Qarabağ müharibəsinin yaratdığı psixoloji sarsıntı və həyat itkisi

 

 

 

 

Qlobalaşan, müasir dünyamızda baş verən bir sıra ictimai-siyasi proseslərin nəticəsi olan gerçəkliklər insanlara fiziki, mənəvi, əqli cəhətdən təsirini göstərərək, psixoloji gərginliyin yaranmasına təsir edir. Yaranan stresslər, gərginliklər müxtəlif formalarda təzahür olunur. Bu gün müxtəlif səbəblərdən, xüsusilə də müharibənin törətdiyi fəsadlardan doğan psixolji amillər dünya psixoloqlarının və alimlərin diqqətindədir. Müxtəlif araşdırmaların nəticəsi olaraq yaranan elmi əsərlərdə səbəb və nəticələr məntiqi ardıcıllıqla ifadəsini tapmış olur.

Son dövrdə Azərbaycanda da baş verən məlum olaylar insanlarda gərginliyin artması və bu baxımdan olayların insan psixologiyasına təsiri məsələsinin təhlil və tədqiqi xüsusi aktuallıq kəsb edir. Müharibənin törətdiyi fəsadlar psixi pozuntulara, stresslərə səbəb olan amillərdir ki, Azərbaycan xalqı bundan yan ötə bilməmişdir. Müasir dövrümüzdə psixoloq-alimlərimizin araşdırması, dünya təcrübəsinə istinadı və real mənzərənin tədqiqi nəticəsi olaraq bir sıra elmi əsərlər meydana çıxmışdır. Mütəxəssis kimi psixologiya sahəsində nailiyyələr əldə edən, elmi müşahidələrini ictimaiyyətə təqdim edən AMEA-nın Fəlsəfə, Sosiologiya, Hüquq İnstitutunun "Dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin aparıcı elmi işçisi, dosent, psixologiya elmləri üzrə fəlsəfə doktoru, institutun elmi şurasının üzvü İlham Mirzəyev də apardığı tədqiqatlarını cəmləşdirərək kitab şəklində çap etdirib. Belə ki, onun Təhsil Nazirliyinin qərarı ilə "Ailənin praktik psixologiyası" və "XXI əsrin sosial-psixologiyası", "Postdramatik stresslərin sosial-psixoloji təhlili" kitabları elmi ictimaiyyətə təqdim olunub. Müəllifin əsərləri təkcə Azərbaycan məkanında deyil, dünya ölkələrində maraqla qarşılanıb. Belə ki, "Postravmatik stresslərin sosial psixoloji təhlili" kitabı ingilisrus dillərinə tərcümə edilib. Xatırladım ki, İ.Mirzəyevin "Postravmatik streslərin sosial-psixoloji təhlili" kitabı Azərbaycanda postravmatik stresslərin sosial-psixoloji təhlilinə həsr olunmuş ilk monoqrafik tədqiqat işidir. Kitabda postravmatik stresslərin mahiyyəti, onların sosial-psixoloji reablitasiyası məsələləri sistemli şəkildə araşdırılıb, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadların, stresslərin sosial-psixolji təhlilinə xüsusi diqqət yetirilib. Kitabda Qarabağ və Xocalı problemlərindən bəhs olunurbu nəşr bir mənbə olaraq insanlara psixoloji kömək məqsədi daşıyır. Bütün bunlarla yanaşı, "Müharibənin tərs üzü: psixoloji sarsıntı və həyat itkisi", "Liderlik zirvəsi: siyasətin sosial psixologiyası" kitablarının, 70-dən çox elmi məqalənin və s. müəllifdir. Psixoloq-alim olaraq Azərbaycan gerçəkliklərini və Ermənistanın Azərbaycan vətəndaşlarında yaratdığı psixoloji gərginliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə bir sıra beynəlxalq səviyyəli elmi konfranssimpoziumlarda müxtəlif məzmunlu məruzələrlə dünya psixoloqları qarşısında çıxış edir.

Bu günlərdə Türkiyədə 50-dən artıq dövlətin qatıldığı "Dünyanı stressdən qoruyaq" devizi altında təşkil olunmuş Ümumdünya Psixoloqlarının elmi konfransında əsas məsələ olaraq insan amiliona ətraf mühütin, cəmiyyətdə doğan mənfi nüansların, ölkələrarası müharibələrin təsiri ilə bağlı dünya alimlərinin geniş məruzəsi dinlənilmişdir. Dünya psixoloqları ilə münasibətlərin qurulması, psixoloji reabitasiya mərkəzləri ilə əlaqələrin yaranması və genişlənməsi məqsədi ilə təşkil olunan elmi konfransda Azərbaycanı təmsil edən İlham Mirzəyev "Müharibənin sərt üzü: həyat itkisi" adlı məruzə ilə çıxış etmişdir. Azərbaycanın son illərdə yaşadıqları ictimai-siyasi gərginliyin qonşu ölkə olan Ermənistan tərəfindən törədilən ərazi iddiası ilə bağlı olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Təbii ki, Qarabağ müharibəsinin azərbaycanlıların şüurunda yaratdığı çaşqınlıq, gərginlik zamanla unudulması çox çətin olan prosesdir. Şüurlarda  bu müharibəni hazırlıqsız qarşılamaq qəbuledilməzdir. Elan olunmamış müharibə getdiyi dövrdə baş verən dəyişikliklərin yaratdığı psixi durum insanların həyatına böyük bir zərbə olduğunu konfrans iştirakçılarının diqqətinə çəkən İ.Mirzəyev müharibənin gedişində ardıcıl hərbi uğursuzluqların, ərazi itkisinis. olayların baş verdiyini bildirib: "Baş verənlərlə barışmaq və dünyada analoqu olmayan vəhşiliklərin şahidinə çevrilmək nə qədər dəhşətli bir məqamdır. Qarabağ müharibəsinin Azərbaycana, insanlara vurduğu maddi və mənəvi ziyan heç nə ilə ödənilə bilməz. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları onun əhalinin müxtəlif təbəqələrində oyatdığı postravmatik stresslərin ağrı-acısı bu günduyulur. Yaxınlarını, doğmalarını itirən, fiziki-mənəvi və psixoloji xəsarət alan insanlar bu zamanı xatırlayaraq gərginlik, narahatlıq keçirir, psixoloji sarsıntının izlərini hər zaman özləri ilə daşıyırlar. Azərbaycan torpaqlarının 20 faizini bu günədək işğal altında saxlayan təcavüzkar Ermənistanın iddialı siyasəti xaricdəki güclü erməni lobbisinin maddiideoloji təbliğat dəstəyi ilə reallaşır".

İ.Mirzəyev müharibə iştirakçılarının sosial-psixoloji reablitasiyası ilə bağlı dünyanın müxtəlif ölkələrində - ABŞ-da, RusiyadaAvropa ölkələrində geniş tədqiqatlar aparıldığını vurğulayıb və müharibənin törətdiyi fəsadlar - insanların üzləşdiyi vəziyyət, hərbi münaqişənin davam etməsi və s. çox zaman psixogen pozuntuların, travmatik yaşantıların artma meyilini qüvvətləndirdiyini bildirib. Azərbaycan xalqının, ölkə vətəndaşlarının Dağlıq Qarabağ münaqişəsi zamanı üzləşdiyi itkilərin nəticəsi olaraq aldıqları mənəvi-psixoloji travmaları Xocalı faciəsinin nümunəsində əyani mənzərəsinin yarandığını qeyd edib: "Bu hadisə təkcə Xocalı sakinlərinə deyil, 1 milyondan çox qaçqının və məcburi köçkünün həyatına, eləcə də, Azərbaycan əhalisinə maddi-mənəvi və sosial-psixoloji vəziyyətinə olduqca mənfi təsir göstərmişdir. Siyasi baxımdan soyqırımı törətmək, xalqın mövcudluğu, mənsubluğu qorxusu ilə bağlıdır. Dünya tarixində soyqırımları çox olmuşdur. Amma qətlə yetirilmiş insanların cəsədləri üzərində bu tərzdə vəhşiliyin törədilməsi hərb tarixində görünməmişdir".

Müasir psixologiyada çox ağır, böhranlı həyati vəziyyətlər təsvir olunan 4 əsas anlayış mövcuddur: stress, münaqişə, frustrasiyaböhran anlayışlarıdır ki, azərbaycanlılar da Qarabağ hadisələrində bunu yaşamışlar.

Sözsüz ki, Ermənistanı təmsil edən nümayəndələr tərəfindən İ.Mirzəyevin çıxışı birmənalı qarşılanmayıb. Hər zaman olduğu kimi bu konfransda da erməni təmsilçiləri müdafiə xarakterli çıxışları ilə əsassız "faktlarını" ortaya qoysalar da çıxışları, mülahizələri dünya psixoloqları tərəfindən cavabsız qalmayıb. Artıq dünya Azərbaycan həqiqətlərinə ədalətli mövqedən yanaşır. Konfransın iştirakçıları İ.Mirzəyevin məruzəsindəki tutarlı fikirlərə istinad etməklə yanaşı, müəllifi olduğu "Sosialnıy psixoloqiya stressa" kitabının təqdimi  vasitəsi ilə iştirakçılara Azərbaycan həqiqətlərindən sənədlərin dili ilə danışmışdır. Kitabda yer alan Xocalı faciəsi və Qarabağ döyüşlərində insanların başına gətirilən işgəncələr fotoşəkillərdə öz əksini tapıb. Danışan şəkillər həqiqətin ən böyük carçısıdır. Rus dilində təqdim olunan kitabda Xocalı, Şuşa, Laçın kimi işğal altında olan ərazilərimizdə yaşanılan hadisələrin postravmatik təsiri iştirakçılara açıq-aydın izah olunub. Bu faktları təqdim edən və məruzəsi ilə reallıqlarını diqqətə çatdıran İ.Mirzəyevin sənədləri və əsaslı amilləri ətrafında həqiqəti danan ermənilər artıq susmağa məcbur olmuşdular. Azərbaycanın erməniləri blokada şəraitində yaşatdıqlarını söyləsələr də elmi əsaslar, real faktlarla fikirlərinə aydınlıq gətirə bilməyiblər. Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, Misir, Fransa və digər ölkələrin təmsilçi psixoloq alimləri öz fikirləri ilə Azərbaycan həqiqətlərinin müdafiəsində durmuşdular.

    Konfransda psixoloq-alim azərbaycançılıq mövqeyini ortaya qoyaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən münaqişənin dinc yolla həlli məsələsinə diqqəti yönəldib. Azərbaycan Prezidentinin dəfələrlə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyüsuverenliyi çərçivəsində həllinin mümkün saydığını sülh danışıqlarının da yalnız bu formada aparıla biləcəyini qətiyyətlə vurğuladığını diqqətə çatdırıb.  Ölkə başçısı İlham Əliyevin vurğuladığı "Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaq. Mən nə qədər Prezidentəm buna yol verməyəcəyəm" fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Prezidenti öz fəaliyyətində xarici dövlətlərə rəsmi işgüzar səfərlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini prioritet məsələ kimi önə çəkdiyini söyləyib. Son illərdə İlham Əliyevin bütün rəsmi işgüzar səfərlərində keçirdiyi görüşlərdə iştirakçı olduğu nüfuzlu beynəlxalq tədbirlərdə bu məsələ gündəmə gətirilib. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti və ölkə ictimaiyyəti mövcud problemin həllinə rasional mövqedən yanaşır və öz haqlı, ədalətli mövqeyini sonadək müdafiə etmək əzmindədir.

İ.Mirzəyev çıxışında dünya azərbaycanlılarına mesaj da  göndərib. O, Azərbaycanın prezident seçkiləri ərəfəsində oluğunu diqqətə çatdıraraq oktyabr ayında keçiriləcək prezident seçkilərində də seçki kampaniyasını uğurla başa vurmaq və Cənab İlham Əliyevin qələbəsini təmin etmək üçün bütün gücümüzü sərf edəcəyimizi bildirib. Müasir dövrümüzdə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında biri-birindən əhəmiyyətli uğurların Azərbaycanı müşayiət etməsini qeyd edərək, Azərbaycanın inkişaf etdiyini, bölgədə, dünyada yerirolunu möhkəmləndirdiyini vurğulayıb. Dinamik inkişaf edən Azərbaycanın bölgədə, dünyada yerirolunun daha da möhkəmləndiyini konfrans iştirakçılarının diqqətinə çatdıran məruzəçi son 10 ildə görülən işlər, aparılan köklü islahatlar, ölkəmizin real mənzərəsi, regionda güc nisbətinin dövlətimizin xeyrinə dəyişməsini ölkə başçısının uğurlu siyasətinin məntiqi olduğunu bildirib. Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək, əhəmiyyətli nailiyyətlər qazanacaq, həmçinin, malik olduğu qlobal statusu daha da möhkəmləndirəcək. Azərbaycan xalqı prezident seçkilərində bir daha Prezident İlham Əliyevlə birgə olduğunu nümayiş etdirərək, öz gələcəyinə səs verəcək.

 İ.Mirzəyev konfrans zamanı fikirlərini geniş ictimaiyyətin ixtiyarına verməklə Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi vəhşiliyi, yaşatdığı psixoloji sindromla məlumatlandırmışdır. Azərbaycanın dünya məkanında tanınması, təbliğində özününbir alim-vətəndaş olaraq addım atmasını borc bilir. Ölkəmizin tanınmış simalarının dünyada daha geniş məkanda tanınması istiqamətində də fəaliyyətini davam etdirir. Yeri gəlmişkən vurğulayım ki, hazırda o, Azərbaycanın böyük elm xadimlərinin elmi fəaliyyətini əks etdirən nümunələr üzərində çalışır. Azərbaycanın dünya şöhrətli akademikləri Yusif Məmmədəliyev və Arif Paşayev haqqında kitabfilm üzərində işləyir. Bu layihəni silsilə şəklində davam  etdirməyi məqsəd olaraq qarşıya qoyub. Onun sözlərinə görə, bu yaxınlarda akademik Şəfayət Mehdiyevlə bağlı hazırladığı filmin ABŞ-ın Texas şəhərində təqdimat mərasimi keçiriləcək. Davamlı olaraq Moskvada, Ukraynada və digər şəhərlərdə filmin təqdimatı nəzərdə tutulub. Silsilə olaraq davam etdiriləcək layihənin məqsədi alimlərimizi dünya miqyasında daha yaxından tanıtmaqdır.

 

ZÜMRÜD

Səs.- 2013.- 16 avqust.- S.10.