Azərbaycanda Hülakular dövləti

 

Tarixi mənbələr XIII əsrdə Azərbaycanda Hülakular dövlətinin mövcudluğunu sübut edir. "Azərbaycan  tarixi" kitabında göstərilir ki, Ön Asiyada,  Qafqazda və Kiçik Asiyada hələ də müstəqil fəaliyyət göstərən iri feodal malikanələrinə qarşı Ali Monqol xaqanlığı tərəfindən mübarizəyə köndərilmiş monqol şahzadəsi Hülaku xan (1258-1265-.ci illər) 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı istila etdi və 500 ildən artıq hökm sürən Abbasilər xilafəti süquta uğradı. Beləliklə, yeni zəbt edilmiş ərazilər hesabına 5-ci monqol ulusu-Hülakular (Elxanilər) dövləti yarandı. Azərbaycan dövlətin siyasi-inzibati mərkəzinə çevrildi, Təbriz Abaqa xanın zamanından başlayaraq dövlətin paytaxtı oldu.

Azərbaycanda köçəri monqol feodallarının hakimiyəti başlandı. Şahzadə Yuşumut Muğan, Şirvan və Dərbəndin hakimi təyin olundu. Azərbaycanın əksər ərazisində, xüsusilə, onun şimal hissəsində monqolların güçlü hərbi hissələri məskən saldı. Hülaku xan oturaq əhalinin istismarı və yerli feodalların sıxışdırılması nəticəsində tezliklə iqtisadi cəhətdən qüvvətlənmiş və mərkəzləşdirilmiş dövlət təşkil edə bildi. Lakin belə vəziyyət çox davam etmədi. Hülaku xanın ölümündən sonra mərkəzi hakimiyyətə qarşı mübarizə başlandı. Bu, Abaqa xanın (1265-1282-ci illər) hakimiyyətinin sonlarında daha da kücləndi və açıq şəkil aldı. 1275-ci ildə Arranda Abaqa xana qarşı üsyan baş verdi və çətinliklə yatırıldı. Abaqa xandan sonra hakimiyyətə sahib duran Əhməd xan (1282-1284-cü illər) narazı feodalların səyi ilə taxt-tacdan salındı və Arqun xan (1284-1291-ci illər) səltənətə çıxdı. Onun dövründə feodal ara çəkişmələri artdı. Digər tərəfdən, ölkənin xarici vəziyyəti də sabit deyildi. Hülakular dövləti təsis edildiyi ilk vaxtlardan başlayaraq, Azərbaycan ərazisi uğrunda hülakularla digər monqol dövləti, Cuci nəslindən olan qızıl ordalılar (şimalda) arasında gedən müharibələr ölkənin vəziyyətini sarsıdırdı. Azərbaycanı tutmağa can atan Qızıl Orda xanları Hülaku xanın, Abaqa xanın və Arqun xanın zamanında dəfələrlə (1263, 1265, 1288, 1290-cı illərdə) cənuba yürüş etmiş və ölkədə dağıntı törədərək geri qayıtmışdılar. Elxanilər taxt-tacı uğrunda mübarizə də Arqun xanın ölümündən sonra şiddətləndi. Göyxatu xan (1291 - 1295-ci illər) elə ilk anlardan feodal qruplarının əlində oyuncağa çevrildi. Mərkəzi dövlət aparatı zəiflədi və qüvvələrə qarşı mübarizə aparmaq iqtidarını itirdi. 1295-ci ildə Azərbaycanda iki elxan dəyişildi. Baydu xan (1295-ci il) bir neçə ay hökmranlıq etdikdən sonra taxt-tacdan məhrum edildi. Qazan xan (1295-1304-cü illər) Hülakular səltənətinə sahib oldu.

Qazan xan öz siyasətində yerli feodallarla əlaqənin möhkəmləndirilməsi xəttini yeritdi. Bu məqsədlə o, islam dinini qəbul etdixüsusi islahatlar keçirdi. Köçəri feodallar Qazan xana qarşı kəskin mübarizəyə qalxdılar, iğtişaşlar, üsyanlar baş verdi, sui-qəsdlər təşkil olundu. Lakin Qazan xan yerli feodallara arxalanaraq baş vermiş bütün iğtişaşları yatıra bildi, mərkəzi dövləti möhkəmləndirdi. Köçəri feodalların əksəriyyəti Qazan xanın hakimiyyətinə tabe edildilər. Ölkədə nisbətən sabit vəziyyət yarandı və Sultan Məhəmməd Xudabəndənin (Ulcaytunun, 1304-1316-cı illər) hakimiyəti zamanında da mühüm təbəddülata uğramadı. Lakin 12 yaşlı Əbu Səidin (1316-1335-ci illər) hakimiyyətə çıxması ilə vəziyyət kökündən dəyişildi, feodal ara çəkişmələri yenidən başlandı və getdikcə gücləndi. Faktiki hakimiyətin Sulduzilər nəslindən olan baş əmir Çobanın əlində cəmləşməsi bir çox feodalların narazılığına və mərkəzi hakimiyyətə qarşı çıxmalarına səbəb oldu. 1318-ci ildə bir tərəfdən Xorasanda əmir Yasavur mərkəzi hakimiyyətə qarşı çıxdısa, digər tərəfdən ölkə ikitərəfli xarici hücumlara məruz qaldı: Misir qoşunları cənubdan, qızılordalılar isə şimaldan hücuma keçdilər. Şirvan ərazisi şimal hücumundan çox ziyan çəkdi. Əbu _Səid əsas qüvvələrini Azərbaycana göndərdi qızılordalıların hücumunu dəf edə bildi. Sonra    isə digər istiqamətlərə qoşun hissələri göndərildi.

1319, 1320 və 1322-ci illərdə dövlətin müxtəlif ərazilərində iğtişaşlar qalxdı. Əbu Səid əmir Çobanın köməyilə həmin iğtişaşları yatıra bildi. Mərkəzi hakimiyyət nisbətən qüvvətləndi. 1325-ci ildə Qızıl Orda dövlətinə müzəffər yürüş təşkil edən əmir Çoban artıq dövlətin faktiki hakimi kimi fəaliyyət göstərməyə başladı. O, dövlətin mühüm vəzifələrini və vilayətlərin idarəsini öz oğlanlarına tapşırdı. Əbu Səid yaranmış vəziyyətdən çıxmaq üçün Çobandan narazı feodalların köməyindən istifadə etdi və 1328-ci ildə Çobanı və onun tərəfdarlarını dövlət idarəsindən uzaqlaşdırdı. Çoban və bəzi oğlanları öldürüldü, Onların əmlakı qarət olundu. Lakin Əbu Səidin müstəqilliyi uzun sürmədi. O, tezliklə vəzir Qiyasəddin Məhəmməd Rəşidinin başçılıq etdiyi feodal qrupunun təsirinə düşdü. Ölkədə yeni-yeni iğtişaşlar qalxdı, 1334-cü ildə Sultaniyədəki üsyan çətinlikla yatırıldı. 1335-ci ildə Qızıl Orda xanı Özbək yenidən Azərbaycana soxuldu. Əbu Səid dövlətin əsas qüvvələrini Özbəyə qarşı mübarizəyə səfərbər etdiözüKür çayının sahilinə gəldi. Lakin o, feodal ara çəkişmələri nəticəsində öldürüldü. Onun vəfatı ilə hülakular dövləti getdikcə tənəzzülə uğradı və müxtəlif hissələrə parçalandı. Qısa müddət ərzində hakimiyətdə bir neçə şahzadə-Arpa xan (1335-1336-cı illər), Musa xan (1336-cı il), Məhəmməd xan (1336-1338-ci illər) bir-birini əvəz etdi. .Məhəmməd xanın dövründən başlayaraq, hakimiyyət uğrunda mübarizə yeni forma aldı. Feodal qrupları vahid Hülakular  səltənətini ələ keçirmək məqsədilə deyil, dövlətin ayrı-ayrı vilayətlərində müstəqilləşmək uğrunda mübarizəyə girişdilər. Nəticədə, Hülakular dövlətinin ərazisində qoşa və çoxpadşahlılıq meydana çıxdı. Hülakular səltənətini mühafizə etmək bəhanəsi ilə aparılan mübarizələrdə Çobanilərin, Cəlairilərin və Xorasan əmirlərinin başçılıq etdikləri feodal qrupları daha fəal iştirak etdilər.

Hülaku xanın yürüşü dövründə Azərbaycana gəlib Urmiya gölü ətrafında məskunlaşmış türk-monqol mənşəli Sulduz qəbiləsinin davamçıları olan Çobanilər hakimiyyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idilər. Əmir Çobani nəvəsi Şeyx Həsən Çobani (Kiçik Həsən) 1338-ci ildə öz rəqibi Şeyx Həsən Cəlairiyə (Böyük Həsənə) qalib gələrək, Məhəmməd Xudabəndənin qızı Satıbəy xatunu (1338-1340-ci illər) padşah elan edib dövləti onun adından idarə etməyə başladı. Beləliklə, Azərbaycanda və ona qonşu ərazilərdə Çobani feodal qrupunun ağalığı başlandı. Şeyx Həsən Çobani 1340-cı ildə Satıbəy xatunu səltənətdən məhrum edib, Süleyman xanı (1340- 1344-cü illər) padşah elan etdi. Həsən Çobani öldürüldükdən sonra (1344-cu il) Azərbaycanda hakimiyət, faktiki olaraq, onun qardaşı Məlik Əşrəfin əlinə keçdi. Çobani feodallarının zülmündən cana kəlmiş Təbriz əhalisi 1344-cü ildə üsyana başladı. Təbrizlilər şəhərdəki Çobani əmirlərini və onların yaxın qohumlarını əsir etdilər, şəhərə daxil olan yollarda xəndəklər qazıb su ilə doldurdular. Şəhər əhalisi ilə Çobani dəstələri arasında qanlı vuruşma baş verdi. Məlik Əşrəf üsyanı çətinliklə yatıra bildi. O, Hülaku şahzadəsi Ənuşirəvanı   (1344-1355-ci illər)  padşah elan etdi və dövləti  onun  adından    idarə etməyə başladı.    Məlik Əşrəf 1347-ci ildə ŞirvanaBağdada, 1350-ci ildə İsfahana yürüş təşkil etdi. O, 1355-ci ildə Ənuşirəvanı hakimiyyətdən saldı və onun əvəzinə Həsən xanı səltənətə çıxardı. Əşrəfin yeritdiyi qarətçilik siyasəti xalq kütlələrinin bütün təbəqələrinin narazılığına səbəb oldu. Çobani feodallarının zülmündən azad olmağa can atan Azərbaycan    əhalisi və bir    sıra yerli feodallar  Qazı Məhiyəddin    Bərdəi    Şirvanşah  Kavusun (1345-1372-ci illər)  başçılığı ilə Qızıl Orda xanı Canıbəyi Azərbaycana dəvət etdilər. Canıbəy  1357-ci ildə Azərbaycana   gəldi və    yerli feodalların    köməyilə    hakimiyyəti ələ aldı. Müstəbid Çobani əmiri Əşrəf edam edildi.

İstər Şeyx Həsən Çobani və istərsə də onun qardaşı Məlik Əşrəf  Azərbaycanda,  sözün  əsil  mənasında,  müstəqil,  hülakulardan heç bir asılılığı olmayan dövlət - Çobanilər dövlətini təsis edə bilmədilər. Çobani əmirləri özlərini müstəqil elan etmədilər  və təbii  ki, qonşu dövlətlər tərəfindən  müstəqil hüquqlu dövlət kimi də tanınmadılar, öz adlarına xütbə oxutmadılar,  sikkə    zərb etmədilər,  dövlət    fərmanları   isə Elxanilərin adından verildi. 1350-ci ildə Məlik Əşrəf İsfahana yürüş etdikdə, isfahanlılar Məlik    Əşrəfin deyil, onun padşah elan etdiyi Ənuşirəvanın adına xütbə oxumaq və sikkə zərb etməklə öz itaətlərini  bildirdilər.  Qızıl Orda xanı Canıbəy Azərbaycana  "Çobanilər dövlətinin ərazisini" deyil, "Hülakular ulusunu zəbt etmək" niyyəti ilə gəldi. Məlik Əşrəf isə Canıbəyin elçisinə cavabında Azərbaycanda  Qazan xanın nümayəndəsinin padşah, onun özünün isə yalnız Hülakular dövlətinin baş əmiri olduğunu etiraf etdi. Şərq ölkələrinin  sikkə  zərbi,  xütbə oxunuşu  və fərmanların  verilməsn kimi ənənəvi səltənət rəmzlərindən məhrum olan, öz müstəqilliyini elan etməyib Hülaku şahzadələrini padşah (elxan, sultan) adı ilə müdafiə edən və digər dövlətlər tərəfindən müstəqilliyi tanınmayan Çobanilər hüquqi baxımdan Azərbaycanda Hülakular dövlətini davam etdirmiş iri feodal qrupu olaraq qaldılar. Lakin onlar hüquqi cəhətdən müstəqil dövlət təşkil edə bilməsələr də, padşah elan etdikləri elxanilərin adından istifadə edərək, Hülakular dövlətinin faktiki hakiminə çevrildilər. Hülaku    şahzadələrinin formal mövcudluğu isə Çobani əmirlərinə öz ağalıqlarını hüquqi olaraq əsaslandırmaq üçün vacib idi. Buna görə də, Məlik Əşrəfin edamı ilə Çobanilərin "Hülakular dövlətinin mühafizəsi uğrunda" apardıqları mübarizəsinə son qoyuldu və beləliklə də, Azərbaycanda Hülakular dövləti süqut etdi.

Azərbaycanda hakimiyəti ələ alan Canıbəy oğlu Bərdi bəyi Təbrizdə səltənətə oturtdu və Qızıl Ordaya qayıtdı. Lakin cəmi 2 aydan sonra Bərdi bəy atasının ölümü ilə bağlı geri qayıtmalı oldu. Azərbaycan Əxicuqun başçılıq etdiyi Çobani əmirlərinin ixtiyarına keçdionlar bir il hakimiyətdə qaldılar. Ölkədə daxilixarici vəziyyət gərgin şəkil almışdı. Bundan istifadə edən Cəlairi əmiri Şeyx Uveys (1359-1374-cü illər) 1358-ci ildə Azərbaycana yürüş etdi və Çobanilərlə vuruşmada qələbə qazanaraq hakimiyyətə yiyələndi, lakin az sonra Bağdada çəkilməli oldu. Azərbaycan yenidən Əxicuqun ixtiyarına keçdi. 1359-cu ilin payızında fars hakimi Məhəmməd Müzəffər Yəzdn Azərbaycana hücum edib Təbrizi tutsa da, bir həftədən sonra şəhəri tərk etməli oldu. Buna səbəb Cəlairi Şeyx Uveysin yenidən Azərbaycan sərhədlərində görünməsi idi. Nəticədə Şeyx Uveys Təbrizə girdi. Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil edildi. Təbriz dövlətin paytaxt şəhərinə çevrildi. 1367-ci ildə Şirvan ərazisi də zəbt olundu. Şeyx Uveysin zamanında mərkəzi idarə sistemi möhkəmləndi, iqtisadiyatda və təsərrüfatda müəyyən canlanma baş verdi.

Şeyx Uveysdən sonra hakimiyyətə gəlmiş oğlu Sultan Hüseynin (1374-1382-ci illər) dövründə ölkədə feodal pərakəndəliyi kücləndi, mərkəzi hakimiyyətə qarşı mübarizə şiddətləndi. Şiraz hakimi Şah Şüca 1376-cı ildə Cəlairi qoşununu məğlub edib Təbrizi tutdu. 1377-ci ildə Sultai Hüseyn Təbrizi azad edə bildiqaraqoyunlu Bəhram xacə və Qara Məhəmmədi də itaət altına aldı. 1378-cn ildə Bağdad əmirləri mərkəzi hakimiyyətə qarşı çıxdılar və on minllik qoşunla Ucana, sultanın yay iqamətgahına hücum etdilər, lakin qələbə əldə edə bilmədilər. Azərbaycanı tutmaq niyyətindən əl çəkməyən Şiraz hakimi Şah Şüca 1381-çi ildə bir daha Təbrizə doğru hərəkət etsə də, geri qayıtmalı oldu.

Hakimiyyəti ələ almağa can atan Cəlairi Sultan Əhməd oturaq əhalinin və yerli feodalların narazılığından istifadə edərək qardaşı Sultan Hüseynə qarşı çıxdı, MuğanArranda küclü qoşun hissələri təşkil edib, 1382-ci ildə Təbrizə tərəf irəlilədi. Nəticədə, Sultan Hüseyn öldürüldü. Sultan Əhməd (1382-1410-cu illər, fasilələrlə) Cəlairilər səltənətinə sahib durdu. Onun hakimiyyətə çıxması Cəlairilər dəvlətinin siyasiiqtisaqdi həyatında əhəmiyyətli dəyişiklik yaratmadı. Feodal ara müharibələri əvvəlki kimi davam edirdi. Sultaniyə hakimi əmir Adil Sultan Əhmədin qardaşı Bayəzidi padşah elan edib Təbrizə gəldi, şəhəri tuta bildisə də, tezliklə onu tərk etmək məcburiyyətində qaldı.

XIV-XV əsrlərdə Şirvanşah I İbrahimin fəaliyyətinə diqqəti cəlb edir. Teymurun ölümündən sonra (1405) onun zəif iqtisadi əlaqəsi olan böyük imiernyası tezliklə varisləri arasında hakimiyyət uğrunda mübarizə başlanır. Bir-biri ilə ədavət edən Miranşahonun oğlu Ömər Mirzə Azərbaycanın cənub hissəsinə yiyələnmək iddiasında idilər. Belə bir şəraitdə Gəncədə, Şəkidə, Qarabağda, Təbrizdə, Ərdəbildə və Marağada xalq ixtişaşları geniş vüsət alır. Yaranmış vəziyyət I İbrahimin qoşununa Kür çayını keçməyə, Gəncəni və Qarabağın xeyli hissəsini tutmağa imkai verir. Eyni zamanda, Gürcüstanda da teymurilərə qarşı üsyan başlanır. Gürcü çarı Konstantinbir çox Azərbaycan feodalları, o cümlədən, şəkili Seyid Əhməd, qaramanlı tayfasından Əmir Yarəhməd, Ərdəbil hakimi çəyirli tayfasından Bistam Cəyir İbrahimlə ittifaqa girirlər. 1405-ci ilin yayında birləşmiş qoşun Kür sahilində Ömərin ordusu ilə toqquşur. Məğlubiyyətə uğrayan Ömər ölkənin cənubuna çəkilir və təbrizlilərdən gələn ilin rüsumlarını tələb edir. İki gün ərzində 200 İraq tüməni toplayır. Qəzəblənmiş əhali üsyan qaldırır. Üsyançılar Ömərin maliyyə məmurunu öldürərək Teymurun qoşununu şəhərə buraxmırlar. Ağsaqqallardan Şeyx Əli Qəssab və Qazi İmadəddin şəhərin başçısı seçilirlər, 1406-cı ilin yanvar-fevral aylarında onu idarə edirlər.

1406-cı ilin yazında Ömərin böyük qardaşı Əbu Bəkr Şeyx Əli Qəssabın ordusunu darmadağın edir və şəhər qüllələrini möhkəmləndirmək üçün təbrizlilərdən məcburən yüz min qızıl istəyir. Onlar buna cavab olaraq, həmin ilin yazında yenidən üsyan qaldırırlar. Şəhərin baş tamğa (vergi) yığanı Şeyx Əli Qəssabın başçılığı ilə sənətkar emalatxanalarının ustaları və tacirlər Əbu Bəkrin hakimiyyətindən imtina edərək, kömək üçün Şirvanşah I İbrahimə müraciət edirlər. Ərdəbilli Bistam Cəyir İbrahimdən əvvəl Təbrizə daxil olur, Şirvanşahın adından xəzinəyə vergi toplayır və toplanmış məbləği öz qoşunu arasında bölür. Elə bu vaxt - 1406-çı ilin mayında I İbrahim Arazı keçərək Təbrizə gəlir. Bistam Cəyirin mülazimmini, Əbu Bəkrin vəkili Xoca Məhəmməd Dəvani, hətta qohumları onu tərk edərək topladıqları vergilərin bir hissəsi ilə İbrahimin hüzuruna gəlirlər. Bistam Ceyir isə Ərdəbilə tələsir. Əhali I İbrahimi mehribanlıqla qarşıladı və onu öz hakimi kimi tanıdı. O, əhalidən alınan vergiləri qaydaya saldı.

Beləliklə, qısa müddətə də olsa, Şirvanşah I İbrahim Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi. Lakin o, Təbrizdə möhkəmlənə bilmədi. Çünki tezliklə Cəlairi Sultan Əhmədin və onunla ittifaqda olan qaraqoyunlu tayfa birləşməsnin hərbi qüvvələri şəhərə yaxınlaşırlar. I İbrahim məcburiyyət qarşısında Təbrizi tərk etməli olur.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs .- 2012.- 20 sentyabr.- S. 14.