Azərbaycan Səfəvilər
dövlətini yetişdirən tarixi
şərait
Azərbaycan
Səfəvilər dövlətinin yetişməsi XIV əsrin
əvvəllərinə gedib çıxır. Tarixi mənbələrə
görə, səfəvilər
Azərbaycanın Ərdəbil şəhərində
yaşamış müqəddəs sayılan Şeyx Səfiəddin
İshaq əl-Musəvi-əl Ərdəbilinin (1252-1334)
adı ilə bağlı idi.Akademik Z.Bünyadov və
professor Y.Yusifovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan
tarixi" kitabında göstərilir ki, Səfiəddinin
ata-babası Ərdəbildə və onun ətrafında
yaşayırdılar. Bütün Ərdəbil əhli
şeyxin müridləri hesab olunur və onun göstərişlərinə
əməl edirdilər. XIV əsrii ikinci yarısı- XV əsrdə
Ərdəbil təriqətinin təkcə Azərbaycanda
deyil, Rumda (Kiçik Asiya), Farsda, İraqda, Gilanda,
Talışda çoxlu
müridləri və ardıcılları vardı. Sufi-dərviş
şeyxlərinin xalqa təsiri sultanları və feodal hakimləri
də bu təriqətə meyil etməyə, hətta
müridlər sırasına daxil olmağa məcbur edirdi. Beləliklə,
XV əsrin ikinci yarısında Ərdəbil feodal hakimliyinin əhəmiyyəti
xeyli artdı.
Səfəvilər dünyəvi və ruhani işləri öz əllərində birləşdirdilər; onların çoxlu vəqf torpaqları və başqa sərvətləri vardı. XIV- XV əsrlərdə Səfəvilər ağır həyat keçirən xalqın ədalətli hökmdar haqqında baş tutmayan arzusunu təcəssüm etdirən şiəliyi Azərbaycanda, İranda, Kiçik Asiyada və Şərqin başqa yerlərində sürətlə yaydılar və ideoloji təbliğat vasitəsinə çevirdilər. Səfəvi şeyxləri təbliğ edirdilər ki, şəriətin nəzərdə tutmadığı vergi və mükəlləfiyyətlərin ləğv olunması üçün hakimiyyət başında dayanan sünni hökmdarların ağalığına son qoymaq lazımdır.
Səfəvilər Azərbaycanda və Şərq ölkələrində yaranmış ağır vəziyyətin səbəbini XIV-XV əsrlərdə bu yerlərdə hökm sürən sünnilikdə görür və sübut etməyə çalışırdılar ki, sünniliyin hakim mövqe tutduğu dövlətlər guya qeyri-qanuni dövlətlərdir, onlar xalqı ağır həyata sürükləyirlər. Məhz buna görə də, sünnilik əleyhinə ümumxalq mübarizəsi aparılması və şiə tərəfdarlarının hakimiyyətə gəlməsi üçün şərait yaradılmalıdır. Əlbəttə, bu, onların qüsurlu siyasəti idi.
"Açıq bidət şəklində" inkişaf edən inqilabi müxalifətdən Səfəvilər böyük məharətlə istifadə edə bildilər. Şiəlik təriqətindən öz məqsədləri üçün istifadə etməyə çalışan Səfəvilər müxtəlif vədlərlə xalq kütlələrini öz tərəflərinə çəkir və hakimiyyət uğrunda mübarizəni genişləndirirdilər. Bu sahədə Səfəvilərin müvəffəqiyyətinə səbəb Ərdəbil şeyxlərinin başçılıq etdiyi hərəkatın ölkənin oturaq əhalisinin tələbini ifadə etməsi idi.
Bu mübarizələr Şeyx Səfiəddin İshaqdan sonra Səfəvilərin görkəmli başçıları Şeyx Səfiəddin Musanın (1334-1392), Şeyx Xacə Əlinin (1392-1427), Şeyxşah adı ilə məşhur olan Şeyx İbrahimin (1427-1447), Şeyx Cüneydin (1447-1460), Şeyx Heydərin (1460-1488), Şeyx Sultanəlinin (1488-1495), nəhayət, Şah İsmayılın (1487-1524) dövründə daha kəskin xarakter aldı.
İ.P.Petruşevski Səfəvilərin
tarixini dörd
dövrə bölür. Birinci dövr
- XIII əsrin sonlarından
1447-ci ilə qədər
davam edir. Bu dövrdə Səfəvilər
şiəliyi yayır,
xalq kütlələrinin
antifeodal hərəkatına
başçılıq etməyə
çalışırlar. Lakin
bu dövrdə Səfəvilərin hakimiyyəti
Ərdəbil mahalından
kənara çıxmır.
İkinci
dövr-1447-1501-ci illər. Bu dövrdə Səfəvilər
özlərini müstəqil
ruhani feodalları kimi təqdim edir və Azərbaycanın
siyasi həyatında mühüm rol oynayırlar. Üçüncü
dövr -1501-1587-ci illər.
Həmin illərdə
Səfəvilərii hakimiyyəti
yaranır, möhkəmlənir
və onlar Azərbaycanın iqtisadi-siyasi
və mədəni həyatında mühüm
rol oynayırlar.
Dördüncü dövr isə
1587-1736-cı illəri əhatə
edir. Bu dövrdə Səfəvi dövlətinin
mərkəzi Təbrizdən
İsfahana köçürülür.
Dövlətin mahiyyəti
dəyişilir. Bu bölgü
əsasında belə
nəticəyə gəlirik
ki, Səfəvilərin
Ərdəbil hakimiyyəti
dövrü 1501-ci ilə
qədər, bütün
Azərbaycanda hakimiyyət
dövrü isə
1736-cı ilə qədər
götürülməlidir. Göründüyu kimi, Səfəvilərin hakimiyyəti
Ərdəbil dövründən
başlanır. Həmin
dövr ona görə maraq doğurur ki, bu kiçik ruhani feodallığı
80 ildən artıq bir dövrdə Azərbaycan feodal dövlətlərinin istinadgahı
olmaqla, onların birləşdirilməsində mühüm
rol oynamışdır.
Məhz Səfəvilərin
Ərdəbil hakimiyyəti
mərkəzləşmiş Azərbaycan dövlətinin
yaradılmasında rüşeym olmuşdur.
XV əsrin ortalarından etibarən Səfəvilər
daha fəal siyasət yeritməyə başladılar. Onlar uğurlu yürüşlər
keçirərək böyük
qənimətlər əldə
edir və tədricən Ərdəbildə
öz mövqelərini
möhkəmləndirirdilər. XV əsrin ikinci yarısında Muğanın
bir hissəsi, Qarabağ və Azərbaycanın Talış
dağlarına qədər
olan şərq torpaqları onların təsiri altına düşdü. Həm də Səfəvilərin
ayrı-ayrı nümayəndələri
(Şeyx Cüneyd, Şeyx Heydər) tarix səhnəsində ruhani başçısı
kimi yox, siyasi xadim kimi
çıxış edirdilər.
Bu vaxt Azərbaycanın cənubunda Qaraqoyunlu Cahanşah hökmranlıq
ednrdi. O, Şeyx Cüneydin qüvvətlənməsindən
ehtiyatlandığı üçün
dövlətin
ərazisini tərk
etməyi ondan tələb etdi. 1449-cu ildə Cüneyd Ərdəbili tərk etdi, Misiri, Suriyanı,
Mesopotamiyanı gəzib
dolaşdıqdan sonra
Diyarbəkrə qayıtdı
və burada Qaraqoyunlu dövlətinin rəqibi Uzun Həsən tərəfindən səmimi
qarşılandı və
onunla qohumluq əlaqəsi yaratdı.
O, dörd ilə yaxın Diyarbəkrdə qaldı. Bu müddətdə
Kiçik Asiyada-Kilikiyada qonşu türk tayfaları ilə əlaqəsini möhkəmləndirdi
və müridlərinin
sayını xeyli artırdı. Ustaclı, şamlı, rumlu, əfşar, qacar, təkəli, zülqədər,
varsağ, bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı türkdilli tayfaları, Qaradağ, Əhər Talış sufiləri də Səfəvilərə
qoşuldular. Bundan əlavə, Cüneyd Türkiyədə, Suriyanın
şimalında, Maraş,
Antak, Kilis bölgələrində və
Mesopotamiyada ətrafına
çoxlu mürid topladı.
Cüneyd
Ərdəbildən gedəndən
sonra hakimiyyəti Şeyx Cəfər idarə edirdi. 1459-cu ildə Cüneyd bir qrup müridlə
doğma Ərdəbilə
qayıtmaq istədi. Lakin Şeyx İbrahimin oğlu Şeyx Cəfər onu Ərdəbilə buraxmadı. 1460-cı il martın 3-də Cüneyd
buradan Dağıstana
və Şirvana yürüş etdi.
Şirvanşah I Xəlilullah vəziyyətin
ağırlığını görərək Cahanşahla
ittifaqa girdi və Dərbənd yaxınlığında Səfəvi
qoşununun qabağını kəsdi. Samur çayı
sahilində tərəflər arasında böyük
toqquşma oldu. Döyüş Səfəvilərin məğlubiyyəti
və Şeyx Cüneydin ölümü ilə nəticələndi.
Səfəvi müridlərinin bir hissəsi Ərdəbilə qayıtdı.
Cüneydin
oğlu Şeyx Heydər (1460-1488) atasının siyasətini
davam etdirirdi. Onun vaxtında Səfəvilərin Ərdəbil
hakimiyyətinin sərhədi genişləndi. O, dayısı
Uzun Həsənin qızı Aləmşah xatunla evləndi və
atasının ağqoyunlularla yaratdığı əlaqəni
və qohumluq münasibətlərini daha da möhkəmləndirdi.
Şeyx Heydər ağqoyunlu Uzun Həsənin düşərgəsində
olarkən, 1468-1469-cu illərdə Cahanşah və onun
müttəfiqi Teymuri Əbu Səidlə ağqoyunluların
döyüşlərinin şahidi oldu. Cahanşahın
ölümündən və Qaraqoyunlu dövlətinin
süqutundan sonra, 1470-ci ilin əvvəlində Uzun Həsən
Ərdəbilə gəldi və Şeyx Cəfəri qəyyum
saxlamaqla Şeyx Heydəri təntənəli surətdə ordenin irsi taxtında
oturtdu.
Şeyx
Heydərin vaxtında qazı, sufi dəstələri
dürüst hərbi qaydada təşkil olundular. Əvvəlki
türkmən başlıqları əvəzinə indi on iki
imamın (müqəddəs şiələrin) şərəfinə
başlarına on iki zolaqlı qırmızı çalma
qoyurdular. Ona görə də, onlara qızılbaşlar deyirdilər. Bu tədbirin həyata
keçirilməsi tezliklə Şeyx Heydəri məşhurlaşdırdı.
Venesiyalı Katerino Zeno yazır kn, müasirləri ona
"qurban olduğum, sadağa olduğum, pirim,
mürşüdüm"-deyə müraciət edirdilər.
Rum, Qaraçadağ və Talış müridləri ona
allah kimi baxır, namazı, kütləvi duanı (ibadəti)
rədd edir, şeyxi özlərinin qiblələri, fövqəltəbii xilqət, varlıq hesab edirdilər.
Müasirlərinin
məlumatına görə, Şeyx Heydər son dərəcə
cəsur idi. O, xeyli qoşun və silah topladıqdan, nominal
asılı olduğu qaynı-Uzun Həsənin oğlu Yaqub
padşahla razılığa gəldikdən sonra 1483-cü
ildə Dağıstana və Şirvana yürüş etdi.
Qızılbaşlar bu yürüşdən xeyli qənimətlə
və əsirlə geri qayıtdılar. 3487-ci ildə ikinci dəfə
yürüş etdilər. Bu dəfə altı min nəfər
əsir gətirdilər. Şeyx Heydərin uğurlu iki
yürüşü qonşu dövlətləri, həmçinin,
Sultan Yaqubu da qorxuya saldı. O, Səfəvilərin güclənməsindən
ehtiyat etdiyinə görə, Heydərin Şirvana sonuncu
yürüşü zamanı
(1488) Şirvanşah Fərrux
Yasara kömək etdi. Öz sərkərdəsi Süleyman bəy
Bicanoğlunun komandanlığı altında
qızılbaşlarla döyüşə qoşun göndərdi.
Birləşmiş qoşunla toqquşmanın labüd
olduğunu görən şeyx cənuba- Tabasarana
döndü. 1488-ci il iyunun 9-da burada, Şahdağın ətəyində
Şirvanşahın birləşmiş qüvvələri ilə
qızılbaşlar arasında qanlı döyüş
baş verdi. hər iki tərəf xeyli itki verdi. Şeyx Heydər
öldürüldü.
Beləliklə,
XV əsrin ikinci yarısında Səfəvilərin öz hakmiyyətlərini
Şirvana yaymaq cəhdləri baş tutmadı. Səfəvilərin
Ərdəbil hakimiyyəti zəiflədi. Yaqub padşah Ərdəbili
və Səfəvilərin başqa torpaqlarını
işğal etdi. Heydərin oğlanlarını- Sultanəlini,
İbrahimi və hələ iki yaşı tamam olmamış
İsmayılı əsir aldı. Feodal pərakəndəliyi
ölkənin ayrı-ayrı hissələri arasında təsərrüfat
əlaqələrinin möhkəmlənməsinə mane olur
və məhsuldar qüvvələrin inkişafını ləngidirdi.
Ağqoyunlu şahzadələri arasında baş verən ara
müharibələri feodal hakimlərin
özbaşınalığının artması kənd təsərrüfatı
və sənətkarlığının tənəzzülünə
səbəb oldu, şəhər və kənd əməkçilərinin
vəziyyətini ağırlaşdırdı. Belə bir vəziyyət
ticarətin də inkişafına mane olur, quldurlar tez-tez mal
daşıyan karvanlara basqınlar edirdilər. Feodal pərakəndəliyi,
həmçinin, yadellilərə qarşı mübarizədə
xalqın birliyinin yaranmasına mane olurdu. Odur ki, Azərbaycanı
siyasi cəhətdən birləşdirmək zərurəti
meydana çıxmışdı. Bu birləşmə Azərbaycan
əhalisinin geniş təbəqələrinin mənafeyinə
uyğun gəlirdi. Yalnız belə bir dövlət hakimiyyəti
yaratmaqla feodal pərakəndəliyini aradan qaldırıb Azərbaycanın
müstəqilliyini qorumaq olardı.
1499-cu ilin
avqustunda on üç
yaşlı İsmayıl Hüseyn bəy Lələ
Şamlu, Əbdüləli bəy Dədə (Dədə bəy),
Hadim bəy Hulafə, Rüstəm
bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy
Ayqutoğlu Xunuslu vo Qara Piri bəy Qacarın müşayiətilə
Lahicanı tərk edib doğma Ərdəbilə yola düşdü. Deyləmdən
Taroma gəldilər. Burada rum və şam tayfalarından
onlara qoşuldular. Taromda qoşuna baxış keçirildn,
onun sayı 1500 nəfərə çatırdı.
İsmayıl Qızılüzən çayı üzərində
məskunlaşan Şamlu tayfasını qızılbaşlara cəlb
etmək məqsədilə Gilandan birbaşa Ərdəbilə
yox, Xalxalın cənub və çənub-qərbini
dolaşaraq Ərdəbilə daxil oldu.
Şirvana
yürüş etməzdən əvvəl
qızılbaşlar Gürcüstanın Axalsixi hakimi III Kvarkvare və Ermənistanın Mantaş
qalasına hücum edib
xeyli qənimət əldə
etdilər.
İsmayıl
birinci növbədə Şirvanşahlar dövlətinə
zərbə vurmaq istəyirdi; çünki Təbrizə
hücum etməklə dərhal üç düşmənlə-Ağqoyunlu
Əlvənd Mirzə və Muradla, habelə, onları
müdafiə edən Şirvanşah Fərrux Yasarla
toqquşmalı olardı. Belə olduqda
qızılbaşların qələbəsi şübhə
altında qalırdı. Eyni zamanda, Səfəvilər ara
müharibələrindən istifadə edib,
şirvanlıları hissə-hissə əzmək fikrində
idilər. Mövcud vəziyyətdə
dini təriqət ədavətlərinə də az əhəmiyyət
verilmirdi. Şirvan hakimi Fərrux Yasar qızılbaş
şiələrin gözündə Şeyx Cüneyd və
Şeyx Heydəri öldürən "Yezid" idi. Həm də
Şirvanın ələ keçirilməsi Səfəvilərə
öz düşmənlərilə
uğurlu mübarizə
üçün maddi imkanlar vermiş olardı.
1500-cü
ilin payızında qızılbaş qoşunu Kürü
keçib, Şirvan ərazisinə daxil oldu. Fərrux Yasar
Şamaxını müdafiə etməkdə acizlik göstərərək,
Qəbələyə qaçdı. Qızılbaşlar
müqavimətə rast gəlmədən Şirvanın
paytaxtını tutdular. Fərrux Yasarla İsmayılın
qoşunu arasında döyüş 1500-cü ilin sonunda,
Gülüstan qalasından bir qədər aralı Cabanı
adlanan yerdə baş verdi. Döyüşdə
Şirvanşahlar məğlub oldular. Şahgəldi ağa Fərrux
Yasarın başını kəsib İsmayıla gətirdi.
Qızılbaşlar Şirvanşahların böyük sərvətini
ələ keçirdilər.
Fərrux
Yasarın döyüşdən salamat çıxan oğlu
İbrahim (Şeyxşah) Xəzər sahilindəki Şəhrin adlı yerə
gəlib dağınıq qoşunu toplamaqa
başlayır. Lakin Hadim bəy Hülafənin (Hülafə bəy) gəlişini
eşidib gəmi ilə Gilana adlayır.
XV əsrdə
Bakı Azərbaycanın iri ticarət və sənətkarlıq
mərkəzi, habelə, Xəzər sahilində mühüm
liman idi. Şamaxı ilə yanaşı o, Şirvan hakimlərinin
iqamətgahı idi. Xəzinə və böyük dəyərli
Şirvanşahlar sarayı burada yerləşirdi. İbrahim
Amini yazır ki. Qalanın dörd tərəfdən xarici aləmlə
əlaqəsi var idi. Onların üçü dənizə,
biri isə quruya çıxırdı. Qalanı həm də
dərin xəndəklər müdafiə edirdi.
Bakının
sakinlərn çoxdan idi ki, Şirvanşahlara bağlı
idilər. Məhz onların köməyilə şəhər
lazımi iqtisadi inkişaf zirvəsinə qalxmışdı.
Cabanı döyüşündən sonra İsmayıl
Muğana Mahmudabada (Salyan yaxınlığında)
qışlamağa getdi. Burada o, xəbər tutdu ki, Bakı
sakinləri xərac verməkdən imtina edir və
qızılbaşlara inadlı müqavimət göstərirlər.
1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ
keçirmək üçün öz sərkərdələrindən
Məhəmməd bəy Ustaclı və İlyas bəy
Xunuslunu ora göndərdi. Onlar qalanın təslim
olmasını tələb etdilər. Fərrux Yasarın
oğlu Qazı bəy Şirvanın dağlıq yerlərində
Səfəvilərə qarşı müqaviməti davam
etdirdiyi üçün qalanı onun arvadı müdafiə
edirdi. O isə verilən təklifi qəti surətdə rədd
etdi. Həsən bəy Rumlunun məlumatına görə, hətta
o, qalanın təslim olması təklifini gətirən Səfəvi
elçisinin və şəhəri təslim etməyi məsləhət
görən Bakı
darğası Əbdül Fəttahın edam edilməsini əmr
etdi. Bakılıların inadlı müqavimətini və sərkərdələrinin
uğursuz cəhdlərini görən İsmayıl 1501-ci
ilin yazında ən yaxşı sərkərdəsi Hülafə
bəyi Bakıya göndərdi. Mühasirənin sonunda isə
özü gəldi. İsmayılın əmrilə
qızılbaşlar qala divarları altından lağım
atıb bürclərdən birini uçurduqdan sonra şəhərə
daxil oldular. Qızılbaşlar şəhəri talan edib,
Şirvanşahların xəzinəsini ələ
keçirdilər. Bakı əhalisinin kütləvi
qırğınından ehtiyat edən 70 nəfər şəhər
əyanı əllərinə Quran götürərək,
İsmayılın yanına gəlib şəhər əhalisini
bağışlamağı xahiş etdilər.
İsmayılın göstərişilə talan və
qırğın dayandırıldı. Gələnlər,
qazı və şeyxlər şəhər
darvazalarını qızılbaşların üzünə
açdılar. Hadim bəyin göstərişi ilə
Şeyx Cüneydin ölümünə səbəb olan Fərrux
Yasarın atası I Xəlilullahın qəbri
açılıb sümükləri yandırıldı.
Şirvan sərdabəsi dağıdıldı. Bakı istila
sdildikdən sonra Şirvan qızılbaşlardan asılı
vəziyyətə düşdü. Lakin bu asılılıq
hələ tam deyildi.
Cabanı
döyüşündə İsmayıl tərəfindən
darmadağın edilmiş Şirvan qoşununun bir hissəsi
Gülüstan, Buğurd və Surxab qalalarında müqavimət
göstərməyi davam etdirirdilər. Ona görə də,
İsmayıl Bakını tutduqdan sonra Gülüstan
qalasına doğru irəlilədi. Anonim tarixçi yazır ki,
İsmayıl "dövlətin
sutunlarını" -Hüseyn
bəy Lələni, Məhəmməd bəy
Ustaclını, Əbdi bəy Şamlunu, Hadim bəy Hülafəni,
Qara Piri bəy Qacarı yanına çağırıb
soruşdu: "Siz Azərbaycan taxtını, yoxsa
Gülüstan qalasını istəyirsiniz?" Onlar "Azərbaycanı
istəyirik",- deyə cavab verdilər. Aydındır ki,
İsmayıl və qızılbaş əyanları Təbriz
taxtını ağqoyunlulardan geri alıb Azərbaycanda öz
hakimiyyətlərini qurmağı başlıca vəzifə
hesab edirdilər.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 4 oktyabr.- S.14.