Azərbaycan XX əsrin əvvəllərində: iqtisadi həyat

 

XX əsrin əvvəllərində Azərbaycanda sənaye inkişaf etməyə başladı. Bu münasibətlə tarixçi-alim M.İsmayılov yazır ki, XX yüzilliyin əvvəllərində Rusiyada inhisarçı kapital bütün iqtisadiyyat sahələrində hakim mövqe tuturdu. Rusiya imperiyasına, o cümlədən, onun müstəmləkəsi olan Azərbaycana xarici kapital axını daha da güclənmişdi. Belə bir şəraitdə Rusiya kapitalizmi xarici kapitaldan asılı vəziyyətə düşmüşdü. Bu dövrdə Azərbaycanda kapitalist istehsalı daha da genişlənirdi. Burada sənayenin bəzi sahələrinə texniki yeniliklər tətbiq olunurdu. Kapitalist istehsal üsulu Azərbaycan kəndinə də təsirsiz qalmadı. Kənddə kapitalizmin inkişafı nəticəsində feodal münasibətləri daha da sarsılır, əmtəə istehsalının əmtəə-kapitalist istehsalına çevrilməsi daha da genişlənirdi.

Rusiyada kapitalizmin inhisar mərhələsinə qədəm qoyması sənaye böhranının başlanması ilə eyni vaxta düşdü. Böhran Rusiya sənayesini də sarsıtdı. Böhran neft sənayesiiin bütün sahələrinə - neft çıxarılmasına, onun emalına, yeni quyuların qazılmasına, neftinneft məhsullarının ixracına, kəşfiyyat işlərinin aparılmasına ağır zərbə endirdi. Təkcə 1899-1900-cü ildə Bakıda olan 208 şirkətdən 90-nı iflasa uğradı, iri inhisarların ixtiyarına keçdi. Neft ixracı Nobel qardaşları, Rotşild kimi inhisarçıların əllərində cəmləşdi. Bakı şəhərində neft sənayesi ilə yanaşı, ona qulluq edən, həmçinin, başqa sənaye sahələri fəaliyyət göstərirdi. 1900-1903-cü illərdə Bakıda 12 maşınqayırma zavodunda 2 mindən artıq fəhlə çalışırdı. Neft mədənlərində icarə ilə neft buruqları qazan iri müəssisələr fəaliyyət göstərirdi. Şəhərdəki gəmi təmiri müəssisələri də iri kapitalist müəssisələri idi. 1900-1903-cu illərdə 11 belə müəssisədə 1700-dən çox fəhlə işləyirdi. Neft sənayesi və buxar maşınları tətbiq olunan sənaye sahələri üçün iri qazanlara böyük ehtiyac var idi. Qeyd olunan illərdə onları istehsal edən zavodların sayı 10-a, fəhlələrinin sayı isə 1700-ə çatırdı. Bunlardan başqa, neft sənayesi ilə bağlı tökmə ilə məşğul olan, metal kanat istehsal edən, müxtəlif təmir işlərilə məşğul olans. emalatxanalar fəaliyyət göstərirdi.

Bakıda xeyli yeyintiyüngül sənaye müəssisələri var idi: 400-ə qədər fəhləsi olan 15 mexaniki dəyirman, 8000 nəfər fəhləsi olan iki tütün fabriki, müxtəlif yeyinti sənaye müəssisələri, H.Z.Tağıyevin 1900-cü ildə işə düşmüş və 1000-dən artıq fəhləsi olan toxuculuq fabriki, mətbəələr, tikinti materialları istehsalı ilə məşğul olan müəssisələr və s.

Bakı ilə yanaşı Azərbaycan qəzalarında da sənayenin müxtəlif sahələri inkişaf edirdi. Bu sənaye sahələrindən birinci növbədə dağ-mədən sənayesini - misəritmə sənayesini göstərmək olar.

Qəzalarda yüngülyeyinti sənaye sahələri də inkişaf etmişdi. Ən mühüm yeri ipək emalı, pambıqtəmizləmə sahələri tuturdu. Bundan başqa gön-dəri istehsalı, sabunbişirmə və s. istehsal sahələri var idi. Yüngül sənayedə 11,5 min fəhlə çalışırdı ki, onlardan 9,5 minə qədəri ipək sənayesində məşğul idi. Yeyinti sənayesini balıqçılıq, çaxır və araq istehsalı, tütün sənayesi və s. müəssisələr təmsil edirdi. Yeyinti sənayesində 46, 25 min fəhlə çalışırdı ki, bunun 40,4 mini balıq sənayesinin payına düşürdü.

XX yüzilliyin əvvəllərində Azərbaycan kəndlilərinin başlıca məşğələsi, əvvəlki illərdə olduğu kimi, yenə də əkinçilikdən, bağçılıqdan və maldarlıqdan ibarət idi. Əsasən, buğda, arpa və çəltik becərilirdi. 1900-1903-cü illərdə Azərbaycanda ildə orta hesabla 50 milyon puda qədər taxıl istehsal olunurdu. Azərbaycan barama istehsalı, ipəkçilik üzrə Zaqafqaziyada mühüm yer tuturdu. 1900-1904-cü illərdə Azərbaycanın iki quberniyasında hər il orta hesabla 170-180 min pud barama istehsal olunurdu.

XX yüzilliyin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı həyatında pambıqçılıq mühüm rol oynamağa başladı. 1903-cü ildə Yelizavetpol quberniyasında 100 min puddan çox, 1903-cü ildə isə 170 min puda qədər pambıq məhsulu götürülmüşdü.

Azərbaycanın kənd təsərrüfatında bağçılıq və üzümçülük mühüm yer tuturdu. Onun demək olar ki, hər yerində bu təsərrüfat sahəsilə məşğul olurdular. Bakı quberniyasında, əvvəllərdə olduğu kimi, bağçılıq və üzümçülük Göyçay, Bakı, Şamaxı qəzalarında, Yelizavetpol quberniyalarında isə Nuxa, Şuşa, Yelizavetpol, Qazax və Ərəş qəzalarında daha geniş vüsət almışdı.

Azərbaycanın kənd istehsalçıları az miqdarda da olsa kartof, lifli və yağlı bitkilər becərir, biyankökü çıxarır, zəfəran əkir və arıçılıqla məşğul olurdular.

Kənd təsərrüfatının ən mühüm sahələrindən biri maldarlıq idi.

Maldarlıqda aparıcı yeri qoyunçuluq tuturdu. Bu, otlaqların, qışlaq və yaylaq şəraitinin olması ilə bağlı idi. İkinci yeri iribuynuzlu heyvanların bəslənməsi tuturdu. Atçılıq da əsas sahələrdən biri idi. Azərbaycanda 1900-1903-cü illərdə 2 milyon başdan çox qoyun-keçi, 1 milyon başa qədər iribuynuzlu mal-qara, 150-160 min baş at var idi.

Azərbaycan kəndində məhsuldar qüvvələrin inkişafı burada istehsal münasibətlərinin xüsusiyyətinə əsaslı təsir göstərirdi. Əmtəə-pul münasibətlərinin daha da genişlənməsi dağılmaqda olan feodal qapalılığını sarsıdırdı. XIX yüzilliyin sonlarında Azərbaycan kəndində 113 mindən çox daimi muzdlu fəhlə, 200 minə qədər isə gəlmə muzdlu fəhlə əməyi tətbiq olunurdu. Kənd təsərrüfatında muzdlu əməyin tətbiqinin genişlənməsi, kəndlilərin təbəqələşməsinin sürətlənməsi, təsərrüfatda kapitalist istehsal formaları tətbiqinin artması Azərbaycan kəndinin simasını dəyişir, feodalizm istehsal münasibətlərinin əsasını sarsıdır, yeni, daha mütərəqqi istehsal münasibətlərinin kənddə hakim mövqe tutmasına səbəb olurdu. Lakin bütün bunlarla yanaşı, Azərbaycanın kənd təsərrüfatı hələ də geri qalır, əsasən, ibtidai texnikaya əsaslanırdı. Bu isə məhsuldarlığın xeyli aşağı səviyyədə olmasına gətirib çıxarırdı.

Böhran illərində sənayenin bir çox sahələrinin, xüsusən, neft sənayesinin əsaslı surətdə geriləməsi böyük işsizlər ordusunun yaranmasına səbəb oldu. Azərbaycan neft sənayesində fəhlələrin sayı on minə qədər azalıb, 27 min nəfərə endi. Azərbaycan qəzalarında, xüsusilə, Nuxa, Gəncə, Gədəbəy və dəmir yolunda fəhlələrin xeyli hissəsi işsiz qaldı.

Azərbaycan kəndliləri əvvəlki illərdə olduğu kimi, həm dövlət məmurlarının, həm də bəylərin, mülkədarların ağır istismarına məruz qalırdılar. Onlar yenə də torpaq azlığından əziyyət çəkir, ağır mükəlləfiyyətlər daşıyır və vergilər ödəyirdilər. Torpaqlar, əsasən, dövlətin və bəylərin, mülkədarların mülkiyyətində idi. 1900-cü il mayın 1-də "Zaqafqaziyanın dövlət kəndlilərinə töycü ödəmək şərtilə xəzinə torpaqlarından daimi istifadə etmək haqqında" qanun verildi. Bu qanunla dövlət kəndlilərinə mülkiyyət hüququ deyil, töycü müqabilində daimi istifadə hüququ verilirdi. 1903-cü il aprelin 21-də "Zaqafqaziyada dövlət kəndlilərnnin torpaq quruluşunu" müəyyən edən əsasnamələr təsdiq olundu. Bu əsasnamələr dövlət kəndlilərinin torpaqdan istifadə hüquqlarını müəyyənləşdirdisə də, torpaq quruculuğu məsələsi, dövlət kəndlilərinin öz pay torpaqlarını satın alması məsələsi həll edilməmiş qaldı.

Böhran illərində fəhlələrin vəziyyətinin son dərəcədə ağırlaşması, fəhlələr arasında siyasi təşviqatın genişlənməsinə şərait yaratdı. Məhz bu dövrün başlanğıcında, 1900-cü ilin sonlarında Bakıda sosial-demokratiya hərəkatı genişlənməyə başladı. 1901-ci ildə Bakıda RSDFP-nin təşkilatı artıq formalaşmaqda idi. Bu dövrdə Bakı və onun rayonlarında 15 dərnək fəaliyyət göstərirdi. 1901-ci ilin yazında RSDFP-nin Bakı Komitəsi yaradıldı. Yeddi nəfərlik bu komitənin tərkibində bir nəfər də azərbaycanlı yox idi.

Rusiyada, o cümlədən, Bakıda və Azərbaycanın başqa yerlərində fəhlələrin təşəkkülü və kapitalizm ziddiyyətlərinin kəskinləşməsi, milli-müstəmləkə zülmü sinfi mübarizənin, milli azadlıq hərəkatının genişlənməsinə səbəb olmuşdu. 1901-ci ilin yanvarında Bakıda Ter-Qriqoryana məxsus olan fabrikin fəhlələri, martda isə Sabunçu "Remont" mexaniki emalatxanasının fəhlələri tətil etdilər. Tezliklə bir sıra başqa sənaye müəssisələrinin fəhlələri də tətilə qoşuldular. Tətilçilər, əsasən, iqtisadi tələblər irəli sürürdülər.

Azərbaycan kəndində də baş verən sosial-iqtisadi dəyişikliklər, sinfi ziddiyyətlərin, aqrar münasibətlərin kəskinləşməsi, çarizmin milli və müstəmləkə zülmü sinfi mübarizənin kəskinləşməsinə, kəndli çıxışlarının artmasına səbəb oldu. Kəndli çıxışları, eyni zamanda, mütləqiyyətə qarşı çevrilmişdimilli azadlıq hərəkatı ilə çulğalaşırdı. Bu hərəkata Azərbaycan əhalisinin digər təbəqələri, o cümlədən, tələbələr və ziyalılar da qoşulurdular. Belə ziyalılardan N.Nərimanovu, M.Ə.Rəsulzadəni, S.M.Əfəndiyevi, Ə.Ağayevi, M.Əzizbəyovu, C.Məmmədquluzadəni, M.Ə.Sabiri və başqalarını göstərmək olar.

1904-cü ilin yanvarında başlanmış rus-yapop müharibəsinin sədası Azərbaycana da yetişdi. Həmvətənlərimizdən polkovnik Səməd bəy Mehmandarovunkapitan Əliağa Şıxlinskinin rus ordusu sıralarında iştirak etdiyi bu müharibə ədalətsiz, müstəmləkəçi müharibə idi. Rusiyanın mərkəzi quberniyalarında olduğu kimi, onun müstəmləkə ucqarlarında da müharibə xalq kütlələrinə yeni məhrumiyyətlər gətirdi. Fəhlə və kəndli kütlələrinin həyat şəraiti daha da ağırlaşdı. Bu isə zəhmətkeş kütlələri mübarizəyə sövq edirdi, onları müharibə əleyhinə çıxışlara qaldırırdı. Mütəşəkkil olmasa da, Bakının bəzi sənaye müəssisələrində tətillər baş verirdi.

Rus-yapon müharibəsindən əvvəl, müharibə dövründə Bakıda baş verən fəhlə hərəkatının gedişində sosial-demokratların azərbaycanlı fəhlələr arasında aparan özəyi yarandı. Əvvəllər dərnək tipli olan bu siyasi qrup 1904-cü ildə "Hümmət" adlı qəzet buraxmağa başladı. Qəzet zəhmətkeşləri mütləqiyyətə, sosial ədalətsizliyə qarşı mübarizəyə çağırırdı. Tezliklə azərbaycanlı sosial-demokratlar bu qəzetin ətrafında toplaşdılar və "Hümmət" adlı sosial-demokrat təşkilatının əsasını qoydular. Bu təşkilat azərbaycanlı fəhlələr arasında geniş inqilabi görür, vərəqələr nəşr edir, "Hümmət" qəzetinin nəşrini davam etdirirdi. 1904-cü ilin sonlarında Bakı neft sənayesi fəhlələri arasında inqilabi əhval-ruhiyyə xeyli artmışdı. Bunun başlıca səbəbi onların məişətinin, iqtisadi vəziyyətinin daha da pisləşməsi idi. Həmin ilin dekabrın 13-də fəhlələr tətil elan etdilər. Birinci "Xəzər-Qara dənizi cəmiyyəti" zavodu fəhlələri tətil etdilər. Az keçmədi bir sıra başqa sənaye müəssisələrin, fabrik və zavodlarının fəhlələri bu tətilə qoşuldular. Tətil neft mədənlərini bürüdü. Şəhərdə hərbi vəziyyət elan olundu. Tətil komitəsi ilə aparılan ilk danışıqlar nəticəsiz oldu. Nəhayət, dekabrın 30-da fəhlələrin "Mazut Konstitusiyası" adlandırdığı müştərək müqavilə imzalandı. Dekabrın 31-də tətil qalibiyyətlə başa çatdı. Bu, Bakı fəhlələrinin neft sənayeçiləri və çarizm üzərində ilk qələbəsi idi.

1905-ci il yanvarın 3-də Peterburqda Putilov zavodu fəhlələrinin tətili başlandı və tezliklə ümumi tətilə çevrildi. Yanvarın 8-də bütün Peterburq tətil edirdi. Tətilçilər yanvarın 9-da öz tələblərilə Qış Sarayına doğru getdilər. Lakin onlar çarın əmri ilə gülləbaran edildilər.

Bu qanlı hadisə haqda xəbər Bakıya çatan kimi fəhlələr ayağa qalxdılar. Müəssisələrin çoxu, nəqliyyat öz işini dayandırdı. Tətilə Gəncə zəhmətkeşləri, Gədəboy mis mədənləri fəhlələri də qoşuldular. Bakıda zəhmətkeşlərin çıxışlarının böyük vüsət aldığını görən çar hökuməti dairələri burada azərbaycanlılarla ermənilər arasında milli nifaq salmağı qət etdibuna nail oldu. Bakıda fevralın 6-dan 9-na kimi davam etmiş erməni-azərbaycanlı qırğını baş verdi. Qırğının qarşısını almaqda "Hümmət" təşkilatı xüsusi fəaliyyət göstərirdi. Milli qırğının qarşısını almaqda H.Z.Tağıyevin rolunu xüsusi qeyd etmək lazımdır.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 15 noyabr.- S.14.