Azərbaycanın Afrika ölkələri ilə (Misir Ərəb Respublikası ilə) əməkdaşlığı

 

Elmi ədəbiyyatda göstərildiyi kimi Yer kürəsinin quru hissəsinin 20%-i (30,3 mln. km) Afrika qitəsinin payına düşür. Asiya qitəsindən sonra ərazisinə və dövlətlərin sayına görə 2-ci yerdə məhz Afrika durur. Qitədə sürətli əhali artımına malik 55 dövlət yerləşir. Bütün qitədə yaşayan əhalinin sayı 1960-cı ildə 225 milyon nəfər idisə, hazırda 900 milyona yaxındır. Əhalinin tərkibi 3 minə yaxın müxtəlif etnosetnik qrupdan, 50-yə yaxın çoxsaylı xalqdan ibarətdir.

Afrika ölkələrinin əksəriyyətinin inzibati sərhədləri etnik tərkibi ilə üst-üstə düşmür. Bu keçmişdə Afrika ərazilərinin müstəmləkə rejimləri tərkibində olması və öz iradələrinin əksinə olaraq, müxtəlif daxili sərhədlər çərçivəsinə salınması ilə bağlıdır. İnzibatietnik sərhədlərin üst-üstə düşməməsi Afrikada baş verən çoxsaylı etnik münaqişələrə və qaçqın-köçkün probleminin meydana çıxmasına səbəb olur. Dünya qaçqınlarının yarısı, münaqişəli ərazilərin 20%-i və məhəlli konfliktlərin 70%-i məhz Afrika qitəsinin payına düşür.

Əhalinin yerləşməsi də Afrikada qeyri-bərabərdir. Məsələn, Nigeriyada (138 milyon əhalisi var) hər kv.km-ə 80 nəfər düşdüyü halda, ümumi Afrikada hər kv.km-ə orta hesabla 24 adam düşür.

Afrika əhalisi çoxsaylı etnik qruplardan təşkil olunsa da, əsasən, ingilis, fransız, portuqal ve ərəb dilində danışır. Afrikanı ənənəvi olaraq üç subregiona bölürlər - Şimali Afrika (Aralıq dənizi ətrafı və Məqrib ölkələri - Əlcəzair, Tunis və Mərakeş), Tropik Afrika (Şərqi, Mərkəzi və Qərbi Afrika) və Cənubi Afrika.

Ə.Həsənovun yazdığı kimi, Şimali Afrika islam ölkələrinin yerləşdiyi və dünyanın əhəmiyyətli geosiyasi məkanı hesab olunan regiondur. Avropanı və dünyanı Hind okeanı və Afrika ilə, digər dəniz və okeanlarla əlaqələndirən məşhur Süveyiş kanalı, böyük dəniz limanları məhz Şimali Afrikada yerləşir. Bu ərazini Aralıq dənizi hövzəsinin açar-keçidi də adlandırırlar. Tarix boyu bu ərazi uğrunda Roma sərkərdələri, Napoleon, Hitlerbaşqa məşhur dövlət rəhbərləri mübarizə aparmış, çox zəngin təbii ehtiyatlara malik olan Şimali Afrikaya sahib olmağa çalışmışlar. Liviyanın məşhur nefti və Əlcəzairin qaz yataqları bu gün də dünyanın diqqətini özünə cəlb etməkdədir.

Tropik Afrika tarix boyu ya İngiltərənin, Fransanın və Portuqaliyanın birgə, ya da ayrı-ayrılıqda müstəmləkəsi olmuş və əsasən, xammal, işçi qüvvəsi mənbəyi kimi istifadə edilmişdir. Bu ölkələr zəngin təbii sərvətlərə malik olsalar da, çox kasıb yaşayır və ərzaq qıtlığı ilə üzləşirlər. Maraqlı hal həm də ondadır ki, hər il Avropa ölkələri Tropik Afrika xalqlarına 11 milyard dollarlıq ərzaq yardımı göstərdiyi halda, bu xalqları təmsil edən dövlətlər silahlanmadaxili münaqişələrə təxminən 12 milyard dollar pul xərcləyirlər.

Afrikanın ən varlı və təminatlı hissəsi Cənubi Afrika hesab olunur. Baxmayaraq ki, bu bölgə ümumi Afrika ərazisinin cəmi 4% və əhalisinin 6%-nə malikdir, lakin Afrikada bütün sənaye və avtomobil sənayesinin 20%-dən çoxu, istehsal edilən enerjinin 70%-ə qədəri Cənubi Afrikanın payına düşür. Bu ölkə Britaniya Millətlər Liqasının üzvüdürehtimal var ki, nüvə silahına da malikdir. CAR-ın malik olduğu böyük qızıl, almazuran yataqları onu Afrikanın ən əhəmiyyətli geosiyasi məkanından birinə çevirmişdir.

Afrika ölkələri siyasi yönümünə görə keçmişdə nə SSRİ, nə də ki, ABŞ-ın ideoloji qarşıdurmasında, bilavasitə, iştirak etməyərək "bitərəf dövlətlər" blokuna daxil olmuşlar. Lakin Misir, Liviya, Anqola, Efiopiya kimi ölkələr daha çox SSRİ-nin, Tropik Afrika ölkələri isə Avropa dövlətlərinin və ABŞ-ın təsiri altında olmuşlar.

Ə.Həçsənov yazır: "Afrika bugünkü geosiyasət elmində həm geostrateji, həm də geoiqtisadi anlamda çox əhəmiyyətli bir qitə kimi xarakterizə olunur. Onun zəngin təbii qaynaqları, əhəmiyyətli nəqliyyat-kommunikasiya dəhlizləri bütün dünyanın diqqətindədir. Məşhur politoloq Makinder yer kürəsinin ən böyük quru ərazisi hesab olunan Afrikanı dünya adası adlandrır və XXI əsrin qlobal inkişafında onun əsas obyektlərdən biri olacağına işarə vurur.

Azərbaycanın Afrika siyasəti iki istiqamət üzrə həyata keçirilir. Bu siyasətin bir istiqamətini Afrikanın müsəlman dövlətləri ilə hərtərəfli münasibətlər yaratmaq,  iqtisadi,  siyasi,  mədəni əlaqələr qurmaq, bu ölkələrin imkanlarından ölkəmizin daxilixarici problemlərinin həllində, milli maraqlanmızın qorunmasında istifadə etmək təşkil edir. Digər istiqamət isə qitənin digər ölkələri ilə münasibətlər üzərində qurulub. Xüsusən, BMT çərçivəsində, beynəlxalq qurumlarda Afrikanın böyük, nüfuzlu dövlətlərinin dəstəyini qazanmaq, Azərbaycanın beynəlxalq hüquqlarının təmin olunmasında onların səsindən, mövqeyindən istifadə etmək müstəqil dövlətimizin xarici siyasət vəzifələrinə daxildir. Çünki Afrika ölkələri BMT üzvlərinin 13 faizini təşkil edir və istənilən səsvermədə ciddi faktor rolunu oynayırlar. Bundan başqa,  "bitərəf dövlətlər"  Beynəlxalq Frankofon Təşkilatının (BFT) yarıdan çoxunu, İslam Konfransı Təşkilatının (İKT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) üçdən birinə qədərini təşkil edirlər. Buna görə də, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq Afrika ölkələri olmadan qeyri-səmərəlidir." 

Azərbaycanın Afrika ölkələri ilə əlaqələri birgə üzv olduqları BMT, İKT və ölkəmizə yaxşı münasibəti ilə seçilən ƏDL tərkibində, beynəlxalq qeyri-hökumət təşkilatları çərçivəsində, müxtəlif beynəlxalq konfranslardas. tədbirlərdə də həyata keçirilir.

Afrika ölkələrinin bir çoxu dünyanın əsas neft ixracatçıları sırasına daxildir. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə düşməsi və Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarıldığı indiki şəraitdə bu dövlətlərlə əlaqəli enerji siyasəti də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan müstəqilliyinə nail olduğu 1991-ci ildən bu günə qədər Afrika qitəsini təmsil edən ölkələrlə müxtəlif səpkili əlaqələr qurmuş, konkret görüşlər keçirmiş və müzakirələr aparmış, dövlətlərarası münasibətləri tənzimləyən hüquqi-normativ sənədlər imzalamışdır. Bu əlaqələr daha çox Afrikada yerləşən islam ölkələri - Misir Ərəb Respublikası, Əlcəzair Xalq Demokratik Respublikası, Qambiya, Liviya, Mərakeş, Mavritaniya, Qəmər Adaları Birliyi, SudanSeneqalla qurulmuşdur.

Ə.Həsənovun fikrincə, Azərbaycanın Afrika əlaqələrində qitənin və müsəlman dünyasının ən nüfuzlu dövlətlərindən biri hesab olunan Misir Ərəb Respublikası xüsusi yer tutur. Bu ölkə ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il martın 27-də yaradılmış və 1993-cü ilin martında Misir Bakıda özünün səfirliyini açmışdır.

Misirin Afrikada, İslam dünyasında və bütövlükdə, dünya siyasətindəki rolununüfuzunu nəzərə alan Azərbaycan 1994-cü ilin sentyabrında özünün Afrika qitəsindəki ilk səfirliyini məhz bu ölkədə açmışdır. Misir Azərbaycanın ərəb ölkələri ilə bağlı yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Müstəqilliyini qazandığı gündən ölkəmiz bu dövlətlə öz əlaqələrini intensiv qurmuş və nəticədə, Misir ərəb dünyasında ilk ölkələrdən biri kimi Azərbaycanın ərazi bütövlüyünü tanımış, BMT, İslam Konfransı Təşkilatı çərçivəsində onun mövqelərini dəstəkləmişdir. Misirin bu mövqeyi bütün ərəb dövlətlərinə müsbət təsir göstərmiş və onların da analoji addımlarına səbəb olmuşdur.

İki ölkə rəsmiləri arasında keçən müddətdə bir sıra qarşılıqlı səfərlər həyata keçirilmiş və çoxsaylı dövlətlərarası və hökumətlərarası müqavilələr bağlanmışdır. İntensiv əlaqələr dövlətlərarası münasibətlərin inkişafında və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb etmişdir. Qeyd olunan səfərlərin nəticəsində ölkələr arasında 11 sənəd imzalanmışdır. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında 1996-cı il mayın 7-də imzalanmış Təhlükəsizlik üzrə Əməkdaşlıq Sazişinə əsasən, ölkələr arasında bu sahədə əməkdaşlıq aparılır. Eyni zamanda, qeyd edilməlidir ki, 2000-ci ildən etibarən BMT-də Azərbaycanın təqdim etdiyi "BMT ilə ATƏT arasında əməkdaşlıq" haqqında Qətnamə layihələrinə və 2004-cü il oktyabrın 29-da BMT-nin Baş Assambleyasında Azərbaycanın təşəbbüsü ilə 59-cu sessiyanın gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" barədə əlavə bəndin salınmasına dair səsvermələrdə Misir bitərəf mövqe nümayiş etdirmişdir.

Buna baxmayaraq, keçirilmiş görüşlərdə Misir tərəfi Azərbaycana dost münasibət bəslədiyini bildirmiş və hər zaman Azərbaycanın mövqeyini dəstəkləyəcəyini ifadə etmişdir. BMT-də nəzərdə tutulan məlum islahatlar çərçivəsində Misirin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə dair iki ölkə arasında fəaliyyətin əlaqələndirilməsi sahəsində aparılır. Azərbaycan Ərəb Dövlətləri Liqası ilə əməkdaşlıq etmək arzusundan çıxış edərək və Misirin bu təşkilatda mövcud olan nüfuzunu nəzərə alaraq, onunla partnyorluq təmaslarının yaradılmasında maraqlıdır.

1992-2005-ci illərdə iki dövlət arasında ikitərəfli və çoxtərəfli əlaqələr kifayət qədər intensiv olmuşdur. 1992-ci ilin yanvarında MƏR baş nazirinin müavini Kamal Qanzurinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olmuş və danışıqlar aparmışdır.

1992-ci ilin noyabr ayında Azərbaycan Respublikası xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Misirə səfəri zamanı ikitərəfli əlaqələrin inkişafına dair bir sıra sənədlər imzalanmışdır.

Ə.Həsənov göstərir ki, 1994-cü ilin aprel ayında Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənovun Misirə rəsmi səfəri qarşılıqlı münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etmişdir. O, prezident Hüsnü Mübarək, xarici işlər naziri Əmr Musa, neft naziri, Milli Məclisin sədri ilə görüşlər keçirmiş, Ərəb Dövlətləri Liqasının sessiyasında çıxış etmişdir. İnkişaf edən münasibətlərin nəticəsi olaraq, 1994-cü ilin aprel ayında BMT-nin Cenevrədəki İnsan Hüquqları Komissiyasının 52-ci sessiyasında Misir Azərbaycanın mövqeyini dəstəkləmişdir.

1994-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir prezidenti H.Mübarəklə keçirilən görüş Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük rol oynamışdır.

1995-ci ilin noyabrında Misir Dövlət Neft Şirkəti İdarə Heyətinin sədri F. Əbduləzizin başçılığı ilə MƏR nümayəndə heyəti Bakıda səfərdə olmuş və Misirə Azərbaycanın neftçıxarma avadanlıqlarının göndərilməsi haqqında müqavilə imzalamışdır. Qarşılıqlı səylər nəticəsində əlaqələr inkişaf edərək, daha geniş sahələri əhatə etməyə başlamışdır. Belə ki, 1996-cı ilin mart ayında Azərbaycanın Ticarət və Sənaye Palatası, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Qahirədə beynəlxalq sərgidə iştirak etmiş, həmin ilin may ayında isə milli təhlükəsizlik naziri Namiq Abbasov misirli həmkarı Ömər Süleymanın dəvətilə MƏR-də səfərdə olmuşiki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlıq sazişi imzalanmışdır.

1997-ci ilin sentyabrında Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərovun Beynəlxalq Parlamentlərarası İttifaqın konfransında iştirak etmək məqsədilə Qahirəyə səfəri zamanı MƏR prezidenti H.Mübarək və parlamentin sədri F.Sururla görüşləri ikitərəfli əlaqələrin inkişafı üçün əhəmiyyətli olmuşdur. Sonrakı illərdə müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və görüşləri intensiv xarakter almış, iqtisadisiyasi əlaqələrin möhkəmlənməsi üçün konkret addımlar atılmışdır.

2002-ci  il oktyabrın   3-də   Azərbaycan   Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikası hökuməti ilə Misir Ərəb Respublikası hökuməti arasında Hökumətlərarası  iqtisadielmi-texniki əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam 2005-ci il martın 2-də Bakıda Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında İnformasiya-mədəniyyət mərkəzlərinin təsisi haqqında Sazişin imzalanması bu sahədə konkret addımların atılması üçün əlverişli hüquqi baza yaratmışdır.

Azərbaycan və Misir Ərəb Respublikası arasında bütövlükdə on iki sənəd imzalanmışdır. "Ərəb böhranı" MƏR-dən yan keçmədi. MƏR-də hökumət dəyişikliyi baş verdi.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 6 aprel.- S.14.