“Dağıdıcı müxalifətin
sosial bazası çox zəifdir”
Mübariz
Qurbanlı: “Azərbaycan xalqına söykənməyən
qüvvə iflasa məhkumdur”
“İsa Qəmbər narahat
olmasın Azərbaycanda siyasi vəziyyət, iqtisadi inkişaf
elə səviyyədədir ki, ölkədə qan
tökülməsinə nə şərait var, nə də
ki, buna yönəlik psixoloji durum var”
-
Mübariz müəllim seçki ilində müxalifətin
icazəsiz aksiyalar yolu ilə pozuculuq aktların törətməyə
cəhd göstərmələri anti-milli xarici qüvvələrin
sifariş olduğunu söyləmək olarmı?
- Hər dəfə seçki kampanyası
ərəfəsində siyasi partiya rəhbərləri diqqət
mərkəzinə cevrilmək ücün müxtəlif vasitələrə
əl atırlar. Bəzən dağıdıcı müxalifət
xalq arasında nüfuz əldə edə bilmədikdə
qeyri-qanuni vasitələrlə bunu əvəzləmək istəyir.
Məqsəd diqqəti özünə yönəltmək,
mövcud olduğunu nümayiş etdirməkdir.
Dağıdıcı müxalifət sosial baza
baxımından çox zəifdir. Bunun başlıca səbəbi
isə dağıdıcı müxalifətin indiki şəraitdə
Prezidentimizin yürütdüyü siyasətə alternativ bir
proqramın ortaya qoya bilməməsidir. Müxalifət
nümayəndələrinin etmək istədiklərini cənab
İlham Əliyev xalq üçün, vətən
üçün müsbət olan məsələləri
çoxdan həll edib. Müxalifət hansı məsələyə
toxunmaq istəyirsə, biz, indiki iqtidar onu qabaqlamış
oluruq. Məhz buna görə də, dağıdıcı
müxalifətin hansısa bir formada sosial baza
yığması mümkün deyil. Mütləq əksəriyyət
indiki hakimiyyəti müdafiə edir. Belə olan halda
müxalifətin radikal qanadı pozuçuluğa,
dağıdıcılığa meyl göstərir. Azərbaycana
qarşı müxtəlif illərdə müxtəlif
basqılar olmuşdur və indi də var. Bunu dövlətlər
səviyyəsində söyləyə bilmərik. Bəzi
xarici dairələr var ki, Azərbaycanın liderliyini
gözü götürmür, möhkəmlənməsini istəmir.
Ermənistan istisna olmaqla bu gün bizim bir dövlət olaraq
155 ölkə ilə ticari, iqtisadi əlaqələr
saxlayırıq, beynəlxalq təşkilatlarda kifayət qədər
nüfuza sahibik. Xatırlayaq ki, Avropa Şurasında Azərbaycanla
bağlı haqsız bir qərar qəbul etmək istəyirdilər
-
Ştrasser sənədi deyilən bir sənədi. Ancaq Azərbaycanın
nüfuzu buna imkan vermədi ki, bizə qarşı haqsız, ədalətsiz
qərar qəbul edilsin. Bu bizim nüfuzumuzdur. Təbii ki,
xaricdə müəyyən dairələr vardır ki, onlar
ölkəmizə müsbət mənada yanaşmırlar. Bu
dairələr özlərinin, iqtisadi, media imkanlarından
istifadə edərək qara piar kompaniyası aparırlar. Bu
qara piar kompaniyasından isə bəzən Azərbaycanın
daxilindəki müxalifət nümayəndələri bilərəkdən
və bilməyərəkdən alət rolunda
çıxış edir, vasitə rolunu oynayır. Əlbəttə
bu təəssüf doğrucu bir haldır. Amma
bütövlükdə xaricdə dövlət səviyyəsində
ölkəmizdə olan dağıdıcı müxalifətə
heç bir dəstək yoxdur. Bu kömək müəyyən
qurumlar çərçivəsində ola bilər.
- Milli Demokratiya İnistutunu həmin
qurumlardan hesab etmək olar?
- Milli Demokratiya İnistitutunun
hansısa bir qurupunun buradakı fəaliyyətini ABŞ
hökümətinin Azərbaycana olan münasibəti kimi dəyərləndirmək
düzgün olmazdı. Çünki Amerika ilə Azərbaycan
hökümətləri arasında çox gözəl
münasibət var. Amma orada bəzi qurumlar anti-Azərbaycan əməllərə
yol verə bilərlər. Azərbaycan dövləti bunu
dövlət səviyyəsində əməl saymır. Sadəcə,
bu hadisələr zamanı müvafiq hökümətdən,
tərəfdaş ölkədən bu məsələyə
aydənlıq gətirmək istəyirik. Ona görə də
ölkənin daxilindəki dağıdıcı müxalifət
kimi qüvvələrin buradakı sifarişlərini yerinə
yetirən quruplar kimi fəaliyyət göstərir. Bu isə
yol verilməzdir. Hesab edirik ki, hər bir siyasi qüvvə,
siyasi partiya sədri fəaliyyət göstərirsə ancaq
öz xalqına, öz secisinə,
öz millətinə istinad etməlidir. Hasısa xaricdə fəaliyyət
göstərən QHT-yə və yaxud quruma istinad etmək,
ona arxayınlanmaq və onlardan dəstək gözləmək
bu yol verilməzdir. Bu cür hərəkətlərə yol
verən adamlar siyasətçi kimi məhv olmağa məhkumdur.
Buna görə də, dağıdıcı və radikal
müxalifətlə bağlı bizim mövqeyimiz birmənalıdır.
-
Hazırda “İctimai Palata”nın təsisçilərinin bir
qismi Amerikada, bəziləri isə Avropada və Türkiyədə
səfərdədirlər. Məlumatlara görə, bu səfərlər
xarici qüvvələrlə məsləhətləşmək
xarakteri daşıyır. Bu məsləhətləşmə
deyəndə nə nəzərdə tutulur?
- Biz azad
və demokratik ölkədə yaşayırıq. Ölkəmizdə
isə insanların sərbəst hərəkət
azadlığı, o cümlədən də siyasi fəaliyyət
azadlığı vardır. Buna görə də Azərbaycanda
olan siyasi partiyaların və siyasi qurupların nümayəndələrinin
hansısa ölkələrə səfərlər etməsi
bizdə heç bir narazılıq və əks mövqe
yaratmır. Biz özümüzdə xarici ölkələrdəki
siyasi partiyalarla sıx əlaqə qurmuşuq. Asiya ölkələri
siyasi partiyalar konfransı bu konfrsada 21 ölkə 300-dən
yuxarı siyasi partiyanı təmsil edən qurumun daimi komitəsidir.
Bizim partiyamız həmin daimi komitənin üzvüdür. Yəni
Asiya Siyasi Partiyalar konfransı kimi nüfuzlu beynəlxalq təşkilatı
yönəldən, onun ali rəhbərliyində olan
partiyalardan biri Yeni Azərbaycan Partiyasıdır. Bununla
yanaşı Yeni Azərbaycan Partiyası Avropa Xalqları
Partiyası ilə sıx əlaqə saxlayır. Biz burada
müşahidəçi statusu ilə əlaqədar
danışıqlar aparırıq, tədbirlərimiz və
görüşlərimiz olur. Eyni zamanda bizim onlarca xarici
ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrimiz
var, protokollar imzalamışıq, əməkdaşlıq
haqqında qarşılıqlı memorandumlarımız var.
Buna görə də bizim partiyanın nümayəndələri
xarici ölkələrə səfərlər edirlər. Gənclər
təşkilatları vasitəsilə biz xarici ölkələrin
Gənclər Təşkilatları ilə sıx əlaqə
qurmuşuq. Bir sözlə Yeni Azərbaycan Partiyası
çoxtərəfli əlaqələrə malikdir. Buna
görə də, Azərbaycanda fəaliyyət göstərən
hər hanı siyasi partiyanın nümayəndəsinin xaricə səfərləri bizim
üçün hər hansı maneə deyil və biz bundan təşviş
keçirmirik. Əgər onların bu səfərləri
xoş niyyətlidirsə, ümumilli maraqlarımıza xidmət
edirsə, qnunvericiliyə zidd deyilsə biz bu səfərləri
normal sayırıq. Birmənalı olaraq bu kimi səfərlər
normaldır. Ancaq bu səfərlər zamanı Azərbyacanın
milli maraqlarına ziyan vurulmasın.
- Müsavat başqanı İsa Qəmbər
müsavatçı gənclərlə
görüşündə ölkədə qan töküləcəyindən
qorxduğunu bildirib. Bu fikir onu deməyə əsas verirmi ki,
İsa Qəmbər müəyyən şəxsləri qan
tökülməyə təhrik edilməsi üçün
hazırlıq işləri görür?
- Azərbaycanda
bəzi siyasətlə məşqul olan adamlar var ki, onlar
özlərini söz sahibi kimi göstərmək istəyirlər.
Bəzən onların söylədiyi fikirlər ancaq populist
xarakterli bir məsələ kimi ortaya çıxır. Bizim
partiyanın çox güclü gənclər təşkilatı
var ki, biz bu gənclərin vətənpərvər ruhda
olmasını istəyirik və hər zaman onları dəstəkləyirik.
Azərbaycan gəncliyinin öz millətinə, öz dövlətinə
sədaqətli olmasını istəyirik. Azərbaycanın
nüfuzunu yüksəldəcək əməllərə, hərəkətlərə
birgə yanaşmasını istəyirik. Xaricdə təhsil
alan minlərlə gənclərlə bizim əlaqələrimiz
var. Yeni Azərbaycan Partiyasının gənclərinin
qurduğu sosial şəbəkələr var ki, gənclər
mütəmadi olaraq orada yazışırlar. Müsavat
Partiyasının başqanının gənclərlə
görüşdə qan tökülməsi ilə
bağlı söylədiyi fikirlər hesab edirəm ki, Azərbaycana
aid deyil. Bu ancaq gənclərdə ölkəmizlə
bağlı yanlış fikir yaratmaq cəhdidir. Bizim xalqımız
ən çətin məsələləri belə qan
tökməklə deyil, sülh yolu ilə həll etməyi
tarix boyu üstün tutmuşlar. Qan tökülməsi
lazımdırsa bu düşmənin qanı olmalıdır.
Guya çox böyük qarşıdurma ola bilər ki, qan
tökülməyə qədər gəlib
çıxsın belə proqnozu ancaq dağıdıcı
müxalifət verə bilər. Onlar ancaq belə
düşüncənin daşıyıcısı ola bilər,
çünki onlar ancaq belə fikirləri beyinlərində gəzdirirlər.
1993-cü ildə Müsavat rəhbərinin hakimiyyətdə
olduğu dönəmdə İsa Qəmbər Gəncədə
vətəndaş qanının tökülməsində
iştirak etmişdi və təsadüfi deyil ki, parlamentdə
də onun ünvanına “sənin əlin qana batıb”
söylənmişdi. İsa Qəmbər narahat olmasın Azərbaycanda
siyasi vəziyyət, iqtisadi inkişaf elə səviyyədədir
ki, ölkədə qan tökülməsinə nə şərait
var, nə də ki, buna yönəlik psixoloji durum var.
-
“İctimai Palata”nın təsiscilərindən olan AXCP sədri
Əli Kərimlinin gənclərin küçələrə
çıxıb, siyasi şüarlarla aksiyalar keçirməyə
çağrışlar edir. Bu, Əli Kərimlinin
çağırışına rədd cavabı verən gənclər
təşkilatlarının bəyanatlarında və müraciətlərində
nümayiş olunmaqdadır. Sizcə, Əli Kərimli niyə
hələ də, 88-90-cı ilərdəki eyforiyasından
qurtula bilmir?
- Gəncləri
küçələrə çağıranlar əbəs
yerə enerji sərf etməsinlər. Qeyri-qanuni aksiyalar
keçirtməkdə ötən ildə, bu ildə cəhdlər
olub. Bu aksiyaları biz təhlil etmişik və orada
iştirak edənlər Əli Kərimlinin, İsa Qəmbərin
ətrafında olan yaxınlarıdır. Qeyri-qanuni
çağırışlar edənlər özlərinə
tərəfdar toplaya bilmirlər. Əli Kərimlinin bu
çağırışları həm qanuna ziddir, həm də
əhəmiyyətsizdir. Çünki bu cür
çağırışlarla gəncləri qeyri-qanuni hərəkətlər
etməyə sürükləyə bilməyəcək.
- “El” hərəkatının
sədri Eldar Namazovun Rusiya meyilli qüvvələrin Azərbaycandakı
nümayəndəsi olduğu bildirilir. Sizcə, bu şəxs
Rusiyadakı anti-milli qüvvələrin etimadını doğrultmaq
üçün imkanlara malikdirmi?
- “El” hərəkatın Azərbaycanın ictimai-siyasi həyatında hansısa təsir buraxacağına və ya tərəfdarlar qazanacağına elə də inanmıram. Azərbaycanda siyasi səhnədə yalnız, Azərbaycan meyilli qüvvə kimi qala bilər. Bir daha o fikirdəyəm ki, Azərbaycanda hansısa siyasi partiya, siyasi təşkilat kənardan dəstək alırsa bu dəstək yalnız və yalnız həmin kənarda olan anti-Azərbaycan dairələr tərəfindən edilə bilər. Dövlət səviyyəsində istər Rusiya, İran, Türkiyə, ABŞ Avropa İttifaqı və.s kimi dövlətlərdən müxalif qüvvələr dəstək ala bilməz. Bu mümkün deyil. Sonda qeyd edərdim ki, Azərbaycan güclü dövlətdir. Dövlətimiz özünü müdafiə hər zaman edə bilər. Cənubi Qafqaz bölgəsində siyasi prosesdə öndə olan dövlətdir. Buna görə də kiminsə hansısa təşkilatı yaratması və hansı yolu seçməsi məsələsidə onun öz işidir. Bütün bunların hamısına qiymət verəcək bir qüvvə var. O qüvvədə Azərbaycan xalqıdır. Azərbaycan xalqına söykənməyən qüvvə iflasa məhkumdur.
Səs.- 2013.- 6
aprel.- S.7.