Həyat
yoluna salınan körpülərin izi ilə...
Yola saldığımız onilliklər yarım əsrdən
artıq zamanı haqladıqdan sonra həyat fəlsəfəsinin
rəngarəngliyi bu məsafədə təzahür olunur. Zamanın
ixtiyarına buraxdığımız ömrə nəzarət
edən ağıl və idrak bu fəlsəfənin mahiyyətini
açıb göstərir, naxış salınan izlərin əlvanlığında
kimliyini təsdiqləyir və varlıq olaraq
mövcudluğunu dərk etdirir. Həyat yoluna salınan
körpülər üzərindəki hərəkət, iz
ruhi və maddi dünyanda varlığını tamamlayır.
Ömrünü böyük işlərə həsr edib,
daim tələsik istək və arzunu həyata keçirmək
məqsədində olan insanlar Tanrının bəxş
etdiyi ömür yolunda ülviləşir, paklanır bir
ömrə neçə-neçə ömürləri daxil
edərək cəmiyyət üçün gərəkli
simaya çevrilir. İncə ruhlu, mübariz,
axtarışlarla zəngin olan ömrün
yaradıcısı, əməkdar mədəniyyət
işçisi, jurnalist, “Qızıl qələm”
mükafatı laureatı, “Məhsəti”, “Vətən” kimi
media mükafatlarını sahibi, oçerklərin, məqalələrin,
neçə-neçə televiziya verilişlərinin və
filmlərin ssenari müəllifi Rəfiqə Məsud kimi.
Daxilindəki bacarıq və qabiliyyəti üzə
çıxarıb, ağlın diqtəsi və məntiqlə
hərəkət edərək cəmiyyətdə
portretinin yaradıcısına
çevrilib. Onunla söhbət zamanı
yaşadığı zaman çərçivəsində
ziyalı mövqeyini
görürük. Təbii ki, bu mövqedə o,
zamanın hökmünə qarşı hökmünü
qoymaqda iqtidarlıdır. Elə bu həqiqətlərin
içərisində neçə-neçə ömrü həyat
yolunda birləşdirən Rəfiqə xanımın yola
saldığı illərin məsafəsindən boylanan
onillikləri zəngin təəssüratlarında qabarıq
və aydın görünür:
- Yaradıcılıq yolumun ilk illərində “Azərbaycan
qadını” jurnalı, “Azərbaycan gəncləri”, “Bakı” qəzetlərində Azərbaycanın
ictimai-mədəni həyatının rəngarəngliyini əks
etdirən müxtəlif məzmunda maraq doğuran məqalələrlə
çıxış etmişəm. Axtarışlarda olan ömrümün
sonrakı zamanın 30 ildən çoxu
Azərbaycan Televiziyası və Radio Komitəsi
ilə bağlı olub. Belə ki, “Sağlamlıq”, “Günün
ekranı”, “Elmi-kütləvi populyar”
redaksiyasında çalışmış və
“İqtisadiyyatımız, rifahımız”, “Axtarışlar davam edir” adlı 35 dəqiqlik
verilişlərini hazırlamışam. Mənim gəncliyim
Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərə düşüb.
Bu illərdə
Onun təşəbbüsü ilə
tikilən obyektlərdən, nəhəng fabrik,
zavod, elm, maarif, təhsil, incəsənət sahələrində
gördüyü işlərdən jurnalist kimi məqalələr
yazmaq, televiziya üçün verilişlər, reportajlar hazırlamaq mənim də qismətimə
düşüb. 1988-ci ildə
ölkədə cərəyan edən hadisələrə mən
də biganə qala bilmirdim.
Həmin illərdə xalq
çaşqınlıq içərisində idi.
Yeganə ümid yerimiz
Ulu Öndər Heydər Əliyev idi. Və xalq
üzünü Ona tutmaqda yanılmamışdı. Heydər Əliyev
1990-cı il yanvarın 20-də Bakıda
törədilən vəhşiliklərə, axıdılan qanlara biganə qalmadı. M.Qorbaçovun
göstərişi ilə SSRİ rəhbərliyindən
uzaqlaşdırılan Heydər Əliyev nahaqdan
əzilən Azərbaycan xalqının səsinə səs
verdi, ona arxa durdu, heç
nədən, heç kimdən qorxmadan, çəkinmədən sözünü dedi.
Moskvanı tərk edib məlum səbəblərdən
birbaşa Bakıya yox,
Naxçıvana gəlişi, orada Ali Məclisin Sədri kimi
fəaliyyəti xalqın diqqət mərkəzində oldu. Ali Məclisdə ona edilən təzyiqlər zamanı mən
dözə bilməyib, haqq səsimi
qaldırdım. “Heydər Əliyev hakimiyyətə gəlməsə,
bu xalq
xalqlığından çıxarılıb parçalanacaq,
əzilib yerlə yeksan ediləcək”, - dedim.
- Təbii ki,
bu emosional
çıxışınız birmənalı
qarşılanmayıb. Sizə təzyiqlər göstərildimi?
- Əlbəttə ki, bir yaradıcı şəxs
olaraq fəaliyyətimə təsiri oldu. Bu hərəkətimdən
sonra Azərbaycan televiziyasında
yayımlanan verilişlərim televiziyanın setkasından
çıxarıldı və bu məkandan
təcrid olundum.
Buna heç də
təəssüflənmədim, çünki
bir məqsədim, bir
istəyim vardı: Azərbaycan xalqının məhv edilməməsi
üçün Heydər Əliyev
hakimiyyətə gəlməli idi. Bir jurnalist kimi
mən də əlimdən gələni etdim.
Xalq arasında, kütlə içərisində
Heydər Əliyevin təbliğatçısına çevrildim. Mənə qarşı edilən
haqsızlıq uzun sürmədi. Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri Səhmdar Cəmiyyətinə
sədr təyin olunan, professor
Nizami Xudiyev televiziyadan
uzaqlaşdırıldığımın səbəbini bilib məni işə dəvət etdi. 1998-ci ildən başlayaraq,
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor müavini vəzifəsində
çalışdım. Həmin zamandan başlayaraq bir sıra
filmlərim istehsal olundu.
Ssenari müəllifi olduğu
filmlərdə Azərbaycana ömrünü
sərf etmiş insanların bədii
cizgiləri canlanır. Bu sırada Azərbaycanın
əsil fədakar alimi Həsən Əliyevə
həsr olunmuş “Torpağa
bağlı ömür” filmi
ekranda yaşanır. Müxtəlif
peşə sahibi olan
insanların əməyini yüksək qiymətləndirmək
yaradıcılıq məqsədimdir. Onların
potensialının diqqətə çəkməklə
yanaşı, mənəvi keyfiyyətlərini də qabardaraq vəhdət şəkilində ifadə
etməyə çalışmışam. Milli-mənəvi
dəyərlərimizə olan münasibətin
təzahürü olan Azərbaycan muğam sənətinin keşiyində duran müasir dövrümüzün ifaçıları Aygün Bayramova, Nəzakət
Teymurova, Simarə İmanova,
Zabit Nəbizadə haqqında
tammetrajlı filmin ssenari
müəllifiyəm. Əməkdar incəsənət xadimi
Gülarə Əliyevanın bədii rəhbəri olduğu “Dan ulduzu” instrumental
ansamblına həsr olunmuş “Dan ulduzu - tale
ulduzu”, Xuraman və Fidan Hacıyevayalara həsr olunmuş
“Ürəkdən ürəyə”, Nəriman Həsənzadəyə
həsr edilmiş “El taleyi yaşayan ömür”, regionlarda milli ənənələrimizi qoruyan
“Şəkidə toy”, xalq şairi
Nəbi Xəzri yaradıcılığını əks
etdirən “Şeirin xəzrisi”, eləcə
də, “Sualtı sərvətimiz”, “Ömürdən qalan izlər”,
“İlmələrdə yaşayan ömür”, “Vokal”, “Vurğun ocağı”, “Qara
Qarayev” kimi filmlər
yaradıcığılığımın axarında bədii
həllini tapıb. Bunlarla
yanaşı, icimai-siyasi xadimi,
professor Əziz Əliyev, ədəbiyyatşünas,
yazıçı-pedaqoq Mir Cəlal Paşayev haqqında radio
verilişlərim də maraq doğurub. Belə insanlarla
bağlı hazırladığım verilişlər mənim
daxili dünyama
rahatlıq gətirib. M.C.Paşayev mənim
uşaqlıq illərimin xatirəsinə həkk olunub. Onun insani,
şəxsi dəyərlərini heç
vaxt unuda bilmirəm. Bir qədər haşiyəyə
çıxsam da, böyüklüyünü
ifadə edən bir məqamı nəzərinizə
çatdırmaq istərdim. Onun 50 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsi ilə bağlı ciddi hazırlıq işləri görülürdü. Onu
əhatə edən insanların hər biri
bu prosesdə iştirak
edirdi. Bu münasibəti,
məhəbbəti əməlləri, yüksək keyfiyyətləri
ilə qazanmışdı. Onun yaxın dostu, yazıçı, alim,
pedaqoq Əkbər İrəvanlı da ailəsi ilə bu
yubileyə hazırlaşır və onlara
gəlirlər. Bu ərəfədə Mir Cəlal evə gəlib, həyat
yoldaşı Püstə xanıma deyir ki, əlini saxla, dostum Mikayıl Rəfili dünyasını dəyişib.
Yubiley təxirə salınır. O, hadisələrə,
ətrafa laqeyd qala bilmirdi. Belə insanla
bağlı radio oçerk
hazırladım. Hər zaman
aktuallığı, tələbi nəzərə alıb, bu çərçivədə
yaradıcılıq yolumu davam
etdirmişəm. Bakıda keçirilən Dünya Din Liderlərini
Bakı Sammitindən hazırladığım “Tarixin yaddaşı. Bakı sammiti”
filmi yüksək səviyyədə bəyənildiyinə
görə, rus, ingilis,
və ərəb dillərində hazırlanıb bütün dünyaya
yayıldı. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin ölkədə korrupsiyaya qarşı mübarizə ilə
bağlı imzaladığı Sərəncama əsasən,
“Korrupsiyaya qarşı hamılıqla
mübarizə” 36 dəqiqəlik film çox böyük rəğbətlə
qarşılandı.
- Sözsüz
ki, yaradıcılığınız bu fəaliyyət və mövqeyinizə
görə mükafatsız qalmayıb?
-Mənim ən böyük
mükafatlarım qəhrəmanlarımın, eləcə də,
tamaşaçıların yaradıcılıq yolumu qiymətləndirməsidir. Ən səmimi
fikirlərdə yaradıclıq qiymətimi almışam. Bu, mənim mənəvi dünyama
rahatlıq çökdürüb. Filmlərimə
verilən qiymət yaddaşımın silinməz səhifəsinə
çöküb. A.Şaiq
yadigarı Kamal Talıbzadə haqqında
çəkdiyim “Bir ocağın nuru” filmdən sonra filmimin qəhrəmanı
mənə bildirdi ki,
həyatımda iki Rəfiqənin rolu olub. Birinci
ömür yoldaşım Rəfiqə mənim
həyatımı, ikinci Rəfiqə isə
yazıçı mənim abidəmi qurub.
- Sizin mənəvi
dəyərlər, vətənə bağlı olan hissləriniz xalq şairi Nəbi Xəzrinin diqqətindən kənarda
qalmayıb.
- Bəli, N.Xəzrinin mənə
həsr etdiyi şeiri
yaradıcılığıma olan diqqətin
təzahürüdür:
Sənətə yol açdın ekranlarda
sən,
Sənə minnətdaram sənət
adından
Bir də ki, bir də ki, millət adından
Bizə müqəddəsdir sənin
paklığın,
Sən ki,
memarısan xeyirxahlığın!
- Bildiyimiz kimi, Azərbaycanın dövlətçiliyi,
ərazi bütövlüyü uğrunda
mübarizə aparan, şəhid olan vətən oğllarının da döyüşkən ruhu
yaradıcılığınızdan yan
ötməyib.
- Dövlət sifarişi
ilə milli qəhrəmanlar silsiləsindən
olan filmlər üzərində bu gün də çalışıram.
Ssenari müəllifi olduğum
Azərbaycanın Milli Qəhrəmanı
“Koroğlu Rəhimov” film
ekran həyatı yaşayıb.
Hazırda bu işin
davamı olaraq 10 filmin
ssenarisinin hazırlanması mənə həvalə
edilib. “/Fred/ Asif Məhərrəmov”, “Yuri
Kovalyov”, “Vəzir Orucov”
kimi filmlər bu
seriyadandır ki, üzərində ciddi çalışıram. Bədii
ümumiləşdirmələr əsasında
yaratdığım qəhrəmanlar xalqın iradəsini
üzə çıxarır. Azərbaycan reallıqları, tarixin reallıqları sözün
yaratdığı məntiq və güc
ilə rəngində, boyasında özünü
büruzə verir.
- Şaxəli
yaradıcılıq yolunuz bizlərə
bəllidir. Yaxşı olardı ki,
sözlü-soraqlı dünyanızın çoxlarına bəlli
olmayan səhifələrini də vərəqləyək.
Sizin yaradıcılıq
dünyanızın fövqündə mənəvi yüksəklik,
ucalıq kimi məfhumları görürük. Ziyalı düşüncəsi,
vətənin alovunda, istisində yanmaq, amal və məqsəd
yolunda mübarizədə fədakarlıq
göstərmək yol yoldaşınız, həyat
meyarınızdır.
- Azərbaycan və onun torağına olan isti münasibət nəzm nümunələrimdə
misralara köçüb.
Qəlb dünyamın həssas, bakirə duyğularından
süzülən hisslər poeziyamın əsas mövzusuna çevrilib. Vətənpərpərlik,
Azərbaycana sevgi belə misraların
yazılmasında mənə hökmünü
verib. “Azərbaycan”, “Qarabağ”,
“Yurdum” kimi vətənlə
bağlı şeirlərimdə bu ali hissləri təcəssüm etməyə
çalışmışam. “Azərbaycan” şeirində vətəni
salamlayaraq, onun
hüsnünə olan heyranlıq hissimi, məhəbbətimi qələm
alıb, məğrur, ulu yurdun
dağını, daşını, hər bir
məkanını salamlayıram:
Təmizdir niyyəti, adı
xalqımın
Şöhrəti, sevgisi haqqdan yaranan.
Adı tək nur
saçan bütün
dünyaya
Salam, salam
Azərbaycan.
“Qarabağ”
şeirimdə isə illərdir düşmən əlində
olan yurdun gözəlliyi
vəsf olunub. Seyidin,
Cabbarın, Xanın, Bülbülün bu torpaqda fəryadı, səsi
var. Belə bir məkanı
unutmaq, onun tarixindən
uzaq düşmək qeyri-mümkündür.
-
Yaradıcılığınızla bahəm ictimai
fəaliyyətiniz də bizə bəllidir. Bu
fərqli yolları birləşdirən nədir?
- Bəli, mən ictimai fəaliyyətimi diqqətdə
saxlamışam. YAP Binəqədi təşkilatının
idarə heyətinin və şuranın üzvü
olmuşam. Hazırda təşkilatın şura üzvüyəm. Fəaliyyətimdə
hər zaman partiyanın bütün
tapşırıqlarını yerinə yetirməyə
çalışmışam. Azərbaycançılıq
ideyasını hər şeydən yüksək tutaraq bütövlüdə həyatımı,
fəaliyyətimi məhz bu ali məfhum üzərində kökləmişəm.
Həyat yoluna
salınan körpülərin izi ilə...
Yola
saldığımız onilliklər yarım əsrdən
artıq zamanı haqladıqdan sonra həyat
fəlsəfəsinin rəngarəngliyi bu
məsafədə təzahür olunur.
Zamanın ixtiyarına buraxdığımız ömrə nəzarət
edən ağıl və idrak bu fəlsəfənin mahiyyətini
açıb göstərir, naxış salınan izlərin əlvanlığında
kimliyini təsdiqləyir və varlıq olaraq mövcudluğunu dərk
etdirir. Həyat yoluna salınan körpülər üzərindəki
hərəkət, iz ruhi
və maddi dünyanda
varlığını tamamlayır. Ömrünü
böyük işlərə həsr edib, daim tələsik istək
və arzunu həyata keçirmək məqsədində
olan insanlar
Tanrının bəxş etdiyi ömür yolunda
ülviləşir, paklanır bir ömrə
neçə-neçə ömürləri daxil
edərək cəmiyyət üçün
gərəkli simaya çevrilir.
İncə ruhlu, mübariz,
axtarışlarla zəngin olan ömrün yaradıcısı, əməkdar
mədəniyyət işçisi, jurnalist, “Qızıl qələm”
mükafatı laureatı, “Məhsəti”, “Vətən”
kimi media
mükafatlarını sahibi, oçerklərin,
məqalələrin, neçə-neçə televiziya verilişlərinin və filmlərin ssenari müəllifi Rəfiqə Məsud kimi. Daxilindəki bacarıq və qabiliyyəti
üzə çıxarıb, ağlın diqtəsi və məntiqlə
hərəkət edərək cəmiyyətdə portretinin
yaradıcısına çevrilib. Onunla söhbət zamanı
yaşadığı zaman çərçivəsində
ziyalı mövqeyini görürük.
Təbii ki, bu
mövqedə o, zamanın hökmünə
qarşı hökmünü qoymaqda iqtidarlıdır. Elə bu həqiqətlərin içərisində
neçə-neçə ömrü həyat
yolunda birləşdirən Rəfiqə
xanımın yola saldığı illərin
məsafəsindən boylanan onillikləri
zəngin təəssüratlarında qabarıq və
aydın görünür:
-
Yaradıcılıq yolumun ilk illərində “Azərbaycan qadını”
jurnalı, “Azərbaycan gəncləri”, “Bakı” qəzetlərində Azərbaycanın
ictimai-mədəni həyatının rəngarəngliyini əks
etdirən müxtəlif məzmunda maraq doğuran məqalələrlə
çıxış etmişəm.
Axtarışlarda olan ömrümün
sonrakı zamanın 30 ildən çoxu
Azərbaycan Televiziyası və Radio Komitəsi
ilə bağlı olub. Belə ki, “Sağlamlıq”, “Günün
ekranı”, “Elmi-kütləvi populyar”
redaksiyasında çalışmış və
“İqtisadiyyatımız, rifahımız”, “Axtarışlar davam edir” adlı 35 dəqiqlik
verilişlərini hazırlamışam. Mənim gəncliyim
Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərə düşüb.
Bu illərdə
Onun təşəbbüsü ilə
tikilən obyektlərdən, nəhəng fabrik,
zavod, elm, maarif, təhsil, incəsənət sahələrində
gördüyü işlərdən jurnalist kimi məqalələr
yazmaq, televiziya üçün verilişlər, reportajlar hazırlamaq mənim də qismətimə
düşüb. 1988-ci ildə
ölkədə cərəyan edən hadisələrə mən
də biganə qala bilmirdim.
Həmin illərdə xalq
çaşqınlıq içərisində idi.
Yeganə ümid yerimiz
Ulu Öndər Heydər Əliyev idi. Və xalq
üzünü Ona tutmaqda yanılmamışdı. Heydər Əliyev
1990-cı il yanvarın 20-də Bakıda
törədilən vəhşiliklərə, axıdılan qanlara biganə qalmadı. M.Qorbaçovun
göstərişi ilə SSRİ rəhbərliyindən
uzaqlaşdırılan Heydər Əliyev nahaqdan
əzilən Azərbaycan xalqının səsinə səs
verdi, ona arxa durdu, heç
nədən, heç kimdən qorxmadan, çəkinmədən sözünü dedi.
Moskvanı tərk edib məlum səbəblərdən
birbaşa Bakıya yox,
Naxçıvana gəlişi, orada Ali Məclisin Sədri kimi
fəaliyyəti xalqın diqqət mərkəzində oldu. Ali Məclisdə ona edilən təzyiqlər zamanı mən
dözə bilməyib, haqq səsimi
qaldırdım. “Heydər Əliyev hakimiyyətə gəlməsə,
bu xalq
xalqlığından çıxarılıb parçalanacaq,
əzilib yerlə yeksan ediləcək”, - dedim.
- Təbii ki,
bu emosional
çıxışınız birmənalı
qarşılanmayıb. Sizə təzyiqlər göstərildimi?
- Əlbəttə ki, bir yaradıcı şəxs
olaraq fəaliyyətimə təsiri oldu. Bu hərəkətimdən
sonra Azərbaycan televiziyasında
yayımlanan verilişlərim televiziyanın setkasından
çıxarıldı və bu məkandan
təcrid olundum.
Buna heç də
təəssüflənmədim, çünki
bir məqsədim, bir
istəyim vardı: Azərbaycan xalqının məhv edilməməsi
üçün Heydər Əliyev
hakimiyyətə gəlməli idi. Bir jurnalist kimi
mən də əlimdən gələni etdim.
Xalq arasında, kütlə içərisində
Heydər Əliyevin təbliğatçısına çevrildim. Mənə qarşı edilən
haqsızlıq uzun sürmədi. Azərbaycan Dövlət Televiziya
və Radio Verilişləri Səhmdar Cəmiyyətinə
sədr təyin olunan, professor
Nizami Xudiyev televiziyadan
uzaqlaşdırıldığımın səbəbini bilib məni işə dəvət etdi. 1998-ci ildən başlayaraq,
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor müavini vəzifəsində
çalışdım. Həmin zamandan başlayaraq bir sıra
filmlərim istehsal olundu.
Ssenari müəllifi olduğu
filmlərdə Azərbaycana ömrünü
sərf etmiş insanların bədii
cizgiləri canlanır. Bu sırada Azərbaycanın
əsil fədakar alimi Həsən Əliyevə
həsr olunmuş “Torpağa
bağlı ömür” filmi
ekranda yaşanır. Müxtəlif
peşə sahibi olan
insanların əməyini yüksək qiymətləndirmək
yaradıcılıq məqsədimdir. Onların
potensialının diqqətə çəkməklə
yanaşı, mənəvi keyfiyyətlərini də qabardaraq vəhdət şəkilində ifadə
etməyə çalışmışam. Milli-mənəvi
dəyərlərimizə olan münasibətin
təzahürü olan Azərbaycan muğam sənətinin keşiyində duran müasir dövrümüzün ifaçıları Aygün Bayramova, Nəzakət
Teymurova, Simarə İmanova,
Zabit Nəbizadə haqqında
tammetrajlı filmin ssenari
müəllifiyəm. Əməkdar incəsənət xadimi
Gülarə Əliyevanın bədii rəhbəri olduğu “Dan ulduzu” instrumental
ansamblına həsr olunmuş “Dan ulduzu - tale
ulduzu”, Xuraman və Fidan Hacıyevayalara həsr olunmuş
“Ürəkdən ürəyə”, Nəriman Həsənzadəyə
həsr edilmiş “El taleyi yaşayan ömür”, regionlarda milli ənənələrimizi qoruyan
“Şəkidə toy”, xalq şairi
Nəbi Xəzri yaradıcılığını əks
etdirən “Şeirin xəzrisi”, eləcə
də, “Sualtı sərvətimiz”, “Ömürdən qalan izlər”,
“İlmələrdə yaşayan ömür”, “Vokal”, “Vurğun ocağı”, “Qara
Qarayev” kimi filmlər
yaradıcığılığımın axarında bədii
həllini tapıb. Bunlarla yanaşı,
icimai-siyasi xadimi, professor Əziz Əliyev, ədəbiyyatşünas,
yazıçı-pedaqoq Mir Cəlal Paşayev haqqında radio
verilişlərim də maraq doğurub. Belə insanlarla
bağlı hazırladığım verilişlər mənim
daxili dünyama
rahatlıq gətirib. M.C.Paşayev mənim
uşaqlıq illərimin xatirəsinə həkk olunub. Onun insani,
şəxsi dəyərlərini heç
vaxt unuda bilmirəm. Bir qədər haşiyəyə
çıxsam da, böyüklüyünü
ifadə edən bir məqamı nəzərinizə
çatdırmaq istərdim. Onun 50 illik yubileyinin dövlət
səviyyəsində keçirilməsi ilə bağlı ciddi hazırlıq işləri görülürdü. Onu
əhatə edən insanların hər biri
bu prosesdə iştirak
edirdi. Bu münasibəti,
məhəbbəti əməlləri, yüksək keyfiyyətləri
ilə qazanmışdı. Onun yaxın dostu, yazıçı, alim,
pedaqoq Əkbər İrəvanlı da ailəsi ilə bu
yubileyə hazırlaşır və onlara
gəlirlər. Bu ərəfədə Mir Cəlal evə gəlib, həyat
yoldaşı Püstə xanıma deyir ki, əlini saxla, dostum Mikayıl Rəfili dünyasını dəyişib.
Yubiley təxirə salınır. O, hadisələrə,
ətrafa laqeyd qala bilmirdi. Belə insanla
bağlı radio oçerk
hazırladım. Hər zaman
aktuallığı, tələbi nəzərə alıb, bu çərçivədə
yaradıcılıq yolumu davam
etdirmişəm. Bakıda keçirilən Dünya Din Liderlərini
Bakı Sammitindən hazırladığım “Tarixin yaddaşı. Bakı sammiti”
filmi yüksək səviyyədə bəyənildiyinə
görə, rus, ingilis,
və ərəb dillərində hazırlanıb bütün dünyaya
yayıldı. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin ölkədə korrupsiyaya qarşı mübarizə ilə
bağlı imzaladığı Sərəncama əsasən,
“Korrupsiyaya qarşı hamılıqla
mübarizə” 36 dəqiqəlik film çox böyük rəğbətlə
qarşılandı.
- Sözsüz
ki, yaradıcılığınız bu fəaliyyət və mövqeyinizə
görə mükafatsız qalmayıb?
- Mənim ən böyük
mükafatlarım qəhrəmanlarımın, eləcə də,
tamaşaçıların yaradıcılıq yolumu qiymətləndirməsidir. Ən səmimi
fikirlərdə yaradıclıq qiymətimi almışam. Bu, mənim mənəvi dünyama
rahatlıq çökdürüb. Filmlərimə
verilən qiymət yaddaşımın silinməz səhifəsinə
çöküb. A.Şaiq
yadigarı Kamal Talıbzadə haqqında
çəkdiyim “Bir ocağın nuru” filmdən sonra filmimin qəhrəmanı
mənə bildirdi ki,
həyatımda iki Rəfiqənin rolu olub. Birinci
ömür yoldaşım Rəfiqə mənim
həyatımı, ikinci Rəfiqə isə
yazıçı mənim abidəmi qurub.
- Sizin mənəvi
dəyərlər, vətənə bağlı olan hissləriniz xalq şairi Nəbi Xəzrinin diqqətindən kənarda
qalmayıb.
- Bəli, N.Xəzrinin mənə
həsr etdiyi şeiri
yaradıcılığıma olan diqqətin
təzahürüdür:
Sənətə yol açdın ekranlarda
sən,
Sənə minnətdaram sənət
adından
Bir də ki, bir də ki, millət adından
Bizə müqəddəsdir sənin
paklığın,
Sən ki,
memarısan xeyirxahlığın!
- Bildiyimiz kimi, Azərbaycanın dövlətçiliyi,
ərazi bütövlüyü uğrunda
mübarizə aparan, şəhid olan vətən oğllarının da döyüşkən ruhu
yaradıcılığınızdan yan
ötməyib.
- Dövlət sifarişi
ilə milli qəhrəmanlar silsiləsindən
olan filmlər üzərində bu gün də
çalışıram. Ssenari müəllifi
olduğum Azərbaycanın Milli Qəhrəmanı “Koroğlu
Rəhimov” film ekran həyatı
yaşayıb. Hazırda bu işin davamı olaraq 10 filmin ssenarisinin
hazırlanması mənə həvalə edilib.
“/Fred/ Asif Məhərrəmov”,
“Yuri Kovalyov”, “Vəzir
Orucov” kimi filmlər bu seriyadandır ki, üzərində
ciddi çalışıram. Bədii
ümumiləşdirmələr əsasında
yaratdığım qəhrəmanlar xalqın iradəsini
üzə çıxarır. Azərbaycan reallıqları, tarixin reallıqları sözün
yaratdığı məntiq və güc
ilə rəngində, boyasında özünü
büruzə verir.
- Şaxəli
yaradıcılıq yolunuz bizlərə
bəllidir. Yaxşı olardı ki, sözlü-soraqlı
dünyanızın çoxlarına bəlli olmayan
səhifələrini də vərəqləyək. Sizin yaradıcılıq dünyanızın
fövqündə mənəvi yüksəklik, ucalıq kimi məfhumları görürük.
Ziyalı düşüncəsi, vətənin alovunda, istisində yanmaq, amal və məqsəd yolunda
mübarizədə fədakarlıq göstərmək yol
yoldaşınız, həyat meyarınızdır.
- Azərbaycan və onun torağına olan isti münasibət nəzm nümunələrimdə
misralara köçüb.
Qəlb dünyamın həssas, bakirə duyğularından
süzülən hisslər poeziyamın əsas mövzusuna çevrilib. Vətənpərpərlik,
Azərbaycana sevgi belə misraların
yazılmasında mənə hökmünü
verib. “Azərbaycan”, “Qarabağ”,
“Yurdum” kimi vətənlə
bağlı şeirlərimdə bu ali hissləri təcəssüm etməyə
çalışmışam. “Azərbaycan” şeirində vətəni
salamlayaraq, onun
hüsnünə olan heyranlıq hissimi, məhəbbətimi qələm
alıb, məğrur, ulu yurdun
dağını, daşını, hər bir
məkanını salamlayıram:
Təmizdir niyyəti, adı
xalqımın
Şöhrəti, sevgisi haqqdan yaranan.
Adı tək nur
saçan bütün
dünyaya
Salam, salam
Azərbaycan.
“Qarabağ”
şeirimdə isə illərdir düşmən əlində
olan yurdun gözəlliyi
vəsf olunub. Seyidin,
Cabbarın, Xanın, Bülbülün bu torpaqda fəryadı, səsi
var. Belə bir məkanı
unutmaq, onun tarixindən
uzaq düşmək qeyri-mümkündür.
-
Yaradıcılığınızla bahəm ictimai
fəaliyyətiniz də bizə bəllidir. Bu
fərqli yolları birləşdirən nədir?
- Bəli, mən ictimai fəaliyyətimi diqqətdə
saxlamışam. YAP Binəqədi təşkilatının
idarə heyətinin və şuranın üzvü
olmuşam. Hazırda təşkilatın şura üzvüyəm. Fəaliyyətimdə
hər zaman partiyanın bütün
tapşırıqlarını yerinə yetirməyə
çalışmışam. Azərbaycançılıq
ideyasını hər şeydən yüksək tutaraq bütövlüdə həyatımı,
fəaliyyətimi məhz bu ali məfhum üzərində kökləmişəm.
Zümrüd
Səs.- 2012.- 19 yanvar.- S. 12.