TARİXİN QARA LƏKƏSİ

 

Göstərilən bütün cəhdlərə və qəti etirazlara məhəl qoymayan Fransa Senatında “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarıldı. Bəlli olduğu kimi, Fransa Senatının Konstitusiya Komissiyası uydurma “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini rədd edib. Belə ki, komissiya hesab edirdi ki, bu qanun layihəsi sözfikir azadlığına ziddir. Qanunun qəbulu həm də Türkiyə-Fransa münasibətlərinin pozulmasına səbəb ola bilər ki, artıq bunun ilk işartıları görünməkdədir. Onu da qeyd edək ki, uydurma erməni soyqırımı Fransada rəsmi olaraq hələ 2001-ci il yanvarın 29-dan tanınır. Bunu təkzib edənlər, ya da əksini söyləyənlər Fransa Milli Assambleyasının 2006-cı il oktyabrın 12-də qəbul etdiyi qanunla 1 il həbsə məhkum edilir və 45 min avro həcmində cərimələnirdilər.

2011-ci il dekabrın 22-də Fransa Senatının alt palatası “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsi qəbul edib. Daha sonra isə Senatın Konstitusiya Komissiyasında rədd edilən qanunun dünənki müzakirələri gərgin keçib və 7 saatdan artıq çəkib.

 

ƏRDOĞAN: “BU, MAY AYINDA KEÇİRİLƏCƏK SEÇKİYƏ HESABLANMIŞ BİR KAMPANİYADIR”

 

Müzakirələr başlayan saatlardan Fransada yaşayan on minlərlə türk Senatın əsas giriş qapısının qarşısında aksiya keçiriblər. Bundan başqa, müzakirələr getdiyi müddətdə başqa ölkələrdə də Fransa səfirlikləri qarşısında aksiyalar keçirilib. Həmin saatlarda ermənilər də Senatın ön tərəfində aksiya təşkil ediblər, buna görə də təhlükəsizlik qüvvələri ciddi tədbirlər görüblər.

Hələ müzakirələr başlamamışdan öncə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirmişdi ki, “Fransa Senatında uydurma “erməni soyqırımı” haqqında qanun layihəsi qəbul olunarsa, bir daha bu ölkəyə getməyəcək. Lakin baş nazir bir daha diplomatik etika sərgiləyərək, qeyd etmişdi ki, Senat Fransanı öz dəyərlərinə zidd bir ölkəyə çevirməyəcək: “Müzakirə olunan qanun layihəsi Fransada fikirsöz azadlığına qarşı yönəlib. Bu, may ayında keçiriləcək seçkiyə hesablanmış bir kampaniyadır. Parisdə on minlərlə qardaşımız, soydaşımız bir araya gəlib bu qanuna etiraz edirlərsə, deməli, gələcəkdə bunun fəsadları çox ağır olacaq”.

 

NATALİ QULE: “ERMƏNİLƏR SOYQIRIMINDAN DANIŞIRLAR, AMMA BU MƏSƏLƏNİN OBYEKTİV ARAŞDIRILMASI ÜÇÜN ÖZ ARXİVLƏRİNİ GİZLƏDİRLƏR VƏ AÇIQLAMAQ İSTƏMİRLƏR”

 

Senatda isə gərgin müzakirələr, saatlarla davam edib. Müzakirələr zamanı çıxış edən senator Natali Qule Fransada prezident seçkilərinə az bir vaxt qalmış hakim partiyanın Senatdakı üzvlərinin bu qanun layihəsindən özləri üçün mənfəət götürmək istədiklərini bildirib. Aydındır ki, bu qanunun qəbulu sadəcə bir seçki oyunudur. üçün biz tarixi tarixçilərə buraxmırıq, məgər dünyada iddia olunan bütün soyqırımları tanımağa borcluyuq? Belə getsə, başqa xalqlar da bizdən oxşar qanunların qəbul edilməsini tələb edəcəklər. Ermənilər soyqırımından danışırlar, amma bu məsələnin obyektiv araşdırılması üçün öz arxivlərini gizlədirlər açıqlamaq istəmirlər. Bundan başqa, bu qanun layihəsinin qəbulu Fransa diplomatiyası üçün ağır nəticələr verəcək. Bu gün Ermənistan totalitar, avtoritar İran Rusiya rejimləri yanında Avropanın daim sadiq olan müttəfiqi Azərbaycana qarşı ərazi iddiaları edir, bu ölkənin ərazilərini işğal edib Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın Xocalı şəhərində yüzlərlə azərbaycanlıları qətlə yetiriblər. Bu yaxınlarda Nikolya Sarkozi Cənubi Qafqaz ölkələrində səfərdə olmuşdu. Fransa prezidenti nədənsə bu ölkələrə eyni diqqəti göstərmədi. Ermənistanda bir gün qaldı soyqırımı qurbanları abidəsinəəklil qoydu, Azərbaycanda isə cəmi bir-iki saat qaldı Şəhidlər Xiyabanına gedib əklil qoymadı. Bu cür münasibət göstərmək Fransa diplomatiyası üçün başucalığı deyildeyə senator bəyan edib.

Müzakirələr zamanı bu məsələnin gündəmdən çıxarılması ilə bağlı Konstitusiya Komissiyasının təklifi qəbul edilməyib. Senatın 167 üzvü məsələnin müzakirəsinin gündəlikdən çıxarılmasının əleyhinə, 86 üzvü isə lehinə səs verib. Onu da qeyd edək ki, müzakirələrdə Senatın 60 üzvü iştirak edib, digərlərinin adından isə vəkalətlərlə səs verilib. Qanun layihəsinin müzakirəsinin gündəlikdən çıxarılmasını istəyən Senat üzvləri buna etiraz olaraq Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini deyiblər.

Daha sonra bu qanunun Fransa Konstitusiyasına zidd olması təklifi səsverməyə çıxarılıb bu təklif rədd edilib. Səsvermənin nəticəsi belə olub.  81 lehinə, 171 əleyhinə.  Səsverməyə çıxarılan üçüncü təklif isə bu qanun layihəsinin komissiyaya göndərilməsi ilə bağlı olub. Bu təklif isə 42 səs lehinə, 196 səs isə əleyhinə olmaqla rədd edilib.

 

24 YANVAR 2012-Cİ İL, BAKI VAXTI İLƏ SAAT 01:30 - FRANSA DİPLOMATİYASININ SÜQUTU TARİXİ

 

Bundan sonra qanun layihəsi maddə-maddə səsə qoyulub. Bakı vaxtı ilə gecə təxminən saat 01:30 radələrində qanun layihəsinin qəbul olunması barədə rəsmi xəbər yayıldı. Qanun 127  lehinə,  86 əleyhinə olmaqla, qəbul edilib. Bununla da Fransa türk dünyasına qarşı xain bir addım ataraq, üzərinə qara bir ləkə götürdü. Bu qanunun qəbul olunmasının Fransa Konstitusiyasına zidd olduğunu bu cür məsələlərə qiymət verilməsinin tarixçilərin işi olduğunu söyləyənlərə prezident Nikolya Sarkozinin tərəfdarları belə cavab veriblər: “Əsil cavabdehlik tarixçilərdən çox, dövlətlərindir”.

 

FRANSA TARİXDƏ FACİƏLƏRLƏ ÜZLƏŞMİŞ ÖLKƏLƏR QARŞISINDA ÇƏTİN VƏZİYYƏTDƏ QALACAQ

 

İstər hüquqi istərsə ifadə azadlığı baxımından Fransa bu addımı ilə ciddi tarixi səhvə yol açmış oldu. Başqa tərəfdən, bu addım Fransa, Türkiyə Azərbaycan arasında qazanılmış dostluğun, etimadın itirilməsi kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, Fransa Konstitusiya Komissiyasının üzvü Jan-Jak Hyest bu qanunun bir sıra ciddi problemlərə səbəb olacağını istisna etməyib. J.Hyestin bu barədə hazırladığı hesabatda deyilir ki, qanun layihəsi Konstitusiyadakıcinayət cəzaların qanuniliyiprinsipinə uyğun gəlmir. Dırnaqarasıerməni soyqırımıhaqqında hüquqi qüvvəsi olan hər hansı beynəlxalq sənəd ya qərar yoxdur. Onun sözlərinə görə, 1915-ci ildə baş vermiş tarixi hadisələrə ədalətli, açıq yalançı faktlarla təsdiqlənən qiymət verilməməlidir. Raportda, həmçinin, “Erməni soyqırımı” inkar edənlərə cəza verilməsinin Avropa İnsan Haqları Konvensiyasının söz fikir azadlığı prinsipinə zidd olacağı əksini tapıb. Senator Hyest xatırladıb ki, Fransa tarixdə faciələrlə üzləşmiş ölkələr qarşısında çətin vəziyyətdə qalacaq həmin ölkələr Fransadan bənzər qanun layihələrinin qəbulunu tələb edəcəklər. Bu, həm Türkiyə ilə Fransa arasındakı münasibətləri, eləcə , Cənubi Qafqazdakı sülh sabitliyi poza bilər.

 

SARKOZİ AVROPADAN ÇOX ŞEY İSTƏYİR

 

Onu da əlavə edək ki, Fransa prezidenti Nikolya Sarkozi yeni ilin əvvəlindəerməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin hələ Senatda qəbulunu belə gözləmədən, bir az da irəli getmiş həmin məzmunlu addımın Avropa Birliyi miqyasında qəbulu üçün təlimat vermişdi. Başqa sözlə, Fransa Avropa BirliyininÇərçivə Qərarı”ndan istifadə olunaraq, Avropa Birliyi miqyasındaerməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiq olunmasını da istəyir.

 Qeyd edək ki, “Çərçivə Qərarı” 17 aprel 2007-ci ildə Avropa Birliyi Məhkəmə Daxili İşlər Şurası tərəfindən qəbul olunub. Qərar irqçilik şovinizmlə mübarizə məqsədi ilə qəbul olunub Avropa Birliyinə üzv dövlətlər qarşısında yəhudi soyqırımının inkarına görə cəzalandırmanı nəzərdə tutan qanunlar qəbul edilməsini şərt qoyub.

İndi Nikolya Sarkozinin təlimatı ilə Brüsseldə fəaliyyət göstərən fransız diplomatlar Avropa Birliyi Komissiyası Avropa Birliyi Şurası nəzdində hərəkətə keçiblər. Əgər qondarmaerməni soyqırımıdaÇərçivə Qərarıçərçivəsinə salınarsa, o halda, “erməni soyqırımı”nı inkar edənlər Avropa Birliyi ölkələrində 1 ildən 3 ilə qədər azadlıqdan məhrum ediləcəklər.

 

BU DA TÜRKİYƏNİN SANKSİYALARI !

 

Qondarmaerməni soyqırımı” inkara görə məsuliyyət nəzərdə tutan qanun layihəsi qəbul olunduqdan sonra Türkiyə Fransaya qarşı bəzi sanksiyalar tətbiq edəcəyini əvvəlcədən bildirmişdi. Belə ki, baş nazir Ərdoğan xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə AK partiyasının Baş Qərargahında keçirilən toplantıda Fransaya tətbiq ediləcək sanksiyalar müzakirə edilib. Fransaya yönələn iki mərhələli sanksiyalar arasında əsas müzakirə edilənlər bunlardır:

- Bütün beynəlxalq hüquqi yollar araşdırılacaq

- Sanksiyalar müvəqqəti deyil, qalıcı olacaq

- İlk qərarda qısa müddətə geri çəkilən Türkiyənin Fransadakı səfirinin bu dəfə qalıcı olaraq daha uzun müddətə geri çəkilməsi

- Diplomatik əlaqələrin ən aşağı səviyyəyə endirilməsi

- Dövlət sifarişlərində fransız firmalarının iştirakının qəti olaraq təmin edilməməsi

- Türkiyənin Fransadakı hərbi attaşesinin geri çağırılması. Fransanın Ankaradakı hərbi attaşesinin akkreditasiyasının ləğv edilməsi

- Türk hava sahəsinin fransız hərbi təyyarələrinə bağlanması

- Türk sərhəd sularının fransız hərbi gəmilərinə bağlanması

Qeyd edək ki, qanunun qəbulunun əleyhinə olan Senat üzvləri onun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşırlar. Bunun üçün 60 millət vəkili senatorun imzası lazımdır ki, hazırda bu istiqamətdə işlər aparılmaqdadır.

 

 

RÖVŞƏN NURƏDDİNOĞLU

 

 Səs.- 2012.- 25 yanvar.-S.13.