Eurovision” müsabiqəsi Azərbaycan ilə Avropanın bir-birinə daha da yaxınlaşması üçün yaxşı fürsət olacaqdır

 

Geridə qoyduğumuz 2011-ci ildə Azərbaycan bir çox uğurlara imza atdı. Ölkəmizin dünya siyasi arenasında artan nüfuzu, sürətli iqtisadi inkişaf, idman sahəsində qazanılan uğurlar, mədəniyyət sahəsinə də sirayət etdi.

Ötən ilin may ayında keçirilən “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən EldarNigar ölkəmizə birincilik yaşatdılar. 1956-cı ildən keçirilən Avropanın bu mötəbər musiqi müsabiqəsində Azərbaycanın son 4 ildə iştirak etməsinə baxmayaraq, qalibiyyət qazanması ölkəmiz üçün böyük uğurdur. Sözsüz ki,  bu qələbə ilə beynəlxalq arenadakı nüfuzumuz daha da artdı. Biz təkcə neftimiz, siyasi, idman sahəsindəki uğurlarımızla yox, eyni zamanda, mədəniyyət sahəsindəki uğurumuzla da diqqətləri üstümüzə çəkmişik. Bu isə hələ başlanğıcdır. Buna isə ötəri yanaşmaq olmaz. Belə ki, bu qalibiyyət “Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin bu ilin may ayında Azərbaycanda keçirilməsinə səbəb oldu.

 

Ən gözəl təbliğat insanları dəvət etmək, onlara ölkənin necə inkişaf etdiyini əyani şəkildə göstərməkdir

 

Yanvarın 25-də “Buta Palaceda keçirilən təntənəli mərasimdə Bakı şəhəri “Eurovision-2012” Mahnı Müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etdi. “Eurovision-2011”ə ev sahibliyi etmiş Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim etdi. Bununla da Bakının “Eurovision-2012”yə ev sahibliyi rəsmən qəbul olundu.

Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrinin birində bildirib ki, çox məşhur beynəlxalq mahnı müsabiqəsində böyük qələbədən savayı, bu, bizə özümüzü olduğumuz kimi təqdim etməyə yaxşı imkan yaradacaqdır: “Əvvəlki dövrlərdə biz Azərbaycan haqqında danışmaq, ölkəmiz haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif, ölkələrə nümayəndələr göndərirdik. İndi isə, sözün yaxşı mənasında ən gözəl təbliğat insanları dəvət etmək, onlara ölkənin necə inkişaf etdiyini əyani şəkildə göstərməkdir. Bu mənada, Bakıda keçiriləcək “Eurovision” müsabiqəsi Azərbaycan ilə Avropanın bir-birinə daha da yaxınlaşması üçün yaxşı fürsət olacaqdır”.

Yarışmanın rəmzi açarının təqdim olunması mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı həyata keçirilən bütün tədbirlərin Azərbaycan rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirib: “Bu, bizə tam əminliklə deməyə əsas verir ki, bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşlarında silinməz iz qoyacaqdır”.

 

Azərbaycan bu yarışmaya çox ciddi, sevinc, maraq məsuliyyətlə hazırlaşır

 

40 ölkədən gələcək minlərlə qonağı qarşılamaq müsabiqəni lazımi səviyyədə keçirmək kifayət qədər məsuliyyətli işdir. Təsadüfi deyil ki, uğurlarımızı gözü götürməyən bəzi qüvvələr Azərbaycanın bu cür böyük miqyaslı tədbirin keçirilməsinə hazır olub-olmamasına dair tez-tez fikirlər səsləndirir.

Bakıda səfərdə olan “Eurovision” layihəsinin rəhbəri Yan Ola Sand müsahibəsində deyib ki, biz çox gözəl bir hadisənin ərəfəsindəyik: “Bir neçə dəfə ölkənizdə olduğum üçün Azərbaycanın bu yarışmaya çox ciddi, sevinc, maraq məsuliyyətlə hazırlaşdığının şahidiyəm. Bu tədbirin Azərbaycanın hüdudlarından kənarda yayımlanmasının ən müasir texnoloji vasitələrlə həyata keçirilməsi üçün görüləcək işləri yüksək qiymətləndirirəm”.

Düsseldorf şəhərinin meri Dirk Elsbers mərasimdə çıxışı zamanı qeyd edib ki, “Eurovision-2011” Mahnı Müsabiqəsi, doğrudan da, həm Düsseldorf şəhər sakinləri üçün, həm qonaqlar üçün həddən artıq təntənəli mərasimə çevrilmişdi: “Düsseldorfdan sonra bu mərasimə ev sahibliyi edəcək şəhər məhz Bakı olmuşdur. Ümidvaram ki, bu il - 2012-ci ildə sizdə baş tutacaq bu mahnı müsabiqəsi bizdəki kimi, təmtəraqlı hərarətlə keçiriləcəkdir. Bu rəmzi açarın Bakı merinə təhvil verilməsindən, həqiqətən, böyük məmnunluq şərəf duyuram ki, bundan sonra “Eurovision” müsabiqəsinə məhz Bakı rəsmən ev sahibliyi edəcəkdir”.

Azərbaycana ilk dəfə səfər edən “Eurovision-2010” müsabiqəsinin qalibi Lena Mayer isə Bakıda ən çox işıqlı küçələri bəyənib: “Bakı mənim çox xoşuma gəldi. Xüsusilə, Bakının küçələrini çox bəyəndim, otelləriniz çox yaraşıqlıdır. Ən əsası insanlarınız çox mehriban gülərüzdür. Bu, çox gözəl haldır mən bu şəhərdə özümü çox gözəl hiss edirəm. Növbəti dəfə bu ölkəyə gəlmək istərdim. Bu səfərim qısa olsa da, növbəti səfərimin daha uzun olmasını istərdim. Şəhəri doyunca gəzmək arzusundayam”.

 

Öz məşəlini alovlandır

 

Odlar Yurdu Azərbaycanda keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsinin loqosunda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhpərvərliyi təcəssüm etdirən günəş, ayulduzlar təsvir olunub.

Könlümüzə hərarət verən od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü tapır. Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov demək olar ki, bir-birindən çox fərqli naxışlarla mədəniyyət incilərimizdə əks etdirilib. Ona görə də “Eurovision-2012” Mahnı Müsabiqəsi “Light your fire” (Öz məşəlini alovlandır) şüarı altında keçiriləcəkdir.

Bundan başqaEurovision” Mahnı Müsabiqəsinin rəsmi saytı olaneurovison.tv” Azərbaycanın ev sahibliyinə uyğun şəkildə hazırlanıb. Saytda bu il Azərbaycanda keçiriləcək 57-ci “Eurovision” müsabiqəsinin loqo və şüarı yerləşdirilib. Arxa fon olaraq narıncı rəngə üstünlük verilib. SaytLight your fire” və odla butanın əks olunduğu loqosunun görüntüsü ilə açılır.

Müsabiqə mayın 22-də Avropa vaxtı ilə saat 21.00-da başlanacaq. Yarışmada iki yarımfinal, bir final mərhələsi keçiriləcəkdir. Müsabiqəyə, ümumilikdə, 43 ölkə qatılacaq. “Böyük beşlikolan Almaniya, Fransa, Böyük Britaniya, İtaliyaİspaniya, eləcə də, müsabiqənin ötənilki qalibibuilki ev sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcəkdir.

Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu isə bu ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” Mahnı Müsabiqəsinin Bayraq Meydanında inşa olunanBaku Crystall Hallda keçirilməsi barədə qərar veriblər. Bakıda səfərdə olan Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu müsabiqənin Azərbaycanda təşkilatçısı və yayımçısı olan İctimai Televiziyanın təklif etdiyi məkanı bəyənib.

Müsabiqə üçün hazırlanan “Baku Crystal Hall” 23 minə kimi izləyicini qarşılaya biləcək açıq tipli arenadır. Avropa Yayım Birliyinin icraedici supervayzeri Jon Ola Sand bildirib ki, “Eurovision-2012” Mahnı Müsabiqəsini tamamilə yeni, müasir konsert salonunda keçiriləcəyinə görə sevinc hissi duyur: “İndi biz əminik ki, tikinti işləri vaxtında bitəcək, biz müsabiqəni səbirsizliklə gözləyə bilərik”

 

 

Cabir

 

Səs.-2012.-27 yanvar.-S.6.