Azərbaycançılıq ideyası və diaspor quruculuğu

 

Diaspor quruculuğunda azərbaycançılıq ideologiyasının rolundan danışarkən olduqca əhəmiyyətli bir amil - “vətəndaş cəmiyyəti” anlayışı xüsusi qeyd edilməlidir. Azərbaycançılıq məfkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq, respublikamızın ərazisində yaşayan və ya başqa ölkələrə köçmüş bütün vətəndaşlara hüquqi və mənəvi müstəvidə bərabər münasibət bəslənilir. Məhz buna görə ötən əsrin 1990-cı illərinin ortalarından digər ölkələrə mühacirlik etmiş qeyri-azərbaycanlı vətəndaşlar, ilk növbədə ruslar, yəhudilər və başqaları Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qurur və onların işində iştirak edirlər. Yəqin ki, ölkəmiz üçün bunun nə qədər əhəmiyyətli olduğunu izah elməyə ehtiyac yoxdur.

Bu faktlar bir daha azərbaycançılıq məfkurəsinin dövlətçilik təfəkkürünə əsaslandığını əks etdirir. Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların Vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır.

Bu konseptual ideya özlüyündə əhəmiyyətli olmaqla bərabər, xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün də fəlsəfi əsas yaradır. Məhz bu ideoloji zəmin xaricdə yaşayan azərbaycanlılarla işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, digər tərəfdən, onları ölkəmizdəki müxtəlif layihələrə cəlb etməyə və beləliklə də, Vətənə daha sıx bağlamağa imkan vermişdir. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanuna uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikası vətəndaşlığına qəbulu barədə vəsatət qaldıran soydaşlarımızın müvafiq dövlət rüsumunu ödəməkdən azad olunması, onlar üçün iqtisadisosial güzəştlərin və əlverişli şəraitin nəzərdə tutulması bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Böyük siyasi və idarəetmə təcrübəsinə malik Heydər Əliyev dövlət idarəçiliyi və xarici siyasətin bütün istiqamətlərinə, xüsusən, Azərbaycan diaspor quruculuğuna xüsusi diqqət yetirdi, onu həm dövlət quruculuğunun, həm də xarici siyasətin mühüm tərkib hissəsi hesab edirdi.

Yuxarıda Dünya Azərbaycanlılarının I Qurultayında azərbaycançılıq ideologiyasının formalaşnıasının əsası qoyulduğundan ötəri bəhs etmişdik. Ancaq Heydər Əliyevin azərbaycançılıq ideologiyasının reallaşması və bütün azərbaycanlıların mənəvi sərvətinə çevrilməsi sahəsindəki əvəzsiz tarixi xidmətləri barədə daha geniş və hərtərəfli şərhə ehtiyac vardır. M.Kazımov yazır ki, “Heydər Əliyevin ən böyük xidmətlərindən biri ölkədə azərbaycançılıq ideologiyasının yaranması və möhkəmlənməsi, onu bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının milli ideyasına, ümummilli ideologiyasına çevirməsi oldu”.

Ulu Öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I qurultayında dövlət siyasətini səciyyələndirərkən, onun ən üstün hissəsini vurğulamışdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” (34). Bu baxımdan, dövlət siyasətinin strategiyası olan “azərbaycançılıq” Azərbaycan cəmiyyətinin bu günü və gələcəyinin müasir ideoloji qavrayışı ilə sıx çulğaşır.

Ulu Öndər Heydər Əliyev bu haqqında çox gözəl demişdir: Bizim hamımızı - azəbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir-ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir” (34).

Heydər Əliyev azərbaycanlıların öz milliliyini, daim öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağa bütün azərbaycanlıları birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası olduğunu, azərbaycançılığa sadiq olmağı israr edirdi.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Ulu Öndərin fikrincə, azərbaycançılıq öz milli mənsubiyyətini milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni  zamanda, onların  ümumbəşəri  dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. O, I qurultayın azərbaycançılıq ideyalarının həyata keçirilməsi üçün, dünya azərbaycanlılarının həmrəyliyinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün çox mühüm tarixi bir mərhələ olduğunu göstərirdi. Göründüyü kimi, azərbaycançılıq ideologiyası Azərbaycan lobbisini formalaşdıran qüvvələrin, Azərbaycanın mənafeyinə xidmət etməyi qarşısına məqsəd qoyan təşkilatların, şəxslərin fəaliyyətinin mühüm siyasi-ideoloji, mənəvi əsasını təşkil edir.  Lobbiçilik hərəkatında onun səfərbəredici təsir gücündən səmərəli istifadə olunmalıdır.

M.Kazımov haqlı olaraq Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını millilik, dövlətçilik, dünyəvilik, insanlar - vətəndaşlararası bərabərlik və bütövlükdə milli tərəqqinin təşkil etdiyini, Şərq və Qərb dəyərlərinin sintezindən ibarət olduğunu, bu ideologiyada mədəni inteqrasiya, mədəniyyətlərarası dialoq, ünsiyyət, mədəni dəyərlərin birləşdiyini, onun milli, bəşəri, dünyəvi bir təlim olduğunu, Azərbaycan dövlətçiliyinin ideoloji əsası olduğunu, azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin müəllifi Ümummilli Lider olan ilk Milli Konstitusiyada öz əksini tapdığını qeyd edir: “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan... vətəndaşlardan ibarətdir”. Bu ideologiya ictimai və şəxsi mənafelərin vəhdət təşkil etdiyi bir təlimdir.

Heydər Əliyevin fəlsəfi görüşlərində milli həmrəylik problemi aktuallıq kəsb edir, bunun əsasında isə məhz birləşdirici milli-mənəvi amil - azərbaycançılıq durur: “Həmrəylik hər bir xalqın inkişafı üçün ümdə sosial-siyasi və mədəni tarixi faktorlardan biridir. Bu bəşəri fenomenin müasir milli inkişafı üçün danılmaz rolunu layiqincə qiymətləndirən görkəmli dövlət başçısı Heydər Əliyev həmişə belə bir həqiqəti aşılayır ki, müstəqil Azərbaycanın sabitliyi şəraitində azərbaycanlıların həmrəyliyinə nail olunması üçün müxtəlif səbəb üzündən müxtəlif xarici ölkələrdə yaşayan həmvətənlərimizlə cəmiyyətin əlaqəsini yaratmağı zəruri edir”.

Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların milli həmrəylik hissini itirməmək şərtilə yaşadığı ölkənin qayda-qanunlarına riayət etməsini  tövsiyə edirdi, O, eyni zamanda, azərbaycanlıların bir-biri ilə həmrəyliklərinin və Azərbaycan dövləti ilə əlaqələr yaratmasını “tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxması” kimi dəyərləndirirdi.

Heydər Əliyev bütün azərbaycanlıları birləşdirən prinsip və keyfiyyətləri göstərərək, onların milli mənsubiyyət, tarixi kök, milli-mənəvi dəyərlər, milli mədəniyyət, adət-ənənələrdən və s. ibarət olduğunu göstərirdi.

Heydər Əliyev uzaqgörənliklə Azərbaycanı dünya birliyində layiqli yer tutmasında güclü amil olan Azərbaycan diasporunun formalaşmasını azərbaycanlıların milli həmrəyliyi və azərbaycançılıq ideologiyasının dünya miqyasında reallaşması zəruriliyini dərk edirdi.

Azərbaycanlıların xaricdə ictimai-mədəni fəallığını sistemləşdirmək üçün bir sıra cəhətləri xüsusilə nəzərə almaq vacibdir -xaricdə yaşayan azərbaycanlıların milli mədəniyyətlə bağlı fəaliyyəti, - onların məskunlaşdıqları ölkələrin yerli mədəniyyətinə və dünya mədəniyyətinə, incəsənət və elminə verdiyi töhfələr,  -həmvətənlərimizin Azərbaycanla mənəvi-mədəni əlaqələri; - diaspor nümayəndələrinin mədəni, elmi nailiyyətlərinin ölkəmizdə təbliği və araşdırılması, - Azərbaycanda elm və mədəniyyət sahəsində baş vermiş yeniliklərin diaspor vasitəsilə xaricdə təbliği.

Qeyd olunanlar ümummilli məsələlər - milli birliyin təminatı. Azərbaycanın dünyaya inteqrasiyası, mədəniyyətimizin bütövləşməsi, vahid Azərbaycan ideyasının yayılması kimi məsələlərin həllində vacib amillərdəndir.

Odur ki, diaspor quruculuğu, lobbiçiliyin təşkili ilə birbaşa bağlı olan bu məsələlərin həllində ideoloji zəmin məhz azərbaycançılıq ideyasıdır.

S.Xəlilov “Milli təhlükəsizlik milli mənlik şüuru kontekstində” əsərində Heydər Əliyevin azərbaycançılığın milli və ümumbəşəriliyin vəhdəti kimi gerçəkləşməsindəki rolunu düzgün şərh etmişdir.

Azərbaycançılığı harada yaşamasından, habelə, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının siyasi mənafelərini özündə ehtiva etdiyini, başqa millətdən olan sabiq Azərbaycan vətəndaşlarının lobbiçilik fəaliyyətinin də əsaslı olduğunu iddia edən Səlahəddin Xəlilov göstərir ki,  “Heydər Əliyevin azərbaycançılıq ideyasında dünya azərbaycanlıları ilə əlaqə, ünsiyyət, birgə fəaliyyət proqramı və konsepsiyasının səciyyəvi cəhətləri qabarıq nəzərə çarpır.   Azərbaycan  dövləti     xalqı  qarşısında   onların   vəzifələri,  borcları, öhdəlikləri Azərbaycan dövləti və xalqının öz vətəndaşları, soydaşları qarşısında məsuliyyəti, öhdəliyi, borcu, vəzifəsidir” .

S.Xəlilov çox düzgün olaraq Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq    ideologiyasını    bir    tərəfdən    ölkənin    etnik-milli birliyinin təminatçısı, digər tərəfdən ümumi müqəddəs məsləkə nail olmaq üçün dövlətin təhlükəsizliyini özündə ehtiva etdiyini, milli həmrəyliyi vahid məqsəd naminə səfərbəredici ideoloji gücə çevirdiyini göstərir.

S.Xəlilov da  Heydər Əliyevin  azərbaycançılıq ideologiyasının  milli   və ümumbəşəriliyin  vəhdəti  olmasını  bir daha  təsdiq  edir. Müəllifin fikrincə, azərbaycançılıq Azərbaycanda     milliyyətindən asılı olmayaraq, bütün azərbaycanlıların   ideologiyası olduğu kimi, xaricdəki soydaşlarımızın da ideologiyasıdır. Belə ki, onlar “rəsmi vətənlərilə yanaşı, həm də özünün mədəni- mənəvi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun nüfuzunu uca tuturlar. Bundan  əlavə milliyyətcə  azərbaycanlı  olmasa   da,  bir  neçə  nəsil Azərbaycanda yaşamış və Azərbaycanı özünün tarixi Vətəni sayan insanlar, xristian      yəhudi     olmalarına, başqa millət nümayəndəsi olmalarına baxmayaraq,   Azərbaycan Respublikasının maraqlarına  xidmət etməklə   ümumi   Azərbaycan mədəniyyətinə qatılmaqla  azərbaycançılıq   məfkurəsinin iştirakçısı və təbliğatçısı olurlar”.

Qüvvələrin   sınaq   dövrü   bitdikdən   sonra   ölkənin   siyasi   quruluşunu təkmilləşdirmək,   yeni    şəraitə   uyğun   gələn   milli   ideologiya   hazırlamaq, iqtisadiyyatı modernləşdirməyin səmərəli yollarını axtarmaq, habelə, dövlətin mənafelərinə cavab verən siyasət işləyib hazırlamaq və həyata keçirmək dövrü başladı. Belə   bir  şəraitdə milli   ideologiya   sağlam vətənpərvərlik Vətənə məhəbbət  hissi   kimi   öz   torpağına hörmət, doğma   xalqının   özününəməxsus keçmişinə hörmət kimi öz hüquqlarını tanımaq kimi meydana gəldi. B.Arzumanlı milli ideologiyanın həyati gücə malik ideya olduğunu diqqətə çatdırır: “Tarixi yaddaş konyunkturaya müvafiq surətdə yenidən formalaşdırılması mümkün olan ölü material deyildir, əksinə, öz kökləri ilə güclü, öz təzahürlərində bənzərsiz və öz imkanlarında qüdrətli olan canlı orqanizmdir”.

Cəmiyyət insan şəxsiyyətinin inkişafını təmin edən adamlarda mənlik və ləyaqət, haqq-ədalət, qanuna hörmət hissləri doğuran biliklər sisteminin ideologiyanın zəruriliyinə daim ehtiyac duyur. Belə sistemi yalnız keçmişbu gün barədə dərindən fikirləşmək, gələcək üçün proqnozlar vermək gücünə malik olman fikir, hisslər, intuisiyasair xüsusiyyətlərin sintezindən ibarət olmalı, mənəviyyatla, əxlaqla birləşməlidir. Ötən illərin tarixi təcrübəsi göstərmişdir ki, cəmiyyətdə canlı və anlaşıqlı ideya olmadıqda, dövlətin və millətin siyasi, iqtisadi və mənəvi inkişafının əsasları sayılan ideoloji oriyentirlər olmadıqda hökmən boşluq yaranır və o, müxtəlif və çox vaxt bir-birinə zidd, ənənəvi sosial-mədəni normalarla vəhdət təşkil etməyən siyasi nəzəriyyə və ideologiyalarının qarışığı ilə dolur. Bu, dövlətçiliyin formalaşması prosesinə və millətin simasına mütləq təsir göstərir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.-19 yanvar.-S.10.