İdeologiyanın məzmunu, strukturu və növləri

 

Azərbaycan filosofu, akademik Ramiz Mehdiyev ideologiyanı daha çox müasir industrial cəmiyyətin siyasətinin ayrılmaz hissəsi hesab edir. O, ideologiya haqqında klassik baxışa əsaslanaraq göstərir ki, ideologiya baxış və ideyaların rasional əsaslandırılması kimi çıxış edir. R.Mehdiyev ideologiyanın hər şeydən əvvəl tam dünyagörüşü kimi sosial aləmin mənzərəsini, şəxsiyyət obrazı və onun ictimai təzahürlərini təsvir etdiyini, ikincisi, cəmiyyətin əsas inkişaf meyillərini çox adekvat izah etdiyini, üçüncüsü, normativ meyilin güclü ünsürü kimi ictimai ideal haqqında təsəvvürə daxil olduğunu beləliklə, ideologiyanın daha çox siyasət və siyasi dəyərlər və proseslərlə bağlı olduğunu göstərir. Halbuki ideologiya və mənəvi dəyərlər arasında da qarşılıqlı əlaqə və qarşılıqlı təsir var.

Bəzi Qərb tədqiqatçıları da ideologiyanın evristik anlamını ciddi ictimai təlatümlər dövründə daha çox siyasi proseslərlə bağlayırlar.

E.Şile ideologiyaya siyasi dünyagörüşü kimi çıxış edən dəyərlər sistemi, eyni zamanda, inam qüvvəsinə və böyük istiqamətverici potensiala, sosial anomiyaların böhran prosesini cilovlamaq qabiliyyətinə malik mənəvi qüvvə kimi baxır.

İdeologiya siyasətə, siyasi fəaliyyətə sirayət etsə də, müəyyən dəyər və maraqlara istiqamətləndiyi üçün onun mənəvi sərvətləri bağlılığı da aşkara çıxır. İdeologiyanın sinfiliyi onun əsas fərdi əlaməti deyil.

İdeologiya nəzəri bilik, sinfi şüur kimi səciyyələndirilir, onun funksiyalarına, səviyyələrinə, formalarına müxtəlif prizmalardan yanaşılır. İdeologiyanın məzmunu, təzahür formaları və tipləri etnik, milli mənsubiyyət baxımından fərqlənir.

İdeologiyanın davranış, mənəvi-etik, qnoseoloji, idarəetmə funksiyaları var. S.Xəlilov ideologiyanın əsas məqsədinin ictimai rəyə təsir göstərməkdən ibarət olduğunuetnik, milli, dini, dövlət təhlükəsizlik formaları ilə bağlı olduğunu göstərir. Müəllif düzgün olaraq ideologiyanın tərkib elementlərinə, məzmununa (gerçəkliyin təsviri, aksioloji xarakter, praktiki tərəfi), forma və funksiyalarına görə (nəzəri-konseptual baza, proqram-siyasi əsası, kütləvi xarakteri) fərqləndiyini bildirir, deologiyanın sistemə çevrilərək cəmiyyətin, xalqın, millətin, dövlətin, o cümlədən, dünyanın siyasi mənzərəsinə fəal müdaxilə etməsini nəzərə çarpdıraraq ideoloji doktrinanın yaranmasının üç əsas cəhətini qeyd edir: “birincisi, müstəqil dövlətin ideologiyası, ikincisi, ümumiyyətlə, müstəqil dövləti olmayan insan birliyinin ideologiyası, üçüncüsü, müstəqil dövləti olan müəyyən tarixi mərhələdə başqa dövlətlərin tabeliyi altında yaşamaq məcburiyyətində qalan insan   birliyinin (xalqın, millətin) ideologiyası”.

Rus tədqiqatçısı T.Stoyçev ideologiyanı özündə çoxaspektli, siyasi, etik, estetik, bəzi hallarda, dini və bədii ideya və konsepsiyaların sinfi-üstqurum sistemini əks etdirən ictimai şüurun spesifik forması kimi nəzərdən keçirir. Onun fikrincə, ideologiya sosial həyatı, onun   vasitəsilə təbii gerçəkliyi sistemli nəzəriyyə səviyyəsində, qneseoloji inikas etdirir.

Frankfurt fəlsəfi məktəbi ideologiyaya yalnız təhrif olunmuş şüur kimi yanaşmır, onun həm də sosial qrupların hərəkətlərinə haqq qazandıran müdafiə funksiyası daşıdığını iddia edirdi. Frankfurt məktəbinin nümayəndəsi T.Adorno isə ideologiyanı dəyərlər sinteziictimai şəraitə haqq qazandıran həqiqət kimi müəyyənləşdirərək onu “yalançı şüur” adlandırırdı.

Belə çıxır ki, ideologiya yalançı şüur kimi yalançı gerçəkliyi əks etdirir. “Çünki o, şəxslərarası münasibətləri əks tərəfə çevirən haqq qazandırma vasitəsilə cəmiyyətdəki və dövlətdəki bütün əsas normaları inkar edir. Burada rasional olan irrasionala, gözəl olan eybəcərə (yaxşı olan pisə) çevrilir. Şərin yaranmasını məhdudlaşdıran xeyiri ülviləşdirən, yüksəldən hər varsa - günahkarlıq hissi yoxa çıxır. Günahkarlıq hissi hamıya aiddir, ideologiya isə onu heç kimə aid etmir, çünki onları müdafiə edərək ona öz normaları ilə haqq qazandırır”. Qərbdə ideologiyasızlaşma ilə yanaşı ideologiyanın müasir dünyada rolunun gücləndirilməsi, onun dirçəldilməsi meyili artdı. R.Aron, O.Lemberq, R.Nizbet bu istiqamətin açıq tərəfdarları kimi çıxış etdilər. Ruhun güclü yeniləşməsi”, dünyagörüşü ehtiyatlarının aşkarlanması bu gün ideologiyanın səfərbəredici qüdrətinə inamı möhkəmləndirməkdədir. Onlar kütlələrin ideallara dəyərlərə qovuşması zəruriliyini əsaslandırırlar.

Fransız filosofu R.Aron yeni ideoloji əsrin başlanğıcını bəyan etdi. Alman filosofu O.Lemberq iddia edirdi ki, insanlar ideologiyaya xilaskar kimi baxırlar. İdeologiyanın tükənməz mənəvi potensiala malik olduğunu göstərir. İdeologiyanın dirçəldilməsi neokonservativ, neoliberal, radikal dönümləri ilə fərqlənirdi.

Görkəmli filosofu  E.Fromm ideologiyanın  səfərbəredici  mənəvi  qüdrətə malik olduğunu göstərməklə, onunhəyatın mənəvi-ruhi fiziki dəyərlərini cəmləşdirməkqabiliyyətinə malik yeni istiqamət, yeni fəlsəfə olduğunu qeyd edir.

İdeologiyanın dirçəlişiniqlobal ideologiyatərəfdarları da irəli sürdülər. Alman filosofu E.Xelsele ideologiyanı hər bir insanın   bütün cəmiyyətin mənəvi həyatında mühüm rol oynayan real qüvvə kimi səciyyələndirir. O, qlobal, universal dünyagörüşü kimi metaideologiya   nəzəriyyəsinə üstünlük verir: “Kütləvi cəmiyyətə kütləvi ideologiya uyğun gəlir. Kütlələr yalnız kompakt ideologiyaya reaksiya verirlər”. Digər alman filosofu K.Salamun da ideologiyanın müsbət dəyərlərindən bəhs edərək ideologiyanın dirçəlişinin liberal-qlobal versiyasını inkişaf etdirib göstərir ki, siyasət fəlsəfəsi-ideologiya xalq kütlələrini maarifləndirməlidir ki, insanlar siyasi-əxlaqi prinsip dəyərləri daha şüurlu seçə, bilsinlər daha tənqidi yanaşa bilsinlər.

Qlobal ideologiya tərəfdarları planetar şüurun, planetar mədəniyyətin əxlaqın təşəkkülünü, ideologiya ilə dünya dinlərinin birləşməsini, müxtəlif yönümlü ideologiyaların öz ruhi mənəvi səylerinin birləşdirmələrini irəli sürürdülər.

“Roma klubu”nun rəhbərlərindən biri E.Laelo iddia edir ki, müasir dövrdə müxtəlif ölkələrin, təşkilatların, ideoloji cərəyanların dinlərin məqsədləri yeniplanetar şüurunformalaşmasına yardım etməkdir.

“Roma klubumüasir dinlərin, ideologiya mənəvi təsisatların geniş müqayisəli təhlilini edərək belə qənaətə gəlmişdir ki, müasir ideoloji şərait müxtəlif dünya mədəniyyətləri, dinləri ideologiyaları arasında dialoq aparmağa imkan verir, çünki onlar arasında ümumi, oxşar cəhətlər, xüsusilə, eyni oxşar mənəvi dəyərlər (sülhə cəhd, əmin-amanlığa çağırış, xeyirxah dəyərlərin təbliği s.) var. Onlar diqqətiümumi qardaşlığın”, “ümumi məhəbbətin”, “insanların qarşılıqlı münasibətlərinin”, humanist yönümlərin ahəngdarlığına, eləcə , “kosmik şüura, tolerantlığa, dini milli dözümlülüyəyönəltdilər.

Azərbaycan tədqiqatçıları müasir Azərbaycan cəmiyyətində müxtəlif yönümlü ideologiyaların movcudluğunu göstərmişlər. Onlar Azərbaycanda müxtəlif yönümlü müxtəlif siyasi-mənəvi dəyərlərinə görə fərqlənən ideologiyaların mövcudluğunu qeyd edirlərkommunist (sosialist)  ideologiyası, dini   (klerikal),   milli   (millətçi)   ideologiyalar,   liberalizm konservatizm, etnik, millətçilik ideologiyaları, sosial şovinist ideologiyalar.

Azərbaycan tədqiqatçıları düzgün olaraq tövsiyə edirlər ki, hüquqi, demokratik dövlət quran respublikamız ideologiya sahəsində Qərbin siyasi-mənəvi milli-mənəvi dəyərlərindən səmərəli istifadə etməlidir: “Ümumbəşəri dəyərlərə xələl gətirmədən milli ideya axtarışlarını davam etdirmək, millətin bütün üzvlərini  bir ideoloji görüş siyasi  lider ətrafında birləşdirmək vəzifələri mühüm əhəmiyyət kəsb edir”.

Azərbaycan tədqiqatçısı alim Dilqəm İsmayılov ideologiyanı mənəvi sosial hadisə kimi səciyyələndirərək qeyd edir ki, bu ya digər ideologiya növünə tipinə qiymət verərkən həm ideoloji (nəzəri-idrak), həm sosial meyarlar əsas götürülür.

İdeologiyalar idrakı yükünə görə elmi qeyri-elmi, həqiqi yanlış, doğru illüziyalı növlərə ayrılır. Sosial yönümlərinə funksiyalarına görə isə ideologiya mütərəqqi konservativ, inqilabi təkamülçü, liberal radikal, millətçi beynəlmiləlçi, habelə, sinfi, milli irqi, dini dünyəvi, rasional irrasional, universal partikulyar, uzunmüddətli qısamüddətli s. növlərə ayrılır.

D.İsmayılov ideologiyanın məzmununun üç tərkib hissəsindən bəhs edir. Bunların üç əsas tərkib hissələri: reallığın təsviri, aksioloji sistem praktik göstərişlərdir. Professor Y.Rüstəmov ideologiyanın müasir cəmiyyətin həyatında siyasətin ön plana çəkildiyi bir şəraitdə mühüm rol oynadığını qeyd edir: “İdeologiya siyasi prosesdə öz yerini partiyaların rəqabətinə verir. Belə halda, yüksək ideyanın cazibədarlığı deyil, hakimiyyətdə olan partiyanın konkret praktik məqsədlərini dərəcədə səmərəli həll etmə qabiliyyəti əsas yer tutur. Lakin bu, o demək deyildir ki, ideologiya, ümumiyyətlə, yox olur. İdeologiya siyasi, hüquqi, fəlsəfi, əxlaqi, dini, estetik ideya görüşlər sistemi kimi qalır. Bu, o deməkdir ki, ideologiyasız cəmiyyət mümkün deyil”.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 7 yanvar.- S. 11.