"Ölkəmiz əməkdaşlıqda
arzuolunan, ayrı-ayrı məsələlərdə
mövqeyi öyrənilən çox önəmli ölkədir"
Müsahibimiz Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib
Məmmədovdur
-
Ölkəmizin BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsini əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan,
onun böyük və zəngin irsinin layiqli
davamçısı Prezident İlham Əliyevin zamanın
çağırışlarına adekvat olan yeni qiymətli əlavələrlə
zənginləşdirdiyi, Azərbaycanı liderlər cərgəsinə
yüksəldən xarici siyasətinin inkişaf
strategiyasının möhtəşəm təntənəsinin
daha bir real təzahürü kimi göstərmək olar. Azərbaycan
diplomatiyasının uğurları sayəsində ölkəmiz
hazırda əməkdaşlıqda arzuolunan, ayrı-ayrı məsələlərdə
mövqeyi öyrənilən çox önəmli ölkədir.
Respublikamızın siyasi nüfuzunun, artan iqtisadi
gücünün tanınması, Azərbaycan
Respublikasının regional liderdən dünyadakı proseslərdə
mühüm rol oynayan ölkəyə çevrilməsi
bütün sahələrdə öz əməli nəticələrini
verməkdədir.
Belə
ki, 1 noyabr 2012-ci il tarixdə Tailand Krallığında
keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə
Regional Kartoqrafik Konfransında Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik Qərib Məmmədov Asiya və
Sakit Okean üçün Geoməkan İnformasiyasının
İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin
İcraçı Şurasının 11 üzvündən
biri seçilmişdir.
BMT-nin
Qlobal Geoməkan İnformasiyasının İdarəolunması
üzrə Təşəbbüsünə uygun olaraq Doha
şəhərində (Qətər) 4-6 fevral 2013-cü il
tarixdə müvafiq dövlət orqanlarının rəhbərlərinin
iştirakı ilə İkinci Yüksək Səviyyəli
Forum keçirilmişdir. Həmin Forumda Azərbaycan
Respublikasını Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Yüksək
səviyyəli Forum və ümumiyyətlə coğrafi
informasiyanın idarəolunması ilə bağlı
oxucularımızı ətraflı məlumatlandırmaq
üçün ölkəmizdə coğrafi informasiyanın
idarəolunması sahəsinə məsul dövlət
orqanı kimi müəyyənləşdirilmiş və son
zamanlar öz fəaliyyət sahəsində beynəlxalq təşkilatlarla
əməkdaşlığı genişlənməkdə
olan qurumun rəhbəri Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik Qərib Məmmədovla
görüşdük. Elə ilk sualımızda geoməkan
informasiyası ilə bağlı oldu.
- Qərib
müəllim yaxşı olardı ki, söhbətimizə
geoməkan informasiyası barədə məlumatla start verək.
Geoməkan informasiyası deyəndə nə nəzərdə
tutulur?
-
Geoməkan informasiyası – ərazi və Yer səthində,
Yerin səthaltı qatında, Yer atmosferinin səthüstü
qatında və yerətrafı fəzada mövcud olan obyektlər
barədə müxtəlif fəaliyyət sahəsində
istifadəsi zəruri olan verilənlər toplusudur. Sadələşdirilmiş
baxışda bu anlayışa xəritədə tapıla bilən
əsas topoqrafik informasiyanı aid etmək olar. Lakin həqiqətdə
bu anlayışa həmçinin torpaqlardan istifadə, əhalinin
sıxlığı və s. bu kimi informasiyaları
nümayiş etdirən mürəkkəb təbəqələrdə
birləşdirilmiş məkana bağlı müxtəlif məlumat
çoxluqları da aiddir.
Geoməkan
informasiyası biznes, dövlət idarəetməsi və
ictimai fəaliyyətin çox geniş diapazonunu dəstəkləyir
və bu informasiyadan istifadə (o cümlədən təkrar
istifadə) məhsuldarlıqla bağlı əhəmiyyətli
fayda verir.
Tez-tez
“geoməkan informasiyası” və “məkan informasiyası” əvəzedici
terminlər kimi istiadə olunur.
Baza
geoməkan informasiyasının informasiyanın digər
layları ilə birləşdirilməsinin erkən nümunəsi
XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt
Britaniyalı həkim Con Snou Londonda xolera epidemiyasının
şiddətlənməsi dövründə xəstəliyə
tutulma ilə bağlı fərdi halları xəritədə
əks etdirmişdir. Bu ona xəstəliyin
yayılmasının mənbəyini dəqiq izləməyə
imkan vermişdir.
Müasir
dövrdə geoməkan informasiyasının istifadəsinə
imkan yaradan texnika və texnologiyalar surətlə inkişaf
edir və bu tip informasiyanın tətbiqləri həddən
artıq çoxalır.
- Bu
sahədə beynəlxalq əməkdaşlıq cox önəmli
məsələdir.
-
Dövlət tərəfindən hazırlanmış
topoqrafik verilənlər həm dövlət, həm də
qeyri-dövlət təşkilatları tərəfindən
istifadə olunan çoxlu sayda məkana bağlı verilənlər
toplusu üçün baza təbəqəsi rolunu oynayır.
Müxtəlif ölkələrin hökümətləri tərəfindən
geoməkan informasiyanın toplanmasına böyük vəsaitlərin
sərf olunmasına baxmayaraq, bü gün həmin
informasiyaların tam potensialından istifadə etmək adətən
çətin olur. Bunun hər bir konkret halda bir sıra obyektiv
və subyektiv səbəbləri mövcuddur. Məsələn,
müxtəlif dövlət orqanları tərəfindən
eyni əraziyə aid ayrı-ayrılıqda toplanmış
informasiya hissələrinə vahid yönləndirmə bir
çox hallarda həmin ərazinin müxtəlif yollarla təsvir
olunması ucbatından qeyri-mümkün olur. Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi olaraq “Torpaqların qiymətləndirilməsi və
coğrafi informasiya/ Geomatika” Standartlaşdırma üzrə
Texniki Komitə tərəfindən dünyada hamılıqla
qəbul olunmuş İSO, OGC standartlarının yerli şəraitə
lokalizasiyası və tətbiqi, Milli Məkan Məlumatları
İnfrastrukturu Konsepsiyasının təbliği, Vahid Elektron
Kartoqrafik Əsasın təqdim olunması, mövcud CİS-lərin
unifikasiyası üzrə Dəyirmi Masanın fəaliyyəti
ilə bu qəbildən olan çətinliklərin aradan
qaldırılması istiqamətində bir çox insanlar və
təşkilatlar tərəfindən bir çox tətbiqlər
üçün istifadə oluna bilən vahid verilənlər
bazasının yaradılması məqsədilə geoməkan
informasiyanın toplanması, idarəolunması və istifadəsinin
təkmilləşdirilməsi ilə əlaqədar bir
sıra təşəbbüslərlə
çıxış etmişik.
Son illərdə
dünyada, o cümlədən Azərbaycanda təbii fəlakətlərin
baş verməsində surətli artım nəzərə
çarpmaqdadır. Bunlara misal olaraq, Haitidə və Yaponiyada
olan zəlzələləri, Katrina və son günlərdə
baş verən Sendi qasırğalarını, o cumlədən
ölkəmizə ziyan vurmuş Kür çayının
daşmasını və Zaqatla-Balakən zonasındakı zəlzələni,
həmçinin bir sıra ərazilərdəki torpaq
sürüşmələrini göstərmək olar. Bu təbii
fəlakətlərin nəticəsi olaraq minlərlə insan
təhlükə ilə üzləşir, öz
yasayış yerini və bəzən də həyatını
itirir. Ölkələrin iqtisadiyyatına külli miqdarda ziyan
dəyir.
Bu
kimi lokal təbii fəlakətlərlə yanaşı
ayrıca götürülmüş bir millətin və yaxud
regionun mübarizə apara bilməyəcəyi iqlim dəyişikliyi
və qlobal təbii fəlakətlər kimi sərhəd
tanımayan qlobal problemlərin sayı durmadan artır. Geoməkan
informasiyasının qlobal idarəolunması dayanıqlı
monitoring kimi həm də qərarların qəbulunu dəstəkləyən
bir vasitə olmaqla bu kimi qlobal cağırışlara
ünvanlanmada və sürətli reaksiyada mühüm rol
oynayır.
Odur
ki, BMT və digər əlaqədar agentliklər geoməkan məlumatlardan
istifadə etməklə bu kimi təbii fəlakətlər
haqqıda məlumat verə biləcək proqramlar
hazırlamışlar. 2010-cu il Haiti zəlzələsi
zamanı coğrafi informasiya sistemlərindən həm vəziyyətin
öyrənilməsi, həm də əməliyytatların
aparılmasında geniş istifadə olunmuşdur.
Dağıntılarla əlaqədar yaxşı
strukturlanmış geoməkan informasiyası yardımın
çatdırılması ilə yanaşı bərpa
işləri üçün effektiv strategiyanın
hazırlanmasının da əsasıdır.
Yaxın
dövrlərə qədər qlobal
çağırışlarla əlaqədar geoməkan
informasiyasının istənilən toplanması və
yaradılması ayrı-ayrı dövlətlər,
müvafiq təşkilatlar və yaxud BMT-nin bölmələri
tərəfindən həyata keçirilirdi. Belə olduqda
yuxarıda qeyd olunan proseslər böyük zaman, maliyyə və
səy tələb edirdi. Bununla yanaşı, toplanmış
geoməkan informasiyası ondan yaxşı və effektiv istafadə
üçün hətta milli səviyyədə belə
ziddiyyətli və qeyri-adekvat olurdu. Bütövlükdə
dünyaya baxdıqda bir sıra millətlər artıq
coğrafi informasiya institutlarını və qanunvericilik
çərçivələrini artıq təsis etmişlər.
Bununla yanaşı, bu mühüm işləri hələ
tam başa çatdırmamış millətlər də
vardır. Beləliklə, hər bir ölkənin geoməkan
informasiyasının yaradılması və şəraiti
müxtəlifdir. Bu səbəbdən qlobal geoməkan
informasiyasının paylaşımı və mübadiləsi
olduqca mürəkkəbdir. Beləliklə, müxtəlif
ölkələrdə mövcud olan geoməkan
informasiyasının paylaşımını və mübadiləsini
mümkün edən qlobal mexanizmin yaradılması zəruridir.
- Qərib
müəllim, geoməkan informasiyasının idarəolunmasında
dövlətlərarası mexanizmlər hansı səviyyədədir?
-
Geoməkan informasiyasının qlobal paylaşımı
üçün mövcud olan səylərin müəyyən
məhdudiyyətləri vardır. Millətlər arasında
geoməkan informasiyanın yaradaılmasında və
toplanmış bu informasiyanın paylaşımında texnologiya,
“know-how”, metodlar kimi həmçinin müxtəlif strategiyalar
da zəruridir. Bütün bunlar üçün müxtəlif
beynəlxalq təşkilatlar, institutlar, şirkətlər və
mütəxəssislər mövcuddur. Öz
funksiyalarını layiqincə həyata keçirmək
üçün onlar hamısı geoməkan informasiyasının
paylaşımı üçün qlobal mexanizmin
yaradılmasına səy göstərməlidirlər. Buna
uğurlu nümunə kimi geoməkan informasiyası sahəsində
standartlaşma üçün mövcud İSO və OGC
standartlarını göstərmək olar. Bunula belə, fərdi
təşkilata köklənmiş müstəsna fəaliyyət
kifayət qədər effektiv ola bilməz. Odur ki, müvafiq
beynəlxalq təşkilatların, institutların, şirkətlərin
və mütəxəssislərin yalnız informasiyanın
deyil, həmçinin yeni texnologiyaların
paylaşımının gələcək dəstəklənməsinin
ölçüsü vacibdir və onların müştərək
səylərinin sinergetik cəmini yarada biləcək sistematik
bir struktur mövcud olmalıdır. Bundan əlavə, qlobal
mexanizm yaradarkən, bu tip qabaqcıl texnologiyaları, bilikləri
və mütəxəssisləri qrup anlamı yaratmaq
üçün birləşdirəcək əməkdaşlıq
sistemini tapmalıyıq. Bunun üçün isə, qlobal
geoməkan informasiyasının paylaşım mexanizminin
yaradılması, davamlı və uzun müddətli
investisiyaların qoyuluşu bu vacib məqsədi və rolu dəstəkləyən
təşkilatın yaradılması ilə birgə həyata
keçirilməlidir.
BMT
kartoqrafik, statistik, həmçinin məkan məlumatlarının
lokallaşdırılmış geoməkan verilənləri,
tətbiqləri və xidmətlərdən daha geniş
istifadə üçün inteqrasiyasının əhəmiyyətini,
Birləşmiş Millətlər Təşkilatının
kartoqrafiya, coğrafi adlar və geoməkan informasiyası sahəsində
o cümlədən konfransların təşkili, ekspertlərin
müşavirələri, texniki məqalələrin nəşri,
tədris kurslarının təşkili və əməkdaşlıq
əsasında layihələrin həyata keçirilməsi ilə
beynəlxalq əməkdaşlığa yardımçı
olduğunu, qlobal geoməkan informasiyası sahəsində beynəlxalq
əməkdaşlığın möhkəmləndirilməsi
məqsədilə konkret tədbirlərin görülməsinin
müstəsna əhəmiyyətini nəzərə alaraq
müvafiq səlahiyyətlərə malik olan qlobal geoməkan
informasiyasının idarəolunması üzrə Ekspertlər
komitəsinin yaradılması barədə qərar gəbul
etmişdir. BMT-nin qlobal geoməkan informasiyasının idarəolunması
üzrə təşəbbüsünün (UN-GGIM) məqsədi
qlobal geoməkan informasiyası üçün gündəmin
müəyyənləşdirilməsində aparıcı rol
oynamaq və ondan başlıca qlobal cagırışlara
yönəlik istifadəni təşviq etməkdir. O, Üzv
Ölkələr arasında və Üzv Ölkələrlə
beynəlxalq təşkilatlar arasında əməkdaşlıq
və koordinasiya üçün bir forum rolunu oynayır.
UN-GGIM iki paralel strukturdan – 2011-ci ildə BMT-nin ECOSOC (BMT-nin
İqtisadi və Sosial Şurası) vasitəsilə
yaratdığı Ekspertlər Komitəsi (ilk iclası 2011-ci
ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci
iclası isə 2012-ci ilin avqusta ayında ABŞ-ın
Nyu-Yorkşəhərində keçirilmişdir) və
yüksək səviyyəli forumdan ibarətdir. BMT-nin rəsmi
Ekspertlər Komitəsi UN-GGIM üçün ekspertlərin
qlobal məsləhətləşməsi mexanizmini təmin
edir və Yüksək Səviyyəli Forumun gündəliyini
hazırlayır. Yüksək Səviyyəli Forum (ilk
iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində
keçirilmiş və “Seul Deklarasiyası” qəbul olunmuşdur)qərar
gəbul edənləri qlobal geoməkan informasiyasının
idarəolunmasının əhəmiyyəti barədə məlumatlandırır
və forumun məsləhətləşmələrinin nəticələrini
hər bir milli siyasətdə əks etdirilməsini təmin
edir.
Xüsusilə
vurğulamaq istərdim ki, istər Ekspertlər Komitəsinin
iclasında, istərsə də Yüksək Səviyyəli
Forumda və əlagəli tədbirlərdə Azərbaycan
Respublikasını Xarici İşlər Nazirliyinin
tapşırığı ilə Azərbaycan
Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin
BMT-nin Baş Katibinə təqdimatı əsasında Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin əməkdaşları təmsil edir.
UN-GGIM
geoməkan informasiyasının idarəolunmasında geoməkan
informasiyası və ehtiyatlarının çox vaxt həyata
keçirilməmiş potensialını qlobal cəmiyyət
tərəfindən effektiv idarə və istifadə etməyə
imkan verən, bir çox ölkələr tərəfindən
zəruriliyi xüsusilə vurğulanan qlobal koordinasiya
mexanizmlərinə olan ehtiyaca cavab olaraq yaradılmış
başlıca dövlətlərarası mexanizmdir.
Digər
qlobal mexanizm kimi Braziliyanın Rio de Janeiro şəhərində
bu ilin iyununda keçirilmiş BMT-nin Dayanıqlı
İnkişaf üzrə Konfransını (Rio+20) qeyd etmək
lazımdır. Həmin Konfrans üçün Ekspertlər
Şurasının sorğusuna əsasən Dayanıqlı
İnkişafın monitorinqi: Geoməkan
İnformasiyasının Rio+20 prosesinə töhfəsi“
adlı məqalə hazırlanmışsdır. Konfransın
nəticəsi olaraq qəbul olunmuş “Biz istədiyimiz gələcək”
adlı sənəd qəbul olunmuşdur. Həmin sənəddə
bir neçə yerdə geoməkan informasiyasının idarə
olunmasının əhəmiyyəti xüsusilə
vurğulanmışdır.
-
Dohada (Qətər) 4-6 fevral tarixində keçirilmiş
iclasda iştirakınız barədə nə deyə bilərsiniz?
-
Forumun Birləşmiş Krallığın xidmət rəhbəri
Vanessa Lourensin moderatorluğu ilə keçirilən 4 fevral
tarixli Nazirlər seqmentində ABŞ, Belçika, Fici, Bəhreyn,
Qətər, Nigeriya, Burkina Fasonu təmsil edən nazirlər və
xidmət rəhbərləri ilə yanaşı mən də
çıxış etdim. Ölkəmizin müstəqillik
illərində əldə etdiyi nailiyyətlərdən,
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilmiş torpaq islahatından, xarici və daxili sahibkarlar
üçün yaradılmış əlverişli investisiya
mühiti barədə Forum iştirakçılarını məlumatlandırdım..
Prezident cənabİlham Əliyev tərəfindən təsdiq
olunmuş “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasının başlıca
amallarını diqqətə çatdıraraq qarsıya
qoyulan məqsədlərə nail olmaq üçün
mühüm alətlərdən biri olaraq geoməkan məlumatlarının
idarəolunmasını xüsusilə vurguladım və bu
istiqamətdə Azərbaycan Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsində
aparılan işlər barədə müfəssəl məlumat
verdim. Tədbirdə bir çox ölkərlərin
müvafiq sahələrə məsul dövlət
qurumlarının rəhbərləri ilə aparılan fikir
mübadiləsində ölkəmizdə bütün sahələr
üzrə,o cümlədən coğrafi informasiyaların
idarə olunması sahəsində görülmüş
işlər məmnunluqla qarşılanmış, Azərbaycanın
bu sahədə bir sıra beynəlxalq təşkilatlarda
çox ciddi mövqeyə malik olduğu xüsusi qeyd
olunmuşdur..
-
Bunlar qlobal mexanizmlərdir. Regional səviyyədə Azərbaycan
hansı təşkilatlarla əməkdaşlıq edir?
- Bir
sıra regional mexanizmlərdən də danışmaq
lazımdır. Bu sırada BMT-nin Regional Cartoqrafik Konfranslarını
xüsusilə qeyd etmək olar. Bu Konfranslar Asiya və
Sakit okean regionu üçün üç ildə bir dəfə,
America üçün isə dörd ildə bir dəfə
keçirilir və həmin regionda milli xəritəçəkmə
və geodeziya qurumları, həmçinin geoməkan
informasiyası sahəsində fəaliyyət göstərən
beynəlxalq elmi təşkilatlar arasında informasiya
mübadiləsi üçün mühüm regional mexanizmlərdir.
Bu Konfranslar arası dövrdə fəaliyyətin
tənzimlənməsi üçün müvafiq daimi
komissiyalar yaradılır.
Asiya və Sakit okean hövzəsi regionu
üçün CİS İnfrastrukturuna dair Daimi Komitə
(PCGIAP) 1995-ci ildə yaradılmış və onun üzərinə
işçi qrupların təsis olunması və onların
illik plenar iclaslar və yarımillik icraçı
şuranın iclasları vasitəsilə idarə olunması
ilə regional məkan məlumatları unfrastrukturunun
inkişafı üzrə layihələrin həyata
keşirilməsi öhdəliyi qoyulmuşdur.
Amerika regionunu təmsil edən Amerika üçün
Geoməkan Məlumatları İnfrastrukturu üzrə Daimi
Komissiya (PC-IDEA) geoməkan informasiyasının istifadəsindən
irəli gələn iqtasadi, social və digər dəyərlərdən
maksimum dərəcədə yararlanmaq məqsədilə təsis
olunmuşdur.
Şura ilə birlikdə fəaliyyət göstərən
Planlaşdırma üzrə İşçi Qrup vasitəsilə
Komitə aşağıdakı yeddi mövzunu əhatə edən
2009-2013-cü il üçün iş planını qəbul
etmişdir: institusional bacarığın yaradılması;
standartlar və texniki spesifikasiyalar; Məkan Məlumatları
İnfrastrukturunun (MMİ) yaradılması üçün ən
yaxsı təcrübələr və iş planları; Milli
Geoməkan İnformasiyası Orqanlarında yeniliklər; region
üçün Məkan Məlumatları İnfrastrukturu ilə
əlaqədar biliklərin toplanması (MMİ üzrə
observatoriya); MMİ-nin Amerikada yaradılmasının vəziyyətinin
qiymətləndirilməsi; və MMİ ilə əlaqədar
diskussiyaların texnoloji əsasları. Bu yeddi
mövzudan əlavə Komitə həmçinin MMİ-yə
yönəlik fəlakətlərin və risklərin
qarşısının alınması üçün
preventiv tədbirlərlə baglı iclaslar da keçirir.
EuroGeographics
təşkilatı üzvlük assosiasiyası və Avropa
milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı
qurumlarının səsi olaraq Avropa üçün Rəqəmsal
Gündəlik, INSPIRE direktivi, Avropa Məkan Quruluşu və
s. bu kimi müvafiq qanunvericilik və təşəbbüslərlə
milli xəritəçəkmə, kadastr və torpaq
qeydiyyatı qurumlarını dəstəkləyir. Hazırda ölkə Prezidentinin razılığı
əsasında Azərbaycan Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi vasitəsilə
EuroGeographics təşkilatında
üzvülüyünün təmin olunması ilə əlaqədar
işlər yekun fazaya daxil olmuşdur.
Afrika regionu üçün də analoji məqsədlə
yaradılmış beynəlxalq təşkilatlar mövcuddur.
Müstəqil Dövlətlər Birliyi ölkələri
üçün bu qəbildən olan koordinasiya məsələləri
geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən
zondlanması üzrə MDB-nin Dövlətlərarası
Şurasının iclaslarında müzakirə olunur. Qeyd etmək
lazımdır ki, Şuranın növbəti XXXIV sessiyası
2012-ci ilin 22-23 noyabr tarixlərində Bakıda
keçirilmişdir.
- Qərib
müəllim, 2012-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin geoməkan informasiyasının idarəolunması
sahəsindəki fəaliyyəti barədə nə deyə
bilərsiz?
- Azərbaycan
Respublikası Prezidentinin 6 sentyabr 2001-cı il tarixli 576
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin haqqında Əsasnamə”yə əsasən
Komitə geoməkan məlumatlarınin idarəolunması sahəsində
əsas mərkəzi icra hakimiyyəti orqanıdır. Ona verilmiş səlahiyyətlər çərçivəsində,
öz vəzifə və funksiyalarını həyata
keçirilməsi ilə əlaqədar Komitə geoməkan məlumatlarının
idarəolunması sahəsində 2012-ci ildə bir sıra əhəmiyətli
işlər görmüş və nailiyyətlər əldə
etmişdir.
Şəhər və rayon icra hakimiyyətlərində
modern və çevik idarəetmənin təşkili ilə əlaqədar
yaradılan operativ idarəetmə mərkəzlərinin
müasir tələblərə cavab verən kartoqrafik əsasla
təmin edilməsi məqsədilə Komitədə
böyük həcmli işlər görülmüş,
regionların inkişafı analitik informasiya sistemi
üçün zəruri interaktiv xəritələr
hazırlanaraq təhvil verilmişdir.
Cari ilin oktyabr ayının 5-də Qlobal Xəritəçəkmə
üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi
saytında Azerbaycan Respublikasının Qlobal Xəritəsinin
2-ci versiyası istifadəyə verilmişdir. Artıq
bütün dünya üzrə istifadəçilərin Azərbaycan
Respublikasının açıq geoməkan məlumatlarından
yararlana bilməsi üçün tam şərait
yaradılmışdır. Nəqliyyyat,
torpaq örtüyü və sosial yönümlü məkansal
məlumatları özündə ehtiva edən 5-dən
artıq elektron təbəqəli bu qlobal coğrafi informasiya
sisteminin bundan sonra da təkmilləşdirilməsi gözlənilir.
Biz həmçinin təqdim etdiyimiz məkansal
məlumatlardan istifadə dinamikası və məqsədləri
baradə müfəssəl statistik məlumatlar da əldə
edirik.
Bu illər ərzində Azərbaycan Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
tərəfindən aparılmış işlər nəticəsində
olduqca böyük həcmdə aktual coğrafi informasiya
toplanmışdır. Bu gün bizim qarşımızda duran ən
mühüm məsələlərdən biri toplanmış
məkansal məlumatların düzgün
strukturlaşdırılmasının, ondan istifadənin sadələşdirilməsi
və paylaşmasının yeni formalarının işlənib
hazırlanmasıdır. Bunula əlaqədar
Komitənin beynəlxalq qurum və təşkilatlarla əlaqələri
durmadan genişlənir.
BMT-nin təşəbbüşü
ilə 29 Oktyabr – 1 Noyabr tarixlərində keçirilən
50-yə yaxın ölkəni əhatə edən Asiya və
Sakit Okean regionu üçün Beynəlxalq Kartoqrafik
Konfransın gedişində də geoməkan
informasiyasının idarəolunması ilə bağlı bir
sıra mühüm qərarlar qəbul olunmuşdur. Yuxarıda qeyd etdiyimiz PCGIAP təşkilatının
əvəzinə BMT-nin Qlobal Geoməkan Məlumatlarının
İdarəolunması üzrə Asiya və Sakit okean Regional
Komitəsi təsis olunmuşdur. Komitənin
ilk plenar iclasında Çin Xalq Respublikası və Yaponiya tərəfindən
mənim namizədliyim Regional Komitənin İcra
Şurasına irəli sürülmüş və mən
Şuranın on bir üzvündən biri seçilmişəm.
- Geoməkan
informasiyasının idarəolunması sahəsində
gündəmdə duran başlıca proplemlər
hansılardır?
-
Aşağıda qeyd olunan üç mühüm məsələ
geoməkan informasiyasının idarəolunması
üçün gündəmdə duran başlıca problemləri
özündə əks etdirir: (i) qlobal geodeziya istinad çərçivələrinin
vacibliyi; (ii) fəlakətlərin idərolunması
üçün verilənlərin paylaşılması və
inteqrasiyası; (iii) iqtisadi inkişaf üçün məkana
bağlı informasiyanın idarə olunması. Bunların hər biri milli, regional, həmçinin
qlobal səviyyədə dayanıqlı inkişaf
çağırışlarına ünvanlanmış
mühüm mövzulardır.
(i) Dayanıqlı inkişaf
üçün geodeziya istinad çərçivəsi
Bu mövzu Asiya və Sakit okean hövzəsi
üçün olduqca münasibdir. UN-GGIM Ekspertlər
Komitəsinin ikinci iclasında qlobal geodeziya istinad şəbəkəsinin
əhəmiyyəti barədə PCGIAP tərəfindən
onun Geodeziya İşçi Qrupu vasitəsilə əhəmiyyətli
və dəyərli müzakirələr başlanmışdır.
“Mövqe” geoməkan informasiyasının idarəolunmasında
ən fundamental konsepsiya olmasına rəğmən, bu
mövqeyin əldə olunması üçün hansı
prinsip və metodların tələb olundugu aydın deyil.
Milli, regional və qlobal sərhədlər
daxilində və onlardan kənarda mövqeləndirmənin dəqiqliyinin
təyinində nəzərə çarpacaq fərqlilik
meydana çıxır. Mövqeləndirmə
beynəlxalq əməkdaşlıq, qlobal geodeziya
infrastrukturundan birgə istifadə vasitəsilə genişləndirilə
və gücləndirilə bilən bir qlobal bacarıq,
toplanmış verilənlərə açıq əlçatanlıqdır.
Ümumilikdə, nə vaxta qədər ki, verilənlərin
paylaşımındakı şatışmazlıq dəqiqliyə
və həyata keçirilə bilən geodetik analizin tipinə
təsir göstərir mövcud şəbəkələr
bir-birilə və yaxud qlobal istinad çərçivəsi
ilə effektiv əlaqələnmir. Bu vəziyyəti
aradan qaldırmaq üçün strategiyaların və
metodologiyaların müəyyənləşdirilməsi bizim
üçün başlıca
çağırışlardandır.
(ii) fəlakətlərin
idərolunması üçün verilənlərin
paylaşılması və inteqrasiyası
Rio+20-nin yekun sənədi hökümətləri və
təşkilatları mövcud şərtlər və imkanlar
daxilində səhərlərin və icmaların fəlakətlərə
dözümlülüyünü artırmaqla fəlakət
risklərinin azaldılmasını təmin etməyə
sövq edir. Məxsusən sənəd təhlükə və
risklərin hərtərəfli qiymətləndirilməsinin,
bilik və etibarlı geoməkan informasiyası daxil olmaqla
informasiya paylaşımının əhəmiyyətini
tanıyır. Baxmayaraq ki bu mövzu Asiya və
Sakit okean regionunda yaxşı başa düşülür,
bu direktiv geoməkan informasiyasının təhlükə və
risklərin idarəolunması və azaldılmasının
bütün mərhələlərində həyati vacib rol
oynadığını müəyyənləşdirir.
Odur ki, milli geoməkan informasiyası agentliklərinin
yalnız onların coğrafiya və topoqrafiyasını xəritələşdirmək
deyil, həmçinin təbii təhlükələrə
qarşı ən zəif olan, xüsusilə də səhər
əhatəsi kimi əhali sıxlığı yüksək
olan ərazilərdə, modelləşdirmə və analiz
üçün spesifik verilənlərin əldə
olunması bacarıqları da inkişaf etdirilməlidir.
(iii) iqtisadi
inkişaf üçün məkana bağlı
informasiyanın idarə olunması
Yuxarıda qeyd etdiyimiz bütün qlobal
çağırışlardan milli rəhbərlər
üçün daha vacib olanı onların xalqlarının
təhlükəsizliyini və şişəklənməsini
təmin etmək üçün milli iqtisadiyyatlarının
inkişaf etdirilməsidir. Mən əminəm
ki, geoməkan informasiyasını iqtisadi inkişafa şərait
yaradan amil kimi dəyərləndirilməsi ilə
bütün mütəxəssislər razılaşar. İnformasiya texnologiyalarında, tətbiqlərdə,
veb əsaslı servislərdə, mobil texnologiyalarda,
açıq məlumatlar təşəbbüslərində,
“bulud” texnologiyalarında əldə olunmuş nailiyyətlərin
köməyilə inkişaf etmiş və inkişafda olan
iqtisadiyyatlar geoməkan informasiyasına və məkan əsaslı
servislərə yatırılmış investisiyaların
yüksələn geri dönmə dövrünü
yaşayırlar. Bu inkişafı qlobal
olaraq dəstəkləmək bizim üçün zamanın
tələbidir. Tətbiqlərin
imkanlarını genişləndirilməsi, məkan servislərinə
yeni yeni dəyərin gətirilməsi və nəticə
etibarilə iqtisadi inkişaf baxımından artan dəqiqlikli
geoistinad verilənlərə malik olmaq zəruridir.
Lakin biz həmçinin meydana çıxan bu məkan əsaslı
verilənlərin inteqrasiyası, paylaşımı, əlçatanlığı
və yayımını dəstəkləmək
üçün tələb olunan siyasəti, qanunvericiliyi və
qanun çərçıvələrini müəyyənləşdirməliyik. Bu milli geoməkan
informasiyası qurumlarının roludur. Əminəm
ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi də özünün bütün potensialından
istifadə edərək, bu çətin məsələnin
öhdəsindən uğurla gələcək.
Səs.- 2013.- 13
fevral.- S.8-9.