RAGT Azərbaycanı bütün
dünyada təbliğ etmək əzmindədir
Təşkilatın rəhbəri Leyla
xanım Əliyevanın məqsədli fəaliyyəti öz missiyası, yükü
və məsuliyyəti baxımından əhəmiyyətlidir
Fəaliyyətə
başladığı zamandan xalqımızın mənəvi
sərvətinin və milli mədəniyyətinin təbliği
və inkişafı istiqamətində mühüm işlər
görən Rusiyalı Azərbaycan Gənclər Təşkilatı
çoxşaxəli fəaliyyəti ilə millət və
dövlət maraqları baxımından əhəmiyyətli
layihələri uğurla gerçəkləşdirir. Həyata
keçirilən layihələr təşkilatın sədri,
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycan Gənclər
Təşkilatının sədri Leyla xanım Əliyevanın
vətənsevərlik hisslərinə, milli düşüncəyə
söykənən fəaliyyətinin təzahürü olaraq
qiymətini alır. Qurumun fəaliyyəti günü-gündən
genişlənir və bütün dünyanı əhatə
etməyə başlayır. Bu gün artıq RAGT yetkin və
çox fəal təşkilat kimi öz üzərinə
düşən missiyanı gerçəkləşdirir. Məlum
olduğu kimi, təşkilatın coğrafiyası
Rusiyanın 70-dən çox regionunu əhatə edir.
Moskvanın 25-dən çox ali məktəbində azərbaycanlı
tələbə klubları yaradılıb. RAGT bu
missiyanın öhdəsindən uğurla gəlir və bu
gün Rusiyanın azərbaycanlı gənclərinin hərəkətverici
qüvvəsidir.
Leyla xanım Əliyevanın
çoxşaxəli fəaliyyəti humanizm prinsipləri ilə
silahlandığından, həyata keçirilən
irimiqyaslı layihələrinin sədası inkişaf
etmiş, nüfuzlu dövlətlərdən, ən mötəbər
beynəlxalq qurumlardan belə eşidilir. Bu, Leyla
xanımın gənc olmasına baxmayaraq, bacarıq və
artıq peşəkarlığının təzahürüdür.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
dördüncü hesabat-seçki konfransında Leyla xanım
Əliyevanın yenidən RAGT sədri seçilməsi onun fəaliyyətinə
verilən qiymətin təzahürüdür. Ötən
dövr ərizində Leyla xanım Əliyeva tərəfindən
qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi
və uğurla həyata keçirilmiş layihələr bunu
əsaslandırır. Müasir dövrümüzdə RAGT ətrafında
aparıcı qüvvə olan gəncləri sıx birləşdirib,
Rusiya və Azərbaycan gənclər təşkilatları
arasında öz layiqli yerini tutub.
Həqiqətən də, Azərbaycan həqiqətlərinin
bu gün dünya ölkələrində yüksək səviyyədə
yayımlanmasında Leyla xanımın xidmətləri
vurğulanmalıdır. Belə ki, müasir həyatımızda
ölkəmizin siyasi, ictimai və mədəni mənzərəsi
yüksək səviyyədə təbliğ edilir. Azərbaycan
diasporu ilə əlaqələrinin genişləndirilməsi
bu sahədə uğurun göstəricilərindən biridir.
Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsində
və onların Rusiya cəmiyyətinə inteqrasiya etməsində,
Azərbaycanın bugünkü reallıqlarının Rusiya
ictimaiyyətinə çatdırılmasında, Azərbaycan
və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsində
böyük əhəmiyyət daşıyır. Heydər Əliyev
Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
rəhbəri Leyla xanım Əliyevanın məqsədli fəaliyyəti
beş ilə yaxın bir məsafədə öz
missiyası, yükü və məsuliyyəti baxımından
əhəmiyyət kəsb edir. Ölkənin sərhədlərindən
kənarda azərbaycançılıq ideyasını təbliğ
edən, milli-mənəvi dəyərləri qeyri-millətlərə
təqdim edən Leyla xanım Əliyevanın qısa zamanda əldə
etdiyi nailiyyətlər hər bir azərbaycanlı
üçün örnəkdir. Müxtəlif sahələri
əhatə edən layihələrin gerçəkləşməsi
məqsədini qarşıya qoyan Leyla xanım gerçəkləşdirdiyi
təhsil, səhiyyə, mədəniyyət, idman, sosial sahədə
analoji layihələri Rusiya Federasiyasında böyük əks-səda
verib. Azərbaycan mədəniyyətinin, incəsənətinin,
ədəbiyyatının təbliği istiqamətində də
çox mühüm işlər görülüb.
Təşkilat tərəfindən
İDEA kampaniyası çərçivəsində həyata
keçirilən tədbirləri də vurğulamaq vacibdir.
İDEA müasir dövrün
çağırışlarına cavab təşəbbüsüdür.
İDEA Azərbaycanda “böyük Qafqaz beşliyi” deyilən,
yox olmaq təhlükəsi ilə üzləşən
beş heyvan növünü müəyyən edib. Bunlar
ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiridir. Təşkilat
bu məsələ ilə bağlı Azərbaycan və
dünya ictimaiyyətini maksimum məlumatlandırmağı və
yox olmaq təhlükəsi qarşısında olan növlərin
qorunub saxlanması üçün konkret layihələri həyata
keçirməyi qarşıya məqsəd qoyub.
RAGT-ın layihələrinin sayı məhdud
deyildi. Leyla xanımın sözləri ilə desək, təşkilatın
ən müxtəlif sahələrdə müxtəlif layihələr
həyata keçirmək təcrübəsi və ustalığı
artıb. Buna görə fəaliyyətinin coğrafiyası
daha da genişlənmiş, Azərbaycanı bütün
dünyada təbliğ etmək əzmindədir. Bu, nümayəndəliyin prioritet vəzifəsidir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2012.- 30 noyabr.-
S.4.