RAGT-ın layihələri qlobal xarakter daşıyır

 

Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin Azərbaycan diasporu ilə əlaqələrinin genişləndirilməsi bu sahədə uğurun göstəricilərindən biridir. Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsində və onların Rusiya cəmiyyətinə inteqrasiya edilməsində, Azərbaycanın bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasında, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla xanım Əliyevanın məqsədli fəaliyyəti beş ilə yaxın bir məsafədə öz missiyası, yükü və məsuliyyəti baxımından əhəmiyyət kəsb edir. Ölkənin sərhədlərindən kənarda azərbaycançılıq ideyasını təbliğ edən, milli-mənəvi dəyərləri qeyri-millətlərə təqdim edən Leyla xanım Əliyevanın qısa zamanda əldə etdiyi nailiyyətlər hər bir azərbaycanlı üçün örnəkdir. Müxtəlif sahələri əhatə edən layihələrin gerçəkləşməsi məqsədini qarşıya qoyan Leyla xanım gerçəkləşdirdiyi təhsil, səhiyyə, mədəniyyət, idman, sosial sahədə analoji layihələri Rusiya Federasiyasında böyük əks-səda doğurub. Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği istiqamətində də çox mühüm işlər görülüb.

Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri olan təhsil gələcəyimizi uğurlu inkişafa yönəltmişdir. “Təhsilin dəstəklənməsi” layihəsi çərçivəsində Leyla xanım Əliyevanın mütəmadi olaraq məktəblərə, uşaq evlərinə qayğı ilə yanaşması, xeyriyyəçilik aksiyalarının təşkili, bu istiqamətdə ardıcıl olaraq apardığı missiyanın təzahürüdür.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin layihələrinin sayı məhdud deyildi. Leyla xanımın sözləri ilə desək, təşkilatın ən müxtəlif sahələrdə müxtəlif layihələr həyata keçirmək təcrübəsi və ustalığı  artıb. Buna görə fəaliyyətinin coğrafiyası daha da genişlənmiş, Azərbaycanı bütün dünyada təbliğ etmək əzmindədir. Bu nümayəndəliyin prioritet vəzifəsidir.

 Bu gün Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olaraq onun coğrafiyası genişlənmişdir. Belə ki, artıq bu miqyas Rusiyanın 70-dən çox regionunu əhatə edir. Moskvanın 25-dən çox ali məktəbində azərbaycanlı tələbə klublarının yaradılmasının nəticəsi olaraq Rusiyanın azərbaycanlı gənclərinin əlaqələri genişlənib. RAGT-ın Rusiyanın azərbaycanlı gənclərinin hərəkətverici qüvvəsinə çevrilməsində qurumun əməyi müstəsnadır. Məlum olduğu kimi, humanizm prinsiplərinə əsaslanan təşkilat tərəfindən əhəmiyyətli aksiyaların sayı çoxalmışdır. Son üç ildə insan sağlamlığının qorunması ilə bağlı həyata keçirdiyi aksiyalar sırasında “Qanın milləti yoxdur!”, “Sağlam olduğunu yəqin et, xəstəliyə “yox” de!” pulsuz müayinə aksiyası və s. bu qəbildəndir.

Baku” jurnalı da fəaliyyətinin məntiqi olaraq görülən işlər sırasındadır. Leyla xanımın sözlərinə görə, bu jurnal bizim qədim tariximizi, mədəniyyətimizi, ənənələrimizi, musiqimizi və ədəbiyyatımızı fəal təbliğ etmək, onları dünya ictimaiyyətinə çatdırmaq üçün daha bir imkandır. Dörd il bundan əvvəl - 2007-ci ilin dekabr ayında MoskvadaBaku” jurnalının birinci nömrəsi təqdim edilib. Elə həmin vaxtdan bu nəşrin beynəlmiləl versiyasını yaratmaq ideyası meydana gəldiyindən, onun üzərində işlər görülüb. İndi bu jurnalın Bakıda və Moskvada deyil, həmçinin, London, Paris, Roma, Berlin, Nyu-York və dünyanın digər şəhərlərində də oxucuları var. Leyla Əliyevanın rəhbərlik etdiyiBaku” jurnalı da Azərbaycanla bağlı amallara xidmət edir. “Baku” jurnalının beynəlxalq versiyasının buraxılışı Azərbaycan haqqında dünyaya mümkün qədər çox məlumat verməkdə əhəmiyyəlidir. Artıq dünyada tanınan jurnalın 2012-ci ildə ABŞ-da təqdimatının keçirilməsi nəzərdə tutulub. Leyla xanımın 2012-ci ildə görəcəyi, həyata keçirəcəyi layihələr kifayət qədərdir. Bu gün yanvarın 17-də Londonda çoxlu sayda müasir rəssamların iştirakı ilə keçirilən “Bakıda uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgi bu  işlərin əməli nəticəsidir. Leyla xanım müsahibələrin birində deyir: “Belə bir sərgi keçirilməsi barədə mən bir neçə il düşünmüşəm. Deməliyəm ki, son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişmişdir. Rəssam, heykəltəraş və musiqiçilərin əvvəlki nəsilləri kimi, bu gənclər də dünya incəsənət xəzinəsinə öz töhfələrini verə bilərlər. Bu gün Bakıda mövcud vəziyyət müasir incəsənətin inkişafı üçün hər cür şərait yaradır və dünya səviyyəsində dolğun sərgilər hazırlamağa imkan verir”.

“Bakıda uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisində 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video kimi müxtəlif istiqamətlərdə yüzlərlə işi təqdim ediləcəkdir.

 Deyim ki, sərginin rəhbərləri və baş məsləhətçiləri kurator Erve Mikaelof və təşkilatçı Simon de Püridir. Sərginin əsas ideyası və konsepsiyası onlara məxsusdur. Bu sərgidə azərbaycanlı müəlliflərin işləri öz tamaşaçısını tapacaqbu sərgi istedadlı gənc azərbaycanlıların dünya sənət meydanlarına çıxması üçün zəmin yaradacağını şübhə yoxdur. Bu sərgi Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün daha bir imkandır.

Şübhə yoxdur ki, Londonda sərgi uğurla başa çatandan sonra həmin işlərin Berlin, Paris, Roma, Nyu-YorkMoskvada, habelə, müasir incəsənət mərkəzləri sayılan başqa şəhərlərdə də nümayiş etdirilməsi planlaşdırılır.

Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyəti humanizm prinsipləri ilə silahlandığından həyata keçirilən irimiqyaslı layihələrinin sədası, inkişaf etmiş - nüfuzlu dövlətlərdən, ən mötəbər beynəlxalq qurumlardan belə eşidilir. Bu, Leyla xanımın gənc olmasınan baxmayaraq, bacarıq və artmaq da olan peşəkarlığının təzahürüdür. Milli-mənəvi dəyərlərdən qaynaqlanan RAGT-ın rəhbərinin qlobal xarakterli layihələri keyfiyyətinə görə diqqəti cəlb edir. Leyla  Əliyeva Azərbaycanı ən yüksək bir şəkildə təmsil edərək, xalqın dəyərlərini, mədəniyyətini, mövcud problemləri, ən əsası isə Qarabağla bağlı məsələləri dünya dövlətlərinin diqqətinə çatdırır, beynəlxalq ictimaiyyətin diqqətini  Azərbaycan reallıqlarına yönəldir.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2012.- 17 yanvar.- S. 5.