərbaycan mədəniyyətinin bütün sahələri üzrə XIX yüzilliyin ikinci yarısında əldə edilmiş nailiyyətlər müstəmləkə əsarətinin hökm sürdüyü bir şəraitdə geniş xalq kütlələrinin malı ola bilməmişdi.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 6 noyabr.- S.14.