Hikmət Babaoğlu: “Biz də çalışırıq ki, bütün hadisələrə yanaşma professional səviyyədə olsun 

 

“Yeni Azərbaycan” qəzetinin partiya qəzeti olması və dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı mətbuat orqanı olması onun çiyinlərinə böyük məsuliyyət qoydu”

 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:

 

- Hikmət müəllim, artıq aprelin 10-u 2013-cü il tarixində “Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyi qeyd ediləcək. Gəlin tarixə bir daha nəzər salaq. 20 il ərzində “Yeni Azərbaycan” qəzetinin keçdiyi tarixi yol nədən ibarət olub?

- Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkənin ictimai-siyasi, mənəvi, ideoloji həyatının bütün sahələrində yenidənqurma işləri həyata keçirilib. Bu tarixi mərhələdə eləcə də mürəkkəb, çətin, siyasi dövrdə müstəqil Azərbaycan mətbuatı təşəkkül tapmağa başlayıb. Bu dövr hər nə qədər tarixi baxımından olduqca qiymətli və mühüm dövr idisə bir o qədər də ictimai-siyasi proseslərin bulanıqlığı, mürəkkəbliyi, çoxşaxəliyi baxımından çətin dövr idi. Məhz belə bir dövrdə Azərbaycan ictimaiyyətini obyektiv informasiya ilə təmin edəcək, ölkənin milli və dövlət maraqlarına sahib çıxacaq, dünyadaregionda baş verən siyasi proseslərin məzmun və mahiyyətinin dərk edərək onu geniş oxucu auditoriyasına izah edə biləcək milli mətbuat orqanlarına ehtiyac var idi. Ona görə də məhz bu dövrdə yəni 1992-cı ildə ilk dəfə olaraq Azərbaycanın siyasi sisteminə yeni nizam verəcək, ölkənin gələcək strateji dövlət və milli maraqlarını təmin edəcək siyasi təşkilatlanma yarandı. Bu hakim partiya olan Yeni Azərbaycan Partiyası (YAP) idi. YAP-ın, eyni zamanda müstəqil Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, memarı Ulu öndər Heydər Əliyev hakim partiyanı yaratdıqdan sonra bu partiyanın ideyalarının, proqram və nizamnaməsində nəzərdə tutan məramların geniş oxucu kütləsinə çatdırılması üçün YAP-ın rəsmi orqanı kimiYeni Azərbaycan” qəzeti təsis edildi. Beləcə, 1993-cü ilin aprelin 10-da qəzetin ilk nüsxəsi işıq üzü gördü. Zərurət məhz buradan yaranıb. Biz bilirik ki, bu dövrdə Azərbaycanın ideoloji sferasında, siyasi platformasında müxtəlif qütbləşmələr var idi. Beləcə, Azərbaycana yad olan, ölkəmizin milli, dövlət maraqlarına zidd olan ayrı-ayrı qruplaşmalar müxtəlif mərkəzlər tərəfindən (anti-azərbaycançı və s. ) idarə olunurdular. Beləliklə, cəmiyyəti obyektiv düşüncə ilə milli maraqları təmin edəcək intelektual potensial istismar olunurdu. Bu isə nəticə etibarı ilə müstəqil Azərbaycanın gələcəyinin oğurlanmasına xidmət edirdi. Məhz belə bir şəraitdə YAP-ın proqramında nəzərdə tutulanUlu öndər Heydər Əliyevin ideyalarını əks etdirən tezisləri cəmiyyətdə geniş auditoriya çatdırılmasına böyük ehtiyac var idi. “Yeni Azərbaycan” qəzeti işıq üzü gördüyü gündən bu günə qədər bu tarixi missiyanı həyata keçirməkdədir. Heç şübhəsiz ki, “Yeni Azərbaycan” qəzetinin partiya qəzeti olması və dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı mətbuat orqanı olması onun çiyinlərinə böyük məsuliyyət qoydu. Bu qəzet hakim partiyanın və onun ideyalarına sadiq qalmaqla bərabər eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinə, ölkənin klassik mətbuat ənənələrinə də nümunəvi bir qəzet olmalı idi. O dövrdə bu tələbləri yerinə yetirmək xeyli dərəcədə çətin idi. Belə bir şəraitdə “Yeni Azərbaycan” qəzeti intelektual əsaslara və Azərbaycan xalqının ədəbi dilinin imkanlarına söykənərək bu çərçivədən çıxmayan bir mətbu orqan oldu. Beləcə, hər zaman mətbuatda mətbuat etikasına sadiqliyini nümayiş etdirdi. “Yeni Azərbaycan” qəzeti Azərbaycan milli mətbuatının nümunələrindən biri olmaqla ötən 20 il müddətində həm də ölkə mətbuatının inkişafına töhvələr verdi. Bir sözlə dünyadaregionda baş verən siyasi proseslərin tərcüməçisinə çevrildi. Beləliklə, “Yeni Azərbaycan” qəzeti bir siyasi partiyanın deyil bütövlükdə Azərbaycan xalqının qəzeti oldu. Necə ki, YAP Azərbaycan xalqının partiyası hesab edilir, eləcə də o şəkildə adı partiya qəzeti olsa belə “Yeni Azərbaycan” qəzeti ölkənin ən popilyar ictimai-siyasi qəzetlərindən biridir. Hesab edirəm ki, oxucu etimadını qazanmaq, ona söykənmək və onu inandırmaq olduqca vacib bir məsələdir.

 

- “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olaraq yaxın gələcəkdə nə kimi layihələr həyata keçirmək fikrindəsiniz?

 

- “Yeni Azərbaycan” qəzeti yarandığı gündən bu günə qədər əsas məqsədi Azərbaycanın strateji milli və dövlət maraqlarının qorunmasına xidmət etməkdən ibarət olub. Bu məsələ bu gün dünyada baş verən mürəkkəb ictimai-siyasi proseslər fonunda aktualdır və həmişə də aktual olaraq qalacaq. Ona görə də bizim planlarımız, məqsədimiz, məramımız da bu strateji məqsədlərə söykənir. Biz daimi olaraq xüsusi layihələr həyata keçiririk. Bu gün Azərbaycan dövlətinin ölkə mətbuatına qayğısından bəhrələnməyə çalışırıq. Hesab edirik ki, bu gün Azərbaycanda bərqərar olan söz, mətbuat azadlığından lazımınca və məsuliyyətli bir şəkildə istifadə edirik. Hesab edirəm ki, bu belə də olmalıdır. Əks təqdirdə söz və mətbuat azadlığının istismar olunması heçmilli mətbuatımızın ayrı-ayrı nümunələrini müsbət anlama gətirib çıxarmır. Məhz buna görə də ən yeni tariximizin yazıldığı bu illər ərzində “Yeni Azərbaycan” qəzeti o tarixi səhifələrində işıqlandıran milli mətbu orqanlarımızdan biridirbiri olmaqda da davam edir.

 

- Hikmət müəllim, “Yeni Azərbaycan” qəzeti nə kimi beynəlxalq əlaqələrə malikdir. Hansı xarici təşkilatlarla ikitərəfli əlaqələriniz mövcudddur?

 

- “Yeni Azərbaycan” qəzeti bir mətbu orqan olaraq tam müstəqil bir dövlətin qəzeti kimi fəaliyyət göstərir. Əlbəttə ki, buya digər şəkildə müxtəlif nəşrlərlə əlaqələrimiz mövcuddur. Gəlin razılaşaq ki, mətbuat belə bir şeydir ki, o daha çox daxili auditoriyaya hesablandığı üçün bizim əsas fəaliyyət istiqamətimiz də məhz budur. Amma məlumdur ki, bu gün informasiya əldə etməyin sonsuz sayda mənbələri  vardır. Buna misal olaraq agentlikləri, qəzetlərin elektron səhifələrini göstərə bilərik. Bundan başqa xeyli sayda trassmilli media strukturları vars. Bu gün bəzi qəzetlərimizin əsas məqsədi odur ki, informasiya məkanında sahibsiz, mənşəyi bəlli olmayan çoxsaylı informasiyalar yaymaqdır. Bununla belə informasiya axınından yayınmaqla ciddi informasiyaların tribunasına çevrilərək bunu Azərbaycan xalqına, oxucusuna çatdırmaqdan ibarətdir. Bu gün akternativyaxud sosial media adlandırdığımız mediada sərsəri informasiya kolonları dolaşmaqdadır. Bu informasiyaların böyük əksəriyyətinin altında manipulyativ məqsədlər dayanır. İnformasiya istehlakçısı olan oxucular isə çox hallarda bu təsirə düşərək onun altında gizlənən məqsədi görmürlər. Beləliklə, də idarə olunan canlı obyektə çevrilirlər. Dünyadaregiondan çox mürəkkəb hadisələr baş verir. 2003-cü ilin mart ayından başlayaraq bu günə qədər Yaxın Şərq və Şimali Afrikada böyük hadisələr baş verdi. Eyni zamanda biz keçmiş Potsovet məkanında müxtəlif hadisələrin şahidi olduq. Əlbəttə ki, bu hadisələr heç də hamı tərəfindən birmənalı qarşılanmır. Bütün bunların altında olduqca ciddi məqsədlər var. Bu gün Azərbaycan çox təəssüf ki, hələ də müharibə şəraitində yaşayır. Eləcə də ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müəyyən problemlər var. “Yeni Azərbaycan” qəzetinin bir məqsədi, məramı da Azərbaycan həqiqətlərinin həm ölkə ictimaiyyətinin yenidən özünə tanıdılmasında, həm də dünyaya çatdırılmasında konkret görməkdən ibarətdir.

 

- “Yeni Azərbaycan” qəzetinin şöbələrinin yaxın zamanda artırılması planlaşdırılırmı?

 

- Bilirsiniz ki, qəzet kollektiv əməyin məhsuludur. “Yeni Azərbaycan” qəzetinin 20 illik dövründə indiki mərhələyə gəlib çatmasında o dövrdən bu dövrə kimi fəaliyyət göstərən hər bir jurnalistin, kollektivin xidmətləri danılmazıdır. Bu gün Azərbaycan mətbuatı öz müdriklik dövrünü yaşayır. Azərbaycan mətbuatı artıq formalaşmasının ayrı-ayrı mərhələlərini geridə qoyub. Ona görə də biz bu gün ölkə mətbuatında daha çox şahidi oluruq ki, ixtisaslaşma tendensiyası var. “Yeni Azərbaycan” qəzeti də məhz bu sahədə ilkin mövqedə olan qəzetlərdən biridir. Biz də çalışırıq ki, bütün hadisələrə yanaşma professional səviyyədə olsun.

 

 

Ceyhun Rasimoğlu

 

Səs.- 2013.- 10 aprel.- S.6.