Azərbaycanın Seneqal, Tunis, Mavritaniya, Cənubi Afrika Respublikası, Anqola, Nigeriya və digər Afrika ölkələrilə əməkdaşlığı

 

Afrika qitəsinin müsəlman ölkələri sırasına daxil olan dövlətlərindən biri də Seneqal Respublikasıdır. Ə.Həsənovun yazdığı kimi Azərbaycan Respublikası ilə Seneqal Respublikası arasında diplomatik əlaqələr 1996-cı il martın 14-də yaradılsa da, hələlik, səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır.Azərbaycanın xarici siyasətində bu ölkənin də yeri əsasən beynəlxalq təşkilatlar, o cümlədən, BMT və İKT çərçivəsində əməkdaşlıqla müəyyənləşir. Azərbaycan ƏDL, Afrika İttifaqı və Beynəlxalq Frankofon Təşkilatı ilə əlaqələrin yaradılmasında bu ölkənin dəstəyindən də istifadə edə bilər.BFT-nin hazırkı baş katibi Seneqalın keçmiş prezidentidir.

Afrikanın islam ölkələri sırasında özünəməxsus yer tutan Tunislə də Azərbaycanın əlaqələri hələ ki, yalnız 1998-ci il iyulun 1-də yaradılmış və hər iki ölkənin Rusiya Federasiyasındakı səfirlikləri tərəfindən həyata keçirilən diplomatik münasibətlər üzərində qurulmuşdur.

Hazırda ölkələrarası "Azərbaycan Respublikası XİN və Tunis Respubilkası XİN arasında məsləhətləşmələr haqqında Protokol", "Azərbaycan Respublikası hökuməti ilə Tunis Respublikası hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş", 'Azərbaycan Respublikası hökuməti ilə Tunis Respublikası hökuməti arasında hava daşınmaları haqqında Saziş" layihələri müzakirədədir.

İkitərəfli əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən, BMT və   İKT   çərçivəsində   qarşılıqlı-faydalı   əməkdaşlıq   prinsipi əsasında inkişaf etdirilmişdir. Tunis Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə əlaqədar beynəlxalq və regional təşkilatlarda ölkəmizin mövqeyini birmənalı olaraq dəstəkləmişdir.

Qitənin müsəlman ölkələrindən biriMavritaniya İslam Respublikasıdır. Bu ölkə ilə rəsmi diplomatik münasibətlər 1994-cü ilin oktyabrında qurulsa da, hələ ki, səfirliklər səviyyəsində, bilavasitə, ikitərəfli əlaqələr yaradılmamışdır. Qarşılıqlı əməkdaşlıq əsasən BMT və İKT çərçivəsində həyata keçirilir.

Bəhs olunan ölkələr sırasına Burkina FasoCibuti respublikaları da daxildir. Azərbaycanın hər iki dövlətlə rəsmi diplomatik əlaqələri 2004-cü il mayın 28-də yaradılsa da, səfirlik açılmamış və ikitərəfli münasibətlər yüksək səviyyəsinə çatmamışdır. Yalnız 2004-cü ildə BMT-nin 59-cu sessiyasının iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Cibutinin prezidenti İsmayıl Ömər Qüelli arasında görüş keçirilmişmaraq doğuran məsələlər müzakirə olunmuşdur.

Azərbaycanla Burkina FasoCibuti arasında əməkdaşlıq əsasən BMT və İKT çərçivəsində həyata keçirilir. Hər iki ölkə Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ilə əlaqədar beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir.

Afrika qitəsinin qeyri-müsəlman ölkələri içərisində aparıcı dövlət Cənubi Afrika Respublikası hesab olunur. Bu ölkə ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il aprelin 29-da yaradılmış və hər iki dövlətin Türkiyə Respublikasındakı səfirlikləri tərəfindən qarşılıqlı əlaqələrin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.

İki dövlət arasında ikitərəfli və çoxtərəfli əlaqələr hələ ki, hüquqi-normativ sənədlər çərçivəsinə salınmamışdır. Yalnız 2004-cü ildə Cənubi Afrika Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş (iqamətgahı Ankara şəhərində yerləşir) səfiri etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Ölkələr arasında əməkdaşlıq əsasən BMT çərçivəsində inkişaf etdirilir. Mövcud olan əməkdaşlığa baxmayaraq, CAR BMT çərçivəsində Azərbaycanın maraqlarına aid olan məsələlərə dair səsvermədə 1997, 2000 və 2001-ci illərdə bitərəf qalmış, 1998 və 1999-cu illərdə lehinə və 2002-ci ildə isə əleyhinə səs vermişdir. Onu da nəzərə almaq lazımdır ki, CAR dünyadaAfrika qitəsində aparıcı ölkələrdən biridir. BMT-də aparılan islahatlar nəticəsində Afrika qitəsi BMT-nin Təhlükəsizlik Şurasında iki daimi (veto hüququ ilə) yerlə təmsil ediləcəyi təqdirdə, CAR həmin yerin birinə iddia edəcək. Bu baxımdan həmin ölkə ilə münasibətlərin inkişafı zəruri məsələdir. Bundan başqa, Afrika İttifaqı ilə münasibətlərin qurulması işində də Cənubi Afrika mühüm rol oynaya bilər.

Ə.Həsənov yazır ki, qeyd olunan regionun ölkələri sırasında Anqola Respublikası xüsusi seçilir. Keçmişdə bu ölkə sosialist inkişaf yolu seçmişdi və SSRİ ilə çox yüksək münasibətlərə malik idi.

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabrında qurulmuşiki ölkənin Rusiyadakı səfirlikləri tərəfindən həyata keçirilir. İkitərəfli əlaqələr əsasən, 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının 80 illik yubileyində Anqolanın təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətinin iştirak etməsindən və 2004-cü ildə Anqola Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş (iqamətgahı Moskva şəhərində yerləşir) səfirinin etimadnəməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsindən ibarət olmuşdur.

Ölkələr arasında əməkdaşlıq əsasən BMT çərçivəsində inkişaf etdirilir. Azərbaycan Neft Akademiyasının məzunu olan Anqolanın hazırkı prezidenti J.Santuşun respublikamıza xüsusi münasibətini nəzərə alaraq, bu ölkə ilə daha faydalı və perspektivli əməkdaşlıq imkanlarının olduğunu qeyd etmək olar (həm siyasi, həm də iqtisadi sahələrdə).

Afrikanın ən böyük qeyri-müsəlman ölkələrindən biriNigeriya Federativ Respııblikasıdır. Bu ölkə ilə diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Əməkdaşlıq əlaqələri əsasən BMT çərçivəsində həyata keçirilir. Mövcud olan əməkdaşlığa baxmayaraq, BMT-də Azərbaycanın maraqlarına aid olan məsələlərə dair səsvermədə Nigeriya da çox hallarda bitərəf mövqe tutmuşdur. Nəzərə almaq lazımdır ki, Nigeriya Afrika qitəsinin aparıcı ölkələrindən biridir və BMT-də aparılan islahatlar nəticəsində Təhlükəsizlik Şurasına daxil ediləcək veto hüquqlu iki daimi Afrika ölkəsindən biri roluna iddialıdır.

Ə.Həsənovun fikrincə, beynəlxalq aləmdə öz milli mənafelərini təmin etmək istəyi Azərbaycanın xarici siyasətini fəallaşdırmağı, bütün dünya dövlətləri ilə əlaqələrini daha da inkişaf etdirməyi tələb edir. Afrika qitəsi ölkələrinin beynəlxalq təşkilatlardakı say çoxluğu, xüsusilə, BMT-də aparılacaq islahatlar nəticəsində Aİ-nin BMT-nin Təhlükəsizlik Şurasında iki daimi (veto hüququ ilə) yerlə təmsil olunacağı, habelə, Ərəb Dövlətləri Liqası və Beynəlxalq Frankofon Təşkilatının beynəlxalq aləmdəki rolunun güclənməsi nəzərə alınarsa, qitə ölkələri ilə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni əlaqələrin yaradılması Azərbaycanın xarici siyasətinin Afrika istiqamətinin mühüm vəzifələrindən biri olaraq qalır. Ermənistanın son dövrlərdə Afrika qitəsində (habelə, Ərəb Dövlətləri Liqası və Beynəlxalq Frankofon Təşkilatı və s.) öz xarici siyasətini fəallaşdırması da qeyd olunan regionda Azərbaycanın xarici siyasətinin gücləndirilməsini zəruri edir.

Afrikanın Azərbaycanla diplomatik əlaqələr yaratmış ölkələri:

 

İTK, Afİ və BFT-nin üzv dövlətləri:

Benin   Respublikası   (diplomatik   əlaqələr   14.10.1999-cu   ildə yaradılmışdır)

Çad Respublikası (05.04.2004)

Qabon Respublikası (01.10.1996)

Qvineya Respublikası (11.03.1992)

 Qvineya-Bisau Respublikası (27.08.1992)

Kamerun Respublikası (24.02.1995)

 Kot d' İvuar Respublikası (19.11.1996)

 Niqer Respublikası (10.10.1995)

İTK Afİ-nin üzv dövlətləri: Mozambik Respublikası (20.06.1995)

 

Syerra-Leone Respublikası (13.03.1995)

Uqanda Respublikası (19.03.1995)

Afİ BFT-nin üzv dövlətləri:

Burundi Respublikası (02.03.1995)

Ekvatorial Qvineya (11.11.2004)

Kabo Verde Respublikası (22.03.2004)

Madaqaskar (26.05.1993)

Mali Respublikası (26.11.1996)

Mavriki Respublikası (19.07.1996)

Ruanda Respublikası (28.05.2004)

Seyşel adaları (02.11.1994)

 

Afİ-nin üzv dövlətləri:

Eritreya Respublikası (20.04.2004)

Həbəşistan (02.11.1992)

Qana Respublikası (11.09.1992)

Keniya Respublikası (28.05.2004)

Liberiya Respublikası (22.05.1996)

Malavi Respublikası (21.05.2004)

Zambiya Respublikası (18.11.1993)

 

Azərbaycanın diplomatik əlaqələri yaradılmamış Afrika ölkələri.

İTK, Afİ BFT-nin üzv dövlətləri:

Toqo Respublikası

Konqo Respublikası

Konqo Demokratik Respublikası

Mərkəzi Afrika Respublikası

San Tome Prinsipe Demokratik Respublikası

Birləşmiş Tanzaniya Respublikası

Botsvana Respublikası

Lesoto Kralığı

Namibiya Respublikası

Svazilend Respublikası

Zimbabve Respublikası

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 10 aprel.- S.14.