AŞPA-nın qış sessiyasını Azərbaycan üçün kifayət qədər uğurlu saymaq olar

 

Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, qurumun RasizmKsenofobiya alt komitəsinin sədri, millət vəkili Sahibə Qafarovadır

 

- Sahibə xanım, ötən həftə Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirildi. İlk olaraq, istərdik ki, sessiyanın nəticələrini dəyərləndirəsiniz...

- Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, ölkəmizdə baş verən demokratik proseslərə, həyata keçirilən islahatlara düzgün, obyektiv qiymətin verilməsi, anti-azərbaycançı mərkəzlərin qərəzli, xoşniyyətli olmayan fəaliyyətinin önlənməsi, eyni zamanda, AŞPA-dakı fəaliyyətinin genişlənməsi nöqteyi - nəzərindən qurumun qış sessiyasını kifayət qədər uğurlu saymaq olar. Bu sessiya çərçivəsində, həm ümumi Avropa ailəsini, həm də bilavasitə Azərbaycanı maraqlandıran bir sıra məsələlər müzakirə olundubu məsələlərdə nümayəndə heyətimizin üzvləri fəal iştirak edərək ölkəmizin mövqeyini yetərincə ifadə edə bildilər. Həmçinin, Azərbaycanın üzləşdiyi seperatçılıq hərəkətləri, Ermənistan dövlətinin işğal siyasətinin nəticələri ilə bağlı növbəti dəfə çıxışlar səsləndi. Düşünürəm ki, bu sessiyada Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail ola bildi.

- AŞPA-nın qış sessiyası bizim üçün o cəhətdən xüsusilə əlamətdar idi ki, bu sessiyada ölkəmizlə bağlı iki məsələ - həmməruzəçilər Pedro AqramuntCozef Debono Qrexin Azərbaycanın öhdəlikləri ilə bağlı məruzəsi və almaniyalı parlamentari Kristofer Ştrasserin ölkəmizdə «siyasi məhbus»larla bağlı hesabatı müzakirə olundu. Birinci sənəd ümumi səsvermədən sonra qəbul olunsa da, Ştrasserin hesabatını avropalı parlamentarilər rədd etdilər. Bu iki sənəd və onlara münasibətdə ortaya çıxan fərqlər nədən ibarət idi?

- Əvvəla, cənab AqramuntQrexin hazırladıqları məruzə ilə Ştrasserin hesabatı arasında çox böyük fərq var. Bu, fərq ilk növbədə onların yanaşmasından, Azərbaycandakı reallıqlara münasibətdə ortaya qoyduqları mövqedən, faktlara münasibətdən qaynaqlanırdı. Cənab Ştrasserdən fərqli olaraq, həmməruzəçilər daha geniş araşdırma aparmış, ölkəmizlə əməkdaşlıq etməyə cəhd göstərmiş və müəyyən qədər balansı gözləməyə çalışmışlar. Şübhəsiz ki, onların hesabatlarında da bizim üçün məqbul olmayan, razılaşmadığımız müəyyən subyektiv məsələlər var idibiz sessiya iclaslarında bunu açıq şəkildə bildirdik. Məsələn, ölkəmizdəki seçki mühiti, media azadlığı, siyasi fəaliyyətə yaradılan şəraitlə bağlı məsələlərdə hesabatda əksini tapan müəyyən fikirlər bizi qane etmirdi. Amma ümumən dəyərləndirəndə, nə qədər müəyyən subyektivlik olsa da, əməkdaşlıq nöqteyi-nəzərindən biz iradlarımızı və təkliflərimizi bildirmək şərtilə buna elə də ciddi narazılıq etmədik. Çünki Azərbaycan Avropa Şurasına üzv olanda da yeganə məqsədi ölkədəki standartları və dəyərləri Avropa standartlarına yaxınlaşdırmaq, Avropa Şurasının təcrübəsindən yararlanaraq demokratik islahatları dərinləşdirmək idi. Azərbaycan heç vaxt tənqiddən çəkinməyib, qorxmayıb. Yetər ki, xoşniyyətli, ədalətli, əməkdaşlıq ruhunda olsun.

Amma K.Ştrasserin hesabatı tamamilə qərəzli idiheç bir xoş niyyət ifadə etmirdi. Bu hesabat absurdqeyri-obyektiv məlumatlara söykənirdi. Ona görə də bir çox avropalı parlamentarilər də bunu kəskin şəkildə tənqid etdi. Hətta bildiyiniz kimi, digər məruzəçilər – AqramuntQrex də müzakirələrdə çıxış edərək Ştrasserin mülahizələrinin zərərli, ədalətsiz, qeyri-obyektiv olduğunu söyləyərək avropalı parlamentrariləri bu sənədin əleyhinə səs verməyə çağırdı. Çünki həqiqət və ədalət bizim tərəfimizdə idi. Biz əvvəlcədən də bəyan etmişdik ki, ölkəmizə "siyasi məhbus"larla bağlı ünvanlanan ittihamları həqiqətə uyğun hesab etmirik. Hazırda siyasi məhbuslar anlayışı ilə bağlı gətirilən nümunələr beynəlxalq və hüquqi kriteriyalar kimi qəbul oluna bilməz və nə regional nə də qlobal səviyyədə qəbul olunmayıb, çünki bu məsələ ilə bağlı hətta AŞ-ın özündə də dəqiq hüquqi hədlər müəyyənləşdirilməyib. Təbii ki, özlüyündən belə bir sual meydana çıxır, hər hansı bir ölkə siyasi məhbus və ya cinayətkarın müəyyənləşdirilməsi üçün hansı kriteriyalara görə ittiham olunur? Ona görə də, bu suallar cavabını tapmadıqca, Azərbaycanı bu məsələdə ittiham etmək tamamilə yersizdir. Hesabatın səsverməsi zamanı bir daha bu reallıq öz təsdiqini tapdı.

- Sahibə xanım, bəzi siyasi ekspertlər bu səsvermənin nəticələrini Azərbaycanın qələbəsi kimi qiymətləndirirlər. Siz necə düşürsünüz, nəticələri Azərbaycanın AŞPA-dakı fəaliyyətinin uğurlu nəticələri hesab etmək olarmı?

- Şübhəsiz ki, bu, Azərbaycanın qələbəsidir. Çox təəssüf ki, hələ də Avropa Şurası Parlament Assambleyasının özündə də müəyyən qrupların təsiri ilə fəaliyyət göstərən, Avropa dəyərlərini heçə sayan siyasətçilər varbiz bunu sonuncu sessiyada da aydın gördük. Çünki müzakirələr həqiqətən çox gərgin keçdi. Hələ buna qədər erməni lobbisi və onların təsiri altında fəaliyyət göstərən bəzi avropalı parlamentarilər çox ciddi səylə Ştrasserin hesabatının qəbul olunması yönündə çalışırdılar. Hətta orada da qeyd olundu ki, bəzi parlamentarilərə təzyiqlər də olub. Amma buna baxmayaraq, Azərbaycan dövlətinin beynəlxalq aləmdə mövqeyi, həyata keçirdiyi diplomatiya, cəmiyyətimizin sağlam qüvvələrinin prinsipial mövqeyi nəticəsində bu hesabat qəbul olunmadı. Bunu birmənalı şəkildə, Azərbaycanın qələbəsi sayıram. Və düşünürəm ki, Azərbaycanın bu qələbəsi həm də bir çox qüvvələrə göstərdi ki, ölkəmizə qarşı hansısa qərəzli münasibət, konkret maraqlar çərçivəsində Azərbaycanı qaralamaq cəhdləri iflasa məhkumdur. Kimin nəyi necə görməsindən və nə söyləməsindən asılı olmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunda inamla addımlayır, fəal inteqrasiya edir, gündən-günə daha da güclənir. Bu səsvermə göstərdi ki, ölkəmizin dostlarının, bizi dəstəkləyənlərin sayı da daim artmaqdadır.

- Sahibə xanım, sessiyada daha hansı məsələlər haqqında müzakirələr aparıldı?

- Sessiyada müxtəlif mövzularda müzakirələr oldubu müzakirələr Azərbaycan haqqında əsl həqiqətləri, ölkəmizdə görülən işləri, demokratik islahatları Avropa ictimaiyyətinə çatdırmaq imkanı yaratdı. Eyni zamanda, ölkəmizin üzləşdiyi işğal siyasətinin fəsadları, Ermənistan dövlətinin təxribatları barədə də nümayəndə heyətimizin üzvləri tərəfindən geniş məlumat verildi.

Sessiyada həmçinin, gender bərabərliyi, internetmedia azadlığı ilə bağlı məruzələr də müzakirə olundu və çıxış edərək Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat verdim. Qeyd etdim ki, müasir dövrdə fundamental insan haqlarından biri olan gender bərabərliyi beynəlxalq hüququn tərkib hissəsidir. Beynəlxalq hüquq qadınların öz haqlarından tam və maneəsiz istifadə etməsi üçün geniş hüquqi təminat yaradır. Lakin bu bir həqiqətdir ki, qadın hüquqlarının real həyatda tətbiqi ilə bağlı problemlər mövcuddur. Mövcud haqların və dəyərlərin gerçək həyatda öz əksini tapması, ictimai həatın bütün sferalarında qadınların iştirakının daha çox təmin olunması üçün səylərimizi birləşdirməliyik. Bu baxımdan, Azərbaycanda qadınların sosial, siyasiiqtisadi həyatda rolunun artırılması ilə bağlı qazanılan uğurlar diqqətəlayiqdir. Azərbaycan qadınlarının rəhbər vəzifələrdəki çəkisi də artmaqdadır. Hazırda həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qadınların biznes sahəsindəki fəaliyyətinə dəstək göstərilir.

Medianın durumu ilə bağlı müzakirələrdə isə bildirdim ki, Azərbaycan Respublikası demokratik dəyərlərə sədaqət nümayiş etdirən bir dövlət kimi söz və məlumat azadlığının tam təmin olunmasını, müstəqil mətbuatın inkişafını özünün prioritetlərindən biri elan etmişdir. Ölkə Konstitusiyanda fikirsöz azadlığının təminatı məsələsi təsbit olunmuş, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağan olunmuşdur. Ölkəmizdə KİV-in maddi texniki bazasının gücləndirilməsi üçün də dövlət tərəfindən çox effektiv addımlar atılmaqdadır.

- Son hadisələr fonunda qurumla Azərbaycan arasında əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- AŞPA ilə əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirirəm. Bu fikri şərtləndirən amillər haqqında biz bayaq danışdıq. Təşkilatla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın Azərbaycanda baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunubbunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Ölkəmizin rəhbərliyi bununla bağlı etirazlarını dilə gətirib müvafiq qurumlara çatdırıblar. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş verməsin. Ümumiyyətlə isə, hesab edirəm ki, Azərbaycanla AŞ PA arasında münasibətləri yüksək qiymətləndirmək olarbu əlaqələrin daha da inkişafı hər iki tərəfin marağına tam cavab verir.

- Sahibə xanım, bildiyimiz kimi, sessiya çərçivəsində sizin də təmsil olunduğunuz Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin də iclası keçirilibbu iclasda sizin hazırladığınız «Əmək bazarında yaş ayrı-seçkiliyi problemi barədə» məruzəsi müzakirə olunub. İstərdik, həm komitənin iclası, həm də sözügedən məruzə barədə də məlumat verəsiniz...

- Bu məruzə artıq ikinci dəfədir ki, komitənin iclasında müzakirə olunurdu. Və düşünürəm ki, müzakirələr normal keçdibir sira parlamentarilər məruzə haqqında müsbət fikirlər bildirdilər. İclasda, həmçinin, mən yenidən qurumun RasizmKsenofobiya alt komitəsinin sədri seçildim. Düşünürəm ki, bu da hər şeydən əvvəl qurumun Azəbaycana münasibətinin və etimadının göstəricisidir. Çünki orada çıxışlarda da qeyd olundu ki, Azərbaycan dövləti olaraq, biz ölkəmizi fərqli dinlərin, fərqli xalqların nümayəndələrinin mehriban, dostluq şəraitdə yaşadığı bir məkana çevirə bilmişik. Bu gün Azərbaycanın xristian icması da, ölkəmizdə əsas çoxluq təşkil edən müsəlman cəmiyyəti ilə eyni hüquqlara, eyni haqqlara sahibdir. Bizim dövlətimizin vətəndaşlarına münasibəti heç bir dini, milli, irqi əsaslara söykənmir. Məhz buna görə də, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız ortaq dəyərlərimizlə və ortaq maraqlarımız naminə yaşamağı özü üçün şərəf bilir. Heç də təsadüfi deyil ki, bu gün dünya liderləri, ölkəmizdə səfərdə olan müxtəlif xalqların nümayəndələri Azərbaycanı tolerantlıq, dini dözümlülük baxımından örnək ölkə hesab edir, ölkəmizdə tətbiq olunan modeli mütərəqqi qiymətləndirirlər.

 

 

Səs.- 2013.- 2 fevral.- S.10.