Azərbaycan tarixi
köklərə malik və inkişafda olan müstəqil
dövlətdir
Dünya mətbuatı
Azərbaycan həqiqətlərini yazmaqda davam edir
Azərbaycanın bu gün artan iqtisadi
potensialı, ictimai-siyasi həyatı, mədəni inkişaf
və uğurları ilə dünyanın nəzər
nöqtəsindədir. Azərbaycan ponoraması beynəlxalq
aləmdə daha parlaq və qabarıq təsir
bağışlayır. Ölkəmizin tarixi və müasir
həyatının qovuşuğunda Azərbaycan dünya
ictimaiyyətini təəccübləndirir və onları nailiyyətləri
ilə heyrətə salır. Ölkəmizə yönələn
bu diqqət dünya mətbu orqanlarında, nüfuzlu televiziya
kanallarında xüsusi olaraq yer alır. Bu məqalə və
verilişlərdə Azərbaycanın ictimai-siyasi proseslərdə
rolu və mövqeyi də diqqətə
çatdırılır. Belə ki, bu günlərdə
Fransanın nüfuzlu "France-24" televiziya kanalında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı yayımlanan "Dağlıq Qarabağ: Avropa
qapılarında barıt çəlləyi" adlı
veriliş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən bəhs edib. Verilişin əvvəlində
münaqişə barədə tamaşaçılara məlumat
verən Avropa Birliyi Təhlükəsizlik
Araşdırmaları İnstitutunun əməkdaşı
Damyen Helli bildirib ki, Sovet İttifaqı dağılandan sonra
yaranan "dondurulmuş" münaqişələr
arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi digərlərindən tamamilə fərqlənir.
Azərbaycanın əzəli ərazisi olan Dağlıq
Qarabağda məskunlaşmış ermənilər bir qrup
erməni millətçisinin təbliğatına uyaraq,
"öz müqəddəratlarını təyin etmək",
Azərbaycanın tərkibindən çıxaraq, Ermənistana
birləşmək iddiaları ilə mitinqlərə
başlayıblar. Baş verən müharibə nəticəsində,
30 mindən artıq insan həlak olub, Azərbaycan ərazilərinin
20 faizi işğala məruz qalıb.
Adıçəkilən verilişdə,
hətta qondarma "Dağlıq Qarabağ
Respublikası"nın heç bir ölkə və beynəlxalq
təşkilat tərəfindən tanınmadığı
vurğulanıb. Beynəlxalq təşkilatların səylərinə
baxmayaraq, 20 il ərzində münaqişənin
danışıqlar yolu ilə həlli istiqamətində
heç bir irəliləyiş əldə edilmədiyi
çoxsaylı tamaşaçıların diqqətinə
çatdırılıb.
Münaqişənin "Avropa
qapılarında Qafqazın barıt çəlləyi"
adlandırıldığı verilişdə doğma
yurd-yuvalarından didərgin düşmüş insanların
çəkdikləri əzab-əziyyətlərdən belə
söhbət açılıb. Dinindən və irqindən
asılı olmayaraq tamaşaçıların Xocalıdan və
Şuşadan olan məcburi köçkünlərin vəziyyətini
seyr etməsi Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində əhəmiyyət
daşıyır. Müharibə vaxtı ermənilərin azərbaycanlılara
qarşı törətdikləri vəhşilikləri lentə
alınmış kadrlardan izləyən insanlar erməni vəhşiliyinin
ən son həddini, bəşəriyyətə qarşı
olan qərəzli münasibətinin şahidi olublar.
BMT və digər beynəlxalq təşkilatların
Cenevrə şəhərində yerləşən bölmələri
yanında akkreditə olunmuş diplomatik korpusun yüksək
tirajla ingilis və fransız dillərində çap edilən
"UN Special" jurnalı da Azərbaycan həqiqətlərini
işıqlandırmağa çalışıb. Ötən
əsrin sonunda başlanılan münaqişə dünya mətbuatının
səhifələrində ardıcıl olaraq yer alır.
"Şuşa-Azərbaycan mədəniyyətinin məbədi"
adlı məqalədə dünya ictimaiyyətinə Azərbaycan
milli mədəniyyəti faktlar əsasında
çatdırılır. Müəllif XVIII əsrin 50-ci illərində
əsası qoyulmuş və qısa zaman ərzində Azərbaycanın
Qarabağ xanlığının siyasi və iqtisadi mərkəzinə
çevrilən Şuşa şəhərinin tarixi abidələri,
o cümlədən, "Qara Böyükxanım qəsri",
"Yuxarı və Aşağı Gövhərağa məscidləri",
həmçinin, milli-memarlıq və şəhər
quruculuğu nümunələri olan "Gəncə qala
divarları" və "Xan bağı" haqqında
oxuculara məlumat verib.
Şuşa şəhərinin Azərbaycan
xalqının iqtisadi, mədəni və siyasi həyatında
oynadığı mühüm rol və musiqi ənənələrinin
mərkəzi kimi əhəmiyyəti göstərilmiş, bu
şəhərin "Qafqazın Konservatoriyası"
adlandırıldığı qeyd edilib. Oxucular bu materiallar əsasında
Şuşanın öz nadir tarixi və mədəni abidələri
ilə yanaşı şairləri, bəstəkarları və
musiqiçiləri ilə də məşhur olduğunun da
şahidinə çevrilirlər. Azərbaycanın
Dağlıq Qarabağ regionu mədəniyyət və incəsənət
beşiyi olan bu şəhər Azərbaycan xalqının
siyasi və mənəvi həyatında əvəzsiz rol
oynayıb. Qələmə alınan bu faktlar tarixi həqiqətlərin
üzə çıxarılmasında bir vasitədir.
Dünyaya artıq bir mesajdır ki, Azərbaycan tarixi köklərə
malik və inkişafda olan müstəqil dövlətdir.
Azərbaycanda Avropaya nümunə ola biləcək
tolerant cəmiyyət qurulub
Azərbaycan dünya mətbuatında
tolerantlığın ünvanı, sülhün,
əmin-amanlığın tərənnümçüsü
olaraq da
tanınır. Bu, artıq məmləkətimizin
bir şüarına çevrilib.
Dünyanı xeyirxah əməlləri ilə
heyrətləndirən Azərbaycan sivil
dövlətlər tərəfindən daim
izlənilir. Heydər Əliyev Fondunun mədəni-sosialyonlü
tədbirlərin icraçısı kimi
çıxışı belə diqqətdən
yayınmır və dünya mətbuatının
səhifələrini bəzəyir. Gündəlik
nəşr olunan "Le
Perche" qəzetində
Heydər Əliyev Fondunun Fransada
bir çox mədəni
abidənin bərpası ilə əlaqədar göstərdiyi
humanitar yardım barədə "Azərbaycandan
gələn yardımlar" sərlövhəli məqalədə
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər
Əliyev Fondunun Bellu
kilsəsinin vitrininin bərpasına
yardım göstərməsi yüksək qiymətləndirilmişdir.
Qafqazın
neftlə zəngin ölkəsinin birinci
xanımının rəhbərlik etdiyi
Heydər Əliyev Fondu Perşdə, həmçinin,
dünyada bir çox mədəni abidələrin bərpasına
yaxından yardım göstərməsi məqalədə öz əksini tapıb. Məqalədə senator
Natali Qulenin ölkəmizlə
bağlı fikirləri də yer
almışdır. Senator xanım Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə mədəniyyət
sahəsində uğurlu siyasət
apardığını, Vatikanda
kitabların nömrələnməsinə və
Strasburqdakı katedral kilsənin vitrininin bir hissəsinin bərpasına
yardım göstərdiyini diqqətə
çatdırmışdır. Məqalədə yəhudi
mənşəli senatorun təklifi ilə
müsəlman ölkəsinin xristian mədəni
irsinin bərpasına yardım
ayırması mədəniyyətlərarası dialoqun inkişafının təzahürü
kimi dəyərləndirilir.
Bu yaxınlarda Londonda, Böyük Britaniya
parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü, bu
ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan
Cəmiyyətinin və "Odlar Yurdu" qurumunun təşkilatçılığı
ilə "Avropa multikulturalizminin
perspektivləri: Dinlərarası
dialoq və dini
tolerantlığın Azərbaycan modeli"
mövzusunda konfransın keçirilməsi
dünyanın bır sıra ölkələrinin mətbuatında
geniş əks-səda doğurdu.
ABŞ-ın nüfuzlu "CNBC" televiziyasının
saytında yer alan məqalə
də Azərbaycandakı tolerantlığın ünvanı olan ölkəmizin simasını-ictimaiyyətini diqqətinə
çatdırır. Londonda keçirilən
konfrans Azərbaycanda, həqiqətən
də, Avropaya nümunə ola biləcək tolerant cəmiyyət
qurulmuşdur. Burada bir çox dinlərin
nümayəndələri mehriban şəraitdə
yaşayırlar və onlara dini ayinləri yerinə yetirmək üçün nəinki maneə olunmur, əksinə, kömək göstərilir.
Azərbaycanın
Sovet İttifaqının tərkibində
70 il repressiyaya məruz
qalmasına baxmayaraq, Azərbaycan xalqı
başqa dinlərə qarşı tolerant münasibətini qoruyub
saxlayıb. Təsadüfi deyildir ki, cəmi 9 milyon əhalisi
olan Azərbaycanda ötən 20 il ərzində 500 müxtəlif dini icma meydana
gəlib.
Maraqlı
faktlar əsasında qələmə
alınan məqalədə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın
sözügedən konfransdakı
çıxışından sitat gətirilir:
"...bu gün Azərbaycan
bütün dünyaya
göstərir ki, müsəlmanlar, yəhudilər
və xristianlar birlikdə sülh
və əmin-amanlıq şəraitində yaşaya bilərlər. Biz
buna nail olmuşuq və bununla fəxr
edirik".
Heydər
Əliyev Fondunun təhsil, mədəniyyət,
maarif, elm, texnologiyalar, ekologiya və
idman sahələrində müxtəlif
layihələrə dəstək verməsi, həm ölkə
çərçivəsində, həm də beynəlxalq səviyyədə
fəaliyyət göstərməsi belə məqalələrin
yazılmasına təsirini
göstərib. Belə fəaliyyətin şaxələnməsində
məqsəd müxtəlif mədəniyyətlər
arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgə
yaşayışı təmin etməkdir. Azərbaycanın
müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin,
Qərb və Şərq təsirlərinin qovşağı kimi birgə yaşayışı əyani sübutdur. Fondun xaricdəki
layihələrinə Strasburqda kilsənin
restavrasiyasına 1,5 milyon avro
ayrılması və Vatikanla Romadakı bəzi
abidələrin restavrasiyası üçün
imzalanan memorandum
nümunədir.
Bütün bu dərc olunan materiallardan belə qənaətə
gəlmək mümkündür ki, Azərbaycanın tolerantlıq, mədəniyyətlərarası
dialoq təcrübəsi bir
çox başqa
ölkələrə örnək ola bilər.
Həqiqətən də, Azərbaycan dini
və milli dəyərlərinə
bağlı bir ölkədir. Azərbaycan
müasir bir ölkə
olmaqla yanaşı, dini
və milli dəyərlərlə də
sıx şəkildə bağlıdır.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2012.-
30 noyabr.- S.8.