Bu gün Ulu öndər Heydər Əliyev əsil qəhrəman
kimi xatırlanır
Müsahibimiz Milli Məclisin
deputatı, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının
sədri Hüseynbala Mirələmovdur
-
Hüseynbala müəllim, Ulu öndər Heydər Əliyevin
anadan olmasının 90-cı ildönümü bütün
respublikada təntənə ilə qeyd olunur. Onun haqqında
xatirələrinizi danışardınız?
-
Ümummilli lider Heydər Əliyev sovet dönəmində də,
müstəqillik dövründə də xalqına sədaqətlə
xidmət etmiş, Azərbaycan coğrafiyasında yaşayan
insanların qarşısında mühüm tarixi missiyanı
reallaşdırmış dahi şəxsiyyət, Ulu öndər
kimi xatırlanır.Ulu öndər Heydər Əliyev
xalqın tələbilə 1993-cü ildə yenidən, bu dəfə
müstəqil Azərbaycanın hakimiyyət başına gəldi.
Azərbaycan xalqı bununla öz liderinə sonsuz inam və məhəbbətini
nümayiş etdirərək, vəziyyətdən nicat yolunun
yalnız Heydər Əliyevə bağlı olduğunu
bildirdi.Ulu öndər Heydər Əliyev 1982-ci ildə Moskvaya
gedərkən, respublikanı iqtisadi və siyasi sabitlikdə,
ölkəni tərəqqidə qoymuşdu. 10 il sonra
1993-cü ildə isə müstəqil olmasına baxmayaraq, Azərbaycanı
tamamilə dağılmış, müxtəlif klanlara
bölünmüş, quldur qüvvələr tərəfindən
talan edilmiş bir şəkildə təhvil aldı.Çox
az bir müddət ərzində yenidən ölkəni
dirçəltmək, siyasi institutların işini bərpa
etmək, siyasi vəziyyətin sabitliyinə nail olmaq, qan
tökülməsinin qarşısını almaq, yeni bazar
islahatları həyata keçirmək, xalqın rifahın
yüksəltmək doğrudan da, Heydər Əliyev tərəfindən
nümayiş etdirilən əsil qəhrəmanlıq hesab
edilə bilər.Heydər Əliyev möhkəm iradə və
aydın zəka ilə xalqın gücünə arxalanaraq
yeni və müstəqil Azərbaycan dövlətini
qurmağa başladı və buna da nail oldu. Ümummilli
liderimiz qloballaşan əsrin yeni
çağırışlarına və hədəflərinə
uğurla cavab tapdı.Bir faktı da qeyd edim ki, müstəqilliyimizin
ilk illərində Azərbaycan beynəlxalq aləmdən
faktiki təcrid olunmuş vəziyyətdə idi. Lakin
Ümummilli liderimiz Heydər Əliyev qısa bir zamanda
sabitliyi bərpa etməyə, ölkəni dinamik inkişaf
yoluna çıxarmağa nail oldu. Azərbaycanda hüquqi,
demokratik dövlət və vətəndaş cəmiyyəti
quruculuğu istiqamətində böyük islahatlar həyata
keçirilməyə başlandı. Ümummilli liderimiz Heydər
Əliyev qısa zamanda MDB dövlətlərilə münasibətləri
bərpa etdi. Bir çox dünya liderləri belə Heydər
Əliyevin məsləhətlərinə və köməyinə
eytiyac duyduğunu gizlətmirdi. Bu səbəbdəndir ki, bu
gün Heydər Əliyev əsil qəhrəman kimi
xatırlanır, Onun fəaliyyəti dünya liderləri tərəfindən
də yüksək dəyərləndirilir.Böyük siyasətçilər,
dövlət və ictimai xadimlər çox zaman bir-birlərini
qiymətləndirməyə çalışırlar. Əgər
ancaq rəsmi nitqlər və məktublardan nə isə
öyrənməyə çalışsaq, onda yalnız
müdrik və qəhrəman obrazlarını görə bilərik.Türkiyənin
sabiq baş naziri Süleyman Dəmirəl Heydər Əliyevi
şərqlilərə məxsus bəlağətlə «Azərbaycanın
demokratik inkişafı naminə sinəsini qalxan edib qəhrəmanlıq
edən əziz qardaşı» adlandırırdı.YUNESKO-nun
baş direktoru Federiko Mayer Heydər Əliyevə müraciətlə
«Siz dünya miqyasında qəbul edilmiş görkəmli
lidersiniz» demişdi. Bu, doğrudan da, belədir.Fakt ondan ibarətdir
ki, etiraflar çoxdur. Amerika diplomatiyasının eks-komandoru
xanım Olbrayt da Heydər Əliyev haqqında fikirlərini
deyərkən, «bu cür təntənə ilə
qarşılanan ikinci prezident görmədim» bildirib.ABŞ
diplomatiyasının nəhənglərindən sayılan
Henri Kissincer isə məktubunda böyük bir proqram əhatə
etmişdi. O, vurğulayıb ki, öz qarşısında
ABŞ və Qərb dövlətlərilə əlaqələrin
gücləndirilməsi məqsədini qoyan Heydər Əliyevin
fəaliyyəti təqdirəlayiqdir. O, bazar
iqtisadiyyatının gücləndirilməsi işinə xeyli
zəhmət sərt etmişdir. Heydər Əliyev müstəqilliyin
qorunması istiqamətində inadkarcasına və qətiyyətlə
mübarizə aparır.Təbii ki, bu cür fikirlərin
sayını dəfələrlə artırmaq
mümkündür. Lakin bu cür fikirlərin
hamısının ana xəttini Ümummilli lider Heydər Əliyevin
xarakteri, Onun titanik fəaliyyəti, düşüncəsi və
digər fenomen xüsusiyyətləri təşkil edib. Yəni,
taleyin Ona bəxş etdiyi rolu artıqlaması ilə oynaya
bildi. Onun bu tarixi məkanda etdiklərini isə təkcə
bugünkü deyil, gələcək nəsillər də
dönə-dönə qiymətləndirəcək.
-
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana
rəhbərliyi dönəmində bir çox möcüzələrə
imza atdı. Onlardan biri, hətta, birincisi «Əsrin müqaviləsi»
oldu. Məhz, Azərbaycanı çiçəkləndirən
bu cür möcüzələr hansı amillərin
hesabına baş tuturdu?
-
Müxtəlif xalqların «nəticə işin
tacıdır» kimi və ya buna oxşar deyimləri var. Yəni,
geoloq əməyinin tacı yerin alt qatlarında gizlənən
sərvətlərin kəşfidir, kəşfiyyat
buruğundan göyə fışqıran neft fəvvarəsidir.
Eyni zamanda, uğurlu fəaliyyət üçün hər kəsdə
də olmayan, iradə amili də vacib faktor kimi qeyd
olunmalıdır. Emersonun kəlamı ilə desək,
mümkün olmayanı yalnız insan mümkün etməyə
qadirdir. Müxtəlif zamanlarda filosoflar, yazıçılar,
siyasətçilər insan iradəsinin təbiəti
haqqında düşünüblər. Cek London iradəni
sehirkar vasitə adlandırıb. Hansı daşlardan
hörülmüş olsa da, «dünyada elə bir möhkəm
divar tapılmaz ki, insan iradəsi və düşüncəsinin
yolunu kəsə bilsin», - bu isə Braziliya
yazıçısı Jorji Amadunun kəlamıdır.Xarakter
isə mükəmməl tərbiyə edilmiş iradədir.
İradə sərkərdənin də, dövlət xadiminin
də, alimin də amalını əmələ çevirən
qüvvədir, qüdrətdir. İradə – Suvorov, Jukov, de
Qoll, Ruzvelt, Korolyov və Mendeleyev kimi şəxsiyyətlərin,
xarakterlərin də özəyi və
özülüdür. Məhz, Ümummilli lider Heydər Əliyevin
də bu cür iradəsi, möcuzələr yaradacaq xarakteri
var idi. Böyük idarəçilik təcrübəsinə
və reallığa söykənən iradə - Heydər Əliyevin
məhz bu məziyyətləri neft strategiyasının
uğurla gerçəkləşdirilməsini şərtləndirmişdi.Neftçi
Baba bu təsərrüfatda öz işini ağıllı və
səmərəli qurmaqla, «Əsrin müqaviləsi»nin
üç yaşı tamam olandan sonra ilkin neftin
çıxarılması əlamətdar hadisə kimi qeyd
olundu. O zaman Bakı bayram edirdi. Yeni yataqdan çıxan «qara
qızıl» isə ağ günlərdən xəbər
verir. Ənənəyə görə bu təbii sərvətdən
azca üzə yaxmaqla bayramlaşırdılar. Heydər Əliyev
də, o zaman ARDNŞ-ın vitse-prezidenti İlham Əliyev də,
fəxri qonaqlar da bu neftçi adətinə əməl
edirdilər.Yeni neft strategiyasının parlaq göstəricisi
yüz milyonlarla dollar vəsaitin toplandığı Neft
Fondudur. Bu gün sözügedən vəsait sosial problemlərin
həllinə, bütün resrublika vətəndaşlarının
yaşayışının
yaxşılaşdırılmasına sərf edilir.Azərbaycana
gələn sərmayələrin məbliği bir çox
MDB ölkələrinin göstəricilərini qabaqlayır.
Bu yalnız iqtisadi sərfəliliklə deyil, həm də
respublikadakı sabit iqlimlə, demokratik və hüquqi əsasların
bərqərar olmasıyla şərtlənir. Xarici mütəxəssislər,
tərəfdaşlar bu cəhəti xüsusi
vurğulayırlar. Məhz, bu gün neft strategiyası nəticəsində
Azərbaycan 7 kəmərlə neft-qaz ixrac, dünyanın
onlarla dövlətinə karbohidrogen resurs nəql edir. Azərbaycan
xalqı isə ixrac olunanlardan əldə etdiyi maliyyə əsasında,
müasir həyat standartlarını mənimsəyir.-
Ümummilli liderimizin xalqımızın qarşısında
reallaşdırdığı tarixi missiyalardan birini də Azərbaycanın
müstəqilliyinin əbədiliyini təmin etmək
üçün siyasi varisini elan etməsi idi…
- Əvvala
onu deyim ki, filosofların böyük müəllimi Konfutsi
vaxtı ilə yazırdı ki, «dahilər ölüm
qabağı çox mühüm işlər haqqında
düşünürlər». Heydər Əliyevin
düşüncəsində də bu məqamda ən
mühüm iş müstəqil Azərbaycanın gələcək
taleyi idi.
Düşüncələr
Onu rahat buraxmırdı. Ölüm zaman fürsətini hər
an əlindən ala bilərdi deyə gözünə yuxu
getmirdi. Axı Onun, müstəqilliyinə XX əsrin son
onilliyində qovuşmuş, dünyanın amansız mübarizəsində
azad ölkə adının təsdiqinə yenicə nail
olmuş, sağının-solunun diş
qıcadığı Azərbaycan adlı müqəddəs
məmləkəti başsız qoyub getməyə sadəcə
haqqı yox idi. Özü buna belə qərar vermişdi.
Çünki bilirdi ki, Ona «Baba» deyən millətin, xalqın
onun özünə gümanları nə qədər
çox olsa da, sözünə ehtiyacı daha
böyükdür. O bilirdi ki, Azərbaycanın müstəqilliyi
hələ o qədər də möhkəm deyildi ki, onun gələcəyi
üçün narahat olmayasan. Bəs yarımçıq
qoyduğu işlər necə olsun? Azərbaycanın gələcəyinin
asılı olduğu bu işləri kim tamamlasın?Heydər
Əliyevin son qərarı, əslində, Azərbaycana son
borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin
taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə
yerinə yetirdi. Onun doğma xalqına
ünvanladığı son müraciət Vətənə ləyaqətlə
xidmətin son nümunəsi idi. Dəbdəbədən,
ritorikadan uzaq, xalqın qavradığı dildə, Heydər Əliyevin
üslubunda olan son dərəcə səmimi müraciət
«İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyükü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev
başa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm» sözlərilə bitirdi.2003-cü il
oktyabrın 3-də respublikanın əksər qəzetləri
unudulmaz Prezident Heydər Əliyevin bu müraciətini birinci
səhifədə dərc etdilər. İlk təəssürat
xalqı kövrəltdi. Onlar müraciəti Ümummilli
liderin vəsiyyəti kimi qəbul edib, ona əməl etməyi
özlərinə borc bildikləri bu əməl Azərbaycanın
müstəqilliyininə əbədiliyinə, iqtisadi tərəqqinin,
demokratiyanın dönməzliyinə xidmət etdi. Bu gün
Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin
siyasi kursunu layiqincə davam etdirməsi nəticəsində
Azərbaycan qlobal əhəmiyyətli ölkəyə
çevrilib, xalqımızın rifahı isə dəfələrlə
yüksəlib.
-
Hüseynbala müəllim, öncə qeyd etdiyimiz kimi, artıq
respublikada Ulu öndərin 90 illik yubileyi münasibətilə
tədbirlər keçirilir. YAP Xətai rayon təşkilatı
bu mənada hansı işləri görür?
-
Doğru qeyd edirsiniz ki, Ümummilli liderimizin xatirəsi
müxtəlif tədbirlərlə ümumrespublika səviyyəsində
qeyd olunur. Bu cür tədbirlər əlbəttə ki, YAP Xətai
rayon təşkilatı tərəfindən də rayonumuzda təşkil
edilir və həyata keçirilir. Bununla bağlı isə tədbirlər
planımız var və ona uyğun möhtəşəm
işlər reallaşdıracağıq.Ümumiyyətlə,
bu tədbirlərin əsas mahiyyətini Ulu öndərimizə
olan xalq sevgisi, Onun ideyalarına sadiqlik təşkil edir.
Düşünürəm ki, hər il olduğu kimi, bu il də
Ümummilli liderimizin xatirəsinin yad edilməsi yüksək
səviyyədə baş tutucaq.
Səs.- 2013.- 6 aprel.- S.10.