Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zəruriyyət idi

 

Ərəstun Cavadov: "YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir"

 

Müsahibimiz millət vəkili Ərəstun Cavadovdur

 

- Ərəstun müəllim, qarşıdan Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ili yaxınlaşır. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri necə dəyərləndirirsiniz?

- Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il, oktyabrın 18-də bəyan edib. YAP isə 1992-ci il, noyabrın 21-də yaradılıb. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Yəni, YAP-ın yaranmasını tarixi zərurət və Azərbaycan xalqının taleyi diqtə edirdi. 1992-ci ildə  xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Bu, heçasan bir məsələ deyildi. Çünki Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə, bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Heydər Əliyev ola bilərdi. Ona görə də 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi təsadüfi hadisə deyildi, bu xalqın istəyi ilə yaradılan bir siyasi partiya idi. 

- Həmin dövrlərdə YAP-ın yaradılması üçün çox maneələr törədilirdi. Lakin xalqın təkidli tələbi bütün bu maneləri aradan qaldırdı...  

- Əlbəttə, o dövrlər YAP-ın yaradılması üçün manelər törədilirdi. Həmin vaxtlar xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri idi. Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, Onun Bakıya gəlməsinə o zamankı səriştəsiz şəxslərin rəhbərlik etdiyi hakimiyyətin maneələr yaratması ucbatından, partiyanın yaradılmasını  istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Yenə də xalqın Heydər Əliyevə olan inanmını bəzi qüvvələr sarsıda bilmədi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Deyərdim ki, Azərbaycan xalqı artıq nicat yoluna qədəm qoydu. Çünki qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inametibar idi. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Qarşıda ölkəni çətin, böhran vəziyyətindən çıxarmaq kimi ciddi məqsəd var idi. Bu partiya Azərbaycanın çağdaş dövr tarixində ilk konstruktiv müxalifət partiyası nümunəsini göstərdi. Onun siyasi nüfuzunun, siyasi gücünün və populyarlığının bir səbəbi də budur. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərdə xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət yeridildi. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı deməkdir. Ona görə də, bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salanda, görürük ki, inanılmaz dərəcədəki inkişaf hansı keşməkeşlərdən keçib. Bu, bir daha onu deməyə əsas verir ki, xalq öz seçimində yanılmadı. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdibu günbu inkişaf göz önündədir.

- Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının firavan gələcəyinə hesablanan mütərəqqi siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən necə həyata keçirilir?

- Bu siyasi kursu davam etdirmək asan məsələ deyil. Çünki burda Heydər Əliyev ideologiyası, məfkurəsi var. Bu ideologiya, məfkurə və dövlətçilik fəlsəfəsi çox zəngindi. Bu siyasi kursu layiqincə davam etdirmək böyük məsuliyyətdir. Bu gün birmənalı şəkildə demək olar ki, ölkə Prezidenti İlham Əliyev bu kursun ən layiqli davamçısıdır. Çünki xalq Heydər Əliyevdən sonra hakimiyyət sükanının başqalarının əlinə keçəcəyindən narahat idi. Ona görə də, 2003-cü ildə yenidən xalq öz layiqli seçimi edərək, Ulu Öndərin siyasi varisini müəyyənləşdirdi. Yalnız 2003-cü ildə deyil, əvvəlki illərdə də İlham Əliyevin Azərbaycan dövlətinə layiqli xidmətləri var. İlham Əliyevin YAP Sədrinin müavini seçilməsi, Dövlət Neft Şirkətinə rəhbərlik etməsi, millət vəkili seçilməsi və başqa strateji vəzifələrdə özünü doğrultması artıq xalqın gələcək liderini müəyyənləşdirmişdi. Həqiqət ondan ibarətdir ki, Prezident İlham Əliyevin Azərbaycan dövlətinə sadiqliyi və səmərli xidməti ictimai fikirdə Heydər Əliyev siyasi kursunun varisini kimi həkk etdi. Necə ki, 1993-cü ildə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün təkidli tələblə çıxış etmidi və 2003-cü il prezident seçkilərində də belə oldu. "Bu, sosial sifarişdir" kimi qiymətləndirilməlidir. 2003-cü ildən bu yana görülən işlərin tayı-bərabəri yoxdur. Bütün sahələrdə irəliləyişlər var. Təkcə Azərbaycanın iqtisadi inkişaf göstəriciləri region dövlətlər üçün nümunədir. Yeni yerlərinin açılması, yoxsulluğun azaldılması, ümumiyyətlə, əhalinin sosial müdafiəsi istiqamətində dövlət başçısının vətəndaşlara diqqət və qayğısı cəmiyyətdə çox müsbət qarşılanır.

Bu mənada, artıq Azərbaycan xalqında milli maraqların qorunması, dövləçiliyin möhkəmlədirilməsi ilə bağlı ümummilli bir arxayınçılıq yaranıb.

 

 

Babək Hacıyev

 

Səs.- 2012.- 24 oktyabr.- S.10.