"Əsrin müqaviləsi" - əsrin mübarizəsi idi...

 

Azərbaycanın yeni neft doktrinasının həyata keçirilməsindən narahat olan bəzi region dövlətləri və xarici ölkələrdə yüksək vəzifə tutan erməni lobbisinin təsiri altında olan ictimai-siyasi dairələrin nümayəndələri, bəzi maliyyə və iqtisadi təşkilatların üzvləri, xüsusilə də, erməni təmayüllü QHT-lər Bakı-Tbilisi-Ceyhan neft kəmərəinin perspektivsiz olduğunu inandırmağa çalışırdılar. "İstanbul Bəyannaməsi"nin imzalanmasından sonra bu layihənin artıq irəliyə doğru getdiyini anlayan bu təşkilatlar və erməniyönlü senatorlar, rüşvətxor və riyakar biznesmenlər açıq şəkildə iftira və böhtan kampaniyasına keçdilər, BTC-nin reallaşmasına qarşı təxribatlara başladılar. Sazişin imzalanmasından sonra BTC-nin əleyhinə xarici təzyiqlər də artdı. Bu kəmərin reallaşmasını istəməyən qüvvələr Azərbaycan neftinin Qərbə nəqlinə mane olmağa çalışırdılar. Bunun üçün müxtəlif təxribatlar, QHT-lər vasitəsilə çirkin kampaniyalar, təzyiqlər də olundu.

Böyük Britaniyada fəaliyyət göstərən yaşıllar hərəkatı dəfələrlə BP şirkətinə təzyiq göstərməyə çalışaraq neft kəmərinin maliyyələşdirilməsini dayandırmağa cəhd göstərib. Eyni zamanda, Avropanın bir sıra maliyyə institutlarının BTC-yə maliyyə yardımının qarşısının alınması ilə bağlı senatorların təhrikləri olub. Amma bu kimi təzyiq və təxribatlara baxmayaraq, Ulu Öndər Heydər Əliyev başladığı işi sona çatdırmaq üçün prinsipiallığını daha da artırdı. Onun əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsi reallaşdı. Çoxlarının inanmadığı "Üç dəniz əfsanəsi" gerçəkliyə çevrildi.

BTC-nin reallaşması Heydər Əliyev qətiyyətinin təntənəsini, eləcə də, Azərbaycanın dünyanın və regionun söz sahibi olan ölkələrindən birinə çevrildiyini bariz şəkildə ortaya qoydu. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atıldı.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Heç də təsadüfi deyildir ki, boru kəmərinin açılışı ərəfəsində Prezident İlham Əliyev "Avrasiyada ilin siyasət adamı" elan edildi. Bütün dünya bu həqiqəti qəbul etdi ki, "Əsrin müqaviləsi"nin memarı Ulu Öndər Heydər Əliyevdirsə, onun qlobal nəqliyyat strategiyası kimi reallığa çevrilməsinin, Azərbaycanın regionda strateji tərəfdaş statusunu qazanmasının təminatçısı isə cənab İlham Əliyevdir. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin başladığı yeni neft strategiyasını, çoxlarının əfsanə hesab etdiyi layihəni reallığa, gerçəkliyə çevirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində mühüm rolunun olması , eləcə də, regional əməkdaşlıq baxımından örnək olması da xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev BTC-nin gələcək iqtisadi uğurlarenerji təhlükəsizliyi baxımından hansı əhəmiyyətə malik olmasını çox aydın şəkildə qeyd edirdi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisitarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq, Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı". BTC genişşəbəkəli nəqliyyat infrastrukturu olmaqla yanaşı, Xəzər hövzəsində enerji siyasətinin tam yeni mərhələyə keçid almasında başlanğıc nöqtəsi olaraq region ölkələrini geniş əməkdaşlıq formatında birləşdirən mühüm iqtisadi-siyasi vasitə sayıla bilər.

"Bakı-Tbilisi-Ceyhan" "Bakı-Tbilisi-Ərzurum" kəmərinin çəkilişinə yol açmaqla, yeni enerji dəhlizlərinin reallaşmasına zəmin yaratmaqla yanaşı, həm də bölgədə tam başqa geosiyasi-coğrafi mənzərəinin yaranmasına səbəb olub. Bu kəmər Avropanın siyasiiqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək transenerji marşrutlarının gerçəkləşməsində də aktiv rol oynayır, respublikamızın birbaşa təşəbbüsü ilə regionda yeni yanacaq dəhlizlərinin yaradılmasını təmin edir, dünya enerji təhlükəsizliyində Azərbaycanın mövqeyini möhkəmləndirir və iqtisadi dividendlər gətirir. Bu strateji kommunikasiya şəbəkəsi, eyni zamanda, ölkəmizin regional siyasi üstünlüyünü artırmış olur. Son illər dünya dövlətlərinin rəhbərlərinin respublikamıza davamlı xarakter alan səfərləri zamanı da Azərbaycanın enerji siyasəti təqdir olunurdünya dövlətlərinin yanacaq təminatında oynadığı rol yüksək dəyərləndirilir.

Sonrakı illərdə BTC nəhəng neft marşrutu kimi regionda geocoğrafi üstünlüyünü artıraraq daha geniş əraziyə malik trans-kommunikasiya dəhlizinə çevrildi. Qazaxıstan və Türkmənistanın dünya bazarına çıxması və enerji təhlükəsizliyi sisteminə qoşulmasında bu kəmərin flaqman olması öz təsdiqini tapdı. Qazaxıstan neftinin Xəzər dənizi və respublikamızın ərazisindən nəql edilməsi və BTC neft boru kəməri vasitəsilə dünya bazarına çıxarılması mühüm əhəmiyyət daşıdı və qazax nefti bu kəmərlə dünya bazarına çıxarıldı. 2010-cu ildə isə

Türkmənistan öz neftini BTC ilə nəql etməyə başladı. 2010-cu ildə Türkmənistan neftinin bu kəmərlə nəqli ümumilikdə 1,27 milyon ton təşkil edib. Bütün bu amillər Bakı-Tbilisi-Ceyhan kəmərinin rentabelliyinin tam təmin olunmasını və uzunmüddətli fəaliyyətini təsdiqləyir.

BTC Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verməklə yanaşı, həm də "İpək yolu"nuntürkdilli ölkələrin əsas magistral kəməri statusunu qazanıb, neft kəmərləri sisteminə dünya "arteriya"sı kimi daxil olub. Əsas ixrac neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, siyasi rolu da danılmazdır. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin yaranmasına, dünya xalqları ilə əlaqələrinin yenidən qurulmasına təkan verərək, Azərbaycan dövlətinin xarici siyasətinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, eləcə də, onun siyasiiqtisadi baxımdan inkişaf etməsinə səbəb olmuşdur. Eyni zamanda, BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemineft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən bütün dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihədir.

Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayan BTC ilə ildə, 50 milyon ton Azərbaycan nefti nəql etmək nəzərdə tutulub. Hazırda kəmər vasitəsi ilə ildə 60 milyon ton neft nəql etmək mümkündür.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası, çəkilişinə nail olduğu Bakı-Tbilisi-Ceyhan kəməri ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, təhlükəsizliyinin etibarlı təmin olunması, zəngin və qüdrətli dövlətə çevrilməsi, eləcə də, regionun və dünyanın enerji təhlükəsizliyində əsas yer tutan dövlət kimi nüfuzunun artmasına səbəb olub.

 

 

"Səs" Analitik Qrupu

 

Səs.- 2012.- 20 sentyabr.- S. 7.