Azərbaycançılıq
və dövlətçilik tarixində Azərbaycan Qaraqoyunlu dövlətinin rolu
və yeri
Tarixi mənbələr sübut edir ki, XIV-XV əsrlərdə
Azərbaycan dövlətçilik
tarixində mühüm yer tutan Qaraqoyunlu və
Ağqoyunlu dövlətləri Azərbaycan xalqının təşəkkülündə
əsas rol oynamaqla yanaşı Yaxın və Orta Şərqin
hərbi-siyasi tarixində də əhəmiyyət kəsb
etmişdir. "Azərbaycan tarixi" kitabında göstərilir
ki, qaraqoyunlu tayfa
ittifaqının bayrağında qara qoçun, ağqoyunlu
tayfa ittifaqının bayrağında isə ağ qoçun
təsviri vardı. Buna görə də, həmin
tayfaların biri qaraqoyunlular, digəri isə ağqoyunlular
adlanırdı. Mənşəcə oğuz tayfalarından
olan qaraqoyunlulara baharlılar başçılıq edirdilər.
Əvvəllər Van gölünün cənubunda məskən
salmış qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan,
Sivas və Kürcüstanın şimal torpaqlarında
möhkəmlənib ağqoyunlular Cəlairilər və
Teymurilərə
qarşı mübarizə aparmışlar. Qaraqoyunlu sülaləsinin
banisi Bayram Xoca
idi. 80-ci illərin sonundan etibarən Qaraqoyunlu tayfa başçıları və
Cəlairilər
arasında gedən mübarizə nəticəsində
bu tayfa birləşməsi bir qədər
zəiflədi. Bayram
Xocanın Qaraqoyunlu tayfa
ittifaqlarını birləşdirmək
cəhdləri bir nəticə vermədi. Onun
ölümündən sonra (1380) xələfləri Azərbaycanda
öz siyasi təsirlərini kücləndirməyə
çalışdılar. Oğlu Qara Məhəmməd
(1380-1389) Cəlairilərlə mövcud ziddiyyəti aradan
qaldırmaq məqsədilə öz qızını Cəlairi
dövlətinin başçısı Sultan Əhmədə
ərə verərək, onunla qohum oldu. Bu qohumluq hər iki tərəf
arasında münasibətlərin sahmana düşməsinə
kömək edir. Vəziyyətdən istifadə edən Qara Məhəmməd
(mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa
ittifaqı hakimiyyətinin əsasını qoyur və Azərbaycanda
öz hakimiyyətini möhkəmləndirməyə
çalışdığı üçün qohumluğa əhəmiyyət vermir, 1382-ci ilin sentyabrında
böyük qoşunla Təbrizə hücum edir və şəhər
ətrafında ciddi döyüş başlanır. Bu
döyüş Qaraqoyunlu qüvvələrinin Cəlairi
şahzadəsi Şeyx Əli üzərində qələbəsi
ilə nəticələnir. Cəsur və təşkilatçı,
mürəkkəb hərb əməliyyatlarından
çıxmağı bacaran bir şəxs olan Qara Məhəmmədin
ləqəbi Nəsrəddin idi. O, bir il sonra (1383) Suriyada
görünür. Çünki Suriya hakimi Səlim Qara Məhəmmədin
təbəəsi olan Mosul hacılarının yolunu kəsərək,
mallarını qarət etmişdi. Ona görə də, Qara Məhəmməd
suriyalı Bozdoğanoğlu Ziya ül-Mülklə ittifaqa girərək,
Səlimə qarşı yürüşə
çıxır, şəhəri dağıdaraq çoxlu
qənimət ələ keçirir. Səlim isə Hələb
naibi əl-Nəsiriyyənin yanına qaçır.
1384-cü ildə Qara Məhəmməd Mardin
hökmdarı Məcdəddin İsanın qızı ilə
evlənmək üçün elçi göndərir, lakin
rədd cavabı alır. Aldığı cavab Qara Məhəmmədin
Mosuldan Mardin üzərinə yeriməsinə səbəb
oldu. Mardin hökmdarı Hüsn-Keyfa qoşun toplayaraq, Qara Məhəmmədə
müqavimət göstərmək istəyir, lakin məğlubiyyətə
uğrayaraq geri çəkilir. Məlik İsa
bacısını Qara Məhəmmədə ərə verərək,
onunla qohum olur. Bununla da tərəflər arasında
barışıq yaranır.
1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin
arasındakı ərazinin sahibi olan Misir Xocanı Qahirəyə
göndərərək, Sultan Berqoqdan, iki düşmənin
hücumuna məruz qaldıqı üçün, Suriyaya
keçməyə icazə istədi. Berqoq icazə verdi. Qara
Məhəmmədin bu iki düşməninin biri Teymur, digəri
isə aralarında ərazi ədavəti olan ağqoyunlular
idi. Bir az əvvəl ağqoyunlular tərəfindən məğlub
edilmiş Ərzincan hökmdarı Qara Məhəmməddən
yardım istəmiş, o isə bu təklifə
razılıq vermişdi. Bu da onların ağqoyunlulara
qarşı ittifaqda birləşmələrinə səbəb
oldu və həmin ildə onlar ağqoyunluları məğlubiyyətə
uğratdılar. Ağır itki verən ağqoyunlular
Sivas-Qeysəriyyə hökmdarı Qazi Bürhanəddinə müraciət etməyə məcbur
oldulər.
1387-ci ilin baharında Teymur Naxçıvandan
qaraqoyunlular üzərinə hücuma keçir. Bunu eşidən
Qara Məhəmməd Çapaqcur dairəsinə gəldi və
burada sərt keçidləri tutaraq, Teymurun qüvvələrini
darmadağın etdi. Teymur Muş düzənliyinə çəkildi
və ayrı-ayrı oymaqları qarət etdi. Xilatı sonra
isə Adilcevazı tutaraq Aladağa yollanır. Daha sonra
Vanı ələ keçirnb İrana dönür.
1387-ci ilin sonlarında Misir hakimi Berqoqa qarşı
Mintaş, Qazi Bürhanəddin və Qara Məhəmməd
arasında üçlər ittifaqı yaranır.
Teymurla Toxtamışın ədavətindən istifadə
edən Cəlairi əmirləri Şəbli və Şah Əli
Təbrizi zəbt etdilər. 1388-cn ilin baharında Cəlairi
Sultan Əhməd də bura tələsdi. Bu vaxt Təbrizdə
olan Dövlətyar Qara Məhəmmədə xəbər
göndərərək Təbrizi tutmağı təklif etdi.
Həmin il mayın 24-də qaraqoyunlular Cəlairi əmirlərinin
müqavimətini sındırıb şəhərə daxil
oldular. Şəblini təqib edərək Həştrudda
öldürdülər. Şah Əli isə dilənçi
qiyafəsində qaçmağa məcbur oldu. Beləliklə,
Qara Məhəmməd 1388-ci ilin Zilhiccə ayında Təbrizə
girdi, burada sultanın adına xütba oxutdu və pul kəsdirdi.
1389-cu ilin aprel ayında Qara Məhəmmədlə
Mardin hökmdarı Məlik üz-Zahir İsanın Qahirəyə gələrək
onlara qarşı üsyan etmiş Hələb valisi
Vəl-Buqa əl-Nasirlə müharibəyə icazə verməsini
xahiş etdilər. Lakin Berqoq bu xahişi rədd etdi.
Qaynaqların məlumatına görə, Qara Məhəmməd
və oğlu Bayram həmin ilin aprel ayında Qara Pirhəsən
adlı digər bir Qaraqoyunlu əmiri ilə döyüşdə
qətlə yetirilmişdilər. Qərb mənbələri
Pirhəsənii babası Hüseyn bəyin adını
çəkir, bu da şübhəsiz, Bayram Xocanı qətlə
yetirərək, onun yerinə keçən Hüseyn bəydir.
Pirhəsənin də əmirlik üçün qara Məhəmmədlə
münaqişəyə girməsinin başlıca səbəbi
bu idi. Maraqlıdır ki, Bayram Xoca və Hüseyn bəy ilə
Qara Məhəmmədin babalarının qardaşı
olmasına baxmayaraq, hakimiyyət uğrunda onlar bir-birini qətlə
yetirirdilər.
Pirhəsən parlaq
qələbəsinə baxmayaraq,
mübarizəni davam etdirə bilmir. Qaraqoyunlular Qara Məhəmmədin oğlu
Misir Xocanın ətrafına
toplaşırlar. O, Mardin
hökmdarından yardım alaraq Pirhəsənlə
mübarizə aparır. Çox
keçmədən onun işini
əzm və iradə sahibi Qara Yusif davam
etdirir. Ağqoyunlu Qara Yuluq Osmanla
ittifaqa girir və Pirhəsəni
əsir alaraq Teymurun
yanına göndərir.
1391-ci ildə Qara
Yusif Təbrizə gəlir. Lakin Əlincə
əmiri Altunun Təbrizə yürüşü ilə əlaqədar
şəhəri tərk edir. 1392-ci ildə
Qara Yusif Pirhəsən
bəylə döyüşə girdi, döyüş Qara Yusifin qələbəsi ilə başa çatdı. XVI əsrin ikinci yarısında Azərbaycanın qərbində
yaranmış Qaraqoyunlu tayfa
ittifaqı əhəmiyyətli bir qüvvə
kimi diqqəti
cəlb etsə də, öz daxili quruluşuna görə
möhkəm deyildi.
Tayfalararası mübarizələr
ittifaqı zəiflətdi və 1395-ci ildə ittifaq
dağıldı. Lakin Qara
Yusif tezliklə onu bərpa
etdi və Teymur əleyhinə
ittifaq yaratmaq məqsədilə,
Cəlairi Sultan Əhmədlə birlikdə
Misirə getdi. Onlar
Misirə çatan kimi
Teymur Misir hakimi Berqoqdan dostların həbs
edilməsini tələb etdi. Berqoq Teymura qarşı Qaraqoyunlu
və Cəlairi qüvvələrindən istifadə etmək
məqsədilə Teymurun təklifini rədd
etdi və onun elçisini öldürtdü.
Berqoqun ölümündən sonra taxtda oturan
Misir hakimi, onun oğlu Sultan Fərəc Teymurla
münasibətləri pozmamaq xatirinə
müttəfiqləri həbsə aldı. Lakin Teymurun ölümünü eşidən kimi, onları həbsdən azad
etdi.
Qara Yusif və Sultan Əhmədin
Azərbaycana qayıtması, Xondəmirin yazdığına
görə, dostlar məhbəsdə olarkən
şərtləşmişdilər ki,
azadlığa çıxdıqdan sonra Bağdada Sultan Əhməd,
Təbrizə isə Qara Yusif
yiyələnsin.
Teymurun
ölümündən sonra (1405) dostlar Azərbaycana
qayıtdılar. Qara Yusif
yol boyu Misir sərhədlərindən Fərat çayının sahillərinə
qədər ayrı-ayrı feodal həmlələrini
dəf etdi. Van ərazisində
Xilatın, Muşun, Xnusun
hakimi Məlik Şəmsəddin onunla ittifaqa girdi. Bu ittifaq
Qara Yusifin
qızının Məlik Şəmsəddinə ərə
getməsi ilə daha da
möhkəmləndi. Bununla da Qara Yusif Kürdüstan ətrafında,
Ərməniyyədə Azərbaycanın cənubunda məskunlaşan
yarımköçəri kürd əmirlərini
də öz ətrafında birləşdirə
bildi. 1406-cı ilin iyununda Sultan Əhməd və
Qara Yusif
Bağdadı zəbt edib, təcili Cənubi
Azərbaycana doğru irəlilədilər. 1406-cı il iyulun sonunda müttəfiqlər Təbrizə
yaxınlaşdılar. Sultan Əhməd
şəhər yoxsullarını öz tərəfinə
çəkməyə çalışdı.
I İbrahim öz yaxın
adamları, Təbriz naibləri ilə məsləhətləşəndən
sonra şəhəri tərk etməyi qərara
aldı. Bu da aydın
idi. Çünki Azərbaycanın
feodal əyanları I İbrahimin
nisbətən yaxşı silahlanmış qoşun
hissəsini təşkil edirdilər. Bununla belə, Cənubi Azərbaycan əmirlərinin
çoxu Azərbaycanın birləşdirilməsini
istəmirdilər, onlar xalqın geniş əhvali-ruhiyyəsini nəzərə
alaraq, müvəqqəti olaraq,
I İbrahimə sığınmışdılar.
1417-ci ildə Şirvanşah
I İbrahim dünyadan
köçdü. Onun
Azərbaycanı birləşdirmək planı
yarımçıq qaldı. Lakin Şirvan öz istiqlaliyyəti
uğrunda mübarizəni davam etdirdi. I Xəlilullah (1417-1462)
atasının
ölümündən sonra Qara Yusifin hakimiyyətini tanımadı, Qaraqoyunlular əleyhinə
Orta Asiya və İranda hökmranlıq edən Teymurun oğlu Sultai Şahruxla (1406-1447) ittifaqa girdi. Bundan istifadə
edən Sultan Şahrux
qardaşı Miranşahın qanını almaq
üçün 1418-ci ilin
yazında və 1420-ci ildə Azərbaycana uğursuz
yürüş etdi. Qara Yusif bu
yürüşləri dəf etməklə Sultaniyyəni tutdu, Marağanı Təbrizə köçürtdü, özünü müstəqil hökmdar elan etdi. Qəzvindən Ərzincana,
Bağdaddan Şirvana
qədər olan keniş
əraziyə yiyələndi. Lakin Qara Yusif döyüşlərin
birində (1420-ci il noyabrın 17-də)
yaralandı və Təbrnz
yaxınlığında Ucan adlı yerdə
öldü.
Qara Yusifin ölümündən sonra
Qaraqoyunlu əmirlərn arasında mübarizə başlandı. Bundan istifadə
edən Sultan Şahrux
1420-ci ilin dekabrında Arazı keçib Qarabağa daxil oldu. I Xəlilullah qardaşı Mənuçöhr
və Azərbaycan əmirləri ilə birlikdə onun yanına gəldi.
Şahrux Azərbaycanı
tərk etdikdən sonra İsgəndər
(1421-1438) dağınıq Qaraqoyunlu
qüvvələrini bərpa edərək, Təbrizdə qərar
tutdu, Cahanşahı özünə tabe etdi. Digər
qardaşı İsfəndiyar İraqda
möhkəmləndi. Kürün cənubunu
idarə edən Azərbaycan əmirləri də ona tabe oldular.
Beləliklə, Qaraqoyunlu dövləti bərpa
edildi. Şirvan və
Şəki isə öz müstəqilliyini
saxlayırdı.
Baharlı
tayfasından olan Barani
sülaləsinin başçılığı və səyi
nəticəsində Qaraqoyunlu dövləti
yarandı. Cənuba doğru uzanan Azərbaycan torpaqları, Ərməniyyə,
Kürdüstün, Kürcüstanın bir hissəsi, Qərbi İran,
İraq bu dövlətin
tərkibinə daxil edildi. Təbriz
dövlətin paytaxtı oldu. Qara Yusif böyük
şəxsiyyət idi. O, qüvvətli süvari ordu
yaratmışdı, özü Azərbaycanın
cənub vilayətlərini, oğlanları isə dövlətin
qalan hissəsini idarə edirdilər. O, küclü mərkəzi aparat
yarada bilməsə də, feodal
ara müharibələrini bir
qədər zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi.
Bu illərdə ölkənin təsərrüfat
həyatında müəyyən canlanma
müşahidə olundu. Feodalların kəndlilər
üzərindəki ağalığını təmin etmək
üçün əlverişli şərait
yarandı.
Şahruxun
ölümündən sonra müstəqil
siyasət yürüdən Cahanşah oturaq feodallara və iri tacirlərə arxalanır, mərkəzi
hakimiyyətə tabe olmaq
istəməyən köçəri əmirlərə
qarşı mübarizə aparır, Şirvanla
dostluq münasibətləri yaratmağa çalışırlar.
Qaraqoyunlu
padşahlarından ən güclüsü
olan Cahanşah dövrünün geniş
məlumatlı şəxsiyyəti, bacarıqlı dövlət
xadimi idi. O, feodal sinfinin mənafeyinə
tamamilə uyğun tədbirlər həyata keçirirdi. Onun
qanunlarına əməl etməyənlər ciddi
cəzalara məruz qalırdılar.
Beləliklə,
Cahanşahın fəal daxili və xarici siyasəti müdaxiləyə və ara müharibələrinə son
qoydu. Lakin mərkəzi hakimiyyəti qüvvətləndirmək,
səyləri nəticəsiz qaldı. Xalq
kütlələrinin son dərəcə
ağır vəziyyətdə yaşaması ilə əlaqədar
ziddiyyətlərin kəskinləşməsi, feodallar
arasındakı çəkişmələr, mərkəzi
hakimiyyətə tabe olmamaq
cəhdləri getdikcə Qaraqoyunlu
dövlətinin zəifləməsinə səbəb oldu nə Ağqoyunlu Uzun Həsənin qaraqoyunlular
üzərində qələbə çalması üçün əlverişli şərait
yaratdı.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs .-
2012.- 26 sentyabr.- S. 14.