Azərbaycanın Belarus və Moldava əməkdaşlığı və Avrasiya inteqrasiyası

 

Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 1993-cü il iyunun 11 -də imzalanmışdır. İki ölkənin dövlət başçılarının bir-birinin ölkəsinə indiyə qədər rəsmi səfərlər etməsələr də, müxtəlif beynəlxalq və regional tədbirlərdə bir neçə dəfə təkbətək görüşmüşlər. Bu görüşlər içərisində 1998-ci və 2000-ci ilin avqust aylarında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Belarus Respublikasının prezidenti A.Lukaşenko arasında MDB dövlət başçıları Şurasının iclasları zamanı Yaltada, 2000-ci ilin yanvariyun aylarında MDB dövlət başçıları Şurasının Moskva toplantısında, 2000-ci ildə Minskdə vo Davosda Dünya İqtisadi Forumundakı görüşlərini xüsusi qeyd etmək lazımdır.

Ə.Həsənovun qeyd etdiyi kimi, 1998-ci ilin sentyabr ayında Azərbaycan və Belarus xarici işlər nazirləri Nyu-Yorkda BMT-nin Baş Məclisinin 53-cü iclasında görüşmüşiki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə etmişlər. Bunun ardınca qarşılıqlı əlaqələri intensivləşdirmək, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında ikiqat verginin aradan qaldırılması, gəlirlərə və əmlaka görə vergiləri ödəməkdən yayınmanın qarşısının alınması haqqında Konvensiya" və "Malların (işlərin, xidmətlərin) idxalı və ixracı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında Saziş" layihələrini razılaşdırmaq üçün Azərbaycanın ekspertlər qrupu 1998-ci ildə Minsk şəhərinə ezam olunmuşlar. Danışıqlar zamanı hər iki layihənin razılaşdırılması barədə tərəflər MemorandumProtokol imzalamışlar.

Azərbaycan-Belarus münasibətlərində ciddi dönüş 2001-ci ilə təsadüf edir. 2001-ci il avqustun 8-9-da Azərbaycana rəsmi səfər etmiş Belarusun Baş naziri V.Yermaşov ölkə rəhbərləri ilə çoxsaylı görüşlər keçirmiş və danışıqların yekunu olaraq Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında "Malların (işlərin, xidmətlərin) idxalı və ixracı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında", "Yüksək ixtisaslı elmielmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında", "İkiqat verginin aradan qaldırılması, əmlaka münasibətdə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında" bir neçə Saziş imzalanmışdır.

2002-ci ildə Azərbaycan özünün Ukraynadakı səfirini həm də Belarusa təyin etmişdir. Lakin iki ölkə arasında diplomatik əlaqələrin səviyyəsinin yüksəldilməsini zəruri hesab edən Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin aprelində ölkəmizin Belarus Respublikasında səfirliyinin təsis edilməsi haqqında Sərəncam vermişdir.

İki ölkə münasibətlərinin yaxşılaşması və qarşılıqlı əlaqələrin güclənməsinə müsbət təsir göstərən növbəti addım 2004-cii il martın 30-u və aprelin I-də Azərbaycanın Baş naziri A.Rasizadənin başçılığı ilə nümayəndə heyətinin Belarusa rəsmi səfəri olmuşdur. Səfər zaman A. Rasizadə həmin ölkənin Baş naziri S.Sidorski ilə təkbətək və geniş tərkibdə danışıqlar aparılmış, Azərbaycan-Belarus münasibətlərinin aktual məsələlərini müzakirə etmiş, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın perspektiv istiqamətlərini müəyyənləşdirmişdir.

Səfər zamanı ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının ilk iclası keçirilmişdir. Komissiyanın ilk iclasının yekunlarına əsasən, protokol imzalanmış, sənaye, kənd təsərrüfatı, nəqliyyat, elm, mədəniyyət, idmanturizm sahəsində bir sıra birgə layihələrin həyata keçirilməsi nəzərdə tutuimuşdur.

2004-cü il noyabrın 5-7-də Belarusun Baş naziri S.Sidorski Azərbaycanda rəsmi səfərdə olmuş, Baş nazir A.Rasizadə ilə görüşmüş, Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, ikitərəfli maraq kəsb edən məsələləri müzakirə etmişdir. Bu, Belarus Baş nazirinin Azərbaycana ikinci səfəri idi. Səfər zamanı S.Sidorski Heydər Əliyev Fondu, kənd təsərrüfat avadanlığı və texnikasının sərgisi, "Bakı Şampan Şərabları" Açıq Səhmdar cəmiyyəti ilə tanış olmuş, "Azərbaycan-Belarus" Biznes Forumunda iştirak etmişdir.

Səfər çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının ikinci iclası keçirilmiş və 7 mühüm sənəd imzalanmışdır.

Bunun ardınca 2004-cü ilin dekabrında Belarus Respublikasının müdafiə naziri L.Maltsevin başçılığı ilə nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmiş, ölkəmizin müdafiə naziri S.Əbiyev, xarici işlər naziri E.Məmmədyarov ilə görüşmüşPrezident İlham Əliyev tərəfindən qəbul edilmişdir. Görüşlər zamanı ikitərəfli hərbi əməkdaşlıq və digər maraq kəsb edən məsələlər müzakirə olunmuş və "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq haqqında " Saziş imzalanmışdır.

Beləliklə, göründüyü kimi, Azərbaycan-Belarus münasibətləri keçən illərdə intensiv olmasa da, kifayət qədər sabit templə inkişaf etmiş, iki ölkə arasında bəzi sahələr üzrə qarşılıqlı əlaqə yaradılmışdır. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, Belarus Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini heç zaman müdafiə etməmişdir. Məsələn, 2000-cı  ildən başlayaraq, hər il BMT Baş Məclisinin sessiyalarının iclaslarında "BMT ilə ATƏT arasında əməkdaşlıq" haqqında qətnamə layihəsində Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən düzəlişinə səsvermədə Belarus Respublikası, bir qayda olaraq ya iştirak etməmişdir, ya da ki, bitərəf qalmışdır.

MDB üzvü olan dövlətlərdən RusiyaTacikistanla yanaşı, Belarus da bu məsələdə, hələlik, bitərəf mövqe nümayiş etdirməyə üstünlük verir. Bununla belə, Belarusla Azərbaycanın iqtisadi-ticarət əlaqələri getdikcə genişlənir. 2003-cü ildə Azərbaycanın Belarus ilə əmtəə dövriyyəsinin həcmi 7 milyon ABŞ dolları olmuşdur.

Professor Ə.Həsənovun göstərdiyi kimi, Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 1992-ci il mayın I8-də imzalanmışdır. Bundan sonra, 1996-cı ilə qədər iki ölkə arasındakı münasibətlər əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan, ölkələri təmsil edən rəsmi və qeyri-rəsmi strukturların nümayəndələrinin ayrı-ayrı fərdi əlaqələrindən ibarət olmuşdur. Dövlətlərarası sistemli əlaqələr isə 1997-ci il noyabrın 26-27-də Moldova prezidenti P.Luçinskinin Azərbaycana rəsmi səfərindən sonra yaradılmışdır. Səfər çərçivəsində Azərbaycan və Moldova Respublikaları arasında "Dostluq və Əməkdaşlıq haqqında" Müqavilə, bir neçə hökumətlərarası Saziş və digər hüquqi-normativ sənədlər imzalanmışdır.

2004-cü ildə Moldova özünün Ukraynadakı səfirini, eyni zamanda, Azərbaycana da təyin etmiş, Azərbaycan isə 2005-ci ilin martında Moldovada öz səfirliyini açmışdır.

İkitərəfli əlaqələrin inkişafı baxımından 2004-cü il oktyabrın 26-27-də Moldovanın prezidenti V.Voroninin Azərbaycana rəsmi səfəri mühüm rol oynamışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparmış və siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı məsələlərini müzakirə etmişdir. Səfər zamanı 9 sənəd, o cümlədən, "Azərbaycan Respublikası PrezidentininMoldova Respublikası Prezidentinin Birgə Bəyannaməsi" imzalanmışdır.

Keçən illərdə iki ölkə arasında cəmi 26 dövlətlərarası, hökumətlərarası və müəssisələrarası müxtəlif hüquqi-normativ sənəd imzalanmışdır. 2005-cı il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri də zəngin olmuşdur. Səfər zamanı iki ölkə arasında daha 5 sənəd imzalanmışdır.

2005-ci il iyunun 16-da Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq investisiya forumunda iştirak etmək üçün Ukraynaya səfər çərçivəsində yenidən Moldova prezidenti V.Voroninlə görüşmüş, qarşılıqlı əlaqələrin vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışdır. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq tədbirlərdə Moldova həmişə Azərbaycanın mövqeyini dəstəkləmidir.

BelarusMoldova ilə əməkdaşlıq AvrasiyaAvropa inteqrasiyasında mühüm rol oynayır. Hər iki ölkə əməkdaşlığının inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xidmətləri var.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 16 aprel.- S.23.