Azərbaycanın
Mərkəzi və Cənubi Amerika ölkələri ilə əlaqələri
Mərkəzi və Cənubi Amerikaya Latın Amerikası da deyirlər. Latın Amerikası Avropa arasında okeanlar yerləşir. Latın Amerikası əsasən ABŞ-ın maraq və təsir dairəsindədir. Dövlət quruluşuna görə respublika idarəçilik sisteminə malik bu ölkələr Britaniya Millətlər İttifaqına daxildirlər. Latın Amerikasında əhalinin tərkibi müxtəlifdir. Burada latın-romandilli mədəniyyət, ispan-portuqal ənənələrinə əsaslanan mədəniyyət formalaşmışdır. Professor Əli Həsənovun qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi və Cənubi Amerika ölkələri ilə də diplomatik münasibətlər yaratmışdır. Bu ölkələr sırasında öz nüfuzu ilə seçilən Braziliya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, 1993-cü il oktyabrın 21-də isə iki ölkə arasında diplomatik münasibətlər yaradılmışdır.
2001-ci ilin mayında Braziliya özünün Türkiyədəki səfirini, eyni zamanda, Azərbaycana da səfir təyin etmiş və o, mayın 17-də öz etimadnaməsini Prezident Heydər Əliyevə təqdim edərək fəaliyyətə başlamışdır.
2001-ci il iyunun 3-5-də San-Xosedə (Kosta-Rika) Amerika Dövlətləri Təşkilatı Baş Məclisinin XXXI iclasında Azərbaycan tərəfındən iştirak edən ölkəmizin ABŞ-dakı səfiri H.Paşayev Braziliya xarici işlər naziri katibliyinin rəisi O.Çoxfi ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan-Braziliya ikitərəfli münasibətlərinin inkişafı, enerji resurslarının işlənməsi və nəqli, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
2004-cü il mayın 27-dən iyunun 3-dək Azərbaycanda səfərdə olan Braziliyanın Türkiyədəki və eyni zamanda, Azərbaycandakı səfiri B.Neeli xarici işlər naziri E.Məmmədyarov qəbul etmişdir. Görüş zamanı Braziliyanın regional ofis açmaq niyyəti və bu ölkəni təmsil edən şirkət nümayəndələrinin avqust ayında Azərbaycana səfəri ətrafında fikir mübadiləsi aparılmışdır. Səfir BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 59-cu iclasından bir gün əvvəl 2004-cü il sentyabrın 20-də prezident L. da Silvanın dünya dövlətlərinin başçılarını görüşə dəvət etdiyini bildirmiş və Azərbaycan Prezidentinin də həmin görüşdə iştirakına ümid bəslədiyini qeyd etmişdir. 2005-ci il mayın 27-də xarici işlər nazirinin müavini X.Xələfov Braziliyanın Türkiyədəki səfiri M.Netonu qəbul etmişdir. Görüşdə BMT-də aparılan islahatlar, ikitərəfli münasibətlər və Braziliyanın BMT-nin Təhlükəsizlik Şurasına namizədliyinin Azərbaycan hökuməti tərəfindən dəstəklənməsi ilə bağlı xahişi müzakirə olunmuşdur.
Azərbaycanla Braziliya arasında münasibətlər bu illərdə ölkə başçıları və digər rəsmi nümayəndələrin beynəlxalq təşkilatlar çərçivəsindəki təmasları və bir-birinə göndərdiyi məktublarla məhdudlaşmışdır. İki ölkə arasındakı illik ticarət dövriyyəsi 5 milyon ABŞ dolları səviyyəsindədir. Digər Cənubi Amerika dövləti Argentina Azərbaycanın müstəqilliyini 1992-ci il martın 9-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü ilin noyabr ayında qurulmuşdur. 2005-ci il martın 11-də Azərbaycan Respublikasının Milli Məclisi Argentina Respublikasında Azərbaycan səfirliyinin təsis edilməsi haqqında qanun qəbul etmişdir. İki ölkə arasında diplomatik əlaqələr, hələlik, beynəlxalq təşkilatiar çərçivəsində və qarşılıqlı məktublaşma vasitəsilə həyata keçirlir.
Mərkəzi və Cənubi Amerikanın digər ölkələri ilə də Azərbaycanın diplomatik əlaqələri, hələlik, rəsmi məktub mübadiləsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı təmaslardan irəli getməyib:
Haiti - Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımış, 2003-cü il mayın 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılmışdır. Kosta-Rika - Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımış, ölkələr arasında diplomatik münasibətlər 1997-ci il yanvarın 15-də yaradılmışdır. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında "Siyasi məsləhətləşmələrin yaradılmasına dair" anlaşma Memorandumu imzalanmışdır. Paraqvay - Azərbaycanla diplomatik münasibətləri 2004-ci il aprelin 20-də qurub. İki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında birgə kommünike imzalanmışdır. Uruqvay - Ölkələr arasında diplomatik münasibətlər 1995-ci il yanvarın 12-də qurulmuşdur. Venesuela - Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 9-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1995-ci il mayın 12-də qurulmuşdur.
Çili - İki ölkə arasında diplomatik münasibətlər 1994-cü il noyabrm 3-də qurulmuşdur. 2005-ci ildə xarici işlor naziri E.Məmmədyarov Santyaqoda keçirilən xarici işlər nazirinin konfransında iştirak etmişdir. Səfər çərçivəsində E.Məmmədyarov Çilinin xarici işlər naziri İ.Volker ilə görüşmüş və iki ölkə arasında gələcək münasibətlərin perspektivlərinə dair müzakirələr aparmışdır.
Ekvador - Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanımış, iki ölkə arasında diplomatik münasibətlər 2004-cü il martın 22-də qurulmuşdur. Həmin gün Nyu-Yorkda Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında birgə kommünike imzalanmışdır. Kolumbiya - İki ölkə arasında diplomatik münasibətlər 1994-cü il dekabrın 13-də qurulmuşdur. Qayana - Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin yanvar ayında qurulmuşdur. Qvatemala - İki ölkə arasında diplomatik münasibətlər 1994-cü il noyabrın 1-də qurulmuşdur. Panama - Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 3-də tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin aprelində qurulmuşdur.
Nikaraqua - İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə qurulmuşdur. 2004-cü il martın 1-də Azərbaycanın ABŞ-dakı səfiri H.Paşayev Nikaraqua Respublikasının həmin ölkədəki səfiri S.Stadzaqeni qəbul etmişdir. S.Stadzaqen BMT Baş Assambleyasının 2005-ci ildə keçiriləcək 60-cı Sessiyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Nikaraquanın namizədliyinin dəstəklənməsi ilə bağlı nota təqdim etmişdir.
Peru - İki ölkə arasına diplomatik münasibətlər 1996-cı il iyunun 25-də qurulmuşdur. Salvador - Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1999-cu ilin martında qurulmuşdur. Yamayka - Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 6-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Boliviya - İki ölkə arasında diplomatik münasibətlər 1996-cı il iyulun 8-də qurulmuşdur.
Kuba - Mərkəzi və Cənubi Amerikanın yeganə sosialist dövlətidir və Azərbaycanla əlaqələrə maraq göstərir. Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 27-də qurulmuşdur. Kuba özünün Rusiyadakı səfirini həm də Azərbaycana səfir təyin etmişdir. 2004-cü il aprelin 9-da xarici işlər naziri E.Məmmədyarov Kubanın Rusiyada və eyni zamanda, Azərbaycandakı səfiri M.Xorxeni qəbul etmişdir. Qonaq etimadnaməsinin surətini təqdim etmiş, Azərbaycan- Kuba əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirin etimadnaməsini qəbul etmişdir. Azərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir və ticarət dövriyyəsi təxminən 1mln. ABŞ dolları təşkil edir.
Əhalinin yarıdan çoxu ispan və portuqal mənşəli avropalılardan, 15% hindulardan, 10% zəncilərdən, qalan hissəsi isə qarışıq mənşəli (metislər, mulatlar, sambolar) əhalidən ibarətdir. Etnik tərkibindən asılı olmayaraq, Mərkəzi və Cənubi amerikalılar, əsasən, katolik dini konfessiyasına mənsubdurlar və əksəriyyət ölkələr ya ispan, ya da portuqal dilindən istifadə edirlər. Əhalinin ərazi üzrə yerləşməsi çox sıxdır (hər km. 2-ə 23 nəfər düşür) və 72%-i şəhərlərdə yaşayır.
Ərazi xarakteristikasına görə
Latın Amerikası zəngin region hesab olunur. Təbii resurslarla
(qiymətli metal, neft,
dəmir, kömür,
boksit və s.) zəngin olan Venesuela, Braziliya, Çili, Peru, Kolumbiya kimi ölkələr geoiqtisadi əhəmiyyətinə
görə, daim
ABŞ və Avropa dövlətləri arasında
mübarizə meydanı
olub. Bu ərazilərdə
işçi qüvvəsi
ucuz olduğundan
ABŞ və Avropanın
qabaqcıl dövlətlərini
təmsil edən transmilli korporasiyalar Mərkəzi və Cənubi Amerikanın bütün ölkələrində
çox güclü müəssisələr yaratmışlar.
Xüsusən, dağ-mədən və metallurgiya sənayesi, emal müəssisələri, gəmiqayırma,
maşınqayırma və
avtomobil zavodları, elektrotexnika və elektronika müəssisələri
iri transmilli şirkətlərin əlində
cəmlənmişdir. Mərkəzi və Cənubi
Amerika ölkələrinin
ənənəvi məşğuliyyətini
kənd təsərrüfatı
(banan, qəhvə, qarğıdalı, şəkər
çuğunduru və
qamışı) sahəsi
təşkil edir.
Latın Amerikasının regional siyasi
və iqtisadi inteqrasiyası, əsasən,
ABŞ-ın təsiri
altında olan Amerika Dövlətləri
Təşkilatı (ADT), Karib
Ümumi Bazarı
(KÜB), Mərkəzi Amerika
Ümumi Bazarı
(MAÜB) və s. təşkilatlar
çərçivəsində həyata keçirilir. Lakin Latın Amerikası qlobal miqyasda ümumamerika səviyyəsində
Sakit okean və Asiya məkanında
siyasi və iqtisadi inteqrasiya proseslərinə qatılıb.
Bu mənada, Şərqi
və Cənub-Şərqi
Asiya dövlətləri
(Yaponiya, Çin, İndoneziya və s.), Avropa Birliyi və s. qlobal inkişaf mərkəzləri
bu regionla əlaqələrə xüsusi
səy göstərirlər.
Latın
Amerikası ölkələrinin
siyasi xətti (Kuba istisna olmaqla)
əsasən, ABŞ-ın
dünyada yürütdüyü
qlobal inteqrasiya, demokratikləşmə və
liberal iqtisadiyyat istiqamətinə
doğru yönəlib.
1994-cü ildən Latın Amerikası ölkələrində
də analoji proseslərin başlanmasını
stimullaşdırır. Çili, Venesuela, Braziliya, Argentina, Uruqvay, Paraqvay və başqa böyük dövlətlər
Ümumamerika azad ticarət bölgəsinin
yaranması istiqamətində
fəaliyyətə başlayır.
Bu məqsədlə bölgədə bir neçə subregional iqtisadi-ticarət birliyi yaranır, onlar arasında azad ticarət əlaqələri
qurulur.
Mütəxəssislər Şimali və
Latın Amerikası ölkələri arasında
başlanan ticarət-iqtisadi
inteqrasiyanın perspektivlərini
yüksək qiymətləndirir
və qloballaşan dünyada yaxın 10-15 ildə onun daha da dərinləşəcəyini
proqnozlaşdırırlar. Əlbəttə, bütün
dünyada gedən proseslərə ABŞ-ın
göstərdiyi təsir
nəzərə alınarsa,
onun bilavasitə yerləşdiyi Amerika qitəsində, o cümlədən,
Latın Amerikası ölkələrində qloballaşmanın
və regional inteqrasiyanın
sonrakı sürəti
heç kimdə şübhə doğurmur.
VAHİD
ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2013.- 2 fevral.- S.14.