Zaman və mədəniyyətimiz...

 

Bu gün Azərbaycan dünya miqyasında yalnız zəngin var-dövləti, qədim adət-ənənəsi, gözəl coğrafı mövqeyi, apardığı düzgün daxilixarici siyasəti ilə deyil, eyni zamanda, özünün minilliklərdən gələn mədəniyyət və incəsənəti ilə də tanınır. Lakin son illər, dövlətin diqqət və qayğısından bəhrələnən bu mədəniyyət daha da pöhrələnib formalaşmağa başlamışdır. Bu illər milli mədəniyyətimiz dünya mədəniyyəti dənizinə axan nəhəng və güclü bir çaya bənzəyir. Bu çayın bol sulu qollarından birimilli teatr mədəniyyətidir. Tarixi hadisələrlə, ağrı-acılarla, sevgi-sevinclərlə zəngin olan mədəniyyət tariximizin yaddaşında dəyərli insanlar çox olub. Fərdi keyfiyyətləri ilə sayılıb-seçilən, milli mədəniyyətimizin təəssübkeşi və qoruyucusu Ulu Öndərimiz Heydər Əliyevin bu zənginliyi qoruyubinkişaf etdirməkdə xüsusi xidmətləri var. Xalqını, millətini öz şəxsi həyatından çox sevən bu müqəddəs insan gücünü-qüvvəsini xalqın inkişafına, millətin mədəniyyətinə sərf eləyib.

Ulu Öndər dərin biliyi, güclü yaddaşı, iti siyasəti ilə müstəqilliyimizi bərpa elədi. Özünün qurub-yaratdığı gənc dövləti ağlına, düşüncəsinə, bacarığına bələd olduğu etibarlı əllərə tapşırdı. 2003-cü il oktyabrın 15-də xalqın istəyi ilə İlham Əliyev Prezident seçildi. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi altında  elə həmin ildən ölkədə geniş islahatlar aparılmağa başlandı və quruculuq işləri daha  böyük vüsət aldı. 2006-2009-cu illər üçün teatrlarla bağlı Sərəncam imzalandı. Bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənətdə də Heydər Əliyevin ideyaları gerçəkləşdi.

Ölkə Prezidentinin imzaladığı sərəncamlara əsasən, Mədəniyyət və Turizm Nazirliyinin ötən son 7 ildəki fəaliyyəti, keçirilən irimiqyaslı beynəlxalq tədbirlər - Caz festivalları, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Muğam festivalları və simpoziumları, bir sıra tarixi abidə və folklor nümunələrinin YUNESKO-nun şah əsərləri siyahısına daxil edilməsi onu deməyə əsas verir ki, Azərbaycan mədəniyyəti bu gün çiçəklənmə dövrünü yaşayır və dünya Azərbaycan mədəniyyətinin bütün sahələri ilə tanışlıqdan məmnunluq duyur. 2006-cı il mayın 15-də cənab İlham Əliyev 75 nəfər səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə mükafatlar verilməsi üçün Sərəncam imzaladı. 2006-cı il mayın 16-da isə uzun illər fəxri ad gözləyən 66 nəfəri ölkə başçısı fərqləndirdi. Bu mədəniyyət və incəsənət xadimlərinə gələcək yaradıcılıq işlərində müvəffəqiyyətlə  çalışmaq, özlərini daha uğurlu realizə etmək üçün stimulinam verdi. 2006-2009-cu illər üçün imzalanan Sərəncama əsasən, 2009-cu ilin əvvəlində A.Şaiq adına Kukla, S.Vurğun adına Rus Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı istifadəyə verildi. Daha bir Sərəncam imzalandı ki, bu da üç teatrın birləşməsi haqqında idi. Teatrın potensial imkanları çoxaldı. Bununla da teatrımızın yeni inkişaf mərhələsi başladı. Moskva, Sankt-Peterburq, Türkiyə, İran, Tatarıstan və s. ölkələrə qastrol səfərləri başlandı. Dünyada tanınan ölkələr teatrımıza dəvətlər göndərməyə başladı.

Mən, xalq artisti Yasin Qarayev 40 ilə yaxındır Gənc Tamaşaçılar Teatrında çalışıram. Açığını deyim, tək mədəniyyət və incəsənətin deyil, bütövlükdə, Azərbaycanımızın inkişafında yüksək irəliləyişlər var. Bu gün 20 illik müstəqil ölkəmizi “Gülşən”, Bakımızı “Nağıllar aləminin Zümrüd şəhəri” adlandırırlar. Bu gözəlliyi yaradanlara eşq olsun,- deyirəm.

 

 

YASİN QARAYEV,

xalq artisti

 

Səs.- 2012.- 27 yanvar.-S.13.