"Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib

 

   Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər planı” təsdiq edilmişdir. 

  AzərTAc xəbər verir ki, Sənəddə müvafiq dövlət qurumlarına festival çərçivəsində “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolumövzusunda Beynəlxalq elmi simpoziumun, muğamın soloinstrumental ifaları üzrə respublika və beynəlxalq müsabiqələrin təşkili və keçirilməsi ilə bağlı məsələləri həll etmək barədə müvafiq tapşırıq verilmişdir.

Həmçinin festival çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan elmi və mədəni ictimaiyyəti nümayəndələrinin, eləcə də gənclərin iştirakının təmin olunması, festivalın keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi və tərtibatı, rəsmi açılış və bağlanış mərasimlərinin təşkili, festivalla əlaqədar çapreklam materiallarının (proqramlar, bukletlər, dəvətnamələr və s.) hazırlanması da tədbirlər planına daxil edilmişdir. Eyni zamanda, festivalın xarici iştirakçılarının Azərbaycan Respublikasına gəlmələri üçün uyğun şəraitin yaradılması, o cümlədən vizaların rəsmiləşdirilməsinin sürətli təmin olunması, festival çərçivəsində keçiriləcək “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolumövzusunda Beynəlxalq elmi simpoziumun işində tərcümənin təşkili və iclas zallarının müvafiq zəruri avadanlıqla təmin edilməsi üçün aidiyyəti qurumlar müəyyənləşmişdir.

Festivalın yerlixarici kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasına şərait yaradılması, Bakı şəhərində festivala dair müvafiq məlumat lövhələrinin quraşdırılması, nəqliyyat, regionlarda konsertlərin təşkili məsələlərini həll etmək də müvafiq qurumlara tapşırılmışdır.

 

 

Zümrüd

 

Səs.- 2013.- 6 fevral.- S.12.