Azərbəycan və Fransa arasında mədəni inteqrasiyasının tarixindən

 

  

     Artıq qeyd etdiyimiz kimi, M.F.Axundzadənin bir mütəfəkkir kimi inskişafında fransız maarifçilərinin böyük təsiri olmuşdur. Böyük mütəfəkkir öz əsərlərində bu barədə dəfələrlə söz açmışdır. XIX əsrin ikinci yarısından etibarən ədibin bir çox əsərləri Qərbi Avropa dillərinə, o cümlədən, fransız dilinə tərcümə edilməyə başlanmışdır.

     Ədəbiyyatşünas N.Məmmədovun yazdığı kimi, "1834-cü ildə Qafqazın inzibati-mədəni mərkəzi olan Tiflisdə dövlət qulluğuna girən və burada mütərəqqi rus ziyalıları ilə yaxından dostluq əlaqələri yaradan M.F.Axundov Azərbaycanda realizmin əsaslarını qoyan komediyalarını, yazana qədər ciddi hazırlıq dövrü keçirmiş, Yaxın Şərq ictimai-siyasi və mədəni həyatı ilə yanaşı, Qərbi Avroparus iqtisadi-siyasi və mədəni həyatının inkişaf yolu haqqında mükəmməl təsəvvür almışdı. Məhz buna görə də, o, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verməkdə olan inkişafı və bu inkişafın gələcək perspektivlərini, nəticələrini duymuş, dərk etmişdir.

   Tədqiqatçılar S.Tağızadə və Z.Əliyeva göstərirlər ki, ...XIX əsrdə Azərbaycan-rus və Qərbi Avropa ictimai və ədəbi əlaqələrin təşəkkülü, rus və Qərbi Avropva maarifçi fikrirealist ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri bizdə həm maarifçilik ideologiyasının, həm də realizmin yaranma prosesinə bir təkan vermiş, bu prosesin təbii inkişafını "sürətləndirmiş, onun "doğum əzabını" azaltmış və yüngülləşdirmişdir".

     Fransız şərqşünası Barbye de Meynar M.F.Axundzadə yaradıcılığına xüsusi maraq göstərmiş və onun bu mövzuda xeyli məqalə və araşdırmaları işıq üzü görmüşdür. B.Meynar 1882-ci ildə M.F.Axundzadənin ingilis dilinə tərcümə olunmuş "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasını yüksək qiymətləndirmişdir. M.F.Axundzadənin komediyasının tərcüməsi barədə eşidən kimi B.Meynara elə həmin il fransız oxucularına bu əsər haqqında "Rövü kritik" məcmuəsində məlumat vermişdir.

     Azərbaycan dramaturqunun yaradıcılığı fransız ədəbi ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, nəticədə dramaturq haqqında bir sıra məqalələr yazılmış əsərləri təkrar-təkrar fransız dilinə tərcümə edilmişdir. 1883-cü ildə B.Meynarın yenə "Rövü kritik" jurnalında dərc etdirdiyi ikinci məqaləsi də "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasının ingiliscəyə tərcüməsinə həsr olunmuşdur. Burada tərcümənin uğursuz cəhətləri təhlil edilmiş, buraxılan nöqsanlardan bəhs olunmuşdur. Komediyanın xalq danışıq dilində, sadə və anlaşıqlı üslubda yazılması fransız şərqşünasını heyran qoymuşdu.

     Əziz Gözəlov "Barbye de MeynarM.F.Axundov" məqaləsində göstərir ki, M.F.Axundzadənin əsərlərinin sənətkarlıq baxımından yüksək səviyyədə yazılması, mövzularının həyatiliyi və aktuallığı, xarakterlərin dolğun və canlı təsviri, oradakı komizmin islahedici olması Barbye de Meynarı heyrətə gətirmişdir. O, inana bilməmişdir ki, M.F.Axundzadədən əvvəl Azərbaycanda, eləcə də, İranda səhnə əsərləri yazılmamışdır və bu əsərlər Azərbaycan dramaturqunun ilk qələm təcrübəsidir.

     XIX əsrin 80-ci illərinin əvvəllərində B.Meynar M.F.Axundzadənin komediyalarının Azərbaycan dilində olan 1861-ci il Tiflis nəşrini xeyli axtarmışdır. "Rövü kritik" jurnalından məlum olur ki, Meynar Şərq ölkələrindəki fransız səfirliklərinə, konsulluqlara müraciət etmiş, Şərqə yolu düşən bütün tanışlarından M.F.Axundzadənin əsərlərinin orijinalının tapıb ona göndərməsini xahiş etmişdir. Lakin təsadüf elə gətirmişdir ki, B.Meynar axtardığını Şərqdə deyil, öz vətənində - Şərqə aid əlyazmaları, kitab və jurnalları toplamaqla məşğul olan - Müsyö Şeferin zəngin kitabxanasında tapmışdır. O, əldə etdiyi fars, Azərbaycan nüsxələrini tutuşdurmuş və belə qənaətə gəlmişdir ki, fars mütərcimi Mirzə Cəfər Qaracadaği Axundzadənin əsərlərini daha düzgün tərcümə etmişdir. Lakin fransız şərqşünası öz ingilis həmkarlarına çox haqlı olaraq belə bir irad tutur ki, onlar (HaqqardStreynj) "Sərgüzəşti-vəziri-xani-Lənkəran"ın tərcüməsinə yazdıqları girişdə Mirzə Cəfərin adını o qədər tez-tez çəkirlər ki, oxucuda istər-istəməz yalnış təsəvvür yaranır, fars mütərcimi az qala komediyanın müəllifi kimi tanınır. Axundzadənin adı isə çox ötəri çəkilir. Hətta əsərin orijinalının Azərbaycan dilində yazılması və yaxud M.F.Axundzadənin Azərbaycan dramaturqu olması barədə söhbət belə getmir.

     Təəssüflə deməliyik ki, B.Meynar M.F.Axundzadənin ən çox Qərb dram məktəbindən bəhrələndiyini göstərir. Həm də bu məqsədlə çoxlu "dəlillər" gətirir. Onun dediklərindən belə çıxır ki, M.F.Axundzadənin əsərlərində komediya janrına xas olan xüsusiyyətlərin hamısı Qərbdən əxz olunmuşdur. Lakin bu fikirlər heç bir faktik dəlillə əsaslandırılmadığı üçün bizi inandırmır.

     Fransız mütərcimi əsərdə rast gəldiyi cüzi nöqsanı şişirdərək bəzən müəllifə irad tutur, onu təcrübəsizlikdə təqsirləndirir. Şübhəsiz ki, M.F.Axundzadənin əsərlərini tərcümə etməzdən əvvəl mütərcim müəllifın mənsub olduğu xalqın adət-ənənəsini, milli xüsusiyyətlərini, psixologiyasını yaxşı öyrənməli idi. Belə olduqda personajlar haqda yanlış fikir deyilməzdi. Axı o dövrdə Azərbaycanda, ümumiyyətlə, bütün Şərqdə qadın hüquqsuzluğu, qadın köləliyi haqda B.Meynarın məlumatı geniş olmalı idi. Təəssüf ki, sonralar M.F.Axundzadənin komediyalarinı fransızcaya tərcümə edən şərqşünaslar tərəfindən B.Meynarın bu yanlış fikri bir ehkam kimi qəbul edilmişdir. Bununla belə, B.Meynar etiraf edir ki, "Sərgüzəşti-vəziri-xani- Lənkəran" başqa gözəl xüsusyyyətləri ilə yanaşı, iki məziyyətinə - bizə az məlum olan bir mədəniyyətin əlvan boyalarla verlməsinə və xalq danışıq dilinin gözəl nümunələrindən istifadəsinə görə də maraqlıdır.

     Əsərdə istifadə olunan zərb-məsəllər, frazeoloji vahidlər fransız mütərciminin daha çox xoşuna gəlir və belə bir "Şərq incisi"ni Qərb oxucularına təqdim etdikləri üçün məqalə müəllifı ingilis mütərcim, türk, fars, dillərini yaxşı bilən Cyusen Buva Azərbaycan ədəbiyyatı tarixinə həsr olunmuş bir çox əsərlərin müəllifidir. L.Buva əsərin ön sözündə yazırdı ki, Qafqaz müsəlmanlarının adətlərini və dillərini təsvir etmək nöqteyi-nəzərdən böyük maraq doğuran bu komediyaya Avropa alimləri olduqca müsbət yanaşmışlar. L.Buva 50 il keçdikdən sonra Axundzadənin "Xəsis" komediyasının ilk dəfə Tiflis səhnəsində tamaşaya qoyulduğuuğur qazandığı bu barədə Məhəmməd Şahtaxtlının nəşr etdiyi "Şərqi-Rus" qəzetində məlumat verildiyini qeyd edir. Bu məlumatda Tiflis müsəlmanlarının ilk uğurdan ruhlandıqları və yerli dramaturqların əsərlərini və Avropa müəlliflərinin tərcümələrinin tamaşaya qoyulacağı öz teatrlarını açılacağı fikri də səslənmişdir.

     1906-cı ildə Parisdə L.Buva "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli-şah cadukini-məşhur" əsərini fransız dilində nəşr etdirdi. Əsərə yazdığı ön sözdə L.Buva bu komediyanı orijinaldan tərcümə etdiyini qeyd edərək yazır: "Vyana Şərq Dilləri İnstitutunun professoru Vaxrmud 1890-cı ildə Barbye de MeynarStanislav Giar tərəfindən fars dilində nəşr etdirdikləri bu əsəri alman dilinə tərcümə edib müfəssəl şərhlər və lüğətlə çap etdiribdir".

     L.Buva Barbye de Meynarın orijinaldan fransızcaya çevirdiyi "Hekayəti-mola İbrahimxəlil kimyagər" əsərinin fırıldaqçı kimyagərlərin, "Aldanmış kəvakib" əsərində münəccimlərin, "Hekayəti-müsyö Jordan..." əsərində isə sehirbazlığın ifşa olunduğunu göstərərək yazır: "Bu komediya xalqın adətlərini öyrənmək, fransızlarla müsəlmanların münasibətləri və müsəlman-fransız xarakterini öyrənmək nöqteyi- nəzərindən olduqca dəyərlidir".

     Görkəmli fransız filosofumaarifçisi Monteskye 1721-ci ildə Fransanın ictimai həyatının müxtəlif sahələrini tənqid edən "İran məktubları", Volterin "Henriada" poemasında dini fanatizmxurafat kəskin tənqid atəşinə tutulur, vicdandini etiqad azadlığı təbliğ olunurdu. M.F.Axundzadə fransız maarıfçilərinin ideyalarına əsaslanaraq, insanın azadlıq və hüquq bərabərliyi problemlərini ön plana çəkmişdi.  Mirzə Fətəli də Molyer kimi əsərlərini xalqa yaxın, onun başa düşdüyü dildə yazırdı. Realist sənətkar olan Axundzadə Molyerə məxsus klassisizm bitərəfliyindən və açıq-saçıqlığından uzaqdır. O, həyatı bütün əlvanlığı ilə və hərtərəfli göstərir, klassizim dramaturgiyasına məxsus hər cür məhdudlaşdırıcı qayda-qanunları rədd edir.

     M.F.Axundzadə Azərbaycan ədəbiyyatında formaca Avropa oxucusuna klassik Şərq poeziya janrlarından daha yaxın olan, yeni bir janrın nümunələrini yaratmışdır. M.F.Axundzadə öz əsərlərində yalnız məhəlli-milli deyil, qlobal ümumbəşəri əhəmiyyət kəsb edən bir sıra problemlər qaldırmışdır. T.Hüseynova göstərir ki, M.F.Axundzadənin komediyalarının başlıca Avropa dillərində, o cümlədən, fransız dilində intensivoperativ şəkildə səslənməsinin səbəbləri məhz göstərilən amillərlə bağlıdır.

     İlkin mərhələdə Avropa, o cümlədən, fransız ədəbi ictimaiyyətinin M.F.Axundzadənin əsərləri ilə tanışlığı eyni cür qarşılanmamışdır. Onun komediyalarının bədii dəyərləri haqqında müxtəlif fıkirlər mövcud idi. Axundzadənin yaradıcılığına ən obyektiv qiyməti Azərbaycan və fars ədəbiyyatları tarixinə dair tədqiqatların müəllifi, Azərbaycan folklorunun toplayıcısı, əsərlərini əsasən fransız dilində yazmış tanınmış polyak alimitürkoloq Aleksandr Xodzko vermişdir. Alimin fikrincə, Axundzadənin əsərləri səhnə sənətinin ən yüksək tələblərinə cavab verir, müasiri olduğu Azərbaycan gerçəkliyinin ən mühüm cəhətlərini dərindən əks etdirir. Dövrünün bir çox şərqşünaslarından fərqli olaraq A.Xodzko, Axundzadəni Molyerin təqlidçisi deyil, doğma ədəbi ənənələrin yetişdirdiyixalq həyatının zəruri problemlərini əks etdirən orijinal, özünəməxsus sənətkar sayırdı. Onun fikrincə, Azərbaycan dramaturqunun yaradıcılığı öz dərin kökləri ilə milli zəminə bağlı olub Azərbaycan xalqının xarakterini təcəssüm etdirir. A.Xodzkonun fikrincə, Azərbaycan dramaturgiyasının məhz komediya ilə bağlanması təsadüfi deyildir. Çünki yumor, komizm azərbaycanlı xarakterinin başlıca cəhətlərindən biridir. O, bir müddət Parisdə yaşamış və "Koroğlu" dastanını tərcümə edərək simpatiya bəslədiyi Jorj Sandın adına çıxmışdı.

    M.F.Axundzadənin maarifçi-yazıçı kimi başqa millətlərin təcrüməsinə və doğma ədəbiyyatın qədim ənənələrinə müraciət etməkdə məqsədi əsərlərində öz xalqının həyatını, onun milli varlığı ilə şərtlənən milli ruhmilli xarakterini əks etdirmək olmuşdur. Və o, bu vəzifəni şərəflə və sənətkarlıqla yerinə yetirmişdir. Professor Əziz Mirəhmədov M.F.Axundzadənin Volney adlı avropalı bir ziyalının adını hörmətlə çəkdiyini qeyd edir. Axundzadə haqqındakı əsərlərdən ancaq birində ötəri qeyd edilir ki, Volneydə Axundzadənin diqqətini cəlb edən cəhətlər feodal monarxizminindinin tənqidi idi.

    Böyük Azərbaycan yazıçısı Şekspir, Russo, Bayron, Volter, Monteskiye kimi dünya şöhrətli klassiklərlə yanaşı, Volneyin də adını da çəkir. Axundzadə başqa millətlərə xor baxan saray şairi Süruşuonun əsərinə "Millət" qəzeti səhifələrində geniş yer verən redaktoru kəskin tənqid etdiyi zaman onun da adını yad edir. Əsil adı Konstantin Fransua Şasböf olan Volneyin həqiqətən feodal monarxizminidini tənqid edən filosoflardan biri olduğu aydın görünməkdədir. O, 1757-ci ildə doğulmuş, Parisdə ali təhsil almış, 1789-cu il böyük Fransa inqilabından ruhlanmışdır.

     Professor Ə.Mirəhmədov yazır ki, fransız filosofunun dinə və feodal monarxizminə qarşı çevrilmiş "Xərabələr" əsərini oxuyarkən bu əsərlə "Kəmallüddövlə məktubları" arasında gah aşkar, qüvvətli, gah da epizodik yaxınlıq hiss olunur. M.F.Axundzadəni doğma Azərbaycan mədəniyyəti, dünya klassik mədəni irsi zəminində kamala çatmış və sələflərinə yaradıcı bir mütəfəkkir kimi yanaşmışdı. Volney də M.F.Axundzadə kimi şərqşünaslıq fəaliyyətində ərəb əlifbasının islahı məsələlərinə ciddi əhəmiyyət vermişdir. Axundzadəni maraqlandıran da görünür bu məsələ olmuşdur.

     Fransız aliminin əlifba haqqında xüsusi bir tədqiqat əsəri var: "L' alphabet European au appdique langues asiatiques" (Paris, 1819). Bu əsərində Volney həmin mövzu ətrafındakı işindən və tədqiqatında gəldiyi nəticələrdən geniş bəhs edir, fikrini aydınlaşdırmaq üçün bir neçə cədvəl verir.

  

   Vahid Ömərov,

   fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 17 avqust.- S.15.