Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin ilk rəsmi dövlət səfərinin rolu (22-25 fevral 1994-cü il)

 

Kütləvi informasiya vasitələri  və Azərbaycan-Böyük Britaniya diplomatik və siyasi münasibətlərinə dair yazılmış əsərlərdə Ulu Öndər Heydər Əliyevin  Böyük Britaniyaya 1994-cü il fevralın 22-25-də ilk rəsmi dövlət səfərinin böyük rol oynadığı göstərilir.

Azərbaycan-Britaniya münasibətlərinin inkişafında Britaniyanın baş naziri Con Meycorun dəvəti ilə Azərbaycan Prezidenti Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin 1994-cü il fevralın 22-25-də bu ölkəyə rəsmi səfəri çox mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət başçımız Londona yola düşməzdən əvvəl jurnalistlərə verdiyi müsahibədə Azərbaycan Britaniya münasibətlərinin durumunu belə qiymətləndirmişdir: "Azərbaycan Prezidentinin İngiltərəyə səfəri respublikamızla Böyük Britaniya arasında əlaqələrin yaranması və inkişaf etdirilməsi məqsədi daşıyır. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra Böyük Britaniya kimi nüfuzlu və böyük bir ölkə ilə dövlətlərarası əlaqələr yarada bilməmişdir, İngiltərənin səfiri Azərbaycana bir neçə ay olar ki, gəlmişdir. Bizim səfirimiz isə Londona yalnız bu yaxın günlərdə getmişdir. Deməli, diplomatik əlaqələr yenicə yaradılır. O ki, qaldı dövlətlər arasında geniş əlaqələrə, ən əvvəl siyasi və iqtisadi əlaqələrə, habelə, elmi, mədəni əlaqələrə, gənc bir dövlət kimi Azərbaycan Respublikasının bütün bunlara çox böyük ehtiyacı var". İngiltərənin müstəqil Azərbaycan dövləti üçün əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti bildirmişdir ki, "İngiltərə dünyanın böyük dövlətlərindəndir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən, dünyanın ən inkişaf etmiş yeddi ölkəsindən biridir. İngiltərə həm keçmiş tarixinə, həm də bugünkü mövqeyinə görə dünya siyasətinə və iqtisadiyyatına çox güclü təsir göstərən bir ölkədir. Ona görə də, Azərbaycan Respublikası ilə İngiltərə arasında sıx əlaqələr yaranması, ilk növbədə, bizim ölkəmizin milli mənafeyi üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda, bizə məlumdur ki, İngiltərə də Azərbaycana çox maraq göstərir, Azərbaycanla iqtisadi əlaqələr yaratmaq istəyir. Ümumiyyətlə, İngiltərənin Qafqaza, o cümlədən, Azərbaycana tarixən marağı məlumdur. İndiki mərhələdə, yəni XX əsrin sonunda İngiltərə Azərbaycanla yeni bir keyfiyyətdə iqtisadi əlaqələr qurmaq istəyir. Bu sahədə müəyyən işlər, daha doğrusu, hazırlıq işləri görülübdür. İndi bunların hamısını orada tamamlamaq lazımdır".

Azərbaycan Prezidenti Heydər Əliyevi Londonun Hitrou hava limanında Böyük Britaniya kraliçasının şəxsi nümayəndəsi və xarici işlər nazirliyinin vəzifəli şəxsləri, habelə, respublikamızın Böyük Britaniyadakı səfiri Mahmud Məmməd-Quliyev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Tomas Yanq qarşılamışdır.

Azərbaycan Prezidenti Londonda öz iqamətgahına gələn kimi əməli görüşlər keçirməyə başlamışdır. O, Böyük Britaniyanın xarici işlər və birlik işləri üzrə dövlət naziri Duqlas Hoqqu qəbul etmişdir. Görüşdə iki dövlət arasında diplomatik əlaqələrin möhkəmləndirilməsi perspektivləri müzakirə edilmiş və bu sahədə qarşıya çıxan bir sıra məsələlərin həlli barədə fikir mübadiləsi aparılmışdır.

Elə həmin gün Azərbaycan Prezidenti Qərbin ən nüfuzlu firmalarından biri olan Ci-Pi-Tİ şirkətinin rəhbərlərini qəbul etmişdir. Görüşdə Azərbaycan rabitə sisteminin tamamilə yenidən qurulması və modernləşdirilməsi sahəsində əməkdaşlığı genişləndirmək imkanları hərtərəfli nəzərdən keçirilmiş, Ci-Pi-Ti ilə Azərbaycan Rabitə Nazirliyi arasında sıx əməkdaşlıq haqqında razılıq əldə olunmuşdur. Fevralın 22-də Azərbaycan Prezidenti Heydər Əliyev öz iqamətgahında, həmçinin, "Kayzer injinirinq" şirkətinin direktoru Qram Muri və şirkətin digər rəhbərləri ilə görüşmüşdür.

Görüşdə məlumat verilmişdir ki, bu şirkət Sumqayıt alüminium zavodunda geniş yenidənqurma işləri aparacaq və nəticədə müəssisənin istehsal gücü bir neçə dəfə artacaqdır. Bu məqsədlə şirkətin respublikaya 200 milyon dollar kredit ayrılmasına kömək edəcəyi bildirilmişdir. Söhbət zamanı bu şirkətin Azərbaycanın metallurgiya sənayesinin digər müəssisələri ilə də əlaqələr qurulması imkanları barədə geniş fikir mübadiləsi aparılmışdır.

Həmin gün günortadan sonra Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşə gəlmişdir. Bir saatdan çox davam edən bu görüşdə Prezident Heydər Əliyev Azərbaycanda demokratik proseslərin gedişindən, yüksək sivilizasiyalı cəmiyyət qurulması yolunda atılan addımlardan bəhs etmişdir. Prezident bildirmişdir ki, dünya demokratiyasının təcrübəsinə əsaslanan Azərbaycan siyasi plüralizm; sərbəst bazar iqtisadiyyatı və insan hüquqlarının qorunması yolunu seçmiş və bu yoldan dönməyəcəkdir. Görüşdə Prezident Heydər Əliyev altı ildən çox davam edən müharibənin əsil səbəbləri və mahiyyəti barədə xanım Marqaret Tetçerdə dolğun təəssürat yaratmışdır. Azərbaycan rəhbəri demişdir: "Azərbaycan müharibə istəmir, Azərbaycan xalqı və ordumuz Ermənistanın işğalçı qoşunlarının ərazimizdən çıxarılması üçün ədalətli müharibə aparır və bu mübarizəni dönmədən davam etdirəcəkdir". Görüşün sonunda Azərbaycan Prezidenti Heydər Əliyev xanım Marqaret Tetçerə nəfis toxunmuş Azərbaycan xalçası hədiyyə etmişdir.

Həmin gün axşam "Britiş Petroleum" şirkətinin prezidenti Saymon Devid Azərbaycan Prezidentinin görüşünə gəlmişdir. Görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev bildirmişdir ki, Bi-Pi hələ əsrin əvvəlində də Azərbaycana, onun neftinə böyük maraq göstərmişdir. Bu gün də Qərbin bu nüfuzlu şirkəti ilə bizim sıx əlaqələrimiz Azərbaycan neft sənayesinin, eləcə də, respublikamızda sosial sahənin inkişafına güclü təkan vermişdir. Sonra Böyük Britaniyanın ən nüfuzlu firmalarından biri olan "Con Braun" şirkətinin sədri Yan Robinson da Azərbaycan Prezidenti ilə görüşmüşdür. Görüşdə kimya sənayemizin perspektivləri və onun inkişafında bu şirkətin iştırakı məsələləri müzakirə olunmuşdur.

Fevralın 22-də Prezident Heydər Əliyevin son görüşü Böyük Britaniya Sənayeçilər Konfederasiyasında olmuşdur. Bu görüşü Böyük Britaniyanın "Brıtış Petroleum" və Norveçin "Statoyl" şirkətləri təşkil etmişdir.

Azərbaycan Prezidenti İngiltərə sənayeçiləri qarşısında çıxış etmişdir.

- Hörmətli xanımlar və cənablar, axşamınız xeyir olsun!

Bu gün mən sizinlə görüşməyimə görə çox məmnunam. İlk öncə "Bi Pi" və "Statoyl" şirkətlərinə bu görüşü təşkil etdiklərinə görə, təşəkkürümü bildirmək istəyirəm.

Bildiyiniz kimi, mən Böyük Britaniyanın baş naziri cənab Con Meycorun dəvəti ilə İngiltərəyə rəsmi səfərə gəlmişəm. Təyyarədən Londona endiyim dəqiqədən bu anadək rəsmi dairələr tərəfindən qonaqpərvərlik görmüşəm və görüşlərimız səmimilik şəraitində keçmişdir. Səfərin gedişində baş nazir, hörmətli Con Meycorla görüşəcəyəm, biz danışıqlar aparacağıq. Lakin indi İngiltərənin iş  adamlarının nümayəndələri ilə görüşmək mənim üçün olduqca əhəmiyyətlidir.

İngiltərəyə səfərimdə əsas məqsəd müstəqil Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında əlaqələrı genişləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycan Respublikası uzun illər ərzində Sovet İttifaqının tərkibində olmuş və 1991-ci ilin axırlarında, 1992-ci ilin əvvəllərində öz müstəqilliyini əldə etmişdir. İndi o, iki ildən çoxdur ki, müstəqil dövlət kimi dünya ölkələri tərəfindən tanınır. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq yolu ilə gedir. O cümlədən, dünyanın qabaqcıl dövlətlərindən biri olan İngiltərə ilə bütün sahələrdə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirmək əzmindədir.

Azərbaycan İngiltərə ilə münasibətlərini genişləndirmək yolu ilə gedərək, ən əvvəl iqtisadi əlaqələr yaradılmasına və inkişaf etdirilməsinə xüsusi fikir verir. Sizə bu barədə məlumat verərək, bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının böyük iqtisadi potensialı var, yeraltı və yerüstü sərvətləri zəngindir.   Odur ki, Azərbaycan başqa dövlətlərlə, o cümlədən də, İngiltərə ilə bütün sahələr üzrə əlaqələrdə, şübhəsiz, çox dəyərli tərəfdaş ola bilər.

Bunu da qeyd etmək lazımdır ki, indi Azərbaycan öz daxili siyasətində, xüsusən, iqtisadiyyat sahəsində bazar iqtisadiyyatı yolu ilə gedir. Ölkəmiz iqtisadiyyatda islahatlar apararaq, mövcud iqtisadi sistemi, iqtisadi quruluşu dəyişdirərək, sahibkarlığa, təşəbbüskarlığa və iqtisadiyyatda sərbəstliyə geniş meydan açmaq niyyətindədir. Bu sahədə zəruri tədbirlər həyata keçirilir. Ona görə də, Azərbaycan Respublikası ilə başqa ölkələr, o cümlədən, İngiltərə arasında iqtisadi əlaqələr qurulmasına indi daha əlverişli əsaslar yaranmışdır.

Azərbaycanın iqtisadi potensialı, yeraltı ve yerüstü sərvətləri, elmi, intellektual potensialı ilə yanaşı, onun digər dövlətlərlə iqtisadiyyat sahəsində əməkdaşlığı üçün daha əlverişli şərait yaradan cəhətlərdən biri də ölkəmizin coğrafi-siyasi mövqeyidir. Azərbaycanın dövlət quruluşu, daxili siyasəti müstəqil dövlətə xas olan quruluş və siyasətdir, yəni Azərbaycan artıq müstəqil bir dövlətdir və öz müstəqilliyini bundan sonra heç vaxt əldən verməyəcəkdir. Dövlət quruluşunda həm tariximilli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir, İndi Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu prosesi gedir, hüquqi-demokratik cəmiyyət yaradılır. Daxili həyatımızda demokratik prinsiplərə geniş imkanlar açılmışdır. Azərbaycan siyasi plüralizm, fikir azadlığı, insan azadlığı, vicdan azadlığı, söz azadlığı kimi prinsipləri həm dövlət siyasəti sahəsində, həm də siyasi-ictimai sahədə mühüm prinsiplər kimi həyata keçirmək yolu ilə gedir. Bütün bunlar Azərbaycanda demokratik vəziyyət yaranmasına gətirib çıxarmış və eyni zamanda, respublikanın daxilində ictimaisiyasi vəziyyətin tamamilə sabitləşməsinə imkan vermişidir.

Beləliklə, Azərbaycan bütün dünya ölkələri ilə, ən əvvəl, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə öz iqtisadi əlaqələrini genişləndirmək planlarını həyata keçirərək, xarici ölkə şirkətlərinin, firmalarının, adamlarının Azərbaycana maraq göstərməsinə xüsusi diqqət yetirir. Buna görə də, biz Böyük Britaniya adamlarının, məşhur firma və şirkətlərinin ölkəmizə gəlməsini arzulayırıq, Mən sizə bildirmək istəyirəm ki, adamları üçün, müştərək görmək üçün, sərmayə qoymaq və digər bu kimi tədbirləri həyata keçirmək üçün Azərbaycanda tam lazımi şərait yaradıla bilər.

Tarixə nəzər salsaq, aydın görərik ki, İngiltərə Azərbaycana daim maraq göstərmişdir. Tarixi faktlar sübut edir ki, İngiltərə tacirləri, səyyahları, adamları hələ XV-XVI əsrlərdə Azərbaycanda olmuş, XIX əsrin axırlarında - XX əsrin əvvəllərində isə İngiltərənin iri şirkətləri Azərbaycana axın-axın gəlmiş və orada çox böyük işlər görmüşlər. Bu gün Mən "Britiş Petroleum" şirkətinin prezidenti ilə görüşərkən o dedi ki, bir neçə ildir "Bi-Pi" şirkəti "Statoyl" ilə birlikdə Azərbaycanda görür. Lakin mən ona xatırlatdım ki, "Britiş Petroleum" bir neçə   il yox, hələ əsrimizin əvvəllərində, təxminən 90 il bundan qabaq Azərbaycana gəlmiş və Bakıda neft istehsalında iştirak etmişdir. Cari əsrin əvvəllərində, yəni 1920-ci ilə qədər İngiltərə biznesmenləri Azərbaycanda geniş fəaliyyət göstərmiş, çox işlər görmüşlər. Şübhəsiz ki, onlar Azərbaycan neftinin çixarılmasında iştirak etməklə böyük mənfəət də götürmüşlər. Amma həmin proses təxminən 1920-ci ildə kəsilmiş, sonrakı dövrdə əlaqələr olmamışdır. Bu gün isə məmnuniyyət hissi ilə qeyd etmək olar ki, həmin əlaqələr bərpa olunur va onların daha da genişlənməsi üçün addımlar atırıq.

Mən tarixi faktları xatırladaraq, sizi və ümumiyyətlə, Böyük Britaniyanın bütün adamlarını Azərbaycana dəvət edirəm və sizi əmin etmək istəyirəm ki, Azərbaycanda kapital qoymaq, görmək, müştərək müəssisələr yaratmaq üçün geniş   imkanlar  var.   Ümidvaram  ki,  İingiltərənin    adamları  bu  imkanlardan səmərəli istifadə edəcəklər.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu gün Londonda bir neçə iri şirkətin başçıları ilə, o cümlədən, "Bi-Pi", "Kayzer injinirinq", "Ci-Pi-Ti", "Con.Braun" şirkətlərinin prezidentləri ilə görüşlərimiz oldu. Güman edirəm ki, bu görüşlər yaxşı və səmərəli işlərin başlanğıcıdır. Sabah bu şirkətlərlə bizim müvafiq şirkətlər arasında protokollar, sazişlər imzalanacaqdır. Biz bu şirkətlərlə konkret işlər aparmaq əzmindəyik və nəzərdə tutulan niyyətlər həyata keçiriləcəkdir. Buna görə başqa şirkətləri də, adamlarını da dəvət edirəm, qoy onlar da təşəbbüs göstərsinlər. Yenə də deyirəm: Azərbaycanın iqtisadı potensıalı çox genişdir. İstər neft sahəsində, istər neft kimyası sahəsində, istər maşınqayırma, elektrotexnika sahəsində, istərsə də kənd təsərrüfatı, yüngül sənaye sahəsində Azərbaycanın çox böyük müəssisələri var. Sənayenin demək olar, bütün sahələrində geniş imkanlara malikik, böyük istehsal fondlarımız var. Onlardan səmərəli istifadə etmək olar. Mən bütün bu məlumatları İngiltərənin adamlarına təqdim edərək, onları müştərək aparmağa çağırıram.

Bir daha qeyd edirəm ki, Azərbaycan İngiltərənin adamları, biznesmenləri üçün çox faydalı və etibarlı ortaqdır. Güman edirəm ki, siz bu imkanlardan istifadə etmək üçün lazımi addımlar atacaqsınız.

Sizin hamınızı Azərbaycana dəvət edirəm. Diqqətinizə görə sağ olun.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 8 fevral.- S.14.