İlham Əliyev
və azərbaycançılıq
Ulu Öndər Heydər Əliyevin bütün
uğurların fövqündə duran məslək, milli ideya
və qüdrətli məfkurə-azərbaycançılıq
ideologiyası - milli-mənəvi dəyərlərin
qorunması, təbliğ edilməsi sahəsində irəliləyişlərin
rəhni baxımından mükəmməl bir ideologiya və
dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar
olmuş və Ulu Öndərin layiqli siyasi varisi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla inkişaf etdirilir.
Vaxtilə “Bizim üçün bir tarixi amil-azərbaycançılıq
ideologiyası var” deyən Ulu Öndər Heydər Əliyevin
qənaətincə, bu, Azərbaycan insanının dövlətçilik
düşüncəsinin əsasını təşkil edən
milli, mənəvi, mədəni, ədəbi, tarixi, siyasi,
iqtisadi dəyərlər sisteminin ümumiləşdirilmiş
məcmusudur. Ulu Öndər “Müstəqil Azərbaycan
dövlətinin əsas ideyası Azərbaycançılıqdır.
Hər bir azərbaycanlı öz milli mənsubiyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq... Azərbaycanlılar harada
yaşamalarından asılı olmayaraq, daim öz milli-mənəvi
dəyərlərinə, milli köklərinə sadiq
olmalıdırlar. Bizim hamımızı birləşdirən,
həmrəy edən azərbaycançılıq
ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan
dövlət müstəqilliyini əldə edəndən
sonra azərbaycançılıq aparıcı ideya kimi həm
Azərbaycanda, həm də bütün dünyada yaşayan
azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması
deməkdir”.
Öz siyasi varisinin siyasi və mənəvi keyfiyyətləri
haqqında müdrik sözlər deyən Ulu Öndər, onun
bütün sahələrdə olduğu kimi, Azərbaycançılığın
inkişafında da cənab İlham Əliyevin uğurlara imza
atacağını qətiyyətlə bildirirdi.
“Üzümü sizə - həmvətənlərimə
tutaraq qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, Mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellekt, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək,
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firəvanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
Ona Özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
(Dərin hörmətlə, Heydər Əliyev, Azərbaycan
Respublikasının Prezidenti, 1 oktyabr 2003-cü il).
Planetar təfəkkürlü siyasi lider cənab
İlham Əliyevi yeni dövrün dövlət
başçısı kimi səciyyələndirən akademik
Ramiz Mehdiyev yazır: “İlham Əliyevin dövlətlə,
dövlətin inkişafı ilə bağlı
baxışları məlumdur. Onun bütün başlıca
arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək
və ölkəni dünya miqyaslı mühüm qərarlar
qəbul edən say-seçmə ölkələr birliyinə
daxil etməkdir. O, fəaliyyətində ardıcıl və
praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən
cəhət budur ki, O, fəaliyyət dairəsi məhdud olan
məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir.
Onun üstünlüyü bundadır. Azərbaycana məhz
belə siyasətçi gərəkdir. Çünki alman dəqiqliyini
və məsuliyyətini azərbaycanlıların
açıqlığı, səmimiliyi və dini
dözümlülülüyü ilə birləşdirməyə
Azərbaycanın ehtiyacı var. Bütün bunlar səmərəli
işləməyi, qayda-qanunu bərqərar etməyi və hələ
bir çox həll edilməmiş problemləri olan ölkədə
müasir dövlət və cəmiyyət qurmağı
öyrənməyə imkan verəcəkdir.
İlham Əliyevin dəyərlər sistemində
dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərini
istisna etmir. Bizim şəraitimizdə bu, götür-qoy
edilmiş yoldur. Zəif cəmiyyətdə malik güclü
demokratik dövlət ola bilməz. Dövlət
maşınını ətalətdən, dövlət
aparatını durğunluqdan, şəxsiyyəti isə
hakimiyyətin qanunsuz hərəkətlərindən ancaq cəmiyyəti
isə mükəmməl həyatı qoruya bilər.
“Güclü dövlət” və “dövlətin
modernləşdirilməsi” - İlham Əliyevin dəyərlər
sisteminin iki tərkib hissəsi, bax, bunlardır. Bunlara, məsələn,
Prezident İlham Əliyevin xəttinə - güclü
dövlət, sabit ictimai inkişaf və yeni təfəkkür
tərzinin formalaşdırılmasına sadiqlik kimi daha bir
mühüm ideyanı da əlavə etmək olar”.
Gənc dövlət başçısı Ulu Öndərdən əxz etdiyi bu keyfiyyətlər sayəsində
anladı ki, azərbayançılıq varislik yolu ilə qədim
dövrlərdən müasir dövrə gəlib
çatması Azərbaycan xalqının milli-mənəvi dəyərləri
üzərində bərqərar olmuşdur. Heydər Əliyevin
həyata keçirdiyi, inkişaf etdirdiyi azərbaycançılıq
təlimi özündə varislik və ənənəvi vəhdət
şəklində əks etdirir.
İlham Əliyevin siyasi varis kimi əsas keyfiyyətləri
diqqəti cəlb edir. Heydər Əliyev məktəbinin ləyaqətli
yetirməsi İlham Əliyev ağlı, idrakı, mənliyi,
tolerantlığı, humanistliyi, təşkilatçılığı
vətənpərvərliyi özünə böyük
nüfuz qazandırmışdır.
Artıq Azərbaycan cəmiyyəti
İlham Əliyevi vətənpərvər
bir insan kimi, həqiqi vətəndaş kimi, güclü bir siyasətçi kimi gələcəyin
lideri hesab edir. Təsadüfi deyildir
ki, İlham Əliyev
barədə formalaşan fikirlərində
və rəylərdə də onun həqiqi
cəmiyyət adamı olması, insanları öz
arxasınca aparmaq qabiliyyətinə malik olması haqqında realıqlar ifadə olunur. Bu keyfiyyətlər
İlham Əliyev şəxsiyyətinin varisliyi barədə fikir
və mülahizələri bir daha konkretləşdirir, dəqiqləşdirir
və dərinləşdirir. Politoloq Azər Şahsuvaroğlu
haqlı olaraq yazır ki,
“... artıq Prezident Heydər Əliyev kursunu davam etdirəcək
vətənpərvər gənc qüvvələr
formalaşmışdır və heç
şübhəsiz, onların lideri cəmiyyətdə
praqmatik və yenilikçi
imici qazanmış siyasi
proseslərə qlobal yanaşan
millət vəkili İlham Əliyevdir.
Onun
qısa zaman ərzində fəaliyyətinə
nəzər salsaq, əmin ola
bilərik ki, gələcək siyasi perspektivlərdə İlham
Əliyev ölkənin həyatında keyfiyyətcə yeni mərhələnin
başlanğıcını qoymaq və milli dəyərlərinə sıx
bağlı olan müasir
Azərbaycanın inkişaf prosesinə təkan verərək,
onu davam etdirmək
gücündədir.” Milli Məclisin
deputatı Vaqif İbadullayev
İlham Əliyevin ictimaiyyətdəki böyük nüfuzunu və
siyasət aləmindəki böyük
nailiyyətlərini qiymətləndirərək, yazır ki, “İlham Əliyevin xarizmatik potensialını iqtisadi
çərçivələrlə məhdudlaşdırmaq
düzgün olmazdı. O, həm də Azərbaycanın
ən yeni siyasi tarixinin aparıcı simalarından biri olduğunu sübut etmişdir. Onun Yeni Azərbaycan Partiyasının sosial dayaqlarının möhkəmləndirilməsində
stimullaşdırıcı amil
funksiyasını yerinə yetirən siyasi
imici bunu qətiyyətlə
söyləməyə əsas verir ki, İlham Əliyev müasir Azərbaycan siyasətində
özünəməxsus yeri olan nadir siyasət
adamlarından biridir.”
M.Yusifovun
qeyd etdiyi kimi: “İlham Əliyev bütün mənəvi, intellektual,
humanist, ümumbəşəri keyfiyyətlərinə
görə, özündə azərbaycançılığın
nümunəvi obrazını yaratdığına görə,
Azərbaycan cəmiyyətində özününə ümumxalq məhəbbəti
qazandığına görə varislik
haqqı daşımağa daha artıq layiqdir.” Nizami Xudiyev İlham Əliyevin
Heydər Əliyev məktəbində həqiqi bir siyasətçi, məharətli bir diplomat kimi
yetişməkdə varislik haqqı
qazanması barədə öz fikirlərini
belə ifadə edir: “Sevindirici
hal odur ki, ümummilli
sabahlarımızın layiqli lideri kimi yetişən İlham Əliyev bütün
sahələrdə - siyasətdə, diplomatiyada,
dövlətçilik səriştəsində olduğu kimi, canlı
nitqlərində də atası Heydər Əliyevin layiqli davamçısı, həqiqi varisidir... Bir daha qeyd etmək
istərdim ki, İlham
Əliyev Heydər Əliyevin həyat, siyasət, diplomatiya, dövlətçilik,
bütövlükdə, Azərbaycançılıq
universitetlərini bitirib, özü
də hamıdan yüksək səviyyədə, necə deyərlər,
bu sahədə heç
kimin ala bilmədiyi fərqlənmə
diplomu ilə bitirib.
Elə buna görə, dünyada yaşayan əlli
milyon azərbaycanlı içərisində
daha çox İlham Əliyevin Heydər Əliyevin
davamçısı, varisi olmağa haqqı var.” M.Yusifov özünün “Heydər Əliyev və Azərbaycançılıq
ideologiyası” əsərində İlham
Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin
varisi olmaqla
yanaşı, milli birliyimizin,
mütəşəkkilliyimizin və milli
ideologiyamızın-azərbaycançılığın təməli
olan Heydər Əliyev məktəbinin ideoloji varisi olduğunu xüsusi qeyd edir: “İlham
Əliyev varislik haqqını hərtərəfli
qazanmışdır. Ona görə Azərbaycan cəmiyyəti sabahkı
günə işıqlı bir ümidlə
baxır və şübhə etmir ki, bu gün
Heydər Əliyev ailəsi kimi möhtəşəm
bir nəslin varisi olan, siyasi və ideoloji varislik haqqı qazanan İlham Əliyev
XXI əsrin siyasi lideri
olacaq və müstəqil dövlətçiliyimizin
zəminində yaranmış bugünkü
ənənələrimizi uğurla davam və inkişaf etdirəcəkdir.
Nəticə olaraq o da qeyd olunur ki:
Varislik cəmiyyət həyatında ardıcıllığı
təmin edən hadisələr sistemi kimi tarixi bir
kateqoriyadır.
Azərbaycan xalqı bir çox milli özünəməxsus
keyfiyyətlərin və
ümumbəşəri ideyaların
varisidir.
Milli-mənəvi dəyərlərimiz
və ümumbəşəri
ideyalar varislik amili vasitəsi ilə nəsildən-nəsilə
keçir, yaşayır,
inkişaf edir və zənginləşir.
Müasir dövrdə varisi olduğumuz zəngin mənəvi keyfiyyətlərimiz ümumbəşəri
ideyalarla zənginləşmə
mərhələsindədir.
Dünya mədəniyyətinin
ən yaxşı ənənələri bilavasitə,
varislik amilinə uyğun olaraq Azərbaycan xalqına məxsus milli-mənəvi
keyfiyyətləri qovuşdurula
bilir.
Azərbaycan xalqının
milli-mənəvi keyfiyyətləri
ümumdünya təcrübəsinin
məhsulu olan elə keyfiyyətləri özünə qovuşdurur
ki, həmin keyfiyyətlər əxlaqi,
hüquqi, psixoloji, sosioloji cəhətdən
Azərbaycanın milli-mənəvi
keyfiyyətlərini və
onun humanist prinsiplərini
bir daha zənginləşdirə bilsin.
Dünya və
Avropa mədəniyyətinə
məxsus keyfiyyətlər
varislik prinsipi üzrə Azərbaycanın
milli-mənəvi keyfiyyətləri
ilə uzlaşa bilmədikdə, milli sərvətimiz olan mənəvi dəyərlərlə
inteqrasiya olunmur.
Milli-mənəvi keyfiyyətlərimizin və
ümumdünya təcrübəsinin
ən yüksək mənəvi dəyərləri
Heydər Əliyev şəxsiyyətində özünün
parlaq təcəssümünü
tapır.
Milli-mənəvi dəyərlərin tarixdə
daimi varisi böyük şəxsiyyətlər
və dahi insanlar olmuşlar.
Hər bir
xalqın böyüklüyü,
xarakteri və onun dünya sivilizasiyasındakı yeri
və bəşər
cəmiyyətindəki mövqeyi
hər zaman milli-mənəvi keyfiyyətlərin
varisi olan dahi şəxsiyyətlərə
görə tanınır.
Dahi şəxsiyyətlər
bütün zamanlarda varisliyi yaşatmaqla, həm də varislik ənənələrinə
uyğun olaraq cəmiyyət həyatına
böyük irəliləyişlər
və dəyişikliklər
gətirmişlər. Bu
mənada, siyasi varis cənab İlham Əliyevin uğurları göz qabağındadır.
Fəzail Ağamalı Heydər
Əliyevin siyasi varisi kimi cənab İlham Əliyevin kursu haqqında yazır: “Prezident seçkilərindən
sonra İlham Əliyev ölkədə
vətəndaş həmrəyliyinin
qorunub saxlanılması,
siyasi sabitliyin təminatı, əhalinin
maddi həyat səviyyəsinin yaxşılaşdırılması
uğrunda əzmlə
çalışır. Dövlət başçısı ölkədə
vətəndaş həmrəyliyinin
qorunub saxlanılması
və daha da inkişaf etdirilməsi naminə fəal siyasət həyata keçirir.
Təbii
ki, Prezident İlham Əliyevin atdığı bu addımlar bütün mənalarda təqdirəlayiq
faktdır. Dövlət başçısı bununla
öz vətəndaşlarına
ehtiramını və
müdafiə etdiyi prinsiplərə sədaqətini
bir daha təsdiqlədi. Və sübut
etdi ki, İlham Əliyevin bütün fəaliyyəti
Heydər Əliyev ənənələrinin davam
etdirilməsinin məntiqi
nəticəsidir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 31 yanvar.- S. 10.