Azərbaycan
Atabəylər dövlətinin süqutu
Tarixi mənbələr Azərbaycan Atabəylər
dövlətinin hücumunun əsas rol
oynadığını göstərir. Akademik Z.Bünyadov
adıçəkilən əsərində göstərir ki,
monqollar Xarəzmşahlar dövlətini dağıtdıqdan
sonra, sultan Əlaəddin Məhəmmədin oğlanları
atalarınıi dövlətinin hissələrini təşkil
edən ölkələrə tərəf yollandılar və
hər birisi ata tərəfindən vəsiyyət olunmuş əraziyə
sahiblik etməyə başladı, Qiyasəddin Pir şah Fars
İraqını tutub, buradan qonşu ölkələrə
yürüş etdi. Belə ki, 1224-cü ildə o, Azərbaycana
yürüş edərək Marağaya və Müzəffərəddin
Özbəyin başqa mülklərinə hücum etdi.
Özbək isə müqavimət göstərməyə
qüvvəsi və qabiliyyəti olmadıqından təzminat
verməklə məsələni qurtarmaq istədi. Bu məqsədlə
o, Pir şahın hüzuruna bir neçə elçi göndərib,
sülh bağlamağı xahiş etdi. Nəhayət, Pir
şah sülh şərtlərini qəbul edib, Atabəyin
bacısı Cəlaliyyə ilə evləndi.
Naxçıvan bu zaman Cəlaliyyənin pay torpağı
hesab olunurdu. Bundan sonra Qiyasəddin Pir şah öz
qoşunlarını Reyə çəkdi. Burada onunla atabəyi
və qaynı İğan-Taisi arasında nifaq
düşdü və nəticədə İğan-Tansi 50
minlik ordu ilə kənara çəkildi.
Onların arasındakı nifaqdan istifadə edən
Özbək Pir şaha təslim olmaqdan boyun qaçıraraq,
ona qarşı çıxdı. Eyni zamanda, Pir şah
İğan-Taisini məğlub edərək onu geriyə- Azərbaycana
çəkilməyə məcbur etdi. Burada İğan-Taisi
Özbəyin icazəsilə qarətkarlığa və
qırğına başladı, sonra isə qışı
Arranda keçirmək üçün Xəzər dənizi
sahilində dayandı.
Qışı
keçirərək İğan-Taisi ikinci dəfə Azərbaycan ərazisini qarət
etməklə məşğul oldu, sonra isə xəlifə ən-Nasirin əmri
ilə Həmədana tərəf hərəkət etdi ki, bura
başqa vilayətlərlə birlikdə ona Xəlifə tərəfindən iqta sifətilə pay verilmişdi. Burada İğan-Taisi Hindistandan
gəlmiş Cəlalləddin Manqburnun
qoşunları tərəfindən mühasirəyə
alınaraq darmadaqın edildi və özü əsir alındı.
Xarəzmşah
üzərində məhv olmaq təhlükəsi
yaranarkən, onun vəziri Şərəf
əl-Mülk ona qarşı fitnəyə
əl atdı. O, öz
hökmdarının adına təhqiredici sözlər
yağdıraraq, qonşu torpaqların
hakimlərinə məktub yazıb, onlardan
Claləddinin hakimiyyətinə mənsub olan torpaqları öz əlinə
keçirməkdə ona kömək etmələrini
xahiş etdi. "O (vəzir), onlardan özü üçün
Arran və Azərbaycanın hakimi kimi qalmaq
razılığını almaq istəyirdi,
lakin xütbəni onların adına
oxutduracaqdı. O, Əlaəddin Qey-Qubada
və əl-Əşrəfə məktub göndərərək
onlara qarşı özünün
tam tabeliyini ifadə
etməklə yanaşı, öz
sultanını köməksiz zalım
adlandırırdı".
Bu məktubların
bir hissəsi Cəlaləddinin əlinə
düşdü, vəzirin taleyi həll olunmuş oldu -o, həbs edildi və sonra edam olundu.
Monqolların plan üzrə Azərbaycan şəhərlərini işğal
etdiklərindən xəbər tutan bütün yaşayış məntəqələri təzminat verərək özlərini xilas etməyə başladılar, belə
ki, onların müqavimət göstərməyə imkanları yox idi. Müqaviməti təşkil edə
biləcək adamlar da
yox idi, çünki "bütün
müsəlman hakimləri öz
sığınacaqlarında qorxudan titrəyirdilər".
Monqollar Marağanı tutaraq,
öz adətləri üzrə əhalisini
qılıncdap keçirtdilər. İbn
əl-Əsir bu faktı qeyd
edərək yazırdı: "O, müsəlman
ölkələrinin hakimlərindən (mülük)
bir nəfərin də olsun
monqollara qarşı müqəddəs
müharibə aparmaq arzusunda
olduğunu görmür,
çünki onların hər biri öz əyləncələri,
oyunları ilə və təbəələrə zülm etməklə məşğul idi".
Təbriz monqollar tərəfindən mühasirə edilərkən
şəhər əhalisi monqollarda
"xeyirxahlıq hissi yaratmaq
və özlərini onların nifrət və qəzəbindən
xilas etmək" fikri
ilə şəhərdə qalan xarəzmiləri
öldürmək qərarına gəldilər. Lakin rəis
Şəmsəddin ət-Tuğrayi "qan
tökmək və xeyirxahlığı məhv etmək niyyətində
olan qaragüruhçuluğa
qarşı çıxaraq xarəzmiləri müdafiəyə
başladı. Beləliklə o, böyük qan
tökülməsinin qarşısını aldı. Başqa şəhərlərdə qan (çay kimi) su yerinə axırdı,
var-dövləti və pulları kisələrlə, xurcunlarla qarət edirdilər".
Monqollar Təbrizə
yaxınlaşarkən, rəis Şəmsəddin öldü, əhalinin təkidi ilə Cəlaləddinin
canişini Bəhaəddin ibn
Bəşir Yarbəy tərəfindən şəhər onlara təslim edildi.
Monqol
basqını ərəfəsində Xarəzm qarnizonları,
xüsusilə, Arran və Azərbaycan
şəhərlərində özbaşınalıqlar
törədir, əhali ilə amansızcasına rəftar
edirdilər. Buna görə də, monqollar Arrana girərkən
Gəncə əhalisi xarəzmilərə qarşı
çıxış edərək, onları qılıncdan keçirir və ölənlərin
başlarını monqollara göndərirdi.
Sultan Cəlaləddin monqollar
tərəfindən pərakəndə salınmış
qoşunlarını toplamağa cəhd
göstərərək, Gəncəyə yollanmaq
və monqollarla vuruşmaq
niyyətində idi. O, bir
neçə min xarəzmli toplaya bildi və Ağdam yaxınlığındakı Qarqarçay yanında məskən saldı.
Monqol
qoşunlarının komandiri Çormaqun-noyan Sultana elçi göndərərək təslim
olmasını təklif etdi, lakin Sultan monqolların elçisi Fəxrəddin Həmzə ən-Nişapurinin
öldürülməsi əmrini verdi və
qoşununu Gəncə üzərinə
apardı.
Xarəzmilərə
qarşı üsyan edən gəncəlilərə
Bəndər adlı bir nəfər
başçılıq edirdi. Sultan bir neçə gün ərzində
üsyançıları tabe etməyə
cəhd göstərdi, lakin "onlar barmaqlarını qulaqlarına qoyub öz paltarlarına
bürünərək, inad göstərir
və qürurla dayanırdılar". Təkrar
öyüdlərə cavab olaraq gəncəlilər xarəzmilər
üzərinə hücum çəkdilər
və az qala Sultan çadırınadək
çatacaqdılar. Gəncəliləri təqib edən Sultan şəhərə soxuldu
və tez bir zamanda üsyançılara divan
tutdu. O, şəhər zadəganlarından
üsyançıların başçılarının
adını verməyi tələb etdi və
Bəndər başda olmaqla
30 nəfəri həbs etdirdi. Sultan hamının başını kəsməyi,
Bəndəri isə edam etməyi və bədənini
tikə-tikə doğramağı əmr etdi.
Qonşu
ölkələrin hakimlərinə
yazdığı məktubların cavabını
gözləyən Cəlaləddin 17 gün
Gəncədə qaldı, ancaq onlar tərəfindən kömək gələcəyinə
ümidi qalmamışdı. Monqollarla döyüşmək əvəzinə Sultan öz qoşunlarını bütün
ölkəyə
səpələdi, onun dəstələri
təkcə Arran və
Gürcüstanı deyil, Koniya sultanlığının
torpaqlarını da qarət sdir və
bu da həmin
ölkələrin hakimlərini daha da amansızlaşdırırdı.
Arranı tərk
edən Cəlaləddin Kiçik Asiyaya
yollandı, o, buradan
kəsmə yol ilə İsfahana
qayıtmaq istəyirdi. Məyyəfəriqin
yaxınlığında monqollar
Sultanın düşərgəsini əhatəyə
aldılar, yoldaşları tərəfindən tərk edilmiş Sultan dağlara qaçdı. Məyyəfəriqin
əyalətinin Əynbər kəndi
yaxınlığında kürdlər Sultanı ələ
keçirtdilər və öldürmək istədilər.
Elə ki, Cəlaləddinin sultan olduğunu bildilər,
istədilər ki, ondan
pul alıb, buraxsınlar. Lakii
bu kənddə qardaşı xarəzmilər
tərəfindən öldürülmüş
bir kürd meydana çıxdı. O, nizə ilə
Sultanı öldürdü. Bu hadisə hicri 628-ci ildə
şəvvalın ortalarında (1231-ci il,
avqustun ortaları) baş
verdi.
İbn
əl-Əsir öz salnaməsini monqol basqınının qəmli təsviri ilə
bitirir, bu basqına
Yaxın Şərqin ölkə və vilayətləri məruz
qalmışdı. İbn əl-Əsir tərəfindən
təsvir edilən basqını onun
davamçısı İbn Vasil 50 il sonra
yaşamış, 1258-ci ildə Bağdadın süqutunu müşahidə etmişdi.
O yazırdı: "Şübhəsiz ki, allah Cəlaləddini
günahlarına görə cəzalandırdı və ona möhlət vermədi, onu
kökləri ilə bərabər çıxartdı. Bununla belə, onun həlakı
müsəlmanların monqollar tərəfindən
məhv edilməsinə bais oldu. Axı, onun atası Əlaəddinin ölümündən,
ölkələrin dağılmasından və əhalinin monqollar tərəfindən
qırılmasından sonra Cəlaləddin
Hindistana qaçdı, sonra
isə geri qayıtdı. Onun
işləri möhkəmlənirdi, qüdrəti
artırdı, o, Kirmanı, İraq əl-Əcəmi, Azərbaycan və
Arranı tutdu, onu böyük bir qoşun müşayiət edirdi.
O, ədəb-ərkanlı həyat tərzi keçirsəydi,
ədalətli olsaydı və bu qədər
qanlar tökməsəydi, monqollarla
döyüşə bilərdi, belə ki,
onun qoşunu bizimlə
monqollar arasında sədd təşkil edirdi. Lakin o,
qəbahətli həyat tərzi keçirirdi,
günahlar edirdi, ədalətsizliklər
törədirdi, qonşularla düşmənçilik
edirdi, özünü
satqın kimi aparırdı və
narazılıq törədirdi. Bu isə onun özünün və
qoşununun məhv edilməsinə
müncər oldu. Bunun
ardınca monqol basqını və
onların islam ölkələri üzərində
qələbəsi başlandı. Əgər allah
bir şey etmək
niyyətində olursa, o,
bunun üçün
səbəblər də hazırlayır".
İbn əl-Əsir
də bu səpgidə fikir
söyləyir: Cəlaləddin çirkin
rəftarlı adam idi,
ölkəsini pis idarə edirdi.
Onun düşmənçilik etdiyi, torpağına basqın etmədiyi bir qonşu hakim yox idi,
hamı üçün arzuedilməz qonşu idi. Buna görə də, onlar
hamısı onu tərk etdilər və
kömək əli uzatmadılar.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs .-
2012.- 25 sentyabr.- S. 14.