Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə qatılması və formal siyasi müstəqilliyin və dövlətçiliyin ləğvi

 

ZSFSR və SSRİ-nin təşkili ilə respublikalar formal olaraq saxladıqları siyasi müstəqillikdən, beynəlxalq subyekt və statusundan məhrum oldular. Bolşevik elitası Şərqi də sovetləşdirmək üçün Azərbaycana xüsusi diqqət ayırırdı. T.Qaffarov "Azərbaycan  tarixi" kitabında göstərir ki, Moskva Şərqdə inqilabi prosesləri canlandırmaq işində təbii, iqtisadi və mənəvi potensialı ilə seçilən və cəlbedici ölkəyə çevrilə biləcək Azərbaycanı "Şərqin qapısı" kimi qiymətləndirir, ona xüsusi rol ayırırdı. Şərq xalqlarının I qurultayının (1920, 1-7 sentyabr), Şərq gəncləri qurultayının (1920, 9-10 sentyabr) təmtəraqlı şəkildə Bakıda keçirilməsi heç də təsadüfi deyildi. Şərq xalqları arasında inqilabi təbliğat işi aparmaqmilli azadlıq hərəkatlarını idarə etmək məqsədilə xüsusi şüarlar da təsis edilmişdi. Lakin Şərq xalqları sovet Azərbaycanının Moskvadan siyasi asılılığını, iqtisadi və mədəni tərəqqidə birtərəfliliyi, bunun müstəmləkə rejiminin möhkəmlənməsinə xidmət etdiyini görürdülər. Moskva istəyinə nail ola bilmədi. Nüfuz dairələrində möhkəmlənmək üçün bolşevik elitasının hakim olduğu ərazilərdə vahid dövlət, sovet imperiyası yaratmağa başladı.

Mərkəzin təhriki ilə Zaqafqaziya respublikaları əvvəl öz dəmir yolları (1922, 14 aprel), xarici ticarət (1922, 2 iyun) idarələrini birləşdirdilər. Hər şey elə quruldu ki, guya Zaqafqaziya xalqları siyasi ittifaq yaratmağı arzu edirlər. RK(b)P Mərkəzi Komitəsinin Qafqaz bürosu 1921-ci il noyabrın 3-də bu respublikaların federativ ittifaqa girməsi təklifini irəli sürdübu məsələ tez bir zamanda partiya təşkilatlarında, sovetlərdə "müzakirə olundu" və "bəyənildi". Belə ittifaq yaratmağın vaxtının hələ yetişmədiyini bildirənləri (R.Axundovu, M.D.Hüseynovu və başqalarını) da bu yolun düzlüyünə "inandırırdılar". Əvvəl bu respublikalar Zaqafqaziya Respublikaları Federativ İttifaqında (ZRFİ-də) birləşdirildilər. 1922-ci il martın 12-də Azərbaycan, Gürcüstan və Ermənistanın Mərkəzi İcrayə Komitələrinin səlahiyyətli konfransı bu respublikalar arasında ittifaq müqaviləsini təsdiq etdi. Hərbi işə, maliyyəyə, xarici ticarətə, yollara, rabitə vasitələrinə, əksinqilabla mübarizəyə rəhbərlik edən İttifaq  Sovetiiqtisadi siyasəti müəyyənləşdirən Ali İqtisadi Şura təşkil olundu. Zaqafqaziyadakı müstəqil respublikaların hüquqlarının əllərindən alınmasında növbəti mərhələ bu respublikaların federativ ittifaqının əvəzinə bir dövlət Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradılması oldu.

Zaqafqaziya Sovetlərinin Bakıda keçirilmiş I qurultayında (1922, 10-13 dekabr) ZSFSR Konstitusiyası qəbul edildi. Ali orqan Zaqafqaziya Mərkəzi İcrayyə Komitəsi seçildi. MİK-Rəyasət Heyətinin sədrləri Azərbaycandan S.Ağamalı oğlu, Gürcüstandan M.Sxakaya və Ermənistandan S.Ambarsumyan oldular. MİK-in sessiyasında Zaqafqaziya Xalq Komissarları Soveti seçildi. Yerli xüsusiyyətlərlə daha çox bağlı olan daxili işlər, maarif, səhiyyə, əkinçilik və başqa komissarlıqlar birləşdirilmədi. 1923-cü il yanvarın 10-dan Zaqafqaziya vahid pul sisteminə keçdi, vahid büdcə tərtib olundu. Sonuncu iqtisadiyyatı xeyli zəif olan Ermənistanın və Gürcüstanın Azərbaycanın istismarı hesabına daha sürətli inkişafı üçün şərait yaratdı.

Sovet imperiyası yaradılması yolunda növbəti addım 1917-ci ildən sonra meydana gəlmiş respublikaların vahid bir dövlətdə birləşdirilməsi oldu. 1922-ci ilin avqust-sentyabr ayınında kommunistlərin təzyiqi ilə Azərbaycanda RSFSR-lə birləşmək "arzusunu" ifadə edən yığıncaqlar keçirildi. Avqust ayında Moskvada sovet respublikaları arasındakı münasibətlərin təşkili məsələsi üzrə müşavirə oldu. Respublikaların, o cümlədən, Azərbaycanın nümayəndəliyi daxil olan xüsusi komissiya yaradıldı. Bu komissiya respublikaların muxtariyyət hüququ ilə RSFSR-ə daxil olması haqqında tezisləri qəbul etdi. Bu tezislərin müəllifi, demək olar ki, İ.V.Stalin idi. Bir sıra respublikalarda, xüsusən, Gürcüstanda ciddi narazılıqları nəzərə alan Lenin ittifaq dövləti daxilində formal da olsa respublikaların "suverenliyinin bərabərliyinin" saxlanmasını vacib bildi.

ZSFSR Sovetlərinin I qurultayı federativ respublikanın Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ-) daxil olmasına tərəfdar çıxdı.

1922-ci il dekabrın 30-da Moskvada SSRİ Sovetlərinin I qurultayında RSFSR, Ukrayna SSR, ZSFSR Belarusiya SSR SSR İttifaqında "könüllü surətdə" birləşdilər. Nəriman Nərimanov SSRİ Mərkəzi İcrayyə Komitəsi sədrlərindən (dörd sədrdən) biri seçildi.

1922-ci il dekabrın 30-da SSRİ tərkibinə qatılmaqla Azərbaycan SSR formal olan dövlət müstəqilliyini tam itirdi, imperiyanın bir əyalətinə çevrildi. Onun qanunverici, icraedici məhkəmə hakimiyyəti orqanları vardı. Suveren hesab olunurdu. Hətta SSRİ-dən çıxmaq hüququna malik idi. Lakin bunlar hamısı kağız üzərində qalırdı. Təkpartiyalı sovet siyasi sistemində hər şey bolşevik elitasını, daha dəqiq desək, burada birinci şəxsin iradəsindən asılı idi. Respublikanın "ali" hakimiyyət orqanları SSRİ, 1936-cı ilin axırınadək, həm , ZSFSR ali hakimiyyət orqanlarının yerli təşkilatları kimi fəaliyyət göstərirdilər, "yuxarıların", partiya rəhbərliyinin göstərişlərini həyata keçirirdilər. Respublika beynəlxalq subyekt statusunu itirmişdi.

Sovet imperiyasında hakim millət yox, hakim ideologiya onu dəstək edərək, bütün dünyada ağalığa can atan hakim partiya elitası vardı. Hər şey - bütün insanların, xalqların, millətlərin, respulikaların mənafeləri onlara tabe edilmişdi. Nəyin bu maraqlara müvafiq olduğunu birinci şəxslər onlara təsir etməyi bacaran siyasi elita nümayəndələri müəyyən edirdilər.

Bu şəraitdə bolşevik liderlər sırasına soxulmuş "kommunist- daşnaqlar"a öz millətçi iddialarını həyata keçirmək üçün münasib imkanlar yaranmışdı. Onların təhriki ilə siyasi rəhbərlikdə belə bir qeyri-rəsmi doktrina formalaşmışdı ki, guya "kommunizm işinin", "dünya kommunist inqilabının'', proletariatın zəhmətkeş siniflərin mənafeyi SSRİ ərazisindəki türk xaiqlarının öz soy kökü birliyinə, bir-birinə marağını "pantürkizm" kimi damğalamağı, habelə, Türkiyə ilə Sovet-türk xalqları arasında fiziki mənəvi körpü olan Azərbaycanı parçalamağı, milli simadan məhrum etməyi, Türkiyə ilə sərhədi olan Naxçıvan ərazisini ondan Ermənistan ərazisi ilə süni şəkildə ayırmağı, Ermənistanı böyük dotasiyalarla, xüsusən, Azərbaycanın ərazisi, iqtisadi imkanları hesabına inkişaf etdirməyi tələb edir.

N.Nərimanov bu antiazərbaycan siyasətinə qarşı RK(b)P MK-, Stalinə yazdığı "Ucqarlarda inqilabımızın tarixinə dair" məktubunda qəti etiraz etmişdi. O, cəsarətlə yazırdı: "Mən, azacıq da olsa, şübhə etmirəm ki, AKP MK, Serqo (Orconikidze - T.Q.) Stalinin timsalında bizə - türklərə inanmır, Azərbaycanın taleyini erməni daşnaqlara tapşırır". Bu ifşaedici məktubdan sonra rəhbərliyin ona münasibəti daha da soyuqlaşdı. 1925-ci il martın 19-da Nəriman Nərimanov qəflətən vəfat etdi.

1927-ci ildə Zaqafqaziya Mərkəzi İcraiyə Komitəsinin qərarı ilə Mehri-Cəbrayıl qəzalarından 24 kənd, Aşağı Zangəzurdan 1065 des.torpaq sahəsi, 1929-cu ildə yenidən 13 min hektar Azərbaycan ərazisi-Nüvədi, Tuğut Yeməzir kəndləri, habelə, Naxçıvandan 9 kənd (582,9 des.sahə), Qaymaqlı Kürumuzlu arasındakı sahələr (228,9 h.) Ermənistana verildi.

Beləliklə, Naxçıvan ərazi baxımından Azərbaycandan ayrı salındı. 1938-ci ildə Ermənistanla Azərbaycan arasında "sərhədləri dəqiqləşdirmək" bəhanəsi ilə "bərabərtərəfli" komissiya yaradıldı. Azərbaycan tərəfdən bu komissiyaya erməni - Torpaq Komissiyasının sədri İsaxanyan rəhbərlik edirdi. Martın 5-7-də imzalanmış protokola əsasən Laçının Qaragöl yaylağı, Qubadlının "Çayzəmin" adlanan sahəsi, Qazaxın Kəmərli kəndi Kəlbəcərin "Zod" sahəsi Ermənistana verildi. Azərbaycan SSR Ali Soveti 1938-ci il martın 5-də bu protokolu təsdiq etdi. Lakin azərbaycanlılar yerlərdə müqavimət gestərir, torpaqlarını əldən vermirdilər.

Azərbaycan, potensial imkanlarının nəyin mənafeyinə, hansı istiqamətdə, qədər kimi vasitələrlə inkişaf etdirilməsi ondan çox az asılı idi. Mərkəzin maraqlı olduğu sahələrdə, xüsusən, neft hasilatı emalı, pambıqçılıq, bolşevik ideologiyasının əsiri olmuş təhsil, elm, mədəniyyət sahələrində irəliləmələr baş vermişdi. Lakin xalqdan müstəqil dövlətçilik hüququ alınmışdı, o, müstəqil dövlət idarəçiliyindən, öz taleyinin ağası olmaq hüququndan məhrum edilmişdi. Ona zorla necə yaşamağı, necə düşünməyi, etməyi öyrədirdilər.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 23 noyabr.- S.14.