Tofiq Quliyev - 95
Azərbaycan bəstəkarlıq
məktəbinin parlaq şəxsiyyəti
7 noyabr
Tofiq Quliyevin doğum günüdür
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış sənətkarından söz açarkən qeyri-ixtiyari olaraq uşaqlıq illərimizdən daxili dünyamızda iz salan Tofiq Quliyevin musiqisini xatırlayırıq. Sadə, melodik, lirik bir musiqi ruhi dünyamıza hakim kəsilib. İllərdir ki, onun musiqisinin həzinliyi bizləri Tofiq Quliyev sənətinə yaxınlaşdırıb. Bu onun yüksək bəstəkarlıq manevrinə, istedada malik olmasını özündə əks etdirir. Bu musiqidə həyat lövhələri təcəssüm olunur. Bir-birindən fərqli məzmunda olan musiqi nömrələri Tofiq Quliyevin sənətkarlıq xüsusiyyətlərini özündə təcəssüm etdirir.
Bu gün Tofiq Quliyevin doğum gündür. 7 noyabr 1917-ci il tarixində dünyaya gələn bəstəkarın 95 yaşı tamam olur. Bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi Tofiq Quliyev Azərbaycan caz və estrada musiqisinin banilərindən birinə çevrilib.
Onun bir çox mənbələrdə öz əksini tapan tərcümeyi-halında Tofiq Quliyevin sənətə olan ilk addımlarında musiqiyə məhəbbəti diqqəti cəlb edir. O, 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S.Aysberqin sinfində fortepiano, həm də S.Q.Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə konservatoriyanı bitirib.
Gələcək bəstəkarın yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük təsiri olmuşdur.1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
1944-cü ildən məşhur caz ustası Eddi Rozerlə yaradıcılıq əməkdaşlığı edən Tofiq Quliyev, onun orkestri üçün "Avara" hind kinofilminin, "Qara gözlər" romansının və uşaq mahnılarının mövzuları əsasında caz kompozisiyalarını işləmişdir.
Müharibədən sonra Azərbaycanın bir sıra teatrları ilə Azərbaycan Dövlət Dram Teatrı, Səməd Vurğun adına Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
Çox keçmir ki, Tofiq Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsa da, onun parlaq uğurları teatr və kinematoqrafa aiddir. Lakin Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr - mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanmışdır. Bu dövr üçün bəstəkarın özəl yaradıcılıq dəst-xətti biçimlənir, yaratdığı yeni üslubda milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ənənələri ilə üzvi şəkildə uyuşur.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən, "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Bütün yaradıcılıq yolunda gərgin fəaliyyətdə olan Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. 1941-45-ci illərdə müharibə dövründə "Öldü var döndü yoxdur", sonrakı dövrlərdə "Neftçilər mahnısı", "Qızıl sünbül", "Azərbaycan", lirik mahnılardan isə "Sənə də qalmaz", "İlk bahar", "Sevgilim", "Sən mənim, mən sənin", "Axşam görüşlərinə", "Bəxtəvər oldum", mahnılarının müəllifidir. Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən biri Tofiq Quliyev hələ sağlığında mahnı janrının aparıcı örnəyi olmuşdur. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi təliminə gec, 12 yaşında başlayır.
Tofiq Quliyevin
kino musiqisinin inkişafında da rolu vardır. 1941-ci ildə ilk dəfə
"Səbuhi" filminə
musiqi bəstələmiş
Tofiq Quliyev, bütün yaradıcılığı
boyu bu janra
müraciət etmiş
və 40-dan artıq kinofilmin musiqisinin müəllifi olmuşdur.
O, "Sevimli mahnı",
"Görüş" , "Qızmar günəş altında", "Ögey
ana", "Telefonçu
qız", "Belə
ada da vardır",
"Nəsimi" və
s. filmlərə musiqi
bəstələmişdir. Tofiq Quliyev "Aktrisa"(1943), "Qızıl
axtaranlar"(1963), "Sənin
bircə sözün"(1967),
"Tahirin süqutu"
(1972), "Sabahın xeyir,
Ella" (1973) operettalarının müəllifidir.
Dövlət tərəfindən fəaliyyəti
hər zaman yüksək qiymətləndirilib. Belə
ki, müxtəlif illərdə Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı
Laureatı fəxri adlarına, eləcə də, SSRİ Qırmızı
Əmək Bayrağı
Ordeni, SSRİ "Şərəf
nişanı" ordeni
ilə təltif olunmuşdur.
1946-47-ci illərdə Rəşid Behbudovla birlikdə həm pianoçu, həm də təkrarsız mahnıların müəllifi
kimi çıxış
edən bəstəkar
Sovet Birliyinin bir çox şəhərlərində milyonlarla
dinləyicinin rəqbətini
qazanmışdır.
1966-cı ildə bəstəkar
Çexoslovakiyada keçirilən
Azərbaycan incəsənəti
günlərinin iştirakçısı
oldu. Bu səfərdən yazılmış "Praqa
haqqında mahnı",
"Bratislava haqqında mahnı"
Çexoslovakiyada nəşr
olunmuş və geniş populyarlıq qazanmışdır.
1976-cı ildə Brüsseldə,
1977-ci ildə Vyanada, Varşavada keçirilən
tədbirlərdə Azərbaycan
incəsənət ustalarının
nümayəndə heyətinin
rəhbəri Tofiq Quliyev olmuşdur.
Yaradıcılıqla ciddi məşğul olmaqla yanaşı, T.Quliyev, həmçinin, geniş ictimai fəaliyyəti ilə də seçilir. O, bir çox xarici ölkələrlə mədəni
əlaqələrin yaradılmasında
fəal iştirak edir.
1968-ci ildə Tofiq
Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, 1973-cü ildə
birinci katibi seçilmişdir. 1974-cü ildə
Həsən Seyidbəylinin
ssenarisi əsasında
çəkilmiş "Nəsimi"
filmi Ümumittifaq
Kinofestivalında mükafatlandırılır,
filmin bəstəkarı
Tofiq Quliyev Dövlət mükafatına
layiq görülür.
Tofiq Quliyev dövrü mətbuatda musiqi sənəti ilə bağlı dərc olunmuş böyük sayda məqalələrin müəllifidir. Bu məqalələr onun müdrik bir sənətkar kimi nəzəri baxışlarını,
doğma incəsənitimizin
sabahı haqqında düşüncələrini əks
etdirir.
ZÜMRÜD
Səs.- 2012.- 7 noyabr.- S.12.