İyirmi birinci əsrin humanizm simvolu

 

Uşaqların hüquq azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli şəxsiyyət layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.

Heydər Əliyev Fondunun ideyaları ilə gerçəkləşən hər bir işin təməlində insanlara olan sevgi dayanır. Xalq bu məhəbbəti görür qiymətləndirir. Heydər Əliyev Fondunun bu günə qədər həyata keçirdiyi irimiqyaslı layihələrinin hər biri humanizm prinsiplərinə söykənərək, xalqın sosial rifahının yüksəlməsinə yönəlmişdir. Müxtəlif yaşda olan insanlara qayğı fondun əsas fəaliyyət istiqamətini təşkil edir. Heydər Əliyev Fondunun fəaliyyəti dövründə kimsəsiz valideyn himayəsindən məhrum, əqli fiziki cəhətdən zəif uşaqlara qayğı, onların təlim-tərbiyə aldıqları internatların digər xüsusi məktəblərin müasir tələblər səviyyəsində yenidən qurulması aparıcı istiqamətlərdən biridir. Fondun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bu işlərə xüsusi diqqət yetirərək müvafiq tədbirlər görülməsinə daim nəzarət edir. Mehriban xanım Əliyevanın dediyi kimi: “Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan cəmiyyətinin müdafiəyə ən çox ehtiyacı olan üzvlərinə, uşaq evləri internatlardakı uşaqlara yeniyetmələrə, qaçqın məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara yardım göstərilməsi ilə bağlıdır”.

Fondun fəaliyyət göstərdiyi dövr ərizində genişmiqyaslı layihələr reallaşmış, uşaq evləri internat məktəblərintn şagirdləri arasında müxtəlif mövzularda müsabiqələr keçirilmiş, qaçqın-köçkün uşaqlarına məktəb ləvazimatı verilmiş, fondun, Azərbaycan Diabet Cəmiyyətinin Danimarkanın “Novo Nordisk” şirkətinin təşkilatçılığı iləDiabetlə xəstələnmiş uşaqlara daha çox qayğılayihəsi gerçəkləşdirilmiş, “Talassemiyasız həyat naminəlayihəsi yerinə yetirilmiş bu layihə çərçivəsində ixtisaslaşdırılmış mərkəz, qan bankı yaradılmış s. layihələr həyata keçirilir bu səpgili tədbirlər davam etməkdədir.

Uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlığı da qeyd etməliyik. Uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlıq genişlənməkdədir. Məlumdur ki, Heydər Əliyev Fondu ilə ABŞ-ınUşaqların Xilasıtəşkilatı arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.  Xatırladaq ki, “Uşaqların Xilasıdünyanın 40-dan çox ölkəsində ehtiyac içində yaşayan uşaqların həyatında uzunmüddətli müsbət dəyişikliklərə nail olmağa çalışan aparıcı beynəlxalq yardım inkişaf təşkilatıdır. Təşkilatın məqsədi qaçqın-köçkün ailələrindən olan ehtiyac içində yaşayan uşaqların sosial həyat, səhiyyə, təhsil sahəsində ehtiyaclarını təmin etməkdir. Təşkilat, məhz bu niyyətlə Heydər Əliyev Fondu ilə əməkdaşlıq etməyə başlayıb. Heydər Əliyev Fondu ilə imzalanmış Anlaşma Memorandumu uşaqların fiziki psixososial kömək vasitəsilə müdafiəsi, onlara zəruri qayğının göstərilməsi, təhsil almasının təmin edilməsi, sağlamlığı keyfiyyətli qidalanması sahəsində birgə fəaliyyəti müsbət nəticəsini verməkdədir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin artırılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihə proqramlar cəmiyyət tərəfindən birmənalı olaraq yüksək səviyyədə qarşılanır. Uşaq evləri internat məktəblərinin inkişafıproqramı çərçivəsində fondun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın bir sıra orta internat məktəblərində yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin mövcud problemlərinin aradan qaldırılmasına yardım göstərmişdir. Fondun təşəbbüsü ilə bir çox internat məktəbi əsaslı təmir edilmiş, lazımi avadanlıq, mebel məktəb ləvazimatları ilə təmin edilmişdir.

Bu layihə çərçivəsində Şamaxı Lənkəran kimi  şəhərlərdəki internat məktəblərindəUşaqlar bizim gələcəyimizdirdevizi altında tədbirlər reallaşmışdır.

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılmışdır. Mehriban xanım Əliyeva uşaq evlərində tərbiyə təhsil alan, valideyn himayəsindən məhrum olan uşaqlara daimi qayğısı bunun təzahürüdür. Heydər Əliyev FondununUşaq evləri internat məktəblərinin inkişafıproqramı çərçivəsində millətin gələcəyi olan uşaqların sağlam savadlı böyüməsi naminə uğurlu addımlar atılmışdır.

Respublikamızda analoqu olmayan Psixonevroloji Uşaq Evinin yenidən istfadəyə verilməsi Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun bütün millətin gələcəyi olan uşaqların sağlamlığına daim diqqət yetirilməsinin daha bir nümunəsi olaraq qiymətləndirilir. Fondun təşəbbüsü ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi cəmiyyətdə geniş əks-səda doğurmuş və valideynlər, diabetə mübtəla olmuş uşaqlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən razılıqla qarşılanmışdır. Layihə çərçivəsində respublikaya inyektorçoxlu ucluq gətirilmişdir. Aksiya zamanı yeniyetmələrə, hamilə qadınlara, qlükemik indeksi 9 faizdən yuxarı olanlara üstünlük verməklə,  imkansız, xəstəliyin ciddi fəsadları olan vətəndaş inyektorucluqla təmin edilmişlər. Səmərəli tibbi xidmətin təşkilini vacib hesab edən Heydər Əliyev Fondu 2004-cü ildən başlayaraqDiabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində hər il qeydiyyatda olan 14 yaşınadək pasiyentləri dərman preparatı və qələm-iynə ilə təmin etmişdir. Davamlı layihə ilə yanaşı, fond beynəlxalq əməkdaşlıq çərçivəsində humanitar aksiyalar keçirərək şəkərli diabet xəstələr üçün əldə etdiyi dərman preparatlarını qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan vətəndaşlara təqdim etmişdir.

Bu nəcib layihələrin reallaşmasında əsas məqsəd ictimaiyyətin, millixarici şirkətlərin diqqətini uşaqların sağlamlığının qorunması, Azərbaycanın diabetli uşaqlarının problemlərinin həllində Beynəlxalq Diabet Federasiyasının iştirakını fəallaşdırmaq məsələlərinə yönəltməkdir.

    Heydər Əliyev Fondu tərəfindən artıq ənənə halını almış “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində humanitar tədbirlər davam etdirilməkdədir. Diabetli uşaqlara ən yüksək qayğı” layihəsinin icrasına başlanandan sonra ictimaiyyətin, müvafiq dövlət qurumlarının, millixarici şirkətlərin, Beynəlxalq Diabet Federasiyasının Azərbaycanın diabetli uşaqlarının problemlərinin həllinə diqqəti xeyli artmışdır.

  İnsanların sağlamlığı ən başlıca məqsəddir, vəzifədir. Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsini özünün əsas vəzifəsi hesab edən fondun “Talassemiyasız həyat naminə” talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilir.

Fond tərəfindən reallaşan layihələr uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, onların təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsi və s. məqsədi daşıyır. Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğısı istiqamətində mühüm layihələr həyata keçirilmişbu günuğurla davam etdirilir.

 

Nəzakət ƏLƏDDİNQIZI

SES QEZETI.-2013.-13 avqust.-S.5.