Azərbaycanla Fransanın mədəni inteqrasiyası: XX əsrin 90-cı illərində

 

  Azərbaycanla Fransanın mədəni inteqrasiyasına dair qiymətli mənbələri AMEA-nın Fəlsəfə, SosiologiyaHüquq İnstitutunun şöbə müdiri Z.Əliyeva fransız dilindən Azərbaycan dilinə tərcümə edib oxucuların diqqətinə çatdırıb. Öz monoqrafiyasında bu barədə geniş tədqiqat işi aparan müəllif yazır ki, fransız tədqiqatçıları XIX əsrdən başlayaraq, Azərbaycan mədəniyyətinə maraq göstərmiş, sonrakı dövrlərdə bu maraq daha da güclənmiş və Azərbaycan ədəbi-bədii mühitində xeyli tədqiqat əsərinin meydana gəlməsinə səbəb olmuşdur.

  Sorbonna Universitetinin professoru, şərqşünas Fransua Jorjon Azərbaycanın XIX əsrin sonu - XX əsrin əvvəllərinə dair iki qiymətli əsər yazmışdır. Onlardan biri "Əsrin dönəmində Azərbaycandakı modernizm haqqında qeydlər", ikincisi isə "Maarifçilikinqilab fədaisi türk ziyalısı Əhməd Ağaoğlu" adlanır.

  F.Jorjon birinci məqalədə XIX-XX əsrlərdə Azərbaycanda modernizmi həyata keçirən ziyalılar nəsli haqqında məlumat vermişdir. O, XIX əsrdə M.F.Axundzadənin çoxcəhətli fəaliyyətini şərh edərkən Azərbaycanın sovet tədqiqatçılarından fərqli olaraq onu sırf ateist kimi təqdim etmir, "məzhəblərarası münaqişələri aradan qaldıran", vahid müsəlman ruhu yaratmaq istəyən, xalq arasında biliklərin yayılmasını sürətləndirən, latın əlifbasına keçid layihəsi hazırlayan mütəfəkkir kimi təqdim edir. F.Jorjon bu dövrdə Azərbaycan ziyalılarının öz əsərlərini doğma Azərbaycan dilində yazdıqlarını, ictimai həyatda onu fəal işlək dilə çevirdiklərini yüksək qiymətləndirir, bunu "ədəbi inkişaf" kimi səciyyələndirir. Axundzadənin əsərində Azərbaycan türkcəsində ədəbi intibahın debütləri öz əksini tapır. O öz komediyalarını xalq kütlələrinin danışdığı dildə yazır. Şirvani özünün yaratdığı müasir məktəbdə uşaqlar üçün Azərbaycan türkcəsində dərsliyin yazılması ilə məşğul olur, Zərdabi geniş xalq kütləsinə müraciət etmək arzusunun aydın ifadə olunduğu, xalq danışığına yaxın sadə dildə "Əkinçi" qəzetini nəşr edir".

  F.Jorjon XIX əsrdə Azərbaycanın maarifçi ziyalılarının öz maarifçilik ideyalarını xalq kütlələri arasında yaymaq vasitələrindən danışarkən buraya teatrı və mətbuatı daxil edir: "Öz ideyalarını yaymaq üçün Azərbaycan ziyalıları dərnəklərdə söylədikləri şeirlər kimi ənənəvi metodlarla yanaşı, janr kimi müasir inkişaf vasitəsindən istifadə edirlər (misal olaraq Bakıda 1873-cü ildə ilk dəfə olaraq Zərdabinin Axundzadənin pyeslərini tamaşaya qoymasını göstərmək olar). Bundan əlavə, XIX əsrin 70-ci illərindən etibarən heyrətamiz dərəcədə inkişaf etmiş mətbuatı da bu vasitələrə aid etmək olar. Azərbaycan dilində nəşr olunan ilk qəzet "Əkinçi" idi ki, o da 1875-1877-ci illərdə Həsən bəy Zərdabi tərəfindən nəşr edilirdi. Sonrakı illər ərzində "Ziya", "Ziyayi- Qafqaz" və "Kəşkül" kimi məcmuələr Azərbaycan dilində nəşr ediləcəkdi. Lakin bir neçə ildən sonra Azərbaycan dilində mətbuat tamamilə yoxa çıxacaq, buna baxmayaraq ziyalılar öz fikir və ideyalarını "Kaspiy" kimi rusdilli qəzet və jurnallarında yaymağı davam etdirəcəklər. Lakin Azərbaycan mətbuatının inkişafı 1904-cü ildən sonra "Həyat" və "Füyuzat" kimi dövri nəşrlərin çapı ilə başlayır".

  F.Jorjon müasir maarifçi ziyalıların meydana gəlməsilə yanaşı, məktəblərin müasirləşməsini "Azərbaycan cəmiyyətinin ikinci mühüm fenomeni hesab edir". Fransız tədqiqatçısı Azərbaycan təhsil sisteminin müasirləşmə tarixinin 1884-cü ildən sonra başladığını, 1890-cı ildə Naxçıvanda ordubadlı Məhəmməd Sidqi Səfər oğlunun ilk cədid məktəbini açıldığı və buna ruhanilərin ciddi müqavimət göstərdiyini qeyd edir. Yeni tipli məktəbin tanınmış ailələr yanında ciddi uğur qazandığını diqqətə çatdıran F.Jorjon eyni tipli məktəbin 1896-cı ildə Naxçıvanda 3 müəllimi, 93 şagirdi olan oxşar məktəbin açılmasına səbəb olduğunu, Salyan, Quba, Bakı və Şuşada da yeni modelli məktəblərin açıldığını, müasir məktəblərin açılışının Azərbaycan dilinin şagirdlərə tədris olunması üçün lazım olan dərslik və qrammatikanın redaktə olunması ilə müşayiət olunduğunu diqqətə çatdırır.

  F.Jorjon yeni tipli, müasir məktəblərin uğur qazanmasının səbəblərini maarifçi ziyalıların pedaqoji fəaliyyətləri, pedaqoji əsərlər yazmaları ilə yanaşı, milli burjuaziyanın xeyriyyəçilik fəaliyyəti və maliyyə yardımı göstərmələri, o dövrdə fəaliyyət göstərən mədəni-maarif və xeyriyyəçi cəmiyyətlərə arxalanmaları ilə izah edir: "Əgər bu məktəblər bir balaca uğur qazanmışlarsa, o da ona görə baş vermişdir ki, Bakıxanlı, Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim, şair Sabir kimi şəxsiyyətlər pedaqoji əsərlərin yaranması ilə şəxsən məşğul olmuşlar: bundan əlavə, Tağıyev kimi adamlarının maliyyə dəstəyini almaq da əsas şərtlərdən hesab olunur: üçüncüsü isə, bu məktəblər "Nəsiri-Maarif", "Səadət", "Nicat" kimi cəmiyyətlərdən faydalana bilmişlər. 1906-1907-ci illərdə çağırılmış qurultayda Azərbaycan müəllimləri qərara alırlar ki, yeni metodun istifadəsini daha da genişləndirsinlər".

  F.Jorjon məktəb sahəsində həyata keçirilmiş yeniliklərə və müasirləşməyə qarşı mühafizəkarların və "Azərbaycan dindarlarının müqavimət göstərdiklərini, 1900-cu ildən bunlara daha təhlükəli qüvvə olan "rus təhsil siyasətinin" qoşulduğunu göstərir. Onun fikrincə, ruslar Azərbaycanda, xüsusilə, Bakıda bir lisey, Şuşa və Şamaxıda gimnaziyalar, xüsusilə, "rus-tatar" məktəbləri adlanan məktəblər açmaqla, bu məktəblərdə adının əksinə olaraq daha çox rus dili tədris edir, ruslaşdırma siyasəti həyata keçirirdilər: "İlk belə məktəb Bakıda 1885-ci ildə açıldı. Bakıda olan 41 ibtidai məktəbdən 10-u "rus-tatar" məktəbi idi. Bu məktəblər şübhəsiz ki, Azərbaycan gənclərini rus mədəniyyətinə cəlb etmək məqsədi güdürdü, lakin eyni vaxtda bu məktəblərdə dərs demək üçün azəri müəllimləri (mirzələr) də hazırlamaq lazım gəlirdi".

  Fransız tədqiqatçısı adıçəkilən əsərin ikinci hissəsini "Müasir ziyalı necə olmalıdır?" adlandırır və burada XIX əsrin sonu -XX əsrin əvvəllərində fəaliyyət göstərmiş, yaxşı təhsil almış, Rusiya və Osmanlı imperiyalarındakı həmfikirlərilə sıx əlaqə yaratmış, "rus mədəniyyətindən qidalanmış Azərbaycan ziyalılarının yeni gənc nəsli haqqında məlumat verir. Məqalədə "pantürkizm" və "panislamizm" hərəkatlarının Azərbaycanda da təşəkkül tapdığı, bu yeni nəslin "erməni-müsəlman davası", "1905-ci ilin siyasi hadisələri", sosializmin yaranması" ilə qarşılaşdığı göstərilir. Məqalədə Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə kimi ziyalıların adları xüsusi qeyd edilir. Əhməd bəy Ağaoğlu Azərbaycan ziyalılarının tipik nümayəndəsi kimi təqdim edilir. Türkiyədə əvvəlcə gənc türklər, sonra kamalçılar dövründə baş qaldırmış milli hərəkatın liderlərindən olan Ə.Ağaoğlunun daha çox Azərbaycanda yaşadığı dövr haqqında məlumat verilir. Ə.Ağaoğlunun Qarabağdakı ənənəvi ailədə böyüdüyü uşaqlıq və gənclik dövründə ərəb-fars dili ilə yanaşı, rus dili kurslarında, rus dilini də öyrəndiyi, Şuşada gimnaziya, Sankt-Peterburqda Politexnik İnstitutunu bitirdiyi, Tiflis liseyində oxuduğu, Fransada Şərq dilləri və hüquq üzrə ali təhsil aldığı göstərilir.

  F.Jorjon onun fəaliyyətinin Paris dövründə "qaranlıq məqamlardan" - onun şiəliyi təbliğ etməsindən İranaonun sivilizasiyasına bağlılığından bəhs edir. O göstərir ki, Ə.Ağaoğlu XIX əsrin I yarısına Qafqaza qayıtdıqdan sonra İran mədəniyyətilə əlaqəni kəsmiş, Rusiya müsəlmanlarının tərəqqisində mühüm rol oynamışdır.

  Ə.Ağaoğlu 1909-cu ildə "Kaspi"də nəsr etdirdiyi məqalələrində digər maarifçilər kimi, despotizmin hökmranlığında islamı günahlandırmır, islamdan pis əməllər üçün istifadə etməyə çalışan insanların əlinə düşməmişdən qabaq bu dinin elminmaarifin inkişafında mane olan Avropadakı orta əsrlər dövrünün katolisizminə nisbətən "çox mütərəqqi bir din" olduğunu, dindarların, üləmaların, şeyxlərin, molla və axundların öz şəxsi maraqları naminə islama müasir sivilizasiya ilə üzləşməyən forma verdiklərini, Avropada İnkvizisiya Bibliyanın ayağına yazılması kimi Şərqdə Quranı müsəlmanların buraxdıqları səhvə görə cavabdeh olmadığını göstərirdi. F.Jorjon Ağaoğlunun Qərbdə islam haqqında yayılmış bir ideyanın əksinə olduğunu nəzərə çatdırır. "Bu ideyada göstərilirdi ki, islam müsəlman ölkələrində mənəviyyatın aşağı düşməsinə cavabdeh ola bilərdi və bunun qarşısını almaq kifayət edərdi ki, bu ölkələr inkişaf yoluna qədəm qoysunlar".

  F.Jorjon Ə.Ağaoğlunun əsas maarifçilik ideyalarından ikisini diqqətə çatdırır. Ə.Ağaoğlu təsdiq edir ki, müsəlmanların xilası, onların maddi, dinisiyasi inkişafı qadının savadlanması və əlifba islahatı ilə sıx bağlıdır. Ə.Ağayev qadın və əlifba məsələsini müsəlmanların intibahı üçün lazım olan "qapının açarı" kimi dəyərləndirmişdir: "Müsəlman dünyasına oyanmaq üçün, sivilizasiyalı dünyaya qatılmaq üçün bir şey lazımdır: onun dəmir iradəli cəsur, özünü qurban verməyi bacaran fərdlərə ehtiyacı var".

  Ə.Ağaoğlunun maarifçilik ideyalarında müsəlman ruhanilərinin tənqidi, müasir dünya mədəniyyətinə qovuşmaq üçün fərdi və qadın azadlığının vacibliyini ön plana çəkdiyi qeyd edilir. Görünür, Ə.Ağaoğlunun maarifçi ziyalı, milli hərəkat lideri olması F.Jorjonun diqqətini cəlb etdiyi üçün onun həyat və fəaliyyətinə ayrıca böyük bir məqalə - "Maarifçilikinqilab fədaisi türk ziyalısı Əhməd Ağaoğlu" adlı məqalə həsr etmişdir. Məqalədə Ə.Ağaoğlunun 1930-cu ildə İstanbulda çapdan çıxmış "Azad insanlar ölkəsində" kitabçasından, özünün liberal ziyalı kimi həyat yolundan bəhs edilir: "Marifçilik dövrünün romantik ruhunda və Şərq üslubunda yazılmış bu kitabçanın "rus zülmündən yaxa qurtarmış və azad insanlar diyarına gəlmiş" siyasi xadim, yazıçı Ağaoğlunun fəaliyyətinin məhsulu olduğu göstərilir".

  Mustafa Kamalın yaxın silahdaşlarından biri, Böyük Milli Məclisdə Kars mahalından deputat, Ankara Universitetinin hüquq fakültəsinin professoru, öz ruhlandırıcı və səfərbəredici məqalələri ilə Anadolu müqavimət hərəkatına xidmət etmiş, Türkiyə Cümhuriyyətində hökumətin ümumi mətbuat birliyində, sonra "Hakimiyyəti Milliyyə" qəzetinin baş redaktoru işləmiş, 1924-cü il Konstitusiyasının redaktə edilməsində yaxından iştirak etmiş, respublika Xalq Partiyasında aparıcı vəzifələrdə çalışmış, "Türk Yurdu" məcmuəsinin təşkilatçısı və əməkdaşı, Türkiyə Respublikasına heyrət doğuran bir qızğınlıq və sədaqətlə xidmət etmiş kamalpərəst yazıçı Ə.Ağaoğlunun bu əsərinin Atatürk islahatlarının həyata keçdiyi, Türkiyədə iqtisadi böhranın ilk əlamətlərinin büruzə verildiyi bir dövrdə yazıldığı qeyd olunur.

  Fransua Jorjon Ə.Ağaoğlunun kitabının müqəddiməsində məşhur fransız maarifçisi Monteskyenin dövlət qurumlarına aid fikirlərinə istinad etdiyini diqqətə çatdırır. "Despotizm qorxu üzərində bərqərar olur, monarxiya şan-şöhrət üzərində dayanır və respublika isə paklıq və fəzilətə söykənir". Fransız tədqiqatçısı xatırladır ki, Monteskye idarəçiliyin respublika formasını keçmişə aid edirdiaristokratiya tərəfindən idarə olunan monarxiyaya üstünlük verirdi. .Ağaoğlu isə Türkiyədə respublika şəraitində yaşayırdı, Türkiyə liberalizmində mühüm yer tuturdu.

  F.Jorjon "Liberal bir ziyalının keçdiyi yol" bölümündə Ə.Ağaoğlunun dünyaya gəldiyi Qarabağdan başladığı həyat yolundan, Şuşada aldığı ibtidaiorta təhsildən, gimnaziya, Tiflisdəki lisey təhsilindən, Sankt-Peterburqdakı aldığı ali texniki təhsildən, 1888-ci ildən Fransanın paytaxtı Parisdəki hüquqdilçilik üzrə aldığı təhsildən, məşhur fransız müəllimləri Şeffer və Darmesteterdən dərs aldığından və Julyet Adamın salonuna tez-tez baş çəkdiyindən, orada tanınmış fransız ziyalıları ilə, xüsusən, Ernest RenanHippolit Ten ilə görüşüb dostlaşdığından, gənc azərbaycanlı tələbəsinin Parisin ədəbi jurnal və məcmuələrində atdığı ilk uğurlu addımlarından, onun orada Cəmaləddin əl-Əfqani ilə rastlaşdığından, Fransaya sürgün edilmiş gənc türklərlə yaxınlıq etdiyindən, Əhməd Riza adlı birisi ilə lap möhkəm dost olduğundan bəhs edir.

 

 

  Vahid ÖMƏROV,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 23 avqust.- S.15.