Dəmir yolunun
tarixində yeni dönəm
“Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Arif Əsgərovun www.yap.org.az saytına müsahibəsi
- Arif müəllim, 1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırırlar. Həmin illəri xarakterizə etdiyinizdə dəmir yolu nəqliyyatında hansı əsaslı və köklü dəyişikliklərin baş verdiyini söyləmək olar?
- Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır.
1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırılması doğru bir dəyərləndirmədir. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.
Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişi bütün ölkədə, ilk növbədə, sənaye kompleksinin sürətli inkişafının başlanğıcı oldu ki, bu da öz növbəsində respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da aparıcı rol oynayırdı. Onun dəmir yoluna verdiyi böyük əhəmiyyət, onun inkişafına göstərdiyi şəxsi himayə, qısa zamanda öz bəhrəsini göstərdi.
1998-ci il yanvarın 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində, 1998-ci il dekabrın 6-da çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasında olan ulu öndər dəmiryolçuların əməyini yüksək dəyərləndirmişdir.
Ölkəmizin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesinin təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir.
- Siz nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də fəaliyyətinə toxundunuz.
- Son illər ərzində Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin nəqliyyat sektoru da sürətlə inkişaf etmiş və müasirləşmiş, bu sahənin iqtisadi göstəriciləri ildən-ilə yüksəlmiş, görülən işlərin keyfiyyəti və səmərəliliyi artmışdır. Bu istiqamətdə dəmir yolu nəqliyyatı sistemində görülən işlər də məqsədyönlü şəkildə davam etdirilmişdir. Hazırda icrasına başlanılan “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” ilə müəyyən olunmuş tədbirlərin ardıcıl olaraq uğurla həyata keçirilməsi nəticəsində dəmir yollarımız daha da müasirləşəcək, özünün yeni və sürətli tərəqqi dövrünə qədəm qoyacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi 10 il ərzində dəmir yolunda həyata keçirilən tədbirlərin xronologiyasına salsaq, bu zaman kəsiyində çox böyük uğurların, tərəqqinin qazanıldığını görmək mümkündür.
- Bakı-Tbilisi-Qars dəmiryolunun inşası istiqamətində hansı işlər aparılır?
- İşlər dörd mərhələdə aparılır. I mərhələ olan Marabda - Tetriskaro - sahəsinin uzunluğu 29,2 km-dir. Bu mərhələdə işlər başa çatdırılmaqdadır.
II mərhələ olan Tetriskaro-Salka sahəsinin uzunluğu - 49,7 km-dir. Bu sahənin 40 kilometrində yolun torpaq yatavında, 113 süni qurğunun 111-də işlər başa çatdırılmış, 33,5 km-də üst quruluşu elementləri (rels, şpal, və. s) dəyişdirilmişdir. Sahədə 64,7 km optik kabel qoyulmuş, rabitə, işarəvermə, mərkəzləşmə və bloklama qurğuları stansiyaya gətirilərək quraşdırılmışdır. Elektrik kontakt sahəsində və elektrik təchizatı xətlərində işlər davam edir. 2 dartı yarımstansiyasına yeni avadanlıq və qurğular gətirilmişdir, hazırda quraşdırma işləri aparılır. Vağzal, mülki və xidməti təyinatlı binalarda su və qaz təchizatı, istilik və çirkab sularının axıdılması xətlərində işlər davam edir.
III mərhələ olan Salka-Axalkalaki - 74,1 km-dir. Sahədə işlər bütün təsərrüfatlar
üzrə aparılır.
Axalkalaki
stansiyasında vağzal
binasının, süni
qurğuların tikintisi
və yolun torpaq yatağının hazırlanması işləri
aparılır.
IV mərhələ olan Axalkalaki - Türkiyə sərhədi (Kartsaxi) - sahəsinin uzunluğu 28
km-dir. Sahədə torpaq
yatağının hazırlanması,
süni qurğuların
tikintisi işləri,
əsasən, başa
çatdırılmış, 5,7 km-də üst quruluşu elementləri qoyulmuş, Kartsaxi stansiyasının vağzal
binasının tikintisi
başa çatdırılmaqdadır.
Ümumi
uzunluğu 4,4 km olan və Gürcüstanla
Türkiyə Respublikasını
birləşdirəcək tunelin
Türkiyə ərazisində
olan hissəsinin tikintisi başa çatdırılmışdır. Gürcüstan ərazisində tunelin
uzunluğu 2070 metrdir.
Yaxın günlərdə
tunelin Gürcüstan
ərazisində olan hissəsinin tikintisinə
start verilmişdir.
- Bu proqramdan irəli gələn vəzifələrin
icrası istiqamətində
nə kimi işlər görülüb?
- “Azərbaycan Respublikasında
dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nda
nəzərdə tutulmuş
Tədbirlər Planının
yerinə yetirilməsi
məqsədi ilə
1 noyabr 2010-cu ildə
“Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
sədrinin birinci müavin Əlirza Süleymanovun sədrliyi ilə komissiya yaradılmışdır.
5 avqust 2010-cu ildən
etibarən Mərkəzi
məlumat bazası yaradılmış, birbaşa
və geriyə bilet satışı tətbiq edilmişdir. 13 oktyabr 2010-cu ildə Azərbaycan Dəmir Yolunun 130 illik yubiley tədbiri keçirildi.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təşəbbüsünə qoşulan ilə dəmiryolçular “Ekologiya
İli” elan olunmuş 2010-cu il
üçün dəmir
yolunun təhkim zolağında 50 min ağac
əkmişlər.
Dəmir
yolunun inkişafına,
idarəetmənin və
infrastrukturun təkmilləşdirilməsinə
yönəlmiş “Dəmir
Yolu Ticarətinin və Nəqliyyatının
Dəstəklənməsi Layihəsi”nin
maliyyələşdirilməsi məqsədilə Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə Azərbaycan Hökuməti arasında
450 milyon ABŞ dolları,
Çexiyanın “İxrac”
Bankı ilə 215 milyon avro məbləğində
Kredit Müqaviləsi
imzalanmışdır. Dövlət Proqramı icrası ilə bağlı 10 iyun 2011-ci ildə Bakı-Böyük Kəsik
istiqamətində 317 km yolun
əsaslı təmirinə
start verildi.
“Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkə daxilində sərnişin daşıma
tariflərinin tənzimlənməsi
məqsədi ilə Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasına müraciət
etmişdir. Tarif (qiymət) Şurasının
yanvarın 31-də keçirilən
iclasında “Azərbaycan
Dəmir Yolları”
QSC-nin müraciəti
əsasında ölkədaxili
sərnişin daşıma
xidmətlərinə də
baxılmış, marşrutlar
üzrə biletlərin
qiymətləri vaqonun
tipindən asılı
olaraq müəyyənləşdirilmişdir.
Yeni tariflər
istiqamətlərdən və
məsafədən asılı
olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında
14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin,
komissiyon yığımının
və sığortanın
dəyəri də daxil edilmişdir.
Sadə
elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunmuşdur.
Qərar
qəbul edilərkən
1997-ci ildə təsdiq
edilmiş mövcud ölkədaxili sərnişindaşıma
tariflərinin bu xidmətlərə çəkilən
xərclərdən dəfələrlə
aşağı olması
nəzərə alınmışdır.
2011-ci ilə “Bakı
- Tbilisi - Qars” yeni dəmir yolu bağlantısı layihəsinin
icrası ilə bağlı bağlantının
həm Türkiyə,
həm Gürcüstan
hissəsində layihə
üzrə nəzərdə
tutulmuş işlər
həyata keçirilmişdir.
Dövlət Proqramının tərkib
hissələrindən biri
olan gələcəkdə
beynəlxalq maliyyə
hesabatlılığı standartlarının
(BMHS) tətbiqi ilə
bağlı G&G consulting şirkətinin dəstəyi
“Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətində
fevral və mart aylarında müvafiq mühasibat işçilərinin
iştirakı ilə
treninqlər keçirilmişdir. Dəmir
yolu nəqliyyatının
fəaliyyətinin iqtisadi,
hüquqi və təşkilatı əsaslarını
müəyyən edən
“Dəmir yolu nəqliyyatı haqqında”
Azərbaycan Respublikasının
Qanun layihəsi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
təklifləri nəzərə
alınmaqla, Nəqliyyat
Nazirliyi tərəfindən
hazırlanmış və
Ədliyyə Nazirliyinə
təqdim edilmişdir.
Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərində ikinci dəmir yolu körpüsünün tikintisi
başlanmışdır.
Qatarların təhlükəsizliyinin təmin
edilməsi, hərəkət
sürətinin yüksəldilməsi
məqsədilə Saatlı-Becar
mənzilinin 98 km-də
Araz çayı üzərində yerləşən
metal körpünün rekonstruksiyası
başa çatmışdır.
Dövlət Proqramı çərçivəsində
dövlət investisiyaları
hesabına həyata keçirilən layihələrin
icrası istiqamətində
“Pirallahı qəsəbəsini
sahillə birləşdirən
dambada sahilbərkitmə
işlərinin görülməsi”
tədbiri üzrə
2010-cu ildə dövlət
büdcəsindən ayrılmış
2160,0 min manat vəsait
hesabına 400 p/m uzunluğunda
sahilbərkitmə işləri
görülmüşdür.
2011-ci ilin sentyabr
ayında Biləcəri
lokomotiv deposunda lokomotiv təsərrüfatı
üçün olduqca
gərəkli hissələrindən
sayılan çuqun tormoz qəliblərinin (kolodkaların) istehsalına
başlanıldı.
Dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü ərəfəsində
- 12 oktyabr 2011-ci ildə
Xırdalan stansiyasının
yeni inzibati binası istifadəyə verilmişdir.
21 noyabr 2011-ci ildən
ölkə daxilində
və ölkədən
kənara hərəkət
edən sərnişin
qatarlarına gediş
biletlərinin İnternet
şəbəkəsi vasitəsilə
Online rejimində bilet
satışına start verilmişdir.
- “Azərbaycan Dəmir
Yolları” QSC-də
son on ildə sərnişin
və yük daşımalarında vəziyyət
necədir?
- “Azərbaycan Dəmir Yolları” QSC-nin
2003-2013-cü illərdə sərnişin və yük daşımalarının
dinamikası 2003-cü ildə
4 milyon 736 min nəfər
sərnişin, 20 milyon
345 min ton yük daşınmışdısa,
2012-ci ildə 2 milyon
668 min nəfər sərnişin,
23 milyon 116 min ton yük
daşınıb. Cari
ilin 6 ayı ərzində isə 1 milyon 207 min nəfər sərnişin, 11 milyon 190
min ton yük daşınmışdır.
Son olaraq, qeyd etmək istəyirəm ki, dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da
artıracaq, dövlətimizin
və hökumətimizin
qarşımızda irəli
sürdüyü vəzifələrin
uğurla yerinə yetirilməsi üçün
bütün potensial imkanlardan səmərəli
istifadə edəcək,
onlara göstərilən
etimadı əməli
işlərlə doğruldacaqlar. “Azərbaycan Respublikasında
dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün
geniş imkanlar açır. İnkişaf strategiyası nəticəsində
“Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin
dəmir yolları arasında özünün
layiqli yerini tutacaqdır.
Səs.- 2013.- 31 avqust.- S.10-11.