"Elektron Hökumət" zamanın tələbidir
Hazırda Azərbaycan sosial-iqtisadi cəhətdən
sürətlə inkişaf edən, iqtisadiyatın
bütün sferalarında, o cümlədən,
informasiya-kommunikasiya texnologiyalarının (İKT)
inkişafı sahəsində ciddi nailiyyətlər əldə
edən ölkələrdən sayılır. Bu istiqamətdə
görülən məqsədyönlü işlər,
qabaqcıl ölkələrlə yaradılan sıx, fəal əməkdaşlıq
artıq öz bəhrəsini verir. Belə ki, bu gün Azərbaycan
ən yeni, müasir, modern texnologiyaların uğurla tətbiq
edildiyi bir məkana çevrilib. Ölkəmiz heç də
bu texnologiyaları sadəcə tətbiq etməklə kifayətlənmir,
əksinə, elmi-texniki tərəqqinin parlaq təzahürü
kimi özünü göstərən innovativ vasitələri,
ən yeni texnologiyaları dərnidən mənimsməyə,
təkmilləşdirməyə, yeni keyfiyyət səviyyəsi
əldə etməklə daha səmərəli istifadə etməyə
çalışır.
Elektronlaşma səmərəllik əmsalını
artıracaq
Dövlətin
və cəmiyyətin geniş informasiya resurslarının mərkəzləşdirilməsini,
elektronlaşdırılmasını, daha
səmərəli idarə olunmasını, hər bir hüquqi və fiziki şəxs üçün
əlçatan olmasını nəzərdə tutan "Elektron hökumət"
layihəsinin sistemli şəkildə
hazırlanması və tətbiqi bunun əyani nümunəsidir. Müvafiq texnologiyaların əsas
istehsalçısı və daşıyıcısı olan ölkələrlə faydalı əməkdaşlıq,
maddi və intellektual
kapitalın geniş şəkildə cəlb
olunması, elmi-texniki ideyaların
mübadiləsi sayəsində toplanılan təcrübənin
tətbiqi ölkəmizdə müvafiq
layihəni müvəffəqiyyətlə gerçəkləşdirməyə
imkan verir. Bununla
bağlı dövlət səviyyəsində aparılan
ardıcıl, məqsədyönlü siyasət nəticəsində
"Elektron hökumət" adlanan yeni bir
qurum yaradılıb və artıq bir neçə aydır ki,
uğurla fəaliyyət göstərir, öz fəaliyyətini səmərəli
şəkildə genişləndirir. Belə bir qurumun
yaradılmasında əsas məqsədlərdən biri də dövlət qulluqçusu
və adi vətəndaş arasında olan "məsafəni" azaltmaqdan
ibarətdir.
Azərbaycanda müvafiq
layihənin hazırlanmasına hələ 2004-cü ildən start verilib. Belə
ki, həmin ildən başlayaraq
ölkədə "Elektron Azərbaycan"ın
qurulması istiqamətində konkret
addımların atılmasına başlanılıb və çox qısa zaman kəsiyində
ciddi irəliləyişlər, əhəmiyyətli
nailiyyətlər əldə edilib. Əldə
edilən müvəffəqiyyətli nəticələr Prezident İlham
Əliyev tərəfindən "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət
Proqramının (Elektron Azərbaycan)"
birinci mərhələsi təsdiq
olunması ilə daha da
möhkəmlənib və müvafiq proqrama əsasən həyata keçirilən
tədbirlər nəticəsində ölkədə
qabaqcıl texnologiyalara əsaslanan telekommunikasiya infrastrukturu
artıq müasir dövrün
tələblərinə cavab verir. Sözügedən sistemin şəffaflığını təmin
etmək məqsədilə dövlət
başçısı tərəfindən
bir sıra digər fərman və sərəncamlar
imzalanıb, bununla da
layihənin hüquqi bazası bir qədər də möhkəmləndirilib.
Layihənin birinci mərhələsində,
ilkin olaraq,
yaradılacaq sistem üçün
qəbul edilmiş qanun
və qanunvericilik aktları öyrənilib
və ayrı-ayrı təşkilatlar tərəfindən vətəndaşlara
təqdim olunan müxtəlif elektron xidmətlərin, vətəndaşlarla
dövlət strukturları arasındakı münasibətlərin
və s. analizi həyata
keçirilb. Həmin təhlil nəticəsində
də layihənin planı tutularaq
yaradılacaq sistemin ümumi
strukturu işlənib hazırlanıb. Müvafiq struktura uyğun olaraq, sistemin adı: "Elektron
Hökumət Dövlət İnformasiya Sistemi" (EHDİS) kimi
müəyyənləşdirilib və texniki
cəhətdən həmin sistemi
yaradıb quraşdırmaq üçün
iştirakçı təşkilatlar kimi
BEST Solitions, ACTORS IT, Cybernetica
və SayberNet seçilib.
Dövlət
və cəmiyyət səviyyəsində elektron
xidmətin keyfiyyəti daha da yüksələcək
23 may 2011-ci il tarixdə
"Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin Fərmanı və
həmin Fərmanın icrasından irəli gələn tələblər
əsasında ilkin mərhələdə Elektron
Hökumət Dövlət İnformasiya
Sisteminə qoşulacaq bəzi təşkilatlarla
şəbəkədaxili fiziki əlaqə
yaradılaraq, onlar tərəfdən vətəndaşlara
göstəriləcək elektron xidmətlər
üçün servis
proqramları hazırlanıb. Üçüncü,
sonuncu mərhələdə isə
artıq EHDİS-in istismarı prosesinə
başlanılıb, 25 aprel 2012-ci il tarixdə "Elektron
hökumət"in istismarının birinci
fazası istifadə üçün
açıq elan edilib.
Qeyd etmək lazımdır ki, bu, müvafiq
layihənin gerçəkləşdirilməsinin ilkin mərhələsidir. Növbəti
mərhələdə layihənin daha da genişləndirilməsi, bütün
mühüm dövlət və cəmiyyət
strukturlarını əhatə etməsi, müvafiq
sistemin tətbiqinin təkmilləşdirilməsi
və optimallaşdırılması nəzərdə tutulur.
Azərbaycanda "Elektron hökumət"
quruculuğu istiqamətində işlər
intensivləşdikcə müxtəlif dövlət
qurumları tərəfindən əhaliyə təklif olunan elektron xidmətlərin
çeşidi də artır. Dövlət strukturları haqqında müvafiq məlumatların açıq şəbəkədə
yerləşdirilməsi hər bir vətəndaşa
istənilən nazirlik, komitə, mənzil-təsərrüfat
idarəsi, səhiyyə, təhsil müəssisələri və
s. qurumlara müraciət
etmənin qaydalarını rahat bir şəkildə əldə etmək
və bu təşkilatlara birbaşa elektron rabitəsi vasitəsilə müraciət
imkanı yaradır. "Mərkəzi icra hakimiyyəti
orqanları tərəfindən konkret sahələr
üzrə elektron xidmətlər
Qaydaları"nın və "Elektron xidmət
növlərinin Siyahısı"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli
Qərarı əsasında hal-hazırda EHDİS-ə
31 qurum "Partnyorlar"
kimi, fiziki olaraq qoşulub. Bundan əlavə "Dövlət qulluqçuları"
portalında 26 qurumun 133 xidməti, vətəndaşlar
üçün nəzərdə tutulan portalda isə 26 qurumun 129 xidməti yerləşdirilib. Bu dövlət
qurumları içərisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini,
Vergilər Nazirliyini, Dövlət Gömrük Komitəsini, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyini,
Daxili İşlər Nazirliyini,
AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanı, Ədliyyə Nazirliyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Əmlak Məsələləri
Dövlət Komitəsini, İqtisadi İnkişaf Nazirliyni, Kənd
Təsərrüfatı Nazirliyini,
Müdafiə Sənayesi Nazirliyini, Səhiyyə
Nazirliyini, Sənaye və Energetika
Nazirliyini, "Azərsu" ASC-ni və başqalarını qeyd etmək mümkündür.
Bununla yanaşı, yeni
qurumların EHDİS-ə qoşulma prosesi də davam etdirilir.
"Elektron hökumət" informasiya
cəmiyyətinin əsas
atributlarındandır
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları"nın və
"Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 191 saylı 24.11.2011-ci il tarixli Qərarının icrası ilə əlaqədar olaraq "Elektron Xidmətlər Reyestri" layihəsi də hazırlanıb və artıq tətbiqedilmə mərhələsindədir.
Layihənin əsas məqsədi
müxtəlif dövlət
orqanlarının elektron
xidmətlərinin vahid
reyestrinin yaradılmasından
ibarətdir. Burada
"Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları
normativ hüquqi aktların layihələrinin
"Elektron hökumət"
portalında yerləşdirilməsi
Qaydaları"nın təsdiq
edilməsi barədə
Nazirlər Kabinetinin
25 iyun 2012-ci il tarixli 142 nömrəli Qərarının icrası
ilə bağlı portalda xüsusi bir bölmə "Normativ hüquqi aktlar" bölməsi yaradılıb. Hazırlanan bölmənin
əsas məqsədi
layihələrin razılaşdırılmağa
göndərildiyi andan
ictimai və ya peşəkar müzakirəyə çıxarılmasından
ibarətdir. Aydındır
ki, bu vətəndaşlara,
eləcə də, müxtəlif dövlət
və cəmiyyət strukturlarına çoxsaylı
normativ-hüquqi aktları
daha asan şəkildə əldə
etmək imkanı verir və onlardan səmərəli şəkildə istifadə
etməyə əlverişli
zəmin yaradır.
Hazırda elektron xidmətlərin göstərilməsi
üzrə işlər
dövlət başçısının,
eyni zamanda, geniş ictimaiyyətin diqqət mərkəzindədir. Bu, heç
də təsadüfi deyil. Belə ki, dövr,
zaman, şərait dəyişdikcə ortaya yeni, əvvəlkindən tamam tələblər çıxır. Bu mənada, XXI əsr çox tez-tez kompüter əsri kimi də dəyərləndirilir.
"Elektron hökumət"ə
keçid həm də informasiya cəmiyyətinin əsas atributlarından birinin reallaşması kimi özünü göstərir.
Dünya
İqtisadi Forumunun
(DİF) açıqlamasına görə, indi Azərbaycan elektron xidmətlər sahəsində
qonşu ölkələrdən
irəlidə gedir.
Forumun ənənəvi
"Qlobal Rəqabət
Qabiliyyəti İndeksi"nə
(2012-2013) görə, Azərbaycan
bu sahədə dünyanın 140 ölkəsi
arasında 46-cı yeri
tutub, ötən ilə nisbətən isə 9 pillə irəliləyib. Burada İKT-nin effektli
tətbiqi və "Elektron hökumət"in
yaradılması istiqamətində
əldə edilən uğurlar da öz sözünü deyir. Beləliklə, "Elektron hökumət"in
yaradılması və
genişləndirilməsi dövlət-cəmiyyət
münasibətlərində əsaslı keyfiyyət dəyişikliklərini şərtləndirir,
qarşılıqlı məsuliyyəti
artırır, mütərəqqi
inkişafı stimullaşdırır.
Naib NİFTƏLİYEV
Səs.- 2012.- 25 sentyabr.- S. 6.