"Rabitə dünyası" qəzetinin 20 illik yubileyi keçirildi
Bu
gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
mətbu orqanı olan "Rabitə dünyası" qəzetinin
20 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə,
tədbirdə çıxış edən Mətbuat
Şurasının sədri Əflatun Amaşov bildirib ki, qəzet
20 illik fəaliyyəti dövründə bir sıra
uğurlara imza atıb.
MŞ
sədri onu da vurğulayıb kİ, bu mətbu orqanında
digər sahələrdə çalışan insanlar
üçün də əhəmiyyətli məlumatlar var:
“Hazırda Azərbaycanda 20-ə yaxın sahə qəzetləri
fəaliyyət göstərir. Bu qəzet vasitəsi ilə
informasiya texnologiyaları bağlı ən son yenilikləri
öyrənmək mümkündür. Buna görə də qəzet
öz işini layiqincə həyata keçirir”.
Daha
sonra çıxış edən Prezident
Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov vurğulayıb ki, Azərbaycanda
söz azadlığı və siyasi plüralizm mövcuddur:
“Ölkəmizdə olan kütləvi informasiya vasitələri
operativliyi və obyektivliyi baxımından tək MDB-də
deyil, bütün dünyada qabaqcıl yerləri tutur. Bu
baxımdan “Rabitə dünyası” qəzetinin xidmətləri
danılmazdır. Qəzet ilk baxışdan sahə qəzeti
kimi görünür, ancaq onu oxuyub nəzərdən
keçirsək şahidi olarıq ki, orada həmçinin
ölkənin ictimai-siyasi hadisələri də yer alıb”.
Tədbirdə
çıxış edən qəzetin baş redaktoru və
nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov
mətbu orqanın tarixi haqqında qonaqlara məlumat verib. O
bildirib kİ, 1992-ci ildə yaradılan nəşrin ilk
nömrəsi dörd səhifədən ibarət olmaqla
işıq üzü görüb və həftədə bir
dəfə dərc edilib: “20 illik fəaliyyəti
dövründə qəzet ölkə mətbuatında
özünəməxsus yer tutub və fəaliyyəti
yüksək qiymətləndirilib. Qəzetin səhifələrində
Azərbaycanda həyata keçirilən İKT siyasəti,
müasir informasiya texnologiyalarının tətbiqi, informasiya
cəmiyyətinin formalaşması, ölkənin
regionlarında rabitə şəbəkəsinin vəziyyəti,
baş verən yeniliklər, mövcud problemlər,
respublikanın informasiya-kommunikasiya texnologiyaları sektorunun
inkişafı yer alır”.
Qəzetin
redaktoru onu da əlavə edib ki, beynəlxalq rabitə sistemi,
İKT sahəsində Azərbaycanda və xarici ölkələrdə
keçirilən beynəlxalq konfranslar, forumlar, İT sənayesinin
nüfuzlu şəxslərinin həyat və fəaliyyəti,
sahə üzrə ixtisaslı kadrların hazırlanması
ilə məşğul olan ali təhsil ocaqları, tarixdə
əhəmiyyətli iz buraxmış texnoloji ixtiralar və
digər məlumat haqqında qəzetdə müəllif
yazılarını və digər aktual məsələləri
əhatə edən mütəxəssis yazılarını
oxumaq mümkündür: “Hazırda Azərbaycan dilində 36
səhifə və ingilis dillində 24 səhifədən ibarət
olmaqla yüksək keyfiyyətli kağızda nəşr
olunan "Rabitə dünyası" qəzeti tam rəngli formada və nəfis
tərtibatda işıq üzü görür”.
Nazir
Əli Abbasov da qəzetlə bağlı dəyərli fikirlərini
tədbir iştirakçıları ilə
bölüşüb və mətbu orqanında əməyi
keçən hər kəsi təbrik edib.
Tədbirdə
həmçinin qəzetin redaktoru və əməkdaşlarına
Mətbuat Şurası və Azərbaycan Jurnalistlər
Birliyinin diplomları təqdim olunub.
Səs.- 2012.- 21 noyabr.- S.23.