Azərbaycan
dilinin yaranasının dövlətçilik tarixində rolu
Dil xalqın və dövlətin əsas atributudur. Bu mənada
Azərbaycan dilinin yaranması dövlətçilik ənənəsilə
sıx bağlı olan fenomendir. Ulu Öndər Heydər Əliyev
deyirdi: "Mən hər bir dilə öz hörmət və
ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz
dilimizlə- Azərbaycan dili ilə hər birimiz fəxr edə
bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada
tanınmış dildir. Xalqımızın adı da
tanınıb, respublikamızın adı da tanınıb,
dilimizin adı da tanınıb. Bu, reallıqdır".
Azərbaycan dili çox qədim dövrlərdə
yaranmış və zənginləşmişdir. Dilləri Azərbaycan
dilinin artıq ümumxalq danışıq dili kimi mövcud
olmasını göstərən etibarlı qaynaqdır. Tədqiqatçını
bu fikrə həmin əsərdə azərbaycanizmlər,
külli miqdarda Azərbaycan sözlərinin olması gətirilmişdir.
O, sübut üçün Azərbaycan dilində işlədilən
adi sözlərlə yanaşı, xan, xaqan, xatun, törxan, təkin,
türkan kimi rütbələri, eyləntürk, bulqar, onoqur,
hunoqur, hun, xəzər, ağ xəzər, peçenqlər və
s. kimi etnonimləri, avçi, alp, Qazan, Qonaq kimi antroponimləri,
Hunestan, Türkistan və onlarla başqa toponimlərin bu
kitabda əksini tapmasına dair misallar gətirir.
Görkəmli türkşünaslar N.Z.Hacıyeva və
B.A.Serebrennikov yazırlar ki, "Azərbaycanın yerli əhalisi
ilə qaynayıb-qarışan və azərbaycanlıların
əcdadlarının türk dilinə yiyələnmiş xəzərlər,
bu əhalinin dilinə öz dillərinin bəzi əlamətlərini
gətirə bildilər. Dillərin burada
çarpazlaşması xüsusilə təsirli idi ona görə
də qohum dillər bir-birilə əlaqəli idilər. Beləliklə,
bəzi Azərbaycan ləhcələri xəzər dilinin bəzi
xüsusiyyətlərini qəbul edə bilərdi. Həqiqətən
də Azərbaycan dilinin bəzi şimal və şərq ləhcələrinin
bəzi nişanələri oğuz dilləri qrupuna xas olan
xüsusiyyətlə uyğun gəlmir".
Gətirdiyimiz iqtibasdakı mülahizə VI-VII yüzilliklərə
aiddir. Demək, hər iki görkəmli türkşünas
belə hesab edir ki, həmin yüzilliklərdə Albaniya əhalisi
indi bizim danışdığımız Azərbaycan dilində,
yaxud onun ləchələrindən birində
danışırdı və bu əraziyə gəlmiş xəzərlər,
yerli camaatla qaynayıb-qarışmış, onların qohum
dilləri bir-birinə qarşılıqlı təsir
göstərmişdi. Bu nöqteyi-nəzərdən, başqa
bir bilicinin mülahizələri diqqətəlayiqdir. O, qeyd
edir ki, Albaniya çarı Varaz Tirdat 682-ci ildə Aran əhalisinə
müraciətdə demişdi ki, hunlar, xəzərlər
artıq Albaniya əhalisinin tərkib hissəsidir. O, bu
mülahizəsini söylədikdən, eyni zamanda, qaynaqlara
istinad etdikdən sonra belə qənaətə gəlir ki, Azərbaycan
dilinin ilk orta yüzilliklərdə (yəni III-VII yüzilliklərdə)
ümumxalq dil kimi mövcud olması, dil materialları ilə
sübut olunur.
Azərbaycan ərazisində qədimlərdə Azərbaycan
dillilərin məskunlaşmasını nümayiş etdirən
başqa bir dəlil ən ilk ərəbdilli qaynaqlardan olan
"Əxbər Abid bin Şiriyə əl Cümhuri"də
(Abid ibn Şiriyədən qabaqkı dövr) Azərbaycanın
islam dininin yayılmasından qabaqkı vəziyyəti öz əksini tapmışdır. Beynəlxalq
qaynaqdan belə məlum olur ki, ərəb xəlifəsi I
Müaviyyə (661-696) Azərbaycana qoşun göndərməzdən
qabaq öz saray alimini çağırıb soruşdu:
- Azərbaycan barəsində nə bilirsən?
Azərbaycanla yaxşı tanış olan alim belə
cavab vermişdi:
- Azərbaycan qədimdən türklərin ölkəsidir
və onlarla məskundur. Fikir verin VII yüzilikdə
yaşamış alim deyir ki, Azərbaycan qədimdən
türklər ölkəsidir. Demək, bu ərazidə hələ
VII yüzillikdən qabaq bizim ulu babalarımız artıq təşəkkül
tapmış xalq vahid Azərbaycandilli xalq idi.
Z.Bünyadov və Y.Yusifovun redaktorluğu ilə nəşr
olunan "Azərbaycan tarixi" kitabında göstərilir
ki, ərəb müəllifləri Bərdə və Arran
(keçmiş Albaniya) əhalisinin dilini arran dili
adlandırırdılar. Arran dili Qafqaz dillərinə mənsub
ola bilməzdi. Antik müəlliflər Qafqaz-iber dillərinə
mənsub tayfaları (ud, qel və leq, cilb, silv, lupeni, lipin və
didurları) Albaniyadan xeyli şimalda Qafqaz dağlarında yerləşdirdilər.
Qafqaz dillərindən heç biri vahid ünsiyyət dilinə
nə erkən orta əsrlərdə, nə də sonralar
çevrilməmişdi. Arran dili isə ölkədə vahid
dil kimi qeyd olunmuşdu. Qaynaqlar göstərir ki, arran dili nə
ərəb, nə fars, nə də udi-ləzgi dili deyildi.
Arran dili artıq formalaşmış qədim türk dili idi.
Bu dildə albanlar, utilər, qarqarlar, erkən peçeneqlər,
kanqarlar və başqaları danışırdı. Bu dil həm
də müxtəlif dilli etnoslar arasında ünsiyyət
dilinə çevrilmişdi. Erkən orta əsrlərdə
yerli türk etnik təbəqəsi ilə hun ittifaqına
daxil olan türk etnosları qarışmışdı və
qohum türk dilləri arasında çarpazlaşma gedirdi. Nəticədə,
erkən Oğuz dilləri əsasında qədim Azərbaycan
türk dili yaranmışdı. Azərbaycan türk dilini başqa türk dillərindən
fərqləndirən bir sıra fonetik xüsusiyyətlər
(d-y, nq-n və s. kimi fonetik əvəzlənmələr)
III-VII əsrlərdə meydana gəlmişdi. Artıq VII-
VIII əsrlərdə Azərbaycanda (eləcə də,
Ön Qafqaz ölkələrinin türkdilli əhali
yaşayan regionlarında) Azərbaycan türk dili artıq
yetkinləşmişdi.
Cənubi Azərbaycanda (Adərbayqanda)
da türk dilinin mövqeyi İran təsirinə baxmayaraq
möhkəmlənmişdi. Bəzən onların
varlığını "fars" etnonimi pərdələyirdi,yəni
onları da fars adlandırırdılar. Ümumiyyətlə,
ərəb işğalından sonra Azərbaycan əhalisinin
yuxarı təbəqələri və müəyyən bir
qismi ərəb və fars dillərini də bilirdi, onların
arasında ikidillilik şəraiti yaranmışdı. Lakin əhalinin
böyük qismi, xüsusilə, kənddə yaşayanlar
türk dilini işlədirdilər. Siyasi şərait uzun
müddət türk dilinin dövlət dili səviyyəsinə
qalxmasına imkan vermirdi. Bəzən bu qaynaqlar da "fars
dili" anlayışına daxil edilirdi.
Cənubi Azərbaycanda türklər
ən qədim zamanlardan yaşayırdılar. Cənubi Azərbaycanın
ərazisi ilə əlaqədar qaynaqlar azəri dilini yad
etmişdir. Ərəb müəllifi Yaqut Həməvi
(XII-XIII əsrlər) yazırdı ki, "onların dilini
al-azəriyə (azəri) adlandırırlar. Onu
başqaları anlamır". Digər müəllif Yaqubi (IX
əsr) xəbər verir ki, "Azərbaycan şəhər
və mahallarının əhalisi əcəm (fars), azəri
(al-azəriyə) və Babək olan Əl-Bəzz şəhərinin
qədim sahibləri, cavidanilərlə
qarışıqdır". Mətndən məlum olur ki, əcəmi,
azəri və cavidanilər hansı dildə danışan Azərbaycan
əhalisi ilə qarışıq idi. Yəqin ki, bu əhali
türk dilində danışırmış. Ərəb
işğalı ərəfəsində Azərbaycanın əsasən
türk etnoslarından ibarət əhalisi ərəblərə
güclü müqavimət göstərmişdi. Xürrəmilər
hərəkatının özündə azərbaycanlılar
iştirak edirdilər. Xürrəmilər hərəkatının
özündə azərbaycanlılar iştirak edirdilər.
Babəkin tərəfində türk adları daşıyan Tərxan
və Adin-Aydın kimi sərkərdələr öz hərbi
dəstələri ilə vuruşurdular. Babək də yeni
zamanda şimalda yaşayan azərbaycanlıların mənafeyini
qoruyur və buradakı xristianları öz tərəfinə
çəkmək siyasəti yürüdürdü. Çox
güman ki, azəri dili Azərbaycan -türk dilinə
şamil olunurdu, çünki ərəb müəllifləri
Azərbaycanda işlədilən İran ləhcələrini
pəhləvi dilinə (əl-fəhləviyə), yaxud fars (əl-farsiyə)
dilinə mənsub edirdilər. Bəzi hallarda yerli, o cümlədən,
türk əhalisi "fars" adlandırılırdı.
Məsudi (X əsr) farslara tabe
olan ölkələr barədə belə yazırdı:
"Farslar xalqdır. Onların ölkəsinin
hüdudları: Əl-Cibal, Əl-Mahatdan və s. bəri, Azərbaycan
və ona söykənən (qonşu) Ərməniyə,
Arran, Beyləqan, Dərbəndə kimi özü də Bab
ül-Əbvab, Rey, Təbəristan, Əl-Maskat, Şabaran,
Curcan, Abar-şəhr, özü də Nisabur, Zerat, Mərv və
s. ölkələrdən ona
zaman söykənən, Əl-Əcəm
torpaqlarından bəri. Bütün bu ölkələr vahid
idarəyə, vahid hökmdara və vahid dilə malikdir. Lakin
onların dilləri bir sıra fərqlərə baxmayaraq
birdir, çünki yazdıqları hərflər eynidir, hərflərin
birləşməsi də eynidir. Ancaq digər nisbətdə
(götürəndə) bunlar, məsələn, (necə ki)
pəhləvi (əl-fəhləviyə), dəri (əl-dəriyə),
azəri (əl-azəriyə) və başqaları fars dilindən
fərqlənirdilər. Məsudinin məlumatı əsasında
bəzi tədqiqatçılar belə qənaətə gəlmişlər
ki, guya Azərbaycan əhalisi I minillikdə artıq dil
baxımından farslaşmışdı. Lakin nəzərdən
qaçırırlar ki, Azərbaycanda mövcud olan fars dili ləhcələrini
(orta fars dilinin) ərəb müəllifləri əl-fəhləviyə
(pəhləvi) adlandırmışlar. Azəri dili isə bu
ləhcələrdən fərqlənirdi. İbn-Havqəl
yazır ki, "mən Savalanda, Ərdəbil dağında kənd
gördüm. Hər bir kəndin sakinlərinin özünəməxsus
dili var. Ancaq öz aralarında farsi və azəri olmayan
başqa dildə danışırlar". Bu məlumatdan
aydın olur ki, Ərdəbil mahalında mövcud olan dillər
nə fars dilinə, nə də azəri dilinə yaxın
deyildi. Deməli, azəri müstəqil dil kimi həm fars, həm
də Ərdəbil dillərindən fərqlənirdi. İbn
Havqəlin qeyd etdiyi "başqa dil" pəhləvi-fars
dilinin hansısa ləzcəsi (bəlkə də talış
dili) imiş.
Azəri dilində Azərbaycan əhalisi
danışırdı. Yaqut Həməvinin Əbu Zəkəriyyə
Ət-Təbrizi barədə hekayəsində azəri dili yad
edilir və bu "Azərbaycan əhlinin dili" kimi göstərilir.
Azəri dili haqqında qaynaqlarda daha məlumat verilmir. Bu
dövrdə (XII-XIII əsr) yəqin ki, "azəri dili"
anlayışı "türk dili" anlayışı ilə
əvəz olunur. Qaynaqlar göstərir ki, azəri dili Azərbaycanın
erkən türk əhalisinin dili olmuş, fars dilindən və
pəhləvi ləhcələrindən fərqlənmişdir.
Əsrimizin Azərbaycan dilinin qədimliyini arxeoloji
qazıntılar da sübut edir. M.İsmayılov göstərir
ki, son tunc dövründə, yəni miladdan qabaq II minilliyin
sonu I minilliyin əvvəllərində arxeoloqlar Azərbaycan ərazisində
qəbrlərdə bağa çanağını aşkar
etmişlər. Qəbrdə, mərhumun yanına
çanaqlı bağa çanağı qoymaq Azərbaycan
dilinin kökündə dayanan dildə, türk dilində, onun
ləhcələrindən birində danışan soyların ənənəsidir.
Məlumdur ki, qeyd etdiyimiz dildə danışan xalqların,
soyların ən qədim abidələrindən biri olan
Gültəkinin qəbrinin üzərindəki daşda
çanaqlı bağa təsviri vardır. Demək, hələ
miladdan qabaq bu ərazidə, yəni Azərbaycan ərazisində
bizim dilimizdə danışanların olması
özlüyündə aydın olur. Belə olduğu təqdirdə,
görkəmli tədqiqatçı Z.İ.Uampolskinin həmin
dövrdə Azərbaycan ərazisində Turukku soyları barəsində
söylədiyi, onları bizim dilimizin kökündə dayanan
dildə danışanlar sırasına daxil etməsinə
şübhə ilə yanaşanların elə bir elmi əsasları
yoxdur.
Qədim dövrlərdə
yaranan Azərbaycan dili cilalana-cilalana bu günlərimizə
kimi çatıb və dövlət dili səviyyəsinə
yüksəlib. Ulu Öndər Heydər Əliyev Azərbaycan
dili haqqında deyirdi: "Tarixi köklərimizə, tarixi
keçmişimizə böyük hörmət və
ehtiramımızı bildirərək, eyni zamanda, bu gün deməliyik
və haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz
öz inkişaf dövrünü keçib, formalaşıb,
özünəməxsus adını götürüb və
gəlib dövlət dili səviyyəsinə çatıb.
İndi bunun adını dəyişdirib başqa ad qoymaq
heç bir nöqteyi-nəzərdən düzgün
deyil. Həm tarixi nöqteyi-nəzərdən,
həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycanın
dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin
bu günü və gələcəyi nöqteyi-nəzərindən".
"Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan
dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz
yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili
müstəqil Azərbaycanda, eləcə də, dünyada
yaşayan bütün azərbaycanlıların dili olsun".
Ulu Öndər ədəbiyaşar
Heydər Əliyev 18 iyun 2001-ci il tarixdə "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" Fərman imzaladı.
Fərmanın preambulasında
deyilir: "Müstəqil dövlətimizin rəsmi dili
statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi
və sərbəst inkişafı üçün münbit
zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində
dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq
və təhriflərin nəticələrinin aradan
qaldırılması üçün hazırda ölkəmizdə
çox əlverişli şərait mövcuddur. Dil öz
daxili qanunları əsasında inkişaf edirsə də, onun
tətbiq və tədqiq edilməsi üçün
yaradılmış geniş imkanlar bu inkişafın daha
sürətli və dolğun olmasına təkan verir".
Akademik Ramiz Mehdiyev
yazmışdır: "Türk yazılı abidələrinin
birində millətin, dövlətin mövcudluğunu təmin
edən üç əsas şərtdən bəhs olunur:
dilin qorunub saxlanılması, xalqın qorunub
saxlanılması və ənənələrin qorunub
saxlanılması. Heydər Əliyev bu şərtlərə
dönmədən sadiq qalmışdır. Onun müdrik siyasəti
sayəsində Azərbaycan dili dünyanın siyasi xəritəsində
öz layiqli yerini tutan dövlətimizin rəsmi dili olmuş,
ölkəmizin müstəqilliyi dönməz xarakter
almışdır, xalqımız isə mənəvi irsini
göz bəbəyi kimi qoruyur və inkişaf etdirir.
Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin zəngin
irsi XXI əsrin müstəqil dövləti kimi Azərbaycanın
gələcək inkişaf və tərəqqi yolunu müəyyən
edən etibarlı səmt göstərcisidir və daim belə
olacaqdır".
Vahid
Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2012.-11 sentyabr.-S. 14.