Azərbaycançılıqla
neokonservatizmin qarşılıqlı
münasibətləri
Özünün bütün tərkib hissələri ilə
birlikdə azərbaycançılığı tamamilə milli ideologiyanın konkret,
spesifik forması hesab
etmək olar. Azərbaycançılığın
təkcə bir cəhəti çərçivəsində
qapanıb qalmaq olmaz. Çünki bu halda biz ölkədə yaşayan bütün
etnosların həmrəyliyinin, sabit, tarixən
perspektivli cəmiyyətin şərti kimi onların qarşılıqlı fəaliyyətinin
əsası kimi azərbaycançılıq
ideyasını, sadəcə olaraq, köklü surətdə əhatə edə
bilmərik.
Milli dövlət
ideologiyası kimi azərbaycançılıq
ümumi tarixlə, onlarca
millətin və etnik qrupun
bir ərazidə birgə
yaşayış təcrübəsi, onların psixoloji xüsusiyyətlərinin
yaxınlığı, ümumi mental səciyyəsi ilə şərtlənir.
Azərbaycançılıq ölkəni mənəvi və
fiziki baxımdan zəiflətmək cəhdlərindən
qoruyan ideologiyasıdır. Bu ideologiya unitar,
hüquqi və demokratik
dövlət kimi Azərbaycanın
möhkəmlənməsinə və inkişafına xidmət
edir. Azərbaycançılın müstəqil
və bənzərsiz Azərbaycanı sivilizasiyalı dövlətlər
sırasına çıxaracaq bir yoldur. Ali ümummilli
və ümumbəşəri dəyərlər
dünyasına qovuşdurmaq üçün çox böyük əhəmiyyətə malikdir.
Akademik Ramiz Mehdiyev düzgün olaraq qeyd etmişdir ki, azərbaycançılığın məzmunca
mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin,
ənənələrin, konfessiyaların üzvi
şəkildə vəhdətini təşkil edir.
Azərbaycançılıq keçmiş
tarixi dövrlərin mifiologiyasını,
mədəni kodlarını və rəmzlərini mənimsəyərək,
onlardan yeni
ideyaları əsaslandırmaq və milli
dövlətin inkişafının yeni
istiqamətini müəyyənləşdirmək üçün istifadə edir.
indi o, cəmiyyətimizdə
ən qurucu və dinamik
qüvvədir. Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları
və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə
və xalqın milli-mədəni eyniyyətini qoruyub
saxlamağa qadirdir. Təbii ki, milli
birliyə mənsubluq hissi həyatın
özünə də məna verir və onun əhəmiyyətini müəyyən edir, qarşılıqlı məsuliyyət və
ümumi işə bağlılıq hissini gücləndirir, tənhalıq və qəriblik
hissini aradan
qaldırmağa kömək edir. Bu ideologiya Azərbaycanda vahid cəmiyyət və vahid
xalq formalaşdırır.
Onu
da nəzərə almaq
lazımdır ki, cəmiyyətin
kosmopolitləşməsi, simasızlaşması və buna müvafiq olaraq öz kökündən
qopmaq meyilləri gücləndikcə, bu tələbat nəinki azalmır, hətta
müəyyən şəraitdə qat-qat
artır.
Belə vəziyyətdə məhz dövlət - insan birliyinin bu özünütəşkil forması bir çox sosial fenomenlərin formalaşması və
institusionallaşmasının amilinə çevrilir.
Azərbaycançılıq hər
kəsin hüquq və
azadlıqlarının təmin olunduğu
siyasi və dövlət quruluşunun
milli mahiyyətinə, inkişaf
strategiyasına, formasına etnosiyasi
baxış kimi çıxış edir. Azərbaycançılıq
cəmiyyətin normativ dəyərlərinin
vəhdətinə- dövlət- hüquq
düşüncəsinin, əmək və işgüzar
etika tərbiyəsinə, mənəvi dəyərlərə
qovuşmağa səmtlənir və beləliklə
də, növbəti dəfə nekonservatizmələ
çuğlaşır. Azərbaycançılıq güclü dövlət hakimiyyətinin və
möhkəm milli intizamın, milli maraqların və milli
özünüdərkin olmasını istəyir. O, ən
müxtəlif sosial təbəqələrdə
həmrəylik axtarır, daimi, lakin mötədil, millətin və dövlətin
real imkanlarından irəli gələn reformizmi təbliğ edir.
Azərbaycançılıq
ideologiyası türkçülüyü,
islamçılığı və s. əhatə
etsə də, nə türkçülüyə, nə də
islamçılığa daxil olmayaraq, daha geniş və daha konkret azərbaycançılıq
xalqımızın çox əzab-əziyyətlər
bahasına nail olduğu
tarixi sərvətdir. Bu, ilk növbədə, real müstəqilliyə nail
olmağın, vahid və bölünməz
Azərbaycanın qorunub saxlanılması
və möhkəmləndirilməsinin siyasi
əsasıdır. Bu gün azərbaycançılıq
ölkədə həyatın ahəngdarlığının,
konfessiyaların dinc yanaşı yaşamasının,
ölkədə yaşayan bütün etnosların qardaşcasına
qarşılıqlı əlaqəsi və təsirinin
çoxəsirlik ənənəsi, onların ümumi
taleyi və gələcək müstəqil
Azərbaycanın bütövlüyü,
inkişafı və firəvanlığı uğrunda
birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.
Azərbaycançılıq
ideologiyasında vahid polietnik
toplumun Azərbaycan dövlətçiliyinin
yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın azad
iqtisadiyyatın, sosial həyat şəraitinin
inkişafı uğrunda mübarizəsinin
məqsədləri öz əksini
tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil
Azərbaycanın fəlsəfi-sosial doktrinasının
sosiomədəni və etnik-geosiyasi cəhətlərini
özündə birləşdirmişdir. O,
qarşılıqlı dəstək, əməkdaşlıq
və bərabərliyin mühüm əsasını
təşkil edir.
Deyilənlərdən görünür ki,
ideya-nəzəri və siyasi baxımdan
azərbaycançılıq və neokonservatizm
bir-biri ilə sıx bağlıdır.
Azərbaycançılıq coğrafi məkan
baxımından neokonservatizmin milli variantı, onun prinsip və ideyalarının Azərbaycanın
konkret şəraitində təcəssümüdür.
Azərbaycançılıq və
neokonservatizm bir-birini
zənginləşdirərək, vahid tam kimi
çıxış edirlər. Buna
görə də azərbaycançılığın milli ideologiya kimi qəbul edilməsi ölkəmizin
sivilizasiyalı dövlətlər sırasına daxil olması, ümumdünya
oriyentirləri və meyilləri kontekstində daha
uğurlu inkişafı üçün
möhkəm zəmin yaradır.
Neokonservatizm və azərbaycançılıq
xalqın sağlam düşüncəsinə,
zəkasına, vətənpərvərliyinə əsaslanır.
Vətənpərvərlik isə öz vətəninə,
ölkəsinə, xalqına məhəbbət deməkdir və
onun şovinizm ilə,
milli müstəsnalıq və etnoeqoizm ilə heç bir əlaqəsi yoxdur.
Zəngin keçmişi
olan Azərbaycan dövləti bütün cəmiyyətin ali
mənafelərinin təcəssümüdür. O mənafelərin
ki, vətəndaş onların naminə
təkcə öz mülkiyyətini deyil, həm də həyatını qurban verməyi bacarmalıdır. Tarixi
inkişafın mənasını, intellektual
fenomeni və mədəni irsi
özündə birləşdirən azərbaycançılıq
millətin birliyinə, onun ruhunun əzəmətinə və sosiumun fəaliyyətinin məqsədyönlülüyünə
çalışaraq gələcəyə körpü
olmağa qadirdir.
Dövlət siyasətinin strategiyası olan
azərbaycançılıq dolğun
ideologiyanın bütün keyfiyyətlərini
qazanır, Azərbaycan xalqının bu günü və gələcəyinin
qavranılması və qiymətləndirilməsini müəyyən
edir.
Dövlətçilikdən məhrum
olmuş xalqlar dünya tarixinin səhnəsindən
silinmişlər. Xalqın öz dövlətçiliyinə
münasibət dairəsi kifayət qədər genişdir. Bu münasibət
öz dövlətçiliyinə görə
qürur hissindən və dövlət
atributlarına çox böyük
hörmət etməkdən tutmuş ən
müxtəlif variantlarda özünü
göstərir. Bəzi tədqiqatçılar milli dövlət ideyasını beynəlxalq
münasibətlərin hakim
konsepsiyasına qurban verərək bu ideyanı tarixin arxivinə
göndərməyə nə qədər tələssələr
də, əslində, biz milli
dövlət modelinin müəyyən
modifikasiyası ilə qarşılaşırıq. Hər
bir dövlətin hər bir
vətəndaşına aydın olmalıdır ki, beynəlxalq münasibətlərin təşəkkül
tapmış müasir sisteminin
əsasını suveren dövlətlər
təşkil edir. Milli
dövlət öz suverenliyini
qorumağa, milli
rifahın maksimum səviyyəyə
çatmasına nail olmağa
çalışır və s. Məhz
belə qavrama prizmasından yanaşaraq, vurğulamaq
lazımdır ki, müasir
Azərbaycan dövləti öz vətəndaşlarının
təhlükəsizliyinə və sosial
rifahına təminat verməyə qadirdir.
Dünyanı öz gözəlliyi ilə
görməyə çalışan hər bir
insan təkcə milli
ənənəyə deyil, həm də dünya sivilizasiyasına mənsub olduğunu dərk etməlidir. Ailə, soy, icma, etnos,
dil birliyi həyatımıza
təbii surətdə daxil olmuş kateqoriyalardır. Lakin
daha yüksək, mücərrəd səpkili,
yəni millətin fövqündə duran
və onun dünyagörüşünün
formalaşmasında fəal iştirak edən
dəyərlər var. Bu,
milli ideya, milli ideologiyadır ki,
onların təsiri nəticəsində dünya
tarixi və siyasətinin müəyyənləşdirdiyi
məkanda millətlər və dövlətlər yaranır,
inkişaf edir,
yaşayır, öz nadirliyini
qoruyub saxlayırlar. Bu məkanın özünü sivilizasiya
telləri birləşdirir və bunlar bir regionun xalqları və
dövlətlərinin milli xüsusiyyətlərini
inkar etməyərək və kiçiltməyərək,
onların yanaşı yaşamasını və əməkdaşlığını
mümkün edir.
Akademik R.Mehdiyevin qeyd etdiyi kimi,
Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkədir.
Bizim sivilizasiyamızın əsası iki güclü qüvvənin
təsiri altında formalaşmışdır: Şərq təməli
və Qərb təsiri. Məlumdur ki,
xalqın ictimai-tarixi inkişafının
başlıca istiqamətlərini, onun xarakterini, dünya siyasi meydanında davranışın ən çox coğrafi determinizm amili müəyyən
edir. Mütəfəkkirlərin bir çoxu coğrafi mühiti siyasi həyat, dövlət quruluşu
formalarının və milli
varlığın digər formalarının determinantı kimi qiymətləndirirlər.
Azərbaycançılıq
dövlətçiliyimizin bir hissəsidir.
Dərk etmək lazımdır ki, biz keçid iqtisadi sistemi olan, vətəndaş cəmiyyəti təsisatlarının
formalaşdığı tranzitar cəmiyyətdə
yaşayırıq və Ermənistanla müharibə vəziyyətindəyik.
Belə bir şəraitdə azərbaycançılıq
inteqrativ ideoloji sistem kimi, “milli
ideya” forması kimi təsəvvür
edilir. Bu ideyanın əsasında
sivilizasiyalı Avrasiya birliyinin
bir hissəsi - özünəməxsusluğa,
ənənəyə, milli eyniyyətə
və mentalitetə malik Azərbaycan
haqqında təsəvvür dayanır.
Biz
“yenidən ideologiyalaşdırmaya və
ideologiyasızlaşdırmaya” çağırışlar dövrünü yaşayaraq
ideologiya barəsində elə bir konstruktiv baxışa
gəlib çıxmışıq ki, indi ideologiyanı obyektiv
surətdə zəruri və müsbət hal
kimi, siyasi vəzifələrin
həlli üçün lazımi vasitə
kimi, ölkəni modernləşdirmək
üçün çox
mühüm milli resurs kimi qavrayırıq.
Bununla
yanaşı, azərbaycançılıq bizim
üçün, ilk
növbədə, cəmiyyətimizdəki dəyərlərin
elə bir sistemidir ki, o, ayrıca bir vətəndaşın həyatını
azərbaycançılıqla neokonservatizmin
qarşılıqlı münasibətlərini daha dərindən dərk etmək üçün akademik R.Mehdiyevin dərin mənalı
aşağıdakı sözlərinə istinad
etmək olar: “Azərbaycançılıq
cəmiyyətin normativ dəyərlərinin
vəhdətinə - dövlət hüquq
düşüncəsinin, əmək və işgüzar
etika tərbiyəsinə, mənəvi həyatın
dəyərlərinə qovuşmağa səmtlənir
və beləliklə də, mühafizəkarlığa
yaxınlaşır. O, milli
maraqları ifadə edən güclü
dövlət hakimiyyətinin və yüksək milli intizamın, formalaşmış milli özünüdərkin olmasını tələb
edir, ən müxtəlif sosial
təbəqələrdə həmrəylik axtarır, daimi, lakin mötədil,
millətin və dövlətin öz
potensialından irəli gələn reformizmi
təbliğ edir.
Azərbaycançılıq
ideyasının dərk olunmasının əsasında Azərbaycan
xalqının tarixi, mənəvi-əxlaqi,
mədəni ənənələri zəminində birlik ideyası durur və
bu, nəinki indi, həm
də uzaq gələcəkdə azərbaycanlıların
təkcə bir yox, bir çox nəsillərinə
xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər
üçün həyatı,
azadlığı dərk etməyin ayrılmaz atributuna çevriləcəkdir.
Bu gün biz Azərbaycanda milli ideologiyanın formalaşmasının
şahidiyik. Millətin potensialının və ölkəni tərəqqiyə, firəvanlığa
doğru aparmağa qadir siyasi elitanın
olması onu göstərir ki, neokonservatizmin milli forması kimi azərbaycançılıq milli
ideologiyanın əsasıdır
və Azərbaycan dövlətinin bütün
tarixi boyu da əsas olaraq
qalacaqdır”.
VAHİD
ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2012.- 24 yanvar.- S. 12.