İlham Əliyev: “Biz bundan sonra da Ermənistanı

 təcrid edilmiş vəziyyətdə saxlayacağıq”

 

 

Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyev 9 oktyabrda yenidən prezident seçildikdən sonra Milli Məclisdə andiçmə mərasimində çıxış edərək strateji mənada çox ciddi mətləblərə toxunmuşdur. Məhz bu çıxış bir çox aspektlərdən əhəmiyyət kəsb edir və davamlı olaraq təhlil olunmalıdır. Bu qısa məqalədə Cənab Prezidentin Ermənistanı təcrid etmə strateji siyasətinə dair söylədiyi fikirləri analiz etməyə çalışacam.

Ümumiyyətlə, ilkin olaraq qeyd etməliyəm ki, Ermənistanın qlobal havadarları ilə birlikdə 20 ildən artıq dövrdə Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti get-gedə öz gücünü itirməkdədir. Əlbəttə, bunun əsas səbəblərindən birincisi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə stabilliyin yaranması və müstəqil şəkildə həyata keçirilən siyasi strategiya ilə oldu. Məhz Cənab Prezident İlham Əliyevin qızıl onillik adlandırılan hakimiyyəti dövründə Ermənistanı iqtisadisiyasi cəhətdən beynəlxalq aləmdən təcridetmə strategiyasi uğurla həyata keçirildi. Cənab Prezident öz nitqində məsələni yüksək analitik qabiliyyətlə belə təsvir və təhlil etməkdədir: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasihüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz, bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Eyni zamanda, son 10 il ərzində münaqişənin həlli üçün atılan addımlar, beynəlxalq təşkilatlarda qəbul edilmiş qərarlar, təbii ki, bizim mövqeyimizi daha da möhkəmləndirir. Son 10 il ərzində bir neçə mötəbər təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Onların arasında İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar vardır. Hesab edirəm ki, bizim bu istiqamətdə səylərimiz davam etdiriləcəkdir. Çünki bir halda, bilavasitə bu qətnamələr münaqişənin həllinə gətirib çıxarmır, eyni zamanda, biz hüquqi bazamızı daha da möhkəmləndirməliyik. Artıq bu qətnamələr və sadaladığım bu təşkilatlarda cəmləşən ölkələr dünya birliyinin mütləq əksəriyyətini təşkil edir. Beləliklə, dünya birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmurbu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Biz bundan sonra da siyasidiplomatik səylərimizi artıracağıq, bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq. Öz siyasiregional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik. Eyni zamanda, bizim bu məsələ ilə bağlı diplomatiyamız bundan sonra da hücum diplomatiyası olacaqdır. Çünki haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bununla bərabər, Azərbaycan nə qədər güclü olarsa, bu məsələ bir o qədər də tez öz həllini tapar. Bu məqsədlə Azərbaycanda həm iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son 10 il ərzində böyük templərlə aparılmışdır”.

Həqiqətən də Cənab Prezidentin on illik hakmiyyəti dövründə həyata keçirdiyi tədbirlər və iqtisadi-siyasi strategiya xəttini təhlil etdikdə, yuxarıda qeyd olunan fikirlərin reallıq olduğuna şahid oluruq.

 

Hücum diplomatiyası

Ermənistanı beynəlxalq aləmdən təcrid etmənin ən təsirli yollarından biriona qarşı Cənab Prezidentin ifadə etdiyi kimi hücum diplomatiyasindan istifadə etməkdir. Məhz Ermənistan Azrəbaycanın qlobal iqtisadi sahədə həyata keçirdiyi layihələrdən və tədbirlərdə iştirak etməməkdədir. Məsələn, Neft-Qaz layihələrində Ermənistanın iştirak etməməsi, çəkiləcək olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən uzaq qalması və qardaş Türkiyənin sərhədləri Ermənistana bağlaması birbaşa Cənab Prezidentin uğurlu siyasətinin nəticəsindədir. Bu mənada Ermənistan Azərbaycan torpaqlarını qaytarmadan indiki  kimi dövlət səviyyəsində təcridetmə strategiyasına məruz qalacaqdır. Məhz Cənab Prezident bu uğurlu siyasi xətti belə əsaslandırmaqdadır: “Ermənistanı bütün regional layihələrdən təcrid etməliyik, etmişik, edəcəyik. Maksimum çalışmalıyıq ki, Ermənistan iqtisadiyyatı bundan da ağır vəziyyətə düşsün, orada depopulyasiya bundan da yüksək templərlə davam etsin. Beləliklə, biz münaqişənin həlli üçün bütün əsas şərtləri təmin etməliyik. Son illərin təcrübəsi onu göstərir ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir. Əslində, etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir”. Ermənilər tərəfindən son 20 il ərzində yaradılan mif ki, erməni ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu mifdən əsər-əlamət qalmayıb. Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik. Münaqişənin həlli bir daha demək istəyirəm ki, prioritet məsələdir. Bu məsələ tam şəkildə öz həllini tapmalıdır. Hər hansı bir yarımçıq variant müvəqqəti variant kimi yalnız qəbul edilə bilər. Münaqişənin tam şəkildə həll edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək”.

Yeri gəlmişkən qeyd etməliyəm ki, Azərbaycanın Ermənistanı iqtisadi-siyasi sahədə təcridetmə strategiyası eyni zamanda humanitar sahədə də həyata keçirilməkdədir. Belə ki, bu günlərdə Azərbaycanda  keçirilən III Bakı Forumu da bunu təsdiqləyir.  Foruma dəvət olunan qonaqlar və onların çıxışları onu göstərir ki, Azərbaycan özünün haqlı siyasətində gün keçdikcə qlobal arenada ədalətin bərpa olunmasına çalışır. Bu mənada Azərbaycandakı multikulturalizm dəyərlərinin geniş yayılması və dövlətin bu sahəyə olan diqqəti iştirak edən qonaqlar arasında böyük rəğbətə səbəb olmuşdur. Məhz Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin forumdaki çıxışı xüsusilə yuxarıda qeyd etdiklərimizlə üst-üstə düşür. Belə ki, Cənab Dəmirəl regionda daha da əmin-amanlığın və inkişafın bərqərar olması üçün Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinin vacibliyini vurğulamışdır. Ona görə Ermənistanın bunu dərk etməsi lazımdır.

Nəticədə Cənab Prezidentin uğurlu iqtisadisiyasi təcridetmə strategiyası Ermənistan üçün ciddi problemlər yaratmış və yaradacaqdır. Həqiqətən də Ermənistan bu reallığı görməzlikdən gəlsə və işğalçılıq planlarından əl çəkməzsə bir dövlət və xalq olaraq məhvə məhkum olacaqlar.

 

Rəşad İlyasov

Səs.-2013.- 4 dekabr.-S. 2.