Azərbaycan-Moldova mədəni inteqrasiyası

 

 

 

MDB-yə daxil olan müstəqil respublikalardan biri olan Moldova ilə də Azərbaycan arasında da tarixən səmimi dostluq münasibətləri mövcud olmuşdu. Sovet çağlarında bu respublikalar arasında elmi-mədəni əlaqələr inkişaf etmişdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1965-ci il iyunun 26-dan iyulun 4-dək Moldaviyada Azərbaycan mədəniyyəti həftəsi keçirilmişdi. Mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın təsviri sənət sərgisi, kitab sərgisi təşkil olunmuş, bədii və sənədli filmlərin festivalı keçirilmişdi. Azərbaycan incəsənətinin respublikanın dövlət mahnı və rəqs ansamblı, xalq çalğı alətləri orkestri, televiziyaradio verilişləri Komitəsinin Kamera Orkestri, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının simli kvarteti, dövlət estrada orkestri təmsil etmişdi.

Mədəniyyət həftəsində Rəşid Behbudov, M.Maqomayev, bəstəkar C.Cahangirov milli musiqimizi Moldova tamaşaçılarına çatdırmışlar. Azərbaycan incəsənət ustalarının təqribən 70 konsertini 100 mindən artıq tamaşaçı dinləmişdi. Azərbaycan sənətkarları - müğənni, yazıçı, şair, rəssam və bəstəkarlarla Moldaviyanın əmək kollektivləri elm və tədris müəssisələrində maraqlı görüşlər keçirmişdi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında yazılır ki, Azərbaycanda da Moldova mədəniyyəti həmişə sevilmişdi. Azərbaycanın görkəmli müğənnisi Z.Xanlarovanın ifa etdiyi "Mioritsa" Moldova xalq mahnısı uşaqdan-böyüyə qədər hər kəsin sevimli nəğməsinə çevrilmiş, dillər əzbəri olmuşdu.

1965-ci il sentyabrın 11-19-da respublikada keçirilmiş Moldaviya SSR Mədəniyyat həftəsinə Azərbaycan əhalisi böyük maraq göstərilmişdi. Moldaviya OperaBalet Teatrının, "Yok" ansamblının "Doyna" xor kapellasının, "Fluye-ras" xalq mahnısı ansamblının simfonik orkestri, "Bukuriya" caz orkestrinin "Mioritsa" özfəaliyyət rəqs ansamblının konsertləri böyük müvəffəqiyyətlə keçmişdi. Azərbaycanda həftə ərzində 100-ə yaxın tədbir keçirmiş, konsert vermiş moldovanların istedadı respublika qəzet və mətbuatında, digər informasiya nümunələrində ətraflı şərh edilmişdi.

Sovet rejimi dağıldıqdan sonra müstəqilik qazanmış hər iki -Azərbaycan-Moldova arasındakı tarixi dostluq, mədəni əlaqələr yeni əməkdaşlıq prinsipləri çərçivəsində davam etdirildi. 1997-ci ilin noyabrında Azərbaycan Respublikasına rəsmi səfər etmiş Moldova Prezidenti Petru Luçinski Bakı Dövlət Universitetinin "Fəxri doktoru" seçilmişdi ki, bu da mədəniyyət sahəsində münasibətlər üçün təkanverici rol oynadı. BDU-nun fəxri doktoru diplomunun təqdimetmə mərasimində bu ali ada görə minnətdarlığını bildirən Moldova prezidenti çıxışında qeyd etmişdi: "Mən bu fəxri adı ölkəmə və xalqıma, elm, təhsil və mədəniyyət nümayəndələrinə hörmət əlaməti kimi, qarşılıqlı münasibətlərimizin bütün sahələrində əməkdaşlığın inkişafına kömək göstərmək istəyi kimi qəbul edirəm". Həmin rəsmi səfər zamanı iki ölkə arasında təhsil, yüksək ixtisaslı elmielmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında" ikitərəfli saziş imzalandı.

Təhsil sahəsində ali məktəblər arasında əlaqələrin yaradılması təşəbbüsü BDU-nun rektoru M.Mərdanov tərəfindən verilmişdi, Fəxri diplomu təqdim edərkən BDU-nun rektoru M.Mərdanov demişdi ki, bu ziyarət Moldovanın ali məktəbləri, xüsusilə, Kişinyov Dövlət Universiteti ilə əməkdaşlığa geniş imkanlar açacaqdır. Həmin əməkdaşlıq sazişindən irəli gələrək 2007-ci ilin may ayında Moldovada Azərbaycan mədəniyyəti günləri keçirildi. Kişinyov şəhərinin operabalet teatrı, filarmoniya, orqan zalı, Milli sarayın səhnələrində keçirilən konsert, tamaşalar moldoviyalıların böyük marağına səbəb oldu.

Yenə də 2007-ci ilin mayında Bakının İçərişəhər hissəsində yerləşən "Abşeron" rəsm qalereyasında moldovalı rəssam Kristina Puçyetikanın əsərlərindən ibarət sərginin açılışı da iki dövlət arasında bağlanmış sazişə əsasən həyata keçirilmişdi. 10 gün davam edən sərgidə rəssamın 44 əsəri nümayiş etdirildi. Təkcə MDB deyil, eyni zamanda, GUAM çərçivəsində əməkdaşlıq edən Azərbaycan və Moldova bu qurumlar tərəfindən mədəni əməkdaşlığa dair çoxtərəfli sazişlərdə də birgə iştirak edirlər.

Moldova ilə mədəni əməkdaşlığın mühüm istiqamətlərindən birinirespublikada mövcud olan türk mənşəli, Qaqauziya Muxtar Ərazi Qurumu ilə mədəni-mənəvi əlaqələrin dirçəldilməsi, inkişaf etdirilməsi təşkil edir. Beləliklə, MDB-yə daxil olan Moldova ilə Azərbaycan arasında mədəni əməkdaşlıq sahəsində gedən proseslər bunun çoxcəhətli və geniş əhatəli olacağı proqnozundan xəbər verir. Belə ki, hal-hazırda bu ölkələr arasında mədəni əməkdaşlığın ikitərəfli, çoxtərəfli münasibətlər sahəsində zəruri tədbirləri həyata keçirilir.

Vəli Vəliyev "Azərbaycan ilə Moldova arasında dostluq və qardaşlıq əlaqələri xalqlarımızın rifahına xidmət edir" adlı yazısında göstərir ki, Moldovanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. SİA-nın xəbərinə görə, Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu ölkəsinin 20 il ərzində keçdiyi inkişaf yolundan danışıb. Diplomat bildirib ki, bu müddət ərzində Moldova xalqı qarşısına çıxan çətinliklərin öhdəsindən layiqincə gəlib. Moldova dost ölkə olan Azərbaycan ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Hər iki ölkə bir-birinə möhkəm dostluq və qarşılıqlı hörmət hissləri ilə bağlıdır.

Səfir vurğulayıb ki, Azərbaycan ilə Moldova arasında iqtisadienerji əlaqələrinin inkişafı üçün böyük potensial vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat Moldovanın bu problemin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlı olduğunu deyib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından Moldova xalqını təbrik edib. Azərbaycan ilə Moldova arasında dostluq və qardaşlıq əlaqələrinin xalqlarımızın rifahına xidmət etdiyini qeyd edən nazir vurğulayıb ki, bu münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir. Qəbulda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arayışında göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Moldova Respublikasının Prezidenti Vladimir Voroninin təkbətək görüşü olub. Görüş zamanı dövlət başçıları Azərbaycan və Moldovanın təcavüzkar separatizmin nəticəsi olan işğala məruz qaldıqlarını, buna son qoyulması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq hüquq normaları əsasında bərpa edilməsi üçün beynəlxalq təşkilatların səylərinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Moldova Prezidentinin səfəri zamanı qarşılıqlı münasibətləri tənzimləyən bir sıra sənədlər imzalanıb - Azərbaycan Respublikası PrezidentininMoldova Respublikası prezidentinin Birgə Bəyannaməsi, Azərbaycan Respublikası və Moldova Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım hüquqi münasibətlər haqqında Müqavilə, Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında uzunmüddətli iqtisadi əməkdaşlıq, vətəndaşların qarşılıqlı səfərləri, bitkilərin karantini sahəsində, Azərbaycan Respublikasının Ədliyyə NazirliyiMoldova Respublikasının Ədliyyə Nazirliyi arasında, əmək və əhalinin sosial müdafiəsi sahəsində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Moldova Respublikası Kənd Təsərrüfatı və Yeyinti Nazirliyi arasında iqtisadielmi-texniki əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Moldova Respublikasının Xarici İşlər Nazirliyi arasında 2005-2006-cı illər üçün məsləhətləşmələr Planı.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il aprelin 21-də rəsmi səfərlə Moldovada olub. Səfər zamanı Prezident İlham Əliyevlə prezident Vladimir Voroninin təkbətək görüşü olub. Görüş zamanı beynəlxalq və regional xarakterli məsələlər müzakirə olunub. Dövlət başçıları beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyini bir daha təsdiqləyərək, təcavüz aktlarına və suveren dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş təhdidlərə qarşı beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar. Prezident İlham Əliyevin və prezident Vladimir Voroninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikası hökuməti və Moldova Respublikası hökuməti arasında Moldova Respublikasının ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasının ərazisində müvəqqəti işləyən Moldova Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi, baytarlıq-sanitariya Konvensiyası, hava əlaqəsi, informatizasiyainformasiya texnologiyaları sahəsində əməkdaşlıq, "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və "Teleradio-Moldova" İctimai Şirkəti arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Dövlət başçıları Kişinyovda aparılmış danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçiriblər. Prezidentlər jurnalistlər qarşısında bəyanatlarla çıxış ediblər. Moldova Prezidenti Vladimir Voroninin bəyanatında bildirib ki, "...bizim həll etməli olduğumuz çoxlu problemimiz var. Ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istəyirəm. Biz ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik və bu problemin həllinə təkan verə biləcək bütün tədbirlərdə iştirak etməyə hazırıq...". Prezident İlham Əliyev də qarşılıqlı olaraq öz bəyanatında qeyd edib ki, "...Biz Moldovanın ərazi bütövlüyünün bərpa edilməsi, Dnestryanı bölgə probleminin nizama salınması sahəsində fəaliyyətini tamamilə dəstəkləyirik..." 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında Baş Məclisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edən qətnamə layihəsinin müzakirələri zamanı Moldova qətnamənin lehinə səs verib. Moldova prezidenti Vladimir Voronin 2008-ci il aprelin 23-də növbəti səfərlə Azərbaycanda olub. İki ölkə prezidentinin təkbətək geniş tərkibli görüşündə Azərbaycanla Moldova arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb. Beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə edilib. Moldova prezidenti hər zaman Azərbaycan-Moldova prezidentlərinin qarşılıqlı səfərlərinin, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində əlaqələrin inkişafına müsbət təsirini göstərib. 26 noyabr 1997-ci ildə Moldova prezidenti Petru Luçiniski Azərbaycanda rəsmi səfərdə olarkən ona Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Moldova prezidenti Petru Luçinskiyə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqim edilməsi mərasimində çıxış edib: "...Görün, qədər böyük səadətdir - 35 il öncə gənclərin rəhbəri kimi ilk dəfə Azərbaycanda olmusunuz, tələbələrlə görüşmüsünüz. 35 ildən sonra isə öz ölkənizin prezidenti olub Bakı Universitetinin professor-müəllim heyəti tələbələri ilə görüşürsünüz sizə elmlər doktoru fəxri adı verirlər...". 2005-ci il aprelin 21-də Prezident İlham Əliyevin Moldovaya səfəri zamanı Moldovanın paytaxtı Kişinyov şəhərində dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılışı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Vladimir Voronin iştirak ediblər. 2007-ci ilin may ayında Kişinyov Komrat şəhərlərində Azərbaycan Mədəniyyəti günləri keçirilib. 2008-ci il aprelin 23-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Moldova mədəniyyəti günlərinin təntənəli açılışı olub. Mərasimdə Prezident İlham Əliyev Prezident Vladimir Voronin iştirak ediblər.

Moldova Azərbaycan separatizmdən əziyyət çəkən ölkələrdir. Dağlıq Qarabağ Dnestryanı münaqişələrinin həllində hər iki ölkə vahid mövqedən çıxış edirlər. Moldova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipi daxilində həll edilməsinin tərəfdarıdır. Moldova Azərbaycan prezidentləri dəfələrlə ölkələrinin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Moldova Azərbaycan 1997-ci ilin oktyabrında yaradılan GUAM təşkilatının təsisçiləridir, həmçinin, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Bu iki dövlət, həm bu təşkilatlar çərçivəsində iqtisadi, siyasi digər sahələrdə əməkdaşlıq edirlər. Azərbaycan Moldova Avropa Şurasının üzvüdür 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulublar.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 13 dekabr.- S.15.