YAP Azərbaycanın siyasi palitrasının ən güclü siyasi təşkilatıdır

 

Bu ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü tamam olur. Bu gün dünyanın ən iri siyasi partiya təşkilatlarının üzvü olan və müxtəlif güclü dövlətlərin hakim siyasi təşkilatları ilə əməkdaşlıq edən YAP Azərbaycanın partologiya tarixinə fenomenal siyasi qurum kimi daxil olmuşdur. Yaranmasından cəmi 6 ay sonra hakimiyyətə gəlmiş, həmçinin, keçirilmiş bütün seçkilərdə möhtəşəm qələbələr qazanmış 600 min üzvü olan Yeni Azərbaycan Partiyası Azərbaycan əhalisinin böyük əksəriyyətinin dəstəyini alan siyasi təşkilata çevrilib.Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının bu günkü uğurlarının təməlində düşünülmüş siyasi-ideya xətti, siyasi varislik və milli maraqlara sadiqlik prinsipləri dayanır. Onun təsis olunma ərəfəsindəki proseslərin təhlili bir daha sübut edir ki, YAP xalqın partiyası kimi yaranıb və bu gün də eyni statusu saxlamaqdadır. Amma hazırki məqamadək YAP heç də asan və hamar yolla irəliləməyib. 

 

İctimai-siyasi vəziyyət YAP-ın yaranmasını şərtləndirdi

 

1991-ci ildə müstəqilliyin elan olunmasından sonra Azərbaycanda baş vermiş ictimai-siyasi proseslər konkret olaraq, xalqın milli maraqlarının əleyhinə işləyirdi. Müstəqilliyin qorunub saxlanılması üçün demokratik siyasi sistemin formalaşdırılması, eləcədə iqtisadi inkişafın və sosial həyatın yüksəldilməsi üçün praktiki addımlar atılmadı, cəmiyyəti səfərbər edəcək ideologiya işlənmədi. Əksinə, ortaya Azərbaycan reallığından uzaq olan və yalnız etnik parametrləri əsas götürən ideoloji istiqamət elan olundu, bununla da ölkədə məqsədli şəkildə separatçı hərəkatlara yol açdılar. Respublikanın şimalında, cənubunda, həmçinin, şimal-qərbində ayrı-ayrı «respublikaların» yaradılması prosesi başlanmışdı. Bunlarla yanaşı, ölkə daxilində silahlı qruplaşmalar formalaşmışdı, insanlar sərbəst şəkildə küçələrdə gəzə bilmirdilər, azad söz, fikir plüralizmi yox idi, hətta, jurnalistlər döyülərək, maşınların yük yerlərinə salınırdı. Belə bir şəraitdə təbii ki, insanlarda müstəqillik arzusu ilə bağlı qeyri-ciddi düşüncələr yaranmağa başlayırdı. Cəmiyyət daxilində müstəqilliyin yalnız dağıntı gətirdiyini düşünənlərin sayının artmasının səbəbləri də yuxarıda göstərilən vəziyyətlə bağlı idi. Xalq bir çıxış yolu, ümid yeri axtarırdı ki, dövləti düşdüyü ağır durumdan xilas etsin və insanların arzuları puç olmasın. Bu ümid mənbəyi kimi isə Naxçıvanı informasiya və hərbi blokadadan çıxarmış, Azərbaycan bayrağını keçmiş SSRİ bayrağı ilə əvəzləmiş Ümummilli lider Heydər Əliyev çıxış edirdi. Hər kəsin nəzərləri Naxçıvana yönəlmişdi, Azərbaycanın bütün bölgələrindən insanlar müxtəlif vasitələrlə Ulu öndərimizə öz fikirlərini, dəstəklərini çatdırırdılar. Elə bunun nəticəsi idi ki, 1992-ci ildə tarixə «91»lər kimi düşmüş ziyalılarımız müraciət ünvanladılar və bunun nəticəsində də YAP yaradıldı... 

 

Təsis olunmadan cəmi 6 ay sonra hakim partiyaya çevrilmə faktı

 

Göründüyü kimi, 1992-ci ilin noyabr ayının 21-də xalqın tələbi ilə yaradılmış YAP üzərinə düşən məsuliyyəti dərk edərək, taleyüklü məsələlərin həllinə başladı. Müxalifət partiyası kimi yaranmasına baxmayaraq, Yeni Azərbaycan Partiyası qısa müddət ərzində gördüyü işlərlə həqiqətən, xalqın partiyası olduğunu isbatladı.

«Bir siyasi təşkilat hansısa hakimiyyətə müxalif ola bilər, amma, xalqa qarşı çıxa bilməz» prinsipilə fəaliyyət göstərən YAP siyasi mübarizənin milli birliyin əyani göstəricisini ortaya qoydu. Partiyanın Sədri Heydər Əliyevin ölkə ərazilərinin düşmən tərəfindən işğal olunduğu bir zamanda öz tərəfdarlarına müraciət edərək, onları hakimiyyətin ətrafında sıx birləşməyə çağırması da fikirlərimizi bir daha sübuta yetirir. Bir sözlə, YAP-ın təşkilatlanmasında bu cür keyfiyyətlər xüsusi rol oynadı. YAP-ın insanların ideallarını reallığa çevirə biləcək yeganə siyasi təşkilat olduğunu cəmiyyət çoxdan qəbul etməyə başlamışdı. 1993-cü ilin yaz aylarından başlayaraq, ölkədəki ictimai-siyasi vəziyyətin daha da mürəkkəbləşməsi, respublikanın xaosa yuvarlanması vətəndaş müharibəsinin ilk qığılcımlarının alovlanması cəmiyyətin YAP-la bağlı düşüncələrini daha da konkretləşdirdi. Xalq sözün həqiqi mənasında inqilab edərək, Ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Beləliklə , yaranmasından cəmi 6 ay sonra hakimiyyətə gələn YAP vətəndaşların xəyallarını reallığa çevirməyə başladı... 

 

YAP-ın dövlət quruculuğu prosesinə cəlb olunması

 

Ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunmasından Onun ölkə rəhbəri vəzifəsinə seçilməsindən sonra Yeni Azərbaycan Partiyası aktiv şəkildə dövlət quruculuğu prosesinə cəlb edildi. YAP kütləvi kadr partiyası kimi üzərinə düşən funksiyaları uğurla həyata keçirməklə, insanları vahid ideologiya ətrafında birləşdirdi, onların arasından dövlət idarəçiliyi üçün kadrlar seçdi cəmiyyətə təqdim etdi, sosiumu siyasi hakimiyyət ətrafında topladı. Bunun nəticəsi idi ki, qısa müddət ərzində Ermənistanın işğalçı qüvvələri Füzulidən, Ağdamdan, Tərtərdən, Beyləqandan çıxarıldı, düşmən «atəşkəs» haqqında müqavilə imzalamağa məcbur edildi. Həmçinin, ölkənin iqtisadi-sosial dayaqlarının möhkəmləndirilməsi üçün «Əsrin müqaviləsi» imzalandı, aqrar islahatlar özəlləşdirmə siyasəti həyata keçirildi. Eyni zamanda, ölkədə ictimai-siyasi sabitlik təmin edildi, siyasi hüquqi islahatlar həyata keçirildi, Konstitusiya qəbul olundu, söz fikir azadlığı üzərindəki senzura, ölüm hökmü ləğv edildi. Bir sözlə, dövlətin dayaqları möhkəmləndirildi, Azərbaycan keyfiyyətcə yeni inkişaf erasına qədəm qoydu.

2005-ci ildə Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsi ilə həm pariyanın, həm ölkənin həyatında yeni dönəm başladı. YAP yeni layihələr icra etməyə başladı, ölkə gəncləri aktiv şəkildə partiyanın sıralarına qoşulmağa başladı. Məhz, göstərilən işlərin yekunudur ki, bu gün YAP 600 minlik bir güclü siyasi təşkilata çevrilib... 

 

YAP geniş beynəlxalq əlaqələrə malikdir

 

Söylənilənlərlə yanaşı, Yeni Azərbaycan Partiyasının müxtəlif ölkələrin siyasi partiyaları demokratik təsisatları ilə qurduğu işgüzar səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa Asiyanın bir sıra aparıcı siyasi partiyaları qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Rumuniya, Serbiya, Monteneqro, Pakistan, Tacikistan digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir təcrübə mübadilələri aparılır.

Yeni Azərbaycan Partiyası 51 ölkəni təmsil edən siyasi partiyaları özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib.

YAP Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir etmək imkanlarını genişləndirir müxtəlif beynəlxalq qurumlara inteqrasiya tendensiyalarını dərinləşdirir. Xüsusilə, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın digər ölkələrin aparıcı partiyalarını özündə birləşdirən Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bundan başqa, YAP-la Almaniyanın Xristian Demokrat Birliyi, eləcə nüfuzlu Konrad Adenauer Fondu (KAF) arasında birgə layihələr həyata keçirilir.

Bununla yanaşı, YAP-ın təşkilatçılığı ilə ölkəmizdə beynəlxalq tədirlər təşkil olunur. Bu kimi tədbirlər təbii ki, partiyamızın beynəlxalq əlaqələrinin geniş coğrafiyasına intensiv xarakterinə əyani misal ola bilər.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr eyni zamanda müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.

 

Ölkənin regionun ən güclü partiyası YAP-dır

 

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası malik olduğu resurslara görə, ölkənin bütünlükdə regionun ən güclü siyasi təşkilatı kimi tarixə düşür. Azərbaycanda keçirilmiş 4 parlament, 3 bələdiyyə, 4 prezident seçkilərində, həmçinin, 2 referendumda möhtəşəm qələbələr qazanıb, xalqın böyük əksəriyyətinin dəstəyini alıb. Bütün bunlar təbii ki, həm xalqın YAP-a olan inamı sevgisidir, həm partiyamızın reallaşdırdığı mükəmməl seçki texnologiyasıdır, düşünülmüş siyasətdir.

Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş 50-dən artıq siyasi partiya arasında YAP gücünü, nüfuzunu sosial dəstəyini sübut etmiş yeganə siyasi təşkilatdır. YAP daim xalqın arasındadır, onunla ünsiyyətdədir, onların problemlərini həll edir cəmiyyətimizin kimsəsiz, tənha üzvlərinə dəstək olur.

Bir sözlə, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasının ən güclü siyasi təşkilatı olaraq, Azərbaycanın inkişaf etdirilməsi işində uğurla iştirak edir bundan sonra da öz töhfələrini verəcək.

 

 

Xatirə Əliyeva,

Yeni Azərbaycan Partiyası

Mətbuat Xidmətinin əməkdaşı

 

Səs.- 2012.- 13 noyabr.- S.11.