Azərbaycan SSR-də "mədəni inqilabın" mahiyyəti və sovet mədəniyyətinin formalaşması

 

Sovet dövründə bolşevik elitası Azərbaycanda yeni sovet mədəniyyət formalaşdırmaq məqsədilə "mədəni inqilab" həyata keçirməyə başladı.

 

1) İslam dini sıxışdırıldı.

2) Milli-mənəvi dəyərlər özəlləşdirildi.

3) Məzmunca milli, formaca sotalist mədəniyyəti yarandı.

4) Yeni sovet təhsili yaradıldı.

5) Yeni istiqamətli elm, ədəbiyyat və KİV formalaşdırıldı.

1920-ci il mayın 15-dən vicdan azadlığı haqqında dekret qəbul olundu.

 

Tarixi mənbələrdə göstərilir ki, 1924-cü ilin yanvarında AK (b) P Siyasi Bürosu "Din əleyhinə komissiya" yaratdı. Şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olundu. 1929-cü ildən din əleyhinə hücum daha da gücləndi. Həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrildi. 20-30-cu illərdə respublikada 2800-ədək məscid vardı. 1933-cü ildə Bakıdakı məşhur Bibiheybəi məscidi, Nuxada və Maştağada qədim minarələr, yüzlərlə başqa müqəddəs ocaqlar dağıdılmışdı. Başqa dinlərə məxsus abidələr, o cümlədən, Bakıdakı yaraşıqlı Aleksandr kilsəsi yerlə yeksan edilmişdi. Xalqın əsrlərlə etiqad etdiyi pirlərin ziyarət edilməsi, demək olar ki, qadağan olunmuşdu. Azərbaycan SSR MİK və XKS 1924-cü ilin iyununda məhərrəmlik günləri dini mərasimlər keçirilməsini qadağan etmişdi.Bolşevik ideoloqları xalqı öz tarixi köklərinnən, milli dəyərlərinən uzaqlaşdırmaq üçün mədəni irsə mihilist münasibət yaratmaq kimi, hətta Lenin tərəfindən tənqid edilən, proletkultçu metodlardan istifadə edirdilər. Qədim kitablar cəhalət, fanatizm mənbəyi kimi damğalanır və məhv olunurdu. Əvvəllər rəsmi şəkildə qeyd olunan hətta 1921-ci ildən qeyri-iş günü elan edilən Novruz bayramının 30-cu illərdə "əksinqilabi xarakteri üzə çıxarılmış", qeyd olunması qadağan edilmişdi. Tar, kamança, saz kimi milli musiqi alətləri, şifahi xalq yaradıcılığı abidələri, xüsusən, dastanlar ciddi tənqid atəşinə tutulurdu. Xalqın milli-psixoloji xüsusiyyətlərinə kökündən zidd olan uydurma sujetli "Qız qalası" əfsanəsi isə geniş təbliğ olunmağa başlanmışdı. Belə qondarma sujeyt əsasında "Qız qalası əfsanəsi" adlı ikiseriyalı bədii film çəkilmiş (1924), balet yazılmış və tamaşaya qoyulmuşdu (1940).  30-cu illərin əvvəllərində "proletariatın mübariz ruhuna" guya yabançı olan tara qarşı geniş kompaniya başlanmışdı. Bu mövzuda açıq diskussiya - (tarın məhkəməsi) keçirilmişdir. Yalnız Üzeyir Hacıbəyov, Mikayıl Müşfiq, Qurban Prinmov kimi qabaqcıl ziyalıların səyi nəticəsində tara bəraət qazandırmaq mümkün olmuşdu.Bolşeviklər ailə-məişət ənənələrində bəzi qeyri-humanist cəhətlərə - bir sıra bölgələrdə qadınların çadra örtməsinə, cəmiyyət arasına çıxmağa, savad, təhsil almağa, işləməyə icazə verilməməsi kimi hallara qarşı mübarizədə xalq tərəfindən başa düşülməyən zorakı metodlara geniş yer verdilər. Papağa qarşı mübarizə də düşünülməmiş, zorakı vasitələrlə aparılırdı. Bunlar adamlar arasında ciddi narazılıq doğururdu.Yazıda ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçid başlanmış, bu iş 1929-cu ildə tam başa çatdırılmışdı. Lakin imperiya 1933-cü ildə Azərbaycan əlifbasını yenidən dəyişdirdi, yazıda kril qrafikası tətbiq olunmağa başlandı.Savadsızlığın ləğvinə sovetləşmənin elə ilk aylarından başlanmışdı. Bunun üçün xüsusi kurslar - "likbez"lər təşkil olunmuşdu. 1923-cü ildə savadsızlıqla mübarizə üçün XKS yanında xüsusi komitə təsis edilmişdir. Əhalinin artıq 1926-cı ildə 25, 1933-cü ildə isə 51 faizi oxuyub-yazmağı bacarırdı. 30-cu illərin ortalarında savadsızlığın ləğvi ümumxalq hərəkatı elan olunmuşdu. ANİŞ və Xalq Maarif Komissarlığı 1933-cü ildə "Elliklə savadlılıq istiqrnazı" buraxdı, əldə olunan vəsait savadsızlığın ləğvinə sərf edildi. Üç aylıq "likbez"lər böyüklər üçün 10 aylıq kurslarla əvəz olundu. Bu tədbirlərin əhalinin savadsızlığını tədricən aradan qaldırmaqda müəyyən rolu oldu.Respublikada ali təhsil xeyli inkişaf etmişdi. Bakı Universitetində (1922-1989-cu illərdə Azərbaycan Dövlət Universiteti) tibb və tarix fakültələri ilə yanaşı, 1920-ci ildən fizika, riyaziyyat, 1922-ci ildən Şərq, 1924-cü ildən pedaqoji, 1928-ci ildən hüquq fakültələri fəaliyət göstərirdi. 1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti, 1927-1930-cu illərdə ADU-nun pedaqoji fakültəsinə çevrilib), Qadın Məktəbəqədər Tərbiyə İnstitutu (sonralar APİ-yə birləşdirilib), Azərbaycan Politexnik İnstitutu, Şərqdə ilk Konservatoriya (indiki Bakı Musiqi Akademiyası), habelə, Ali Rəssamlıq Məktəbi açıldı. 1929-cu ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) fəaliyyətə başladı.Azərbaycanda ali təhsilin təşkilində A.D.Qulyayev, V.S.Yelpatovski, Q.Q.Psarevski, P.Y.Rastovsev, V.V.Bartold, B.İ.Tixamirov, A.O.Makovelski kimi rus alim-pedaqoqları, professorlar mühüm rol oynamışdırlar. 1928-ci ildən RSFSK-nin ali məktəblərində də Azərbaycan üçün kadrlar hazırlamağa başlanmışdı.1920-ci ildə Bakıda, 1924-cü ildə Gəncədə və Nuxada fəhlələrin ali məktəblərə qəbula hazırlanması üçün fəhlə fakültələri (rabfaktlar) təşkil olunmuşdu. 1932-33-cü dərs ilində 8 rabfaktda 8 minə qədər fəhlə təhsil alırdı.Respublikada ali məktəblərin şəbəkəsi 30-cu illərdə daha da genişləndi.Kommunizm, sovet cəmiyyəti, bu cəmiyyətin inkişafında partiyanın, bolşevik liderlərin, xüsusən, Stalinin rolu haqqında ehkamların yayılmasında, savadsızlığın ləğvində, qadınların ictimai həyata cəlb olunmasında, çadraya qarşı mübarizədə cəhalət və fanatizmin tənqid olunmasında mədəni-maarif müəssisələri mühüm rol oynayırdılar.1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi təşkil edildi. Şöbəyə R.Axundov rəhbərlik edirdi. Azərbaycanda elmin inkişafında F.Y.Levinson-Lessinq, A.A.Qrossheym, İ.M.Qubkin, N.Y.Marr, İ.İ.Meşşaninov, A.N.Derjavin, İ.Q.Yesman və başqaları kimi məşhur sovet alimlərinin böyük rolu olmuşdur. Bu elm mərkəzində B.Sobanzadə, A.Tağızadə, Salman Mümtaz, M.Əfəndiyev, V.Xuluflu kimi istedadlı alimlər yetişmişdi. 1935-ci ildə SSRi EA Zaqafqaziya Filialına çevrildi. Onun tarix, etnoqrafiya, arxeologiya, dil və ədəbiyyat, kimya, biologiya, zoologiya institutları, fizika, energetika, geologiya və torpaqşünaslıq bölmələri təşkil olundu.20-30-cu illərdə Azərbaycan SSR-dən elm və təhsilin inkişafına mənəvi həyatda hələ böyük nüfuza malik olan "köhnə" ziyalıların təqib olunması, 1937-ci ildən isə açıq represiyalara məruz qalmaları olduqca ləngidici təsir göstərirdi. Bir çox görkəmli alim və maarifçilərin, orijinal təfəkkür sahiblərinin, o cümlədən, Vəli Xuluflu, Məhəmmədhəsən Vəlili, Tağı Şahbazi, Salman Mümtaz, Bəkir Çobanzadə və onlarla başqalarının həbs olunub məhv edilməsi Azərbaycan mədəniyyətinin gələcək inkişafına da əvəzi ödənilə bilməyən ziyan vurdu.Kütləvi informasiya vasitələrinin rəsmi ideologiya inhisarı altına alınması bolşevik ehkamlarını şüurlara yetirməyin, xalqı öz tarixinə, soy kökünə, milli dəyərlərinə özgələşdirməyin mühüm yollarından biri idi. Bu sahədə "Pravda", "İzvestiya", "Kommunist", "Bakinski raboçi" qəzetləri ilə yanaşı, yeni təsis olunan qəzet və jurnallar da mühüm rol oynayırdılar. Respublikada 1920-ci ildən "Xalq təsərrüfatı" (1922-ci ildən "Azərbaycan neft təsərrüfatı" adlanır). 1920-ci illərdə "Molodoy kommunist", 1921-ci ildən "Əkinçi" (1925-32-ci illərdə "Yeni kənd" adlanır) jurnalları, 1922-39-cu illərdə latın qrafikası ilə "Yeni yol" qəzeti, 1922-26-cı illərdə "Molla Nəsrəddin" jurnalı yenidən 1923-cü ildən "Maarif və mədəniyyət" (1928-36-cı illərdə "İnqilab və mədəniyyət" 1936-41-ci illərdə "Revolyutasiya və kultura" adlanır), "Şərq qadını" (1938-ci ildən "Azərbaycan qadını" adlanır), jurnalları 1923-41-ci illərdə "Molodoy raboçi" və "Gənc işçi" qəzetləri, 1924-cü ildən "Yeni məktəb" (1930-33-cü illərdə "Müəllimə kömək" adlanır), 1934-41-ci illərdə "Literaturniy Azərbaycan" jurnalları, 1928-ci ildən "Vışka", 1934-cü ildən "Kommunist maarifi" (1938-41-ci illərdə ) "Müəllim qəzeti adlanırdı), "Ədəbiyyat", 1938-ci ildən "Azərbaycan pioneri" qəzetləri, habelə, başqa qəzet və jurnallar nəşr olunurdu. Erməni, rus, alman, talış, tat dillərində də qəzetlər buraxılırdı. Ümumiyyətlə, respublikada artıq  1928-ci ildə 23, 1940-cı ildə isə 185 adda qəzet və jurnal nəşr edilib yayılırdı. 30-cu illərin əvvəllərində 4 - "Azərnəşr", "Azərpartnəşr", "Azərneftnəşr", "Uşaqgəncnəşr" nəşriyyatları fəaliyyət göstərirdi. 1939-cü ildə artıq bütün rayonlarda mətbəələr vardı.İdeoloji təzyiq nə qədər güclü olsa da, qeyd etdiyi kimi, 1937-ci ilədək ədəbiyyatda əsil hakimiyyət "inqilabdan" əvvəlki qələm sahiblərinin əlində idi. Poeziya "Cavad-Cavid stili" hakimiyyətini hələ saxlayırdı. Bu illərdə Əhməd Cavad rəmzlər vasitəsilə siyasi lirikan gözəl nümunələrini yaradır. "Göy-göl" şeirində (1925) o, göz şöhrətli, lakin yaralı, öz dərdi ilə təklənmiş, qeyrətli övladlarından ayrı düşmüş, səsi-sədası hec kəsə çatmayan Vətən obrazı yaradır. Şair "Kür poeması"nda (1930) Kürü xalqa bənzədir. Qürurlu, genişqəlbli incə, işvəli, bəzən də dəliqanlı olan Kürə indi başqasının qarşısında əyilmək, "qatır olmaq", "yük daşımaq", "yer qazmaq" əmri verilib. Şeir oxucuda etiraz oyadır. "Səsli qız" poemasında Cavad müstəqilliyini itirmiş ölkənin labüd olaraq düşdüyü vəziyyəti təsvir edır.Cavıd "Topal Teymur" pyesində (1925) türk dünyasının ümumi qəhrəman tipini yaradır. Türkləri birliyə çağırır. O, "Nil yavrusu" (1926), "Azər" dastanı, "Telli saz" , "Kor neyzən" (1930), "Xəyyam" (1935) əsərlərində istlbdada, müstəmləkə zülmünə, milli əsarətə qarşı çıxır, azadlıq ideyalarını tərənnüm edir. "Səyavuş" pyesində (1933) şair rifahını öz xalqının birliyində deyil, gah bir sələfi olan İranda, gah da başqa sələfi olan Turanda axtaran igid, lakin fedoralist təbiətli Səyavuşun faciəsini göstərir. "İblisin intiqamı" dramında (1936) Cavid faşizmin inkişafından, dünya müharibəsi təhlükəsinin artmasından dərin narahathğını ifadə edir.Cəlil Məmmədquluzadə 1921-ci ildə yazdığı "Danabaş kəndinin əhvalatları" pyesində yadelli ağalardan Azərbaycan kəndlisinin xeyr görmədiyi, həm də xeyir gözləmədiyi, onların hərəkətində haqlı olaraq həmişə "şər" axtardığını açıqlayır. Ədib "Dəli yığıncağı" komediyasında (1927) adamların taleyinin xalqın ruhunu, mənəviyyatını duya, dərk edə bilməyən yad ünsürləri tənqid etmişdir. Bir sözlə, yeni sovet mədəniyyəti, ədəbiyyatı, KİV-i ateist dünyagörüşü, yeni sovet adamını formalaşdıran mənəvi dəyərlər yarandı.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 27 noyabr.- S.14.