YAP Azərbaycanı uğurlu gələcəyə aparan bir partiyadır

 

Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Ümummilli lider Heydər Əliyevin siyasi kursu ətrafında sıx birləşərək Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, demokratik, hüquqi dünyəvi dövlət qurulmasında əhəmiyyətli rol oynayıb. YAP - 20 il ərzində Azərbaycanı uğurlu gələcəyə aparan, öz xalqına sədaqətlə xidmət edən, zəngin, şərəfli bir tarix yaşayan davamlı inkişaf yolu keçən, xalqın böyük hissəsinin rəğbətini, inamını qazanan bir partiyadır.

Ölkəmizin ən ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaranan Yeni Azərbaycan Partiyasının adı respublikamızda dövlətçiliyin qorunması, sabitliyin demokratik prinsiplərin bərqərar edilməsi kimi mühüm sayılan dəyərlərlə eyni pillədə dayanır. Yəni Azərbaycanın həm beynəlxalq arenada, həm daxili siyasətdə əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə əlaqəlidir. Bu gün partiya öz üzərinə götürdüyü missiyanı şərəflə, ləyaqətlə yerinə yetirməkdədir.

YAP ölkəmizin aparıcı, siyasi təşkilatı olmaqla müstəqil Azərbaycanın inkişafına, qüdrətlənməsinə, azad, demokratik dövlətə çevrilməsinə, vətəndaş həmrəyliyinin yaradılmasına, xalqımızın milli maraqlarına xidmət edən ümumxalq partiyasıdır.

Ulu Öndərin rəhbərliyi ilə yaradılmış bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzu gündən-günə artmaqdadır. Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi bu siyasi təşkilatın həyatında yeni bir mərhələnin əsasını qoyub. Belə ki, Heydər Əliyev ideyaları əsasında yaranan partiya bu gün hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında daha da genişlənir, möhkəmlənir, inkişaf edir ölkənin ümdə problemlərinin həlli üçün nüfuz dairəsini artırır.

Azərbaycan müstəqillik qazandıqdan sonra YAP-ın siyasi nüfuzu sayəsində ölkədə sabitlik yarandıqca, dövlət quruculuğu gücləndikcə, inkişaf üçün gərəkli olan digər məqamlar da ön sıraya çıxmağa başlamışdır. Ölkənin siyasi kursunu müəyyənləşdirən bu partiya Ulu Öndərin rəhbərliyi altında dövlət quruculuğu sahəsində effektli irəliləyişə nail olunması üçün idarəçilik qurumlarının mütəşəkkil fəaliyyət dairəsinin bərqərar edilməsi istiqamətində uzunmüddətli strategiya qurmuşdur.

Respublikada aydın, birmənalı ekoloji siyasət yürüdülməsi bunun üçün müvafiq institusional dəyişiklik aparılması üçün Ulu Öndərimiz Heydər Əliyevin Sərəncamı ilə 23 may 2001-ci il tarixdə SSRİ dövründən qalmış bir neçə qurum ləğv olunaraq onların əsasında Ekologiya Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənmiş, ölkə iqtisadiyyatında yüksək templə irəliləyişə nail olunmuş, ətraf mühitin mühafizəsi təbii sərvətlərdən səmərəli istifadə edilməsi sahəsində çox mühüm işlər görülmüşdür.

Bu gün Ümummilli liderimiz, YAP-ın qurucusu Heydər Əliyevin tövsiyələri rəhbər tutularaq Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini, təbii sərvətlərini qorumaq bərpa etmək üçün bu istiqamətdə vaxtilə başlanılmış işlər davam etdirilir, yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır.

YAP-ın yaradıcısı Ulu Öndərin hakimiyyətdə olduğu dövrdə onun qayğısı təşəbbüsü ilə uzun illər ərzində yaranmış müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilmiş, onların kompleks həllinə yönəldilən davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli Dövlət Proqramı təsdiq edilərək icrasına başlanılmış, respublikamızda mövcud olan qoruq yasaqlıqların əraziləri genişlənmiş, milli parklar yaradılmış, ətraf mühitin sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Hazırda iqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi Ümummilli liderin siyasi iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. 23 may tarixinin Ekologiya Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunması barədə Sərəncam ölkə başçısının bir daha ətraf mühit sahəsinə olan diqqətinin nəticəsidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu ekoloji siyasət nəticəsində Ekologiya Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə daxil olan meşələrin, su hövzələrində bioloji resursların mühafizəsi artırılması, ətraf mühitin mühafizəsi monitorinqi, hidrometeorologiya, geologiya sahələrində böyük işlər görülmüş hazırda da uğurla davam etdirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə ölkəmizdə 2010-cu ilinEkologiya ilielan edilməsi bu sahənin prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 20 illiyi ərəfəsində Samur-Yalama Milli Parkını yaratmaqla bir daha ekologiyaya, ətraf mühitin mühafizəsinə təbiətimizə olan diqqət qayğısını nümayiş etdirdi.

Qeyd edək ki, Samur-Yalama Milli Parkının yaradılması ilə ölkədə təsis olunmuş Milli Parkların sayı 9 oldu.

Möhtərəm Prezidentimizin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi Azərbaycanın sosial-iqtisadi inkişafına gətirib çıxarmışdır. Əminliklə deyə bilərik ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlar qazanacağıq.

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti YAP-a olan ümumxalq inamını daha da genişləndirmiş onu ümumxalq partiyasına çevirmişdir. YAP - Azərbaycanı uğurlu gələcəyə aparan siyasi təşkilat, Ulu Öndərimizin öz xalqının inamı dəstəyi əsasında formalaşdırdığı bir partiyadır.

 

 

Hüseyn Bağırov,

Azərbaycan Respublikası

Ekologiya təbii sərvətlər naziri

 

Səs.- 2012.- 9 noyabr.- S.10.