Azərbaycanın Avropaya mədəni inteqrasiyası

 

 

         Çox qədim və zəngin tarixə malik olan Azərbaycan mədəniyyətinin rəngarəngliyi bironunla əlamətdardır ki, bu mədəniyyət tarixin müxtəlif mərhələlərində nəinki coğrafi yaxın olan xalqların mədəniyyəti ilə əlaqədə olmuş, eyni zamanda, məsafəcə ondan çox-çox uzaqlarda yerləşən ölkə və xalqlarla mədəni inteqrasiyaya cəlb olunmuşdur. Uzaqda yaşayan xalqlar, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə maraq göstərmiş və bu mədəni inteqrasiyanın nəticəsində mədəni iqtibas, mübadilələr həyata keçirmişdi.     Bütün tarixi çağlarda aparıcılığı özündə saxlamış Avropa ölkələrinin xalqları Azərbaycan mədəniyyətinə, incəsənətinə hörmətlə yanaşaraq bu mədəniyyətlə mübadilənin həyata keçirilməsinə maraq göstərmişlər. Düzdür, tarixin qədim, orta əsrlərindən başlayaraq, müasir dövrün ilk çağlarınadək Azərbaycanın Avropaya mədəni inteqrasiyasının dövlətlər səviyyəsində həyata keçirilməsi diplomatik münasibətlərin prioritetlərindən sayılmasa da, hər halda mədəni əlaqələrin təşəkkülü, formalaşması kimi tarixi-mədəni prosesin dinamikasında bunun çox böyük ictimai-bəşəri əhəmiyyəti vardır.     Tədqiqatçıların fikrincə, Azərbaycanda da Avropa mədəniyyətinə maraq həmişə aktuallıq kəsb etmişdir. Çünki Avropa bütün dövrlərdə dünyada baş verən hadisələrdə xüsusi geosiyasi, iqtisadi, mədəni potensiala malik mərkəz rolunu oynamışdı. Avropanın geosiyasi mahiyyəti onun əraziləri, sərhədləri ilə dərk olunur. Bu mənada Avropanın ərazisi qədim Roma imperiyasının sərhədləri çərçivəsində müəyyən edilir. Coğrafi anlamda Avropa ərazisi bütün qitəni əhatə etsə də, ictimai fikirdə bunun Qərbi, Şərqi, Mərkəzi Avropa kimi başa düşülməsi qəbul edilmişdir.     Azərbaycanla bu ərazilərdə mövcud mədəni əlaqələrə gəlincə bunu aşağıdakı ölkələrin timsalında görmək olar. Avropa Komissiyasının prezidenti X.M.Barrozu Berlində 2006-cı ildə keçirilən konfransın memorandumunda bir daha vurğulamışdır: "Avropa İttifaqı öz inkişafında elə mərhələni qət etmişdir ki, artıq mədəniyyət faktoruna biganə qala bilməz. Birliyimizin gələcəyi üçün mədəniyyəti hərəkətverici qüvvə kimi inkişaf etdirməliyik. Avropanı birləşdirən inteqrasiya prosesləinə yalnız zahiri, maddi irəliləyiş deyil, həm də mədəni-mənəvi tərəqqini, keyfiyyət yüksəlişini təmin etmək üçün ruh, qəlb gərəkdir. Gələcək üçün Avropanın mədəni enerjisi səfərbər edilməlidir. Bunsuz sabitliyə nail olmaq qeyri-mümkündür. Millət vəkili, fəlsəfə elmləri doktoru R.Aslanova yazır ki, tarixi təcrübənin heç vaxt təkrar olunmaması arzusu, faşizm kabusunun külə döndərdiyi xarabalıqlar üzərində bu gün ölkələrarası inteqrasiyanın unikal modelini - Avropa İttifaqını yaratmağı şərtləndirən ən mühüm amil olmuşdur. Avropa xalqları Böyük İdeyanı - inteqrasiya ideyasını həyata keçirərək minillərin arzusu kimi mövcud olan layihəni həyata keçirmək əzmini ortaya qoymuşdur.     İkinci Dünya müharibəsindən sonra Qərbi Avropada gerçəkləşməyə başlayan inteqrasiya prosesləri ötən yüzilliyin sonlarında müasir dünyanın bütün regionlarına yayılmağa başladı. Nəinki Avropa bölgəsinin, hətta bütün dünyada inkişaf və qarşılıqlı əməkdaşlığın başlıca - qlobal meyillərindən birinə çevrildi. XXI əsrdə "Avropa Birləşmiş Ştatları" ideyasını həyata keçirəcəyi "Böyük Avropa"nın təşəkkül tapacağı perspektivləri artıq o qədər də şübhə doğurmurdu.     Lakin Avropada inteqrasiya proseslərinin zirvə nöqtəsi, inteqrasiyanın simvolu olan vahid Avropa Konstitusiyasının qəbul edilməsi ilə bağlı olan proseslər bu modelin də hələlik optimal, universal model olmadığını gündəmə gətirdi. Ötən əlli il ərzində ilk baxışda nəzərə alınmayan, inteqrasiyanın həlledici istiqaməti kimi diqqət mərkəzində olmayan problemlər bütün ciddiliyi ilə ortaya çıxdı.     "Dəmir pərdələri - Berlin divarlarını" yıxan insanların birlik ideyası, bu ideyanın təntənəsi olan vahid Avropa Konstitusiyasının qəbul edilməsinə necə mane ola bildi? Bubuna bənzər suallar qloballaşmanın doğurduğu problemlərlə bağlı xüsusilə aktuallaşmışdır. Yarım əsrdən çox qət edilmiş yolun, tarixlə müqayisədə çox gənc, dünyada ilk təcrübə almaq baxımından çox böyük olan Avropa inteqrasiya modelinin, mövcud əməkdaşlıq mexanizminin əhatəli təhlili çox vacib məsələdir.     Bu illər ərzində ilk əvvəl inteqrasiyanın iqtisadi, siyasi, hüquqi mexanizmləri həyata keçirilmişdir. Yeni yüzillikdə inteqrasiyanın Avropa modelinin ən önəmli istiqaməti - mədəni-mənəvi mexanizmlərin hərəkətə gətirilməsi, dünya ölkələri ilə vahid sosial-mədəni məkanın formalaşdırılması ən prioritet məsələ kimi irəli sürülmüşdür. İlk baxışda elə görünə bilər ki, bu problemlər yalnız bəhs edilən məkanla bağlıdır. Əlbəttə ki, yox. Məsələ burasındadır ki, iqtisadi, siyasihüquqi inteqrasiya sahəsində səmərəli təcrübəsini bütün dünyada tətbiq edilən hüquqi dövlət quruculuğunun, liberal bazar inteqrasiyanın qarşısında duran problemlər bu gün, ümumiyyətlə, Qərb demokratiyasının optimal model olduğunu, onun həyatiliyini sübut etmək üçün ən ciddi sınağa çevrilmişdir. Bir qədər dəqiq desək, iqtisadisiyasi məkanların birliyi Avropada mexaniki mədəni-mənəvi məkanların da qovuşmasını təmin edə bilmişdir.     Mövcud problemlərin həllinin sadalanan sahələrdə bütün mexanizmləri, infrastrukturu formalaşdırılsa da mədəniyyətin inteqral potensialı arxa planda qalmışdır. Nəticədə Avropa iyirminci yüzilliyin əvvəlində də, uzaq keçmişdə olduğu kimi, həqiqi birlik idealından hələlik çox uzaqda olduğunu dərk etmişdir. Bunu yalnız sosial-mədəni və mənəvi amillərdən qaynaqlanan kütləvi iğtişaşqalmaqallar deyil, həm də ictimai rəy sorğuları aşkar göstərmişdir. Avropa sakinlərinin problemə münasibəti bədbin və nikbin mövqelərdə demək olar ki, bərabər bölünməsi inteqrasion modelin tənqidini gücləndirdi.     Ziddiyyətlərin zahiri təzahürünü beynəlxalq hüquqla milli hüquq sistemləri arasındakı uğursuzluq şərtlənirdi. Böyük Avropa Konstitusiyası yaradıcıları tərəfindən, inteqrasiya prosesinin iştirakçısı olan bütün dövlətlərin milli qanunvericiliyində artıq mövcud olan demokratik prinsiplərin daha dolğun ifadəsi kimi səciyyələndirir. Ən başlıcası isə, rəsmi bəyanatlarda deyildiyi kimi, Avropanın insan hüquqları sahəsində əldə etdiyi əsas uğurlar burda tətbiq olunmuşdur. Qlobal iqtisadi, siyasis. təsirlərə qarşı duran səmərəli mexanizmlər sistemi yaradılmış, nəhayət, yeni şəraitin idarə olunması üçün zəruri olan əlaqələndirici institutlar təsis edilmişdi. Avropa Konstitusiyasının yaradılması üsulu doğrudan da spesifik haldır. Onun əsasında milli hüquq deyil, beynəlxalq müqavilələr və beynəlxalq hüquq durur.     R.Aslanovanın fikrincə, kütləvi mədəniyyətin təşəkkül tapması cəmiyyətdə sosiallaşma proseslərinin məzmununu qlobal xarakterli fenomenlərlə zənginləşməsini şərtləndirdi. Mədəniyyətin kütləvi formaları müasir cəmiyyətlərin əksəriyyətində həyata vəsiqə almış, mədəni innovasiyaların yaranması və yayılması prosesinin ayrılmaz tərkib hissəsi olmuşdur. Qlobal mədəni prosesin streotip xarakter daşıması, təzahür və təbii formalarının cəlbediciliyi, dinamik intensivliyi bəşəriyyətin mədəni yaradıcılıq nümunələrinin geniş yayılmasına şərait yaradır. Məsələ burasındadır ki, bu imkanı- həm həqiqi mədəniyyət nümunələrinə, həm də bu dəyərləndirmədən çox uzaq olan proses və istiqamətlər də əldə edir. Həm müsbət, həm də mənfi təzahürlər eyni miqyas və həcmdə yayıla bilir. Beləliklə, müasir dünyanın mədəniyyət məkanında tarixən mövcud olan "ideallar" epoxasının "zövqlər və maraqlar" epoxası ilə əvəzlənməsi müşahidə olunur. Bunu qlobal mədəniyyətdə "avroatlantizmin, neoliberal layihənin" gerçəkləşdirilməsi kimiizah edənlər vardır.     Mədəni-sivilizasion parametrlərin struktur dəyişikliklərinə uğramasını sübut edən digər cəhəti "ekran inqilabi" adlandıran fenomenlə bağlıdır. Onun əhəmiyyəti, insanın tarixi inkişafında oynadığı rol baxımından əlifba və yazının kəşfinin əhəmiyyəti ilə müqayisə olunur.     Reallığın "paralel" səviyyələrinin mövcudluğunu şərtləşdirən virtuallaşma prosesi, mədəniyyətin elektron əsrinin başlıca təzahürlərindəndir. Hər bir kəşfin sosial-mənəvi baxımdan pozitivneqativ tərəfləri mövcud olur. Daha doğrusu, onun hansı məqsəd və məramla tətbiq edilməsi bu nəticəni şərtləndirir. Bu baxımdan vritual reallığın verdiyi imkanlar da ambivalent - ikili təsirə malik olub, müvafiq məntiqi nəticə özünün güclü "neqativ kölgəsi" ilə müşayiət olunur.     "XX əsrdə Azərbaycan öz qarşısında duran tarixi məqsədlərə nail olmağa hər vəchlə mane olan xaricidaxili maneələri dəf etmək kimi tarixi vəziyyətini, nəhayət, XX əsrin sonunda Azərbaycan tarix boyu can atdığı müstəqillik məqsədinə nail olmaq yolunda Ulu Öndər Heydər Əliyevin başçılığı ilə bu müqəddəs mübarizəyə əngəl olan bütün xaricidaxili maneələri dəf etmək kimi tarixi vəzifəni həyata keçirdi, gerçəkləşdirdi".     Azərbaycanlıların indiki nəsli Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran fərqli, yeni vəzifələrin həlli üçün səfərbər olaraq, tariximizdə iyirmi birinci yüzilliyin yalnız uğur və nailiyyətlər əsri kimi qalması istiqamətindən əlindən gələni etməkdədir. Qarşılıqlı inteqrasiyanın məhz uğurlara xidmət etməsini təmin etmək üçün Azərbaycanda hər bir vətəndaşın iki məsələyə dair aydın təsəvvürləri olmalıdır: birincisi, Avropa üçün əhəmiyyəti, rolumövqeyi nədən ibarətdir? İkincisi, Azərbaycanın Avropaya inteqrasiya Azərbaycanın müstəqilliyini, dünyada nüfuzrolunun artması üçünkimi imkanlar və perspektivlər açır?     Birinci sualı cavablandırmaq üçün deyə bilərik ki, regionda intensiv inkişafın lideri kimi qəbul edilən Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edir. Həm regionda, həm də bütün dünyada sülhünsabitliyin təmin olunması, təhlükə və təhdidlərə qarşı əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı bir cəbhədən çıxış etmək üçün Azərbaycan Avropaya lazımdır.     Öz coğrafi mövqeyinə görə, dünyəvi dəyərlərinə malik olan tarixi-mədəni ənənələrinə görə Azərbaycan Avropanın strateji partnyorudur.

 

  Vahid Ömərov,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 29 avqust.- S.15.