"Zamanın sorağında"
Azərbaycan tarixində tərəqqipərvər
ziyalı, messanat kimi iz salan Ağa Musa Nağıyev
yaşadığı zaman məsafəsində
dövrünün tanınan və
seçilən simaları sırasında
möhürünü vurub. Aparılan araşdırmalar zamanı bəlli olub ki, ötən əsrin
əvvəllərində varidatına və
çoxsaylı tikililərinə
görə on bir
Bakı milyonçusu sırasında birincilik qazanıb. Məlum olduğu
kimi, yaşadığımız imperiya dövründə
"istismarçı kapitalist"
damğası vurulub. Hər zaman ziyalılığı, alicənablığı
və təvazökarlığı ilə seçilən Ağa Musa Nağıyev bütün həyatı boyu
ali amallara xidmət edib. Belə dəyərləri özündə
cəmləşdirən ziyalının keçdiyi
həyat yolunun məqamlarını əks
etdirən nəşrlər onun müasirlərimizlə
tanışlığına imkan
yaradır.
Belə nümunələrdən
biri də Dilarə
Ağa Musa Nağıyevanın
"Zamanın sorağında" kitabı xeyriyyəçinin fəaliyyətinə müxtəlif aspektlərdən bir baxışdır. Bu nəşr
müəllifin ona həsr etdiyi
sayca üçüncü
kitabıdır. Kitab illərin məsafəsində
fəaliyyətinə kölgə salınmış
ziyalının göstərdiyi xidmətə həsr olunub. Kitabın ərsəyə gəlməsində
arxiv materiallarından istifadə edilib. Müəllif maraqlı fikirlərlə
kitaba giriş edir. O göstərir ki, yüz bina
tikdirəcəyinə qərar verən Ağa
Musanın - İstiqlaliyyət küçəsində ucalan, binalardan ən
yüksəkdə duran vaxtilə ilk Müsəlman Xeyriyyə Cəmiyyəti
xüsusiyyəti daşıyan "İsmaliyyə"
binası həmin küçədə ucalan
"Realnı məktəb"
özünəməxsus gözəlliyini bu günədək qoruyub
saxlaya bilmişdir.
Dilarə xanım yazır ki, Bakı
milyonçuları arasında 98 bina tikmək
ideyası yalnız Ağa Musa
Nağıyeva məxsusdur.
"Zamanın
sorağında" kitabının redaktoru
AMEA-nın birinci vitse-prezidenti,
akademik Arif
Haşımov "Zamanla böyüyən
insan" başlıqlı məqaləsində
xeyriyyəçi-milyonçu Ağa Musa Nağıyevin ziddiyyətli, sevincli-kədərli
faciəli həyatının xalqının tarixi və mədəniyyəti ilə
sıx bağlı olduğunu göstərir. Maarifçilik
missiyasını həyata keçirən ziyalı bu məfhumun dəyərini dərk edərək
təhsilin inkişafına qayğı göstərib vəsait
ayırıb. Qısa bir zaman
kəsiyində Azərbaycanda belə insanların əməyi
və milyonları sayəsində ziyalılar nəsli təşəkkül
tapıb. Qazandığı sərvətin ölçüyə
gəlmədiyi zamanda mesanant
əldə etdiyi vəsaiti məhz elm, təhsil yolunda xərcləməyi
özünə mənəvi borc hesab edib. Təəssüflə
qeyd edək ki, sovet hakimiyyətinin qurulduğu
ilk illərdə o da çoxları kimi
damğalandı, istismarçı kapitalist
adını aldı.
Kitaba daxil edilən
"Unudulmuş unudulmazlar",
"Nahaqqa mesaj",
"Tarix unudulmur"
və s. başlıqlı yazılarda milyonçunun həyatda saldığı iz ilə tanış oluruq.
Hər tikintisində onun əməli, izi yaşanır.
"Bakını
qurub-yaradan neftxudalar"
başlıqlı yazıda isə müəllif böyük əməlləri ilə yaşayan neft
sahibkarlarının Haca Zeynalabdin
Tağıyevin, Şəmsi Əsədullayevin, Murtuza Muxtarovun, Alfred Nobelin, Əjdər bəy
Kəlbəlayinin, Abdulla Zərbəliyevin
və başqalarınnı tərcümeyi-halına qısa
şəkildə nəzər salıb. Ağa Musa Nağıyevin inşa
etdirdiyi arxitektur
binaları öz gözəlliyi, möhtəşəmliyi
ilə seçilir. 28 May
küçəsini bu gün
də onun tikdirdiyi binalar bəzəyir. O, oğlu
İsmayılın xatirəsinə həsr etdiyi
qotik üslubunda tikdirdiyi binaları içərisində şah əsəri sayılan "İsmailiyyə"
binası harmoniyası ilə simfonik əsər
təsəvvürü yaradır.
Ağa Musa 35 yoxsul ailə başçısının vəsiyyətinə
əməl edib. Onların dəfnini Kəlbəlada
keçirib. Fəhlələrinə öz hesabına toy edib. Mirzağa Əliyev küçəsi
246-da məscidi, "Poçt və rabitə"
binasını, yəhudilər üçün
Sinaqoqu və
s. tikdirib. Bütün bu işləri
ilə yanaşı, Bakı Su Kəmərinin,
Şollar suyunun
çəkilişinə küllü miqdarda vəsait ayırmışdır. Onu da qeyd
edək ki, bir
ziyalı olaraq, ictimai
həyatda da fəallıq göstərib.
Belə ki, o, "Maarif cəmiyyəti"ni yaradıb, şikəst
uşaqlara yardım edən "Uşaq bağçası" xeyriyyə cəmiyyətinin
həqiqi üzvü olub.
İctimai yığıncaqlar keçirmək
məqsədilə binalar inşa etdirib.
Kitabda Ağa Musa Nağıyevin nəsili şəcərəsi
də maraqlı şəkildə diqqətə
çatdırılır. Xeyriyyəçi ziyalının
kökündən şaxələnən budaqlar
Nağıyevlər nəslini ətrafında cəmləşdirir.
"Zamanın sorağında" kitabında müəllif onun tikdirdiyi binaların
şəkillərini də oxuculara təqdim
edib. Bir-birindən maraqlı
görünüşdə olan bu binalar Ağa
Musa Nağıyevin şah
əsərləridir.
Onun inşa etdirdiyi
binalar bizə tarixdən soraq verir. Azərbaycanın
belə övladları
bizləri tariximizin müəmmalı, qaranlıq
qalan olayları ilə tanış
edir.
ZÜMRÜD
Səs.- 2012.- 24 oktyabr.-
S.5.