YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyilə nəqliyyat sektoru inkişafının keyfiyyətcə yeni mərhələsinə keçib

 

Müsahibimiz Nəqliyyat naziri Ziya Məmmədovdur 

 

- Ziya müəllim, Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ili tamam olur. Sizcə, ötən müddət ərzində Azərbaycanın yeni idarəçiliyə, siyasi sistemə transformasiyasında YAP-ın rolu nədən ibarət olub?

- Öncədən qeyd etməliyəm ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olunan dövrdən başlayaraq, ölkəmizin BMT və ATƏT-ə üzv qəbul edilənədək, onun müstəqil dövlət kimi tanınması prosesi gedirdi. Əlbəttə ki, dövlətin beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi tanınması özü bir prosedurdurbu, xarici siyasətin formalaşdırılması, xarici ölkələrlə ikitərəfli münasibətlərin yaradılması, BMT, ATƏT-ə üzv qəbul olunması və bundan irəli gələn vəzifələrin ortaya çıxması, eyni zamanda, Azərbaycanın daxilində müəyyən proseslərin getməsini ehtiva və tələb edirdi.

Daxili proseslər isə ölkənin daxili strukturlarının formalaşması, ictimai-siyasi institutların yaranması və qanunvericilik normalarının müvafiq daxili həyatda iştirakı, «Siyasi partiyalar haqqında» qanunun qəbul olunması və siyasi partiyaların ictimai həyatda iştirak etməsi məsələsi, «Kütləvi informasiyalar haqqında» qanunun qəbul edilməsi və KİV-lərin mətbuat sahəsində fəaliyyətinin hüquqi bazasının normativ əsaslarının yaranması, QHT-lər və onların hüquqi normativ bazalarının formalaşdırılması, ölkənin siyasi sisteminin ayrı-ayrı elementlərinin formalaşması və müvafiq qanunlara uyğunlaşdırılması, ictimai həyat normalarının, ölkənin ümumdaxili davranış kodeksinin yaranması və bunların qanunvericiliyə cəlb olunması və digər məsələləri ehtiva edir.

Sadalananlar içərisində siyasi partiyaların yaranması ən mühüm daxili proseslərdən biridir. Yeni Azərbaycan Partiyası məhz, yuxarıda sadalanan proseslərin getdiyi bir dövrdə yarandı.

Bəli, məlum olduğu kimi, 1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Amma təsis konfransına qədər hazırlıq işləri də aparılırdı. O zaman Azərbaycan ziyalıları Naxçıvanın Ali Sovetinin Sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevə Azərbaycanda gedən ictimai-siyasi proseslərdən kənarda qalmamaq üçün müraciət edirdi. Həmçinin, Azərbaycanın çətin vəziyyətində xalqa köməyinin lazım və Onun siyasətə qarışmasının mütləq zəruri olduğunu əsaslandıraraq, Naxçıvana üz tutanlarının sayı günü-gündən artırdı. Həm məktublar, həm müraciətlər ünvanlayırdılar, həm də ayrı-ayrı ziyalı şəxslər Naxçıvana gəlirdilər.

Ümummilli lider Heydər Əliyevin o zaman Azərbaycanın gələcəyi ilə bağlı proqnozlar verməsi, Kommunist partiyası rəhbərliyinin yarıtmaz siyasətini tənqid etməsi, SSRİ rəhbərliyinin anti-Azərbaycan siyasətinə qarşı çıxması, o vaxtki rəhbərliyin Dağlıq Qarabağ məsələsinə aid xəyanətkar siyasətini və erməniləri dəstəkləmələrini ifşa etməsi və bunlardan irəli gələn təzyiqlər həmin dövrün daxili proseslərinin ümumi xüsusiyyətini müəyyən edirdi. Məhz, belə bir proseslərin gedişatında Yeni Azərbaycan Partiyasının ətrafında ümumazərbaycan hərəkatı formalaşmağa başlamışdı və faktiki olaraq, Yeni Azərbaycan Partiyasının yaranması prosesi ümumazərbaycan prosesinə çevrilmişdi. Ona görə də, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrilib.

1992-ci ilin noyabr ayına qədər olan müddətdə demək olar ki, Azərbaycan xalqının bütün zümrələri, sosial təbəqələrin nümayəndələri baxışlarını Naxçıvana – Ulu öndər Heydər Əliyevə yönəltmişdilər ki, Heydər Əliyev gələcək və Azərbaycanı düşdüyü vəziyyətdən xilas edəcək.

Əlbəttə ki, elə şəraitdə hər bir xalqa müdrik lider lazım olur. Əgər xalqa ümumxalq dəstəyi olan lider tərəfindən rəhbərlik edilməzsə, onun buya digər təşəbbüsləri, iradəsi ortaya qoyulmazsa, ağır şərait dövləti uçuruma apara bilər. Ona görə də, 1992-ci ildə YAP-ın yaranması sözün həqiqi mənasında həmin proseslərdən doğan və Azərbaycanın faktiki olaraq, ictimai-siyasi həyatında bir ümumxalq hadisəsinə çevrilmək prosesi idi. Həqiqətən, Yeni Azərbaycan Partiyasının yaranması yenicə müstəqillik qazanmış Azərbaycanın həyatında tarixi ictimai-siyasi prosesə çevrildi. Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi sistemi yenidən formalaşmağa başladı və bu partiya ölkənin siyasi sisteminə yeni nəfəs, dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi mübarizə aparmanın sivil ənənələrini, normalarını gətirdi.

Ümummilli lider Heydər Əliyev heç bir zaman insanları o zamanki hakimiyyətə qarşı çıxmağa çağırmırdı. O, hələ o zaman hər bir azərbaycanlını mövcud hakimiyyət ətrafında birləşməyə və problemlərin öhdəsindən gəlməyə səsləyirdi. Amma O, eyni zamanda, o vaxtki hakimiyyətin çatışmayan cəhətlərini, nöqsanlarını, qüsurlarını, yürütdüyü siyasətin mənfi tərəflərini açıq-aşkar, lakin konstruktiv şəkildə tənqid edirdi, düzgün yolu göstərirdi, milli birliyin yaradılması və vətəndaş qarşıdurmasından qaçmanın yollarından, daxili siyasətin qurulmasından, insanların potensialından dövlət quruculuğunda istifadənin metodlarından, Dağlıq Qarabağ probleminin həlli vasitələrindən, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən bəhs edirdi. Bir sözlə, hələ o zaman, Ulu öndər həqiqi mənada siyasi konseptual məsələləri ortaya qoyurdu.

Ümumiyyətlə, əsas mahiyyətə varmaq üçün o dövrün ictimai-siyasi proseslərinə daha dərindən nəzər salmaq lazımdır. Faktiki olaraq, eyni hərəkat tərkibindən çıxmış və hamısının da eyni məqsədlərə xidmət etdiklərini bəyan edən ayrı-ayrı adamlar sonradan fərqli partiyalar yaratdılar. Bu partiyalar isə eyni hərəkatın tərkibindən çıxmış, eyni məqsədə xidmət etmiş ayrı-ayrı insanların şəxsi ambisiyalarının həyata keçirilməsi üçün yaradıldı. Bunların Azərbaycan dövlətinin gələcək inkişafı ilə bağlı fərqli fikirlərini özündə ehtiva edən proqramları mövcud deyildi. Hamısı eyni ideyaya xidmət edirdilər, lakin ayrı-ayrı düşərgələrə parçalanmışdılar. Məhz, həmin partiyalar da məqsədi və məramı bəlli olmayan fəaliyyətlərlə məşğul olurdular. Onlar qanun çərçivəsində, demokratik dəyərələrə aid sivil mübarizə metodlarından imtina edərək, qeyri-qanuni vasitələrlə fəaliyyət göstərirdilər. Hər biri ətrafına müəyyən qədər silahlı adam toplamışdı və Azərbaycanın ayrı-ayrı yüksək ranqlı vəzifələrinin açarlarını tələb edirdilər. Ortaya şəxsi ambisiyalarını qoymaqla, özlərinə xüsusi şərait istəyirdilər. Silahlı dəstələrini Dağlıq Qarabağda düşmənlə mübarizəyə istiqamətləndirmək əvəzinə, hakimiyyət uğrunda savaşlara cəlb edirdilər. Məhz, Azərbaycanda müstəqilliyin ilk illərində baş vermiş vətəndaş qarşıdurmalarının və müxtəlif sahələrdə ortaya çıxmış uğursuzluqların səbəbləri elə bunlar idi.

Lakin Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsilə Azərbaycanda nümunəvi siyasi fəaliyyət ortaya qoyuldu. Yəni, görünən odur ki, YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi, siyasi mübarizənin sivil normalarını ortaya qoydu, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi. YAP xalq üçün fəaliyyət göstərməyin nümunəsini ortaya qoydu

- Qeyd etdiniz ki, YAP xalq üçün fəaliyyət göstərmək nümunəsini ortaya qoydu. Məhz, bu faktoru elə partiyamızın möhtəşəm qələbələr qazanmasının əsası kimi qəbul edə bilərikmi?

- Əlbəttə ki, doğrudur. Əvvəldə də qeyd etdim ki, Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ümumxalq partiyasına çevrilib. Həmçinin, YAP Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinin güclü və davamlı dəstəyinə malikdir. Əlbəttə ki, demokratik bir dövlətdə seçkilərdə yalnız insanların dəstəyilə hakimiyyətə yiyələnmək olar. Azərbaycan xalqının da böyük əksəriyyətinin YAP-a böyük dəstək verməsi bu partiyanın davamlı qələbəsini təmin edir. Bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının qələbələr seriyasının əsasında ümummilli dəstək, etimad dayanır. Digər tərəfdən, Yeni Azərbaycan Partiyası proseslərin ümumxalq prosesinin mahiyyətinə çevrildiyi zaman, o vaxt hakimiyyətdə olanlar antimilli fəaliyyətlərilə insanların dəstəyini və inamını sürətlə itirirdilər. Çünki, onlar həmin ərəfədə elə bir yarıtmaz siyasət yürütdülər ki, Azərbaycanı elə bir çətin və çıxılmaz duruma saldılar ki, cəmiyyətin bütün təbəqələri onlardan üz çevirdi. Məhz, bu iki proses paralel getdiyindən YAP insanların davamlı dəstəyini alan qüvvə kimi hakim partiyaya çevrildi. Bununla da, Azərbaycanda daxili siyasətin yeni ənənələri formalaşdı və bu səbəbdən də, YAP o gündən bu günə qədər möhtəşəm zəfərlər qazanmağa başladı…

- Ziya müəllim, siyasi təşkilatların cəmiyyət daxilində böyük nüfuz qazanmasının mühüm amilindən birini də məhz, LİDER faktoru təşkil edir. Həm də təkzibedilməz faktdır ki, Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra partiyaya xüsusilə də, gənclərin axını gücləndi. Sizcə, bunun əsasında hansı səbəblər durur?

- İlk olaraq, bildirmək istəyirəm ki, həm Ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin idarəçiliyi dönəmində gənclərin roluna xüsusi diqqət ayrılıb. Məhz, Azərbaycan dövlətini qurmaq, daxilixarici siyasəti formalaşdırmaq və xalqın etimadını qazanmaq üçün həyata keçirilməsi vacib olan prinsiplərdən biri də Azəpbaycan gəncliyini sağlam, vətənpərvər, intellektualkreativ yetişməsini təmin etmək, onların potensialını reallaşdıraraq, dövlətimizin inkişafına yönləndirməkdən ibarət olub. Ona görə də, əminliklə demək olar ki, gənclər siyasəti hələ Ulu öndər Heydər Əliyevin partiya quruculuğu dövründə diqqət mərkəzində idi. Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, bir dövlətin gənci öz ölkəsinin, millətinin gələcəyinə inanmırsa, onun gələcəyi uğrunda mübarizəyə qoşulmursa, proseslərə biganə yanaşırsa, proseslərin ağırlığını öz çiyinlərinə götürmürsə, o zaman, o millətin, dövlətin gələcəyi olmaz. Ulu öndər Heydər Əliyevin bu aforizmlə gənclərə yanaşmasını ortaya qoyması və bu məsələni ümummilli problemlərin əsas ağırlıq mərkəzinə gətirməsinin nəticəsi idi ki, Yeni Azərbaycan Partiyası qısa müddət ərzində demək olar ki, Azərbaycanın bütün gənclərini dövlət və dövlətçilik ətrafında birləşdirdi.

Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsindən sonra isə YAP-a gənclərin axını daha da gücləndi. Bu gün demək olar ki, YAP-da Azərbaycanın ən intellektualkreativ gəncləri toplaşıb. Onların fəaliyyəti, özlərini təsdiq etmək üçün bütün şərait yaradılıb. Düşünürəm ki, Prezident İlham Əliyev kimi dünya miqyaslı tanınmış gənc siyasətçinin dövlətə rəhbərlik etməsi və YAP Sədrliyi hər bir gəncdə qürur və həvəs hissi yaradır. Gənclər Prezident İlham Əliyevi ideal şəxsiyyət görərək, Onun Sədrlik etdiyi partiyaya üzv olurlarperspektiv fəaliyyətlərini qurmağa çalışırlar.

Bildirmək istəyirəm ki, təməli sağlam olan, daim Azərbaycan xalqının maraqlarını müdafiə edən Yeni Azərbaycan Partiyasının prinsipləri, amalları milli mənafelərə əsaslanır. Ona görə də, YAP bundan sonrakı onilliklər, yüzilliklər ərzində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edəcək və ölkəmizin köklü problemlərinin həllində partiyanın öz dəsti-xətti görünəcək.

- Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyilə bu gün Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. Hazırda ölkənin bütün sahələrində keyfiyyət dəyişiklikləri aydın şəkildə müşahidə olunmaqdadır. Həmin sferalardan biri də məhz, nəqliyyat sektorudur. Bu sahənin inkişafını necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, hazırda respublikada gedən inkişaf nəqliyyat sektorunda da müşahidə olunur, son illərdə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirlər görülür. Bunun nəticəsidir ki, nəqliyyat sektorunda əhəmiyyətli irəliləyişlər olub. Təkcə, cari ilin 9 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib, 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınıb. Yüklərin 16,7 milyon tonu dəmir yolu, 9,3 milyon tonu su, 87,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınıb. Limanlarda 9,1 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib. Bu dövr ərzində nəqliyyat sektoruna yönəldilmiş investisiyaların ümumi həcmi 1,7 milyard manat təşkil edib.

Ölkəmiz üçün dəmir yollarının strateji əhəmiyyətini, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunanTarixi İpək Yolumarşrutu üzərində dəmir yolunun xüsusi yerini nəzərə alaraq, magistralın dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün irihəcmli yenidənqurma və tikinti işləri aparılmaqdadır. Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji, rabitə-işarəvermə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri hazırda 4 komponent üzrə mərhələlərlə davam etdirilir.

Layihə üzrə bu istiqamətdə sürət həddi saatda 140 kilometr olacaq yolun artıq 85 kilometr hissəsi yenidən qurulub, bağlanmış müqavilələr əsasında tələb olunan avadanlıq və materialların müəyyən hissələri alınıb.

Ölkəmizin tranzit imkanlarının artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən və cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi xüsusi yer tutur. Burada tikinti işləri sürətlə davam etdirilir. Hazırda Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 kilometr uzunluğunda yeni yolun üst quruluşu inşa edilibbu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən AxalkalakiKartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 kilometrlik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisiuzunluğu 153 kilometr olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir.

Su nəqliyyatı sahəsində Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin və bərələrin müasir gəmilərlə əvəz edilməsi işləri davam etdirilib. Hazırda dövlət büdcəsi hesabına Xorvatiyada sifariş olunmuş 2 ədəd 54 vaqon tutumlu bərə ölkəyə gətirilir və yaxın günlərdə istismara veriləcək.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və liman kompleksini birləşdirən yol infrastrukturunun tikintisi işləri davam etdirilir. Liman akvatoriyasında aparılan dib dərinləşdirmə işləri yekunlaşmaq üzrədir.

Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədi ilə 2012-ci ildə “Azərbaycan Hava Yolları” QSC tərəfindən 2 ədəd “Boeing-767” tipli sərnişin təyyarəsi alınmış və “Boeing” şirkəti ilə yeni sifarişlərlə bağlı müqavilələr imzalanıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam etdirilib.

Ölkəmizdə daşımaların böyük hissəsi avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilirbu dinamika ilbəil artmaqdadır. Bu daşımaların təhlükəsiz həyata keçirilməsinin təmin edilməsi ilə bağlı, ölkə başçısı İlham Əliyevin verdiyi tapşırıqların icrası məqsədilə avtonəqliyyat parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. 2012-ci ilin 9 ayı ərzində paytaxtda 400 ədəd yeni iriorta tutumlu avtobus və 1000 ədəd “London taksi”ləri olmaqla, 1085 ədəd yeni taksi minik avtomobilləri gətirilərək istismara verilib. Cari ilin əvvəlindən Daşkəsən, Gəncə və Horadiz avtovağzallarının tikintisinə başlanılıb, Yevlax avtovağzal kompleksinin tikintisi isə başa çatdırılaraq istifadəyə verilib.

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq Sazişi çərçivəsində Çin tərəfindən ayrılmış texniki yardımlar hesabına ölkəmizə kommunal xidmət təyinatlı 163 nəqliyyat vasitəsinin gətirilməsi təmin edilib.

Həmçinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılıb, yollarda təhlükəsizlik tədbirləri gücləndirilib, yolların texniki təchizatı, işarələnməsi və zəruri nişanların yerləşdirilməsi təmin olunub.

Avtomobil daşımalarında vacib amillərdən birimüasir tələblərə cavab verən avtomobil yolları infrastrukturunun mövcudluğudur. Bu sahədə Prezident İlham Əliyevin xüsusi tapşırıqları əsasında ölkəmizdə müasir yol şəbəkəsinin yaradılması məqsədilə irimiqyaslı yol layihələri həyata keçirilir, yeni yollar çəkilir, körpülər tikilir.

2012-ci ilin 9 ayı ərzində 362,8 kilometr, o cümlədən 77,5 kilometr respublika əhəmiyyətli, 285,3 kilometr yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 11 körpü tikilib. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 kilometrlik hissəsi istismara verilib, bu yolun 50-69 kilometr hissəsinin tikintisi, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, AğstafaPoyluGürcüstan sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M2 Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri həyata keçirilib.

Həmçinin Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Quba-Qəçrəş, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri aparılıb. Beynəlxalq kreditlər hesabına Yenikənd–Salyan, SalyanŞorsulu, Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı–Yevlax, Tağıyev–Sahil, Yevlax-Gəncə, Hacıqabul–Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul–Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilib.

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”na uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiriprospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilib.

Böyük Şor yol qovşağının üçüncü mərhələsi və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin layihəsi çərçivəsində uzunluğu 566 metr olan tunel istismara verilib. Buzovna-Mərdəkan–Qala, Zığ dairəsi-Beynəlxalq Aeroport avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilməkdədir. Bakı şəhərində 75 kilometr yol əsaslı təmir olunub və 5 yeraltı piyada keçidi istismara verilib.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanın icrası olaraq Nəqliyyat Nazirliyinin elektron xidmət portalı yaradılıb və istifadəyə verilib.

Bir sözlə, Azərbaycanda ən sürətlə inkişaf edən sektorladan birini təşkil edən nəqliyyat sahəsi bu modernləşmənin yeni mərhələsindədir. Biz nəqliyyatçılar əldə oluna uğurlara görə, cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk və əmin edirik ki, biz bundan sonra da dövlət başçısının tapşırıq və tövsiyələrini böyük məsuliyyət hissi ilə yerinə yetirəcəyik.

 

yap.org.az

 

 

Səs.- 2012.- 9 noyabr.- S.8-9.