Tarixşünaslıqda Albaniya tarixinə dair S.İ.Yeremyan "konsepsiyasının" əsil mahiyyəti

 

Tarixşünaslıqda Qafqaz Albaniyasının tarixilə məşğul olan S.T.Yeremyanın "elmi" konsepsiyasının əsil mahiyyəti, əslində, "Ermənistan dövləti" haqqında saxtakarlığı ört-basdır etməkdir. Bu konsepsiyanı F.Məmmədova çox sanballı şəkildə alt-üstə etmişdir. Azərbaycan tədqiqatçısı göstərir ki, S.T.Yeremyanın Albaniya tarixinə həsr olunmuş yazıları bir konsepsiyada birləşir ki, onun da məqsədi Albaniya dövləti, Albaniya tarixi hesabına Ermənistanın və Ermənistan dövlətinin tərifini göylərə qaldırıb şişirtməkdən ibarətdir.

Gəlin 1958-ci ildə nəşr olunmuş "SSRİ tarixinin oçerkləri"ndə S.T.Yeremyanın yazdığı bölmələrə - "III-VII əsrlərdə Albaniyanın siyasi tarixi", "III-VII əsrlərdə Albaniyada ideologiya və mədəniyyət", eləcə də, 1966-cı ildə çapdan çıxmış "SSRİ tarixi" kitabında yenə onun yazdığı bölmələrə nəzər salaq. "SSRİ tarixi oçerkləri"ndə S.T.Yeremyan elə başlanğıcdan Albaniyaya "böyük Ermənistan"ın ayrılmaz hissəsi kimi baxır ki, bu da tamamilə əsassız fikirdir. Müəllif Albaniya tarixinə aid bütün məsələlərə "böyük Ermənistan" prizmasından baxır, erməni xalqının mənafeyi baxımından yanaşır. Əslində, S.T.Yeremyan doğru danışdığını qəbul etsək də, həmin yazıların məzmunu ilə başlıqlar arasında məntiqsizlik aydın surətdə özünü göstərir. Məsələn, "III-VII əsrlərdə Albaniyanın siyasi tarixi" və "III-VII əsrlərdə Albaniyada ideologiya və mədəniyyət", yəni başlıqların adı ilə mətnlərin mövzusu bir-birini rədd edir.

Mənbələrə görə, "böyük Ermənistan" ifadəsi iki mənada işlənir: coğrafisiyasi mənalarda. Həmin ifadə coğrafi mənada er. əv. 220-ci ildə ortaya çıxmışdır. Həmin il "Antiox III Selevki Ararat çarlığını işğal edərək həmin yerləri Ermənistanın əsas vilayəti ilə (Van gölü ətrafı) birləşdirmiş, "böyük Ermənistan" ifadəsi də o vaxt yaranmışdır". Kiçik Ermənistandan savayı bütün erməni vilayətləri Selevkilərə tabe edilmişdi. Antiox Artaksi (ermənilər Artaşes deyirlər) sülaləsinin başçısını böyük Ermənistanın hökmdarı (strateqi) təyin etmişdi. Beləliklə, kiçik Ermənistana nisbətən böyük, yəni geniş Ermənistan (erməni dilində mets - böyük, nəhəng) yaranır. "böyük Ermənistan" ifadəsi siyasi anlayış kimi er. əv. II-I əsrlər üçün, Artaşesin və II Tiqranın hakimiyyət başında olduqları və böyük Ermənistanın öz qüdrətinin ən yüksək zirvəsinə çatdığı dövr üçün xarakterikdir. Buna görə də "Böyük Ermənistan" ifadəsi er. əv. II-I əsrlərdə coğrafisiyasi anlayış kimi hardasa özünü doğruldur. Ancaq II Tiqran imperiyasının süqutundan sonra, yəni er. əv. 65-ci ildə böyük Ermənistan da öz ömrünü başa vurdu və Ermənistan ərazicə yalnız Ermənistan yaylası hüdudlarında qaldı, coğrafi mənada "böyük Ermənistan" ifadəsi isə o vaxtdan ta erkən orta əsrlərədək işlədildi.

Fərat çayından şərqə doğru ermənilərin yaşadıqları torpaqlarda böyük Ermənistan, Fəratdan qərbdə ermənilərin yayıldığı əraziyə isə kiçik Ermənistan deyilirdi.

N.Adonts İbn Xordadbehi şərh edərək yazır ki, "Buzurk Ermənistanda, yəni böyük Ermənistanda, eləcə də, Aranda, yəni Albaniyada çar hakimiyyəti həqiqətən mövcud olmuşdur".

Alban və erməni gerçəkliklərinin öyrənilməsi təsdiq edir ki, həm siyasi, həm də coğrafi mənada "böyük Ermənistan" ifadəsinin Albaniyanın taleyi ilə heç bir yaxınlığı və əlaqəsi yoxdur.

S.T.Yeremyanın aşağıdakı bəyanatı da etiraz doğurur: "Sağ sahil Albaniyası altı yüz ilə yaxın bir dövr ərzində böyük Ermənistan quldarlıq dövlətinə daxil olmuş, yalnız IV əsrdə bu ərazidə alban dövlət quruluşu bərpa olunmuşdur.

Burada yalnız Albaniya haqqında yox, Ermənistan haqqında məlumatlar da doğru deyil. Çünki altı yüz il ərzində (er. əv. II əsrdən b. er. IV əsrinə qədər) mərkəzləşdirilmiş vahid "böyük Ermənistan" dövləti mövcud olmamışdır. Məlumdur ki, Tiqranın təsadüfi istilaları nəticəsində yaranmış imperiya ictimai quruluşunun səviyyəsi müxtəlif olan, əhalisi müxtəlif dillərdə danışan vilayətlərin davamsız və müvəqqəti birliyindən ibarət idi. Bu dövlət üzvi birlikdən, bütövlükdən məhrum idi. Bütün bunlar daxili ziddiyyətlərin kəskinləşməsinə və zadəganların seperatçılıq meyillərinin güclənməsinə gətirib çıxarmışdı. II Tiqran e. ə. 65-ci ildə Pompey tərəfindən darmadağın edildikdən sonra yalnız Ermənistan yaylasını əhatə edən Ermənistan iki imperiya arasında dəfələrlə bölüşdürülmüşiki Ermənistanın - şərqi, yəni İran Ermənistanı və qərbi, yəni Roma Ermənistanının yaranmasına səbəb olmuşdu ki, bu ərazilər də faktik olaraq Bizansİran dövlətlərindən tam asılı idilər.

S.T.Yeremyanın belə bir mühakiməsi də onun yuxarıda göstərdiyimiz bəyanatına tamamilə ziddir: "Böyük Ermənistan (söhbət b. e. IV əsrindən gedir - F.M.) öz iradəsindən asılı olmayaraq bu mübarizəyə (Roma ilə İran arasında müharibə nəzərdə tutulur. - F.M.) qoşulmağa məcbur olurdu. Yenə bu müharibədə "Sezarın və Roma xalqının dostu" sayılırdı və buna görə də müharibədə Roma imperiyası tərəfində iştirak etməyə məcbur olan bufer Ermənistanın mövqeyi böyük əhəmiyyət kəsb edirdi...". Bu sətirlər Böyük Ermənistanın siyasi statusu ilə heç cür uzlaşmır. Belə bir dövr üçün Ermənistan sözünün yanında "böyük" ifaədəsi çox paradoksal görünür. O ki qaldı "Sezarın və Roma xalqının dostu" sözlərinə, bunlar məcazi mənada işlənir, əslində isə, Ermənistanın Romadan tam asılılığını bildirir.

Albaniyanın vəziyyəti tamamilə başqa idi və Ermənistanın vəziyyətindən köklü surətdə fərqlənirdi. Antik yazılı mənbələrə görə Albaniyada dövlət quruluşu e. ə. I əsrdə, 70-80-ci illərdə aparılan arxeoloji axtarışlarının təsdiqinə görə isə e. ə. IV-III əsrlərdə, özüyerli etnos əsasında yaranmışdır.

II-IV əsrlərdə Romaİran (parfiyalılar və sasanilər) arasındakı ağır müharibələr Ermənistanda bütün ağırlığı ilə özünü büruzə versə də, Albaniyaya, demək olar ki, heç bir zərər vurmamışdır. S.T.Yeremyanın IV əsrdə "Albaniyada dövlət quruluşunun bərpa olunması" fikrinə gəlincə, alban müəlliflərinin öz məlumatlarına görə, Albaniyada dövlət quruluşu 463-cü ilə qədər daimi olmuşdur. Tarixdən məlumdur ki, Albaniya yalnız 463-cü ildən 487-ci ilə qədər hökmdarsız qalmışdır.

Daha sonra S.T.Yeremyan İran Arşakilərinin nəslindən olanAlbaniyada çarlıq edən Arşakiləri massaget Arşakilərin erməni Arşakiləri ilə qohum olan qoluna bağlamağa cəhd göstərir və onların Albaniya taxt-tacına guya IV yüzillikdə gəldiyini söyləyir. S.T.Yeremyan bütün fikirlərini bir məntiqə tabe etdirməyə çalışır - alban Arşakiləri erməni Arşakilərinə tabe olmalı idilər.

Alban Arşakilərini massaget Arşakiləri ilə bağlayan S.T.Yeremyan 462-ci il hadisələrinə - alban Arşaki çarı II Vaçenin hakimiyyətdən əl çəkərək öz şəxsi mülkünə çəkilib guşənişin olması məsələsinə çatanda, heç nəyə əsaslanmadan yazır ki, guya çar Çola (Çora) vilayətinə - "öz dədə-baba torpağına" yollanır. Əslində isə, heç bir mənbədə bu barədə bircə kəlmə də yazılmayıb. Yeremyan burada da əvvəlcədən nəzərdə tutduğu proqram üzrə hərəkət edir, çünki məqsədi alban hökmdarlarını Çolada olan massaget Arşakiləri ilə əlaqələndirməkdir. Massaget Arşakilərinin Çoladakı nəsli isə erməni Arşakiləri ilə qohum idi.

S.T.Yeremyan əsassız olaraq IV əsrdə Ermənistanın siyasi rolunu şişirdir, ümumiyyətlə, Sasanilərin Zaqafqaziyada möhkəmlənməsinin səbəbini bununla əlaqələndirir. "Nə qədər ki, Romanın yardım etdiyi bufer - böyük Ermənistan var idi, Sasanilər Zaqafqaziyada möhkəmlənə bilmirdilər". Müəllif bu məlumatla bağışlanmaz bir hərəkət edərək, Albaniya və İberiyanın Zaqafqaziyadakı siyasi rolunu kiçildirdi.

Eyni zamanda, iki imperiyaya tabe olan bufer Ermənistanı coğrafisiyasi vəziyyətinin acınacaqlı dövründə, Zaqafqaziyada möhkəmlənməyə can atan Sasani siyasətinə mane ola bilməzdi. S.T.Yeremyanın Albaniya barədə müddəalarını elə onun özünün aşağıdakı sözləri rədd edir: "Şimal sərhədlərinin köçərilərdən müdafiə olunmasına dair ümumi siyasətdə Albaniya mühüm strateji bölmə idi". Sasanilərin vassalı sayılan Albaniya hökmdarları kiçik bir fasilə istisna olmaqla (V əsr üsyanı zamanı) dağ keçidlərinə, xüsusilə də, Çola-Dərbənd keçidinə nəzarət edirdilər. Dediyimiz kimi, Albaniya Sasanilərin vassalı idi, buna görə də onun təhlükəsizliyi Sasaniləri də maraqlandırırdı. Strateji mövqeyinin əlverişli olması və coğrafi baxımdan uzaqda yerləşməsi sayəsində Albaniyanın siyasi vəziyyəti Ermənistandan köklü surətdə fərqlənirdi.

S.T.Yeremyan alban kilsəsi haqqında danışarkən, 552-ci ildə onun müstəqil kilsə olmasını sasanilərin ümumi siyasəti ilə bağlayır və göstərir ki, alban katolikosluğu iyerarxik cəhətdən elə 552-ci ildən erməni kilsəsinə tabe idi. Bununla da o, alban kilsəsinin erməni kilsəsindən asılılığını bir neçə əsr qədimləşdirmişdir.

S.T.Yeremyan alban etnosu haqqında danışarkən, belə hesab edir ki, "albanlar" termini cəmləşdirici məna daşıyır və bir neçə qəbilənin birliyi deməkdir ki, onlardan da ən böyükləri utilər və ya udinlərdir.

Alban ədəbi dilinə gəlincə, S.T.Yeremyan belə fikirləşir ki, o, qarqar ləhcəsi əsasında yaranmışdır, əlaqəsizdir, daha geniş yayılmış dialekt xarakteri daşıyır və alban vilayətlərinin dialektlərinə uyğun gəlmir. VII əsrdən başlayaraq, burada ibadət dili rolunu isə Yeremyanın fikrincə, "qəti və şəriksiz" olaraq qədim erməni dili oynamışdır. Bunun nəticəsində də VII əsrdən başlayaraq alban yazısı məişətdən çıxmış və soraqsız olaraq xatirələrdən silinmişdir. S.T.Yeremyanın fikirləri burada da ziddiyyətlidir, çünki özü yazır ki, erməni-albanların bir hissəsi hələ XIII əsrdə alban yazısından istifadə etmişlər. O ki qaldı qədim erməni dilinə keçid, deməliyik ki, bu, birdən-birə baş verən hadisə ola bilməzdi, əsrlərlə davam edən bir proses idi.

S.T.Yeremyan erməniləşmə və gürcüləşmə prosesi məsələsində tələsmiş, VIII əsrdə UtiArsax əhalisini ermənilərlə, KaxetiyaKizikiya albanlarını isə gürcülərlə "assimilyasiya etmişdir". Biz isə belə düşürük ki, həmin proses yalnız X əsrdən sonra başlaya bilərdi. Özü bu assimilyasiya etnik yox, mədəni-ideoloji assimilyasiya idi.

S.T.Yeremyanın "konsepsiyası" alt-üst edən Z.M.Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" monoqrafiyası, ümumiyyətlə, tarix elminə, o cümlədən, albanistikaya qiymətli hədiyyədir. Alban, erməni, gürcü, Bizans, ərəb, Suriya mənbələrinin dərin təhlilinə əsaslanan müəllif "bu əsərdə alban ideologiyasının tarixini-xristianlığın, alban kilsəsinin, onun strukturunun alban ədəbiyyatının tarixini ilk dəfə olaraq dəqiq işıqlandırmışdır. Z.M.Bünyadov bu monoqrafiyada alban kilsəsinin hüquqlarının məhdudlaşdırılıb müstəqilliyinin ləğv edilməsində erməni qriqorian kilsəsinin oynadığı rolu göstərmişdir. VIII əsrin əvvəllərində erməni kilsəsi ilə ittifaqa girən ərəb xilafətinin təzyiqi altında alban kilsəsi hüquqi cəhətdən erməni kilsəsindən asılı vəziyyətə salındı ki, bu da iki kilsənin katolikosluğu arasında uzun sürən mübarizənin başlanğıcını qoydu. Z.M.Bünyadovun monoqrafiyasında Albaniyanın xristian əhalisinin qriqorianlaşdırılması müsəlmanlaşdırılması problemi dəqiq qoyulmuş doğru həll edilmişdir. Alban ədəbiyyatı, mədəniyyəti (epiqrafika) nəhayət, alban etnosunun aradan götürülüb yox olmasının obyektiv subyektiv səbəbləri inandırıcı şəkildə göstərilmişdir. Böyük alban knyazları Mihrənilərin hakimiyyəti dövründə ölkənin siyasi tarixi hərtərəfli öyrənilmişdir.

Z.M.Bünyadovun monoqrafiyasında "VI əsrin sonunda - VII əsrin əvvəlində siyasi vəziyyət", "Azərbaycanın ərəblər tərəfindən işğal edilməsi", "Azərbaycan əhalisinin islamlaşdırılması qriqorianlaşdırılması", "Ərəb-Xəzər müharibələri Azərbaycan", eləcə , "Aranda sosial hərəkatlar" bölmələri araşdırdığımız problemlər baxımından böyük əhəmiyyətə malikdir.

Z.M.Bünyadov Aranın Albaniyanın şimal kustakında (canişinliyində) tutduğu strateji mövqeyin siyasi əhəmiyyətini düzgün qiymətləndirən ilk tarixçilərdəndir. Müəllif göstərir ki, həmin mövqelərin hesabına Bizans İran kimi nəhəng qonşular da Albaniya ilə hesablaşmalı olurdular. Z.M.Bünyadov VI-VII əsrlərdə ölkənin xarici siyasətini təhlil edərək xəzərlərin VI əsrdən VIII əsrə qədər davam edən yürüşlərini, ölkənin onlar tərəfindən zəbt olunmasını, eləcə , 625-ci ildən Albaniyanın da cəlb edildiyi İran-Bizans müharibələrini hərtərəfli dolğunluqla işıqlandırmışdır. Sasanilərin xəzərlərin hökmranlığı dövründə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamış alban patriarxı Vironun (VII əsr) fəaliyyəti tarixdə ilk dəfə olaraq Z.M.Bünyadov tərəfindən layiqincə təsvir edilmiş qiymətləndirilmişdir.

VI-IX əsrlərdə Albaniyanın siyasi tarixini təhlil edən Z.M.Bünyadov yazır ki, VI yüzillikdə ölkədə mərzban rejimi hökm sürmüşdür, VII-VIII əsrlərdə hakimiyyət başında olan Mehranilər isə "nominal da olsa, VIII yüzilliyin əvvəlinədək bütün ölkəni, yaxud onun bir hissəsini" idarə etmişlər. Bizə belə gəlir ki, bütün Mehranilərin hakimiyyətini ümumiləşdirmək lazım deyil. Müəllifin tezisi yalnız Varaz-Qriqora, eləcə , böyük Albaniya knyazı kimi tanınmış Mehranilərin sonuncu nümayəndəsi Şeroyeyə aiddir. O ki qaldı müəllifin xeyli yer ayırdığı Kalankatlıya görə VII əsrin ən görkəmli dövlət xadimi olan Cavanşirin onun xələfi Varaz-Trdatın hakimiyyətinə, bunları çox çətin "nominal" saymaq olar.

Tam bərabərhüquqlu ya vassal asılılığında olduğu ittifaqlara girəndə , adlarını çəkdiyimiz bu iki hökmdar müstəqil daxili xarici siyasət yeritmişdir.

Aranın (Albaniyanın) ərazi hüdudlarına gəlincə, demək lazımdır ki, Z.M.Bünyadov Süniki Albaniyaya daxil edərək Araz çayını sərhəd saymış, bununla da, VII-IX əsrlərdə cənubda ölkənin siyasi sərhədlərini olduğu kimi göstərmişdir. Müəllif tarixi Girdman vilayətinin sərhədlərini dəqiqləşdirərək inamla sübut edir ki, Xunani Ktsia (Xrami) çayının mənsəbində (onun Kürə qovuşduğu yerdə) yerləşirdi Albaniya ilə İberiya arasında sərhəd məntəqəsi idi. Z.M.Bünyadov Xunanini Ağstafaçayla Kürün qovşağında yerləşdirən, bununla da, "gürcü torpaqlarını Albaniya ərazisi hesabına böyüdən" P.İnqorokvanın mülahizələrinin səhv olduğunu göstərmişdir.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktor

 

Səs.-2012.- 5 sentyabr.-S. 14.